Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                        Bakıda bəzi sexlərin fəaliyyəti dayandırıldı - VİDEO .....                        Xüsusi Təyinatlıların buraxılış mərasimi keçirilib .....                        Ərdoğanın oğlundan atasına dəstək çağırışı .....                        Azərbaycanda bu heyvan növləri yoxa çıxıb .....                        Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ .....                        Tramp Belarusdakı ABŞ səfirliyini yenidən açır .....                       
11-10-2025, 19:56
Sumqayıtda yaşayış binasında yanğın - VİDEO


Sumqayıtda yaşayış binasında yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Qüvvələrin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin 13 m² sahədə yanar konstruksiyaları yanıb, yüksək temperaturun təsirindən beşinci mərtəbədə quraşdırıılmış kondisioner mühərriki əriyib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı beşinci mərtəbənin eyvanında köməksiz vəziyyətdə qalmış 1 uşaq və 2 qadın xüsusi təyinatlı texnika - avtonərdivan vasitəsilə xilas edilib.

11-10-2025, 19:53
Almanın kiloqramı 6-7 qəpiyə düşdü


Almanın kiloqramı 6-7 qəpiyə düşdü

İntensiv yağışlar Quba rayonunda meyvə bağlarına ziyan vurub, almanın kiloqramı 6-7 qəpiyə təklif olunur.
Alma becərilməsi Quba rayonunda kənd təsərrüfatının əsas sahələrindən sayılır.
Qubanın alma bağlarında hər il tonlarla məhsul yetişdirilir. Yığılan meyvə yerli bazarlara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur. Sentyabrın ikinci ongünlüyündən etibarən, rayonun alma bağlarında kütləvi məhsul yığımına başlanıb.
Lakin son həftələrdə hava şəraitinin yağıntılı keçməsi səbəbindən bağlarda məhsul yığımında durğunluq müşahidə olunur. Fermerlər məhsulu vaxtında və itkisiz toplamağa çalışsalar da, aramsız yağışlar buna imkan vermir. Nəticədə mənfi təsirlərə məruz qalan almalara bağbanların "çil" adlandırdığı müxtəlif ölçülü ləkələr düşür. Belə olduqda təsərrüfat sahibləri keyfiyyəti dəyişən meyvəyə alıcı tapa bilmədikləri üçün almanı kiloqramı 6-7 qəpiyə emal müəssisələrinə satmaq məcburiyyətində qalıblar.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Tarverdi İsmayılov məsələ ilə bağlı bildirib ki, almaya ləkə düşməsinin yağıntı ilə əlaqəsi yoxdur:
"Əgər meyvəyə ləkə düşübsə, deməli, bağlara düzgün aqrotexniki qulluq göstərilməyib və ağacların dərmanlaması vaxtında aparılmayıb. Ona görə də bu məsələdə təbiətin təsirindən danışmaq üçün əsas yoxdur".
Qeyd edək ki, ötən il rayonda alma bağlarının sahəsi təqribən 7 min hektardan çox olsa da, bu il həmin göstərici 6,2 min hektara düşüb. Quba bağlarında daha çox məhsuldarlığı ilə seçilən "Qolden", "Simirenko", "Qrani smit" və "Fuji" sortlarının yetişdirilməsinə üstünlük verilir. Alma becərilməsindən imtina olunan bağ sahələrində isə gilas və digər meyvələr yetişdirilib.
11-10-2025, 19:18
ABŞ Qəzzaya qoşun göndərəcək?


ABŞ Qəzzaya qoşun göndərəcək?

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Qəzza zolağına səfərindən sonra bəyan edib ki, Amerika hərbçiləri bölgədə yerləşdirilməyəcək.
Admiralın sözlərinə görə, ABŞ Qəzzədə sülh razılaşmalarına nəzarət məqsədilə hərbi mövcudluq planlaşdırmır.
“CENTCOM-un rəhbərliyi altında Mülki-hərbi əməkdaşlıq mərkəzinin yaradılması üzərində işləyirik. Bu mərkəz postmünaqişə dövründə sabitliyin təmininə yönələn fəaliyyəti əlaqələndirəcək. Bütün bu işlər Qəzzada Amerika hərbçilərinin iştirakı olmadan həyata keçiriləcək”, – deyə Kuper bildirib.
Bu barədə o, “X” sosial platformasında bildirib.
"Fox News"un məlumatına görə, admiral Kuper Qəzzadakı İsrail hərbi bazasına ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla birgə səfər edib. Səfərin məqsədi atəşkəsin şərtlərinə əməl olunmasına nəzarəti yerində qiymətləndirmək olub.
11-10-2025, 18:50
Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq


Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirib.
Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
"Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.
11-10-2025, 18:33
Ərdoğan Qəzzaya gedəcək - "Öncə mən, sonra siz!"


Ərdoğan Qəzzaya gedəcək - "Öncə mən, sonra siz!"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Qəzza zolağını ziyarət etməyi planlaşdırdığını bildirib.
O, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının Rizə vilayətində keçirilən toplantısında çıxışı zamanı danışıb.
Ərdoğan partiya üzvlərinin zalda səsləndirdiyi “biz də gedəcəyik” replikasına cavab olaraq deyib: “Əvvəlcə mən ora gedəcəyəm, sonra siz.”
Prezident qeyd edib ki, atəşkəs razılaşmasından sonra bölgədə döyüşlərə qayıdış olmamalıdır. Onun sözlərinə görə, İsrail tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və regionun sabitliyini, həmçinin öz vətəndaşlarının təhlükəsizliyini təhdid edən aqressiv siyasətdən imtina etməlidir.
Ərdoğan həmçinin vurğulayıb ki, Qəzzaya humanitar yardımın çatdırılması heç bir maneə ilə üzləşməməlidir.
Türkiyə lideri çıxışının sonunda iki dövlətin yaradılmasını Yaxın Şərqdə “daimi sülhün açarı” adlandırıb.
Ərdoğanın Qəzzaya nə vaxt gedəcəyi məlum deyil.
11-10-2025, 18:31
Bakıda binada yanğın


Bakıda binada yanğın

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
11-10-2025, 18:25
Daha bir küçədə velosiped zolağı çəkildi


Daha bir küçədə velosiped zolağı çəkildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.
AYNA-dan bildirilib ki, məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu istiqamətdə işlər metronun “Elmlər Akademiyası” stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə görülür. Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən İnşaatçılar prospekti ilə kəsişməsinə kimi aparılır.
Bununla yanaşı, müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.
Növbəti mərhələdə isə mikromobillik zolaqları İnşaatçılar prospektində təşkil ediləcək və paytaxtın mərkəzi küçələrində mövcud olan zolaqlarla daha bir istiqamətdən əlaqələndirmə təmin ediləcək. Xatırladaq ki, daha öncə bu əlaqələndirmə digər istiqamətdən Mikayıl Müşfiq küçəsi vasitəsilə həyata keçirilib.
11-10-2025, 17:52
Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB


Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB

Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı xüsusilə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
Bu barədə Ukrayna lideri öz Telegram kanalında bildirib.
"Prezident Trampı onun həqiqətən təmin etdiyi Yaxın Şərq üzrə uğur və razılaşmaya görə təbrik etdim və bu, güclü nəticədir. Əgər biz bu regionda müharibəni dayandıra bilsək, şübhəsiz ki, digər müharibələr də, o cümlədən Rusiya müharibəsi dayandırıla bilər", - Zelenski bildirib.
Prezident əlavə edib ki, Trampla söhbətdə Ukraynadakı hadisələrə də toxunulub. Konkret olaraq, Zelenski Ağ Ev rəhbərini Rusiyanın Ukraynanın enerji sektoruna zərbələri barədə məlumatlandırıb.
"Bizi dəstəkləmək istəyinizə görə minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız müqavilələri müzakirə etdik. Bizi həqiqətən necə gücləndirmək barədə yaxşı variantlar, güclü ideyalar var. Bizə rusların əsl diplomatiya ilə məşğul olmağa hazır olması lazımdır. Buna güc yolu ilə nail olmaq olar. Təşəkkür edirəm, cənab prezident!", - Zelenski Trampa xitab edərək deyib.

***

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında telefon danışığı aparılıb.
Bu barədə Zelenskinin ofis rəhbəri Andrey Yermak Telegram-da bildirib.
Söhbətin mövzusu dəqiqləşdirilməyib.
Ukrayna lideri bir gün əvvəl Finlandiya prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merzlə danışıb.
Bundan başqa, Zelenski baş nazir Yuliya Svırıdenkonun başçılıq etdiyi nümayəndə heyətinin gələn həftə ABŞ-a səfər edəcəyini açıqlayıb. O qeyd edib ki, Vaşinqtonla Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, enerji sektorunun qorunması, sanksiyalar tədbirləri müzakirə olunacaq.
11-10-2025, 17:45
Ankarada Türkiyə-Suriya danışıqları aparılacaq


Ankarada Türkiyə-Suriya danışıqları aparılacaq

Türkiyə və Suriya təhlükəsizlik nümayəndə heyətləri oktyabrın 12-də Ankarada görüşəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Nümayəndə heyətlərinin tərkibinə hər iki ölkənin xarici işlər nazirləri, müdafiə nazirləri və Milli Kəşfiyyat xidmətlərinin rəhbərləri daxildir.
Danışıqlar təhlükəsizlik sahəsində əməkdaşlıq və cari hadisələri müzakirə etmək üçün keçirləcək.
11-10-2025, 17:10
Türkiyə polisi məşhur narkobaronu həbs edib


Türkiyə polisi məşhur narkobaronu həbs edib

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Don Vito təxəllüsü ilə tanınan narkobaron Abdulla Ayp Üstün və onun cinayətkar qrupunun maliyyə əməliyyatlarına cavabdeh olan Həsən Laləni həbs ediblər.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində yazıb.
Don Vitonun “CHROOKE” adlı cinayətkar qruplaşmaya rəhbərlik etdiyi, Həsən Lalənin isə həmin qrupun maliyyə işləri ilə məşğul olduğu açıqlanıb. Hər iki şəxs İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!