Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                       
21-02-2026, 09:54
"...Fəzl dözməz bu dərdə..."

Dəyər və dəyərlilik

"...Fəzl dözməz bu dərdə..."
(NƏSİMİyanə)

"Dəyər sənin "Haqqdan gələn eşqə, işıq kimi tutunduğun bir zinətə təsdiq borcun, fərqindəliyini göstərdiyin ən yüksək, hətta ali anlayış duyğundur. Bəri başdan deyim ki, dəyər vermək və dəyərli olmaq tam ayrı dünyalarda uçuşan pərvanələrdir və bunların bir-birinə HAQQ olaraq dəng gəlməsi, vahid işıq selinə düşməsi nadirən rast gəlinən bir tale hadisəsidir. Çünki bütövləşərək nidalaşan belə 2 Həqiqətin əbədiyyətə qədər axıb getməsi yalnız bu halda mümkündür və bunun da yeganə səbəbi onların eyni nəfəsdən qaynaqlanması, köklərinin eyni hücrədən rişələnməsi səbəbindəndir. Məsələ də məhz bundadır: "Yalan, yanlış, köksüz, anlamsız və anlaqsız verilən, habelə kainatda əriyib itən və bəşər övladına əbədiyyən gəlib çatmayan dəyərlər də göydəki ulduzların sayı qədərdir". Əcəba, bəlkə elə ulduz kimi adlandırdığımız bu əsrarəngiz baxışlar elə tək-tək könüllərin haqlarına binəsib qaldığı, onlara hər mənada gəlib çatmayan ziqiymət eşqin ünvansız qığılcımları... bütövlükdə bu sirli kəhkəşan isə o kəslərin ana südü qədər haqq etdikləri təməl dəyərin gəlişdiyi məkandır. Nə bilmək olar?.. Dəqiq aydın olan budur ki, müqəddəsliklər toxunulmazdır və O, ilkin əqidəsindən üzübəri günah içində olan Yer övladının aurasından çox uzaq(da)dır.
Bəs nədən kimsə bu qədər təbii, əslində canayaxın olan bir məsuliyyətin fərqində, kimsə isə bu məsələyə qarşı "oralı olmayacaq qədər" yad ünsürdür. Bəlkə planetlər sistemində Günəşə yaxın və ondan getdikcə 1-1 uzaqlaşan irili-xırdalı Göy Cisimləri kimi, zavallı bəşərin layiqli-layiqsiz varisləri də məlumla yanaşı, ancaq düşünülə, hətta duyula bilən (hərçənd, bunu da tam sistemə aid etmək absurd olar) məsələlərə münasibətdə ən müxtəlif dərəcəli statuslardadırlar.
Bu məqamda istər-istıməz, bir daha və bir daha... hətta fitrətimizdən rişələndiyi səbəbilə Günəşin Yeri mütəmadiyən izlədiyi ekliptik baxış prizmasından yola çıxdığımız... və demək ki, içimizdə daim susmayan, axtarışda olan o məlum sualı kim bilir neçənci dəfə tərpətməli oluruq: "Varlıq amalı, əqıdəni seçir, ya əksinə, mənəviyyat maddi nöqtəsinə doğru ismarlanır... bəlkə də isbatlanır? Varlıq amalı, əqıdəni ilmə-ilmə incələyib qəbul edir, ya əksinə, mənəvi düyünlər, impulslar ilahi bir əmrlə maddi nöqtəsinə doğru axır?"
Yol üstündə tənha, məlul-müşkül oturmuş, saysız qərinələri yola verməkdən nə zamandır xəzan yarpağına dönüşmüş Baba Dərviş isə bir-birinə güzəştə getməkdən uzaq olan bu kimi məqamlarda əksi gözlərinin lap özəyinə çökmüş Göylər misallı Haqq baxışlarını təbi özündən, üzündən axan təbiətə -- Yaradanının yerdəki əshabəlırinə doğru çevirir. Bu isə "hər bir sualın əyani izahı elə ərş ilə fərşin arasında deyilmi?" Əlbəttə, yetər ki, onu xatırlaya, dinləyə biləsən. Ancaq heç bir halda Dəyəri dəyərsizə yem, dəyərsizi Dəyər içində cəm etməyəsən. Əgər bu baş verərsə, NUH və gəmisi belə sənin əslində sonunun məzarını qazmış o "külüngünün" sapı olacaq qismdə yoxu var etməyə qalxmayacaqdır. Dəryada balığın belə halından xəbərdar olan Xaliqin isə inkarlara da imkanı yetəcək bir zamanının gəlməsi labüd kimi görünür.

Hörmətlə: Gülgəz NUR
21-02-2026, 09:39
Avtobus sərnişini sürüdü

Avtobus sərnişini sürüdü

Hadisə fevralın 20-də, günorta saat 14-25 radələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən 3 saylı Bakı Asan Xidmət mərkəzi ilə Musabəyov heykəli arasındakı dayanacaqda baş verib. Beləki Aidə Seyfəddinli minmək istədiyi 10 saylı marşrut avtobusunun sürücüsü məsuliyyətsilik göstərərək sərnişinin çantası il sağ əli avtobusun içində, ayağı pilləkəndə avtobusa minmək istəyərkən qapını bağlayıb, avtobusu sürüb. Əli qapının arasında qalan Aidənin dəhşətli qışqırtısına əhəmiyyət vermədən yoluna davam etmək istərkən, xanım sol əli ilə avtobusun qapısını möhkəm döyəcləyib. Ondan sonra sürücü avtobusu dayandırıb. Əli qapı arasında sıxılmaqdan qıpqırmızı pörtərək əssə də özünü itirməyib sürücünün şəklini çəkib.

Biz də “Butov.az” informasiya portalı olaraq həmin anların şahidi kimi sürücünün şəklini yayımlamaqla aidiyyatı qurumları belə məsuliyyətsizlərə sərnişin xidməti etibar etməməyə çağırırıq.
P.S. Əgər xanım özünü itirsəydi, avtobusun təkəri altında qalacaqdı...

Butov.az
20-02-2026, 22:46
Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ


Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə son günlər imtahan vermədən sürücülük vəsiqəsi vəd edən elanların sayında artım müşahidə olunur. Bu vədlər cəmiyyətdə ciddi narahatlığa və geniş müzakirələrə yol açıb. Ekspertlər belə təkliflərin qanunla qəti qadağan olunduğunu və ağır cinayət məsuliyyəti yaratdığını vurğulayırlar. Vətəndaşlara yalnız rəsmi prosedurlara etibar etmək və şübhəli elanlardan uzaq durmaq tövsiyə olunur.
Hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı danışarkən bu halların tamamilə qanunsuz olduğunu qeyd edib. Ekspert bildirib ki, imtahansız sürücülük vəsiqəsi almaq qeyri-mümkündür.
“İmtahansız sürücülük vəsiqəsi almaq mümkün deyil. Belə bir təklif, yəni ‘imtahansız vəsiqə verilməsi’ reklamı, sadəcə yalan reklamdır və həm qanuna, həm də əxlaqa ziddir. Hüquq mühafizə orqanları bu hallarla məşğul olmalı, araşdırmalı və məsul şəxslər qanun qarşısında cavab verməlidir. Qanun pozuntusuna görə cərimə, inzibati və digər tədbirlər tətbiq oluna bilər. Bu, vətəndaşların aldatılmasının qarşısını almaq və sürücülük vəsiqələrinin qanuni yolla verilməsini təmin etmək üçün vacibdir.”
Bu növ elanlar həm də ciddi kibertəhlükəsizlik riskləri daşıyır. Fırıldaqçılar vətəndaşların fərdi məlumatlarını ələ keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Qanunsuz sənəd vədi ilə şəxsiyyət vəsiqəsinin surətini və ya bank kartı məlumatlarını tələb edən şəxslər gələcəkdə həmin məlumatlarla onlayn oğurluq və ya digər cinayətlər törədə bilərlər.
Vətəndaşlar bilməlidir ki, sürücülük vəsiqəsi üçün yalnız rəsmi dövlət qurumlarına və sertifikatlı kurslara müraciət edilməlidir. Saxta vədlərə inanmaq həm maliyyə itkisinə, həm də gələcəkdə ciddi hüquqi problemlərə səbəb ola bilər. Qanunsuz yollarla sənəd əldə etməyə çalışmaq sürücülərin həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.
20-02-2026, 22:30
Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək


Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Ermənistanla normallaşma prosesi iqtisadi münasibətlərə də müsbət təsir göstərə bilər.
Ermənistan Azərbaycan və Türkiyə arasında mövcud olan enerji əməkdaşlığının bir hissəsinə çevrilə bilər deyə nazir qeyd edib.
Onun sözlərinə görə, normallaşma mahiyyət etibarilə iqtisadi münasibətlərin də tənzimlənməsini nəzərdə tutur:
“Biz enerji sahəsində əməkdaşlığı inkişaf etdirə və bu istiqamətdə mövcud imkanlardan yararlana bilərik. Ümid edirəm ki, bu proses bütün tərəflərin xeyrinə davam edəcək”.
Nazir vurğulayıb ki, regional əməkdaşlıq formatlarının genişlənməsi həm enerji təhlükəsizliyi, həm də iqtisadi inkişaf baxımından əhəmiyyətlidir.
20-02-2026, 22:07
Azərbaycanda ticarət mərkəzində dava


Azərbaycanda ticarət mərkəzində dava

Astara şəhərinin Park-Bulvar ərazisində abadlıq işləri aparan işçilər həbs ediliblər.
Saxlanılan şəxslər DOST MMC-də fəhlə kimi çalışan şəxslərdir.
1990 və 1995-ci il təvəllüdlü Astara rayon sakinləri Park-Bulvar ərazisində abadlıq işləri apararkən aralarında iş bölgüsü ilə bağlı mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Onlar həmin ərazidə bir-birilərinə qarşı nalayiq ifadələr işlədiblər.
Hər iki şəxs barəsində ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmənin qərarı ilə fəhlələrdən biri 15, digəri isə 5 sutka müddətinə inzibati qaydada həbs olunub.
20-02-2026, 21:48
Nərimanovda yaşayış binasında yanğın


Nərimanovda yaşayış binasında yanğın

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğının səbəbi hələlik məlum deyil.
Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
20-02-2026, 21:43
Təcili İranı tərk edin! - ÇAĞIRIŞ


Təcili İranı tərk edin! - ÇAĞIRIŞ

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) mümkün hərbi eskalasiya riski fonunda ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Nazirliyin nümayəndəsi bildirib ki, hazırda məhdud sayda da olsa kommersiya reysləri fəaliyyət göstərir, həmçinin İranla qonşu ölkələrə hava əlaqəsi mövcuddur və quru yolla da çıxış imkanı var.
Rəsmi Berlin vurğulayıb ki, vəziyyətin kəskinləşəcəyi təqdirdə konsulluq yardımının göstərilməsi faktiki olaraq mümkünsüz ola bilər.
Bundan əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ İranı Vaşinqton üçün daha sərfəli şərtlərlə nüvə sazişinə razı salmaq məqsədilə hərbi və hökumət obyektlərinə məhdud zərbə endirmə variantını nəzərdən keçirir. Məlumata görə, mümkün əməliyyat yaxın günlərdə həyata keçirilə bilər.
Eyni zamanda, CBS telekanalı əməliyyatın fevralın 21-də başlaya biləcəyini iddia edib. ABŞ tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi qərar açıqlamayıb.
20-02-2026, 21:41
Yardımlıda ATIŞMA: Nə baş verir?


Yardımlıda ATIŞMA: Nə baş verir?

Yardımlıda sərhədi pozmağa çalışan şəxslərlə Dövlət Sərhədi Xidməti əməkdaşları arasında insident yaşanıb.
İnsident İranla sərhədi pozaraq, Azərbaycana keçmək istəyən şəxslərin qanunsuz hərəkətinin qarşısını alarkən baş verib. Hadisə fonunda silah səsləri eşidilib. Əraziyə hüquq-mühafizə əməkdaşları cəlb edilib.
Qanunsuz şəkildə Azərbaycana keçmək istəyən şəxslərinin əməlinin qarşısı alınıb.
20-02-2026, 20:36
Bir Gün Biz Qayıdacağıq!!!

Namiq MURADOV

Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü

Bir Gün Biz

Qayıdacağıq!!!


Nə qədər də mənalı və dərin bir kəlmədir Vətən. Şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir Vətən kəlməsinin. Vətən deyərkən anamızı, ana deyərkən vətənimizi düşünürük. Mən gözlərimi soyuq bir qatarda açmışam bu dünyaya. Öz doğma yurd yuvasından zorla deportasiya olunan bir ailənin ilk övladı olaraq. Uşaqlığım doğma el-obam Zəngəzur mahalı Qafan rayonu haqqında olan nənə və babalarımın xatirələrini duymaqla keçib. Onlardan eşitdiklərim uşaq yaddaşıma hoparaq, məni xəyali bir qəhrəman kimi bir anlıq da olsa Qafanımın səfalı yerlərinə aparırdı. Amma bu xoş xatirələrdə sevinclə bərabər, bir ağrı-acı da var idi. İstər 1903-1905, istərsə də 1918 və sonda 1988 – ci soyqırım və deportasiyanı yaşamış tarixin ağır sınaqlarından çıxmış bir nəslin nümayəndəsiyəm.
Deyirlər vətən itkisi ayrı hissdir, bəli bu fikirlərlə razıyam çünki bu hissləri mən dünyaya gəldiyim ilk günlərdən hiss edib, o hisslərlə yaşayıram. Özümü deportasiya qurbanı sayıram, çünki ilk gözlərimi açdığım o andan ümidsüz doğma el obalarından didərgin salınmış bir ailənin övladı olmuşam. Doğma elindən didərgin düşən insanlarımızın acı fəryadları, fəlakətləri yaxın tarixin erməni zülmündən qaynaqlanan acı bir xatirədir. Düşmən tapdağında sahibsiz qalıb qəribləşən ata yurdumuzun - Qafanımızın gözəl günləri, erməni zülmünün cəhənnəmə çevirdiyi insan həyatları, toplu faciələri, işğal altında qalan yer-yurdları haqqında eşitdiyim fikirlər, o ağrı-acıya, o həsrətə qoşulan şeirləri dinləyərək, deyilən acılı-şirinli xatirələri duyaraq keçib uşaqlığım.
Bu gün mən bir ümüdlə yaşayıram, biz qayıdacağıq, doğma Qafanımıza cismən görmədiyim amma valideyinlərimin, nənəmin və babalarımın xatirələrində canlanan doğma elimizə. Cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti, dünya arenasında qazandığımız uğurlar və 44 günlük Vətən müharibəsində yazdığımız qələbə tarixi bunları deməyimə əsas verir. Və o gün “Ana yurdum Mən Qayıtdım” deyəcəm!
20-02-2026, 20:29
SEVİNCLİ OLDUĞU QƏDƏR DƏ KƏDƏRLİ


SEVİNCLİ OLDUĞU

QƏDƏR DƏ KƏDƏRLİ


Bu yaxınlarda – yanvar ayında sevincli, sevincli olduğu qədər də kədərli bir xəbər aldıq. Nəslimizin ağsaqqalı, atamla əmizadə olan, Azərbaycan Texniki Universitetinin dosenti Savalan müəllim qohumlara belə bir xəbər çatdırdı: “Atam Xanlar Rəsul oğlu Almaniyanın Aşağı Saksoniya bölgəsində alman əsirliyində (əsir nömrəsi: 51569) torf istehsalı və bataqlıqların qurudulması işlərində məcburi əməyə cəlb edilmiş, aclıqdan, ürəktutmadan 1943-cü il fevral ayının 27-də günorta saat 14:30-da vəfat etmiş, toplu qəbiristanlıqda 235 saylı məzarda dəfn olunmuşdur. Qardaşım Qiyasın nəvəsi Kərimli Anar Vüqar oğlu 18 yanvar 2026-cı il tarixdə atamın qəbrini ziyarət etmişdir”.
Təxminən 2005-ci ildən apardığım tədqiqatlar zamanı müəyyən etdim ki, Göyçə mahalının Daşkənd kəndindən İkinci Dünya müharibəsinə təxminən 250 nəfər səfərbər olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni, 126 nəfəri itkin düşmüş, həlak olmuşdur. Qalanlardan 122 nəfər müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri ABŞ-də (Məhərrəm Musayev), biri isə Türkiyədə (Niftalı Xəlilov) qalıb yaşamışdır. Aparılan tədqiqatın nəticəsi tərəfimizdən “Respublika Xatirə Kitabı Redaksiyası”na təqdim olunmuş və “Azərbaycan Respublikası Xatirə Kitabı” adlı ensiklopediyada çap olunmuşdur. Bu qanlı müharibə bizim Rəsullular nəslindən də yan keçməmiş, bir çoxları bu müharibəyə könüllü olaraq getmişdir. Altı nəfər müharibədə itkin düşüb, həlak olmuş, doqquz nəfər isə müharibə veteranı kimi doğulduqları Daşkənd kəndinə qayıtmışlar.
Müharibədə həlak olub geri qayıtmayan altı nəfərdən biri də Nəsib babamla babaları qardaş olan Xanlar Rəsul oğlu Kərimov idi. Nəsib babamla Xanlar babanın müharibədən öncəki illərə aid qoşa çəkdirdikləri şəkilləri də bu gün bizlər üçün çox dəyərli bir yadigardı. Xanlar Kərimov 1903-cü ildə Novo-Bəyazid qəzasının Daşkənd kəndində doğulmuşdu. Geniş dünyagörüşü, dərin biliyi olan Xanlar Kərimov mühasib kimi Basarkeçərin bir çox kolxozlarında işləmişdir. O, bacısı Şəkərin oğlu Niftalı Xəlilova da mühasiblik peşəsini öyrətmiş, özü ilə bərabər o da mühasib işləmişdir. Xanlar Kərimovun öz dəsti-xətti ilə yazdığı, İmam Əlinin şücaətlərindən bəhs edən “Xəvər-zəmin” kitabı son illərə qədər qalırdı.
Xanlar Kərimov təxminən 1930-cu illərin əvvəllərində Hacı Məhəmmədlilər nəslindən Alı kişinin qızı Gülgəz xanım ilə ailə həyatı qurub. Onların Tehran, Sabir, Xalid, Qiyas və Savalan adlı dörd oğlu, bir qızı dünyaya gəlib.
1941-ci ilin sentyabr ayında Xanlar Kərimovu vəzifəsinə görə müharibəyə səfərbər etməsələr də, o Basarkeçər Rayon Hərbi Komissarlığına müraciət etmiş, könüllü olaraq döyüşlərə qatılmağını istəmiş, müharibəyə göndərilmişdir. Qardaşı Hüseynin oğlu rəhmətlik Vərqa müəllimlə söhbətlərimiz zamanı əmisini xatırlayır və belə deyirdi:

“Xanlar əmim müharibədən qabaq iki il hərbi xidmətdə olmuşdu. 1941-ci il idi, biz uşaqlar otaqda oynayırdıq. Tanrıverdi müəllim gəldi və Xanlar əmimə dediki hökumət səni işinə görə bron edib, müharibəyə aparmır. Nə vaxt çağırarlar onda da gedərsən. Sən niyə axı özün gedirsən? Xanlar əmim də dedi ki, Tanrıverdi, faşistlər torpaqları ala-ala gəlib Qafqaza çatıb. Mən qala bilmərəm, gedəcəm.”
SSRİ Müdafiə Nazirliyinin arxiv sənədlərində yazılır: “Kərimov Xanlar Rəsul oğlu sıravi əsgər kimi Primorsk ordusu 775-ci atıcı alayın 9-cu rotasının atıcısı olmuşdur. 5 mart 1942-ci ildə onun xidmət etdiyi rotanı bütünlüklə alman faşistləri Sevastopolda əsir götürmüşdür”. Digər bir sənəddə isə “1942-ci ilin may ayında itkin düşmüşdür” deyə qeyd vardır.
Bundan sonra Xanlar Kərimov haqqında həqiqətə uyğun olmayan fikirlər söylənilmiş, guya özünün könüllü əsir düşdüyü, hətta müharibədən sonra Almaniyada və ya Türkiyədə qalıb yaşadığını da danışırdılar. Bunlar hamısı dəqiq olmayan, reallığa söykənməyən rəvayətlərdən, ziddiyyətli fikirlərdən ibarət imiş. Əsl həqiqət isə onun nəvə-nəticələrinin 83 il sonra əldə etdikləri məlumat oldu. Sevə-sevə vətəndaşı olduğumuz Sovet hökuməti isə insanlara əzab-əziyyət vermiş, dəqiq olmayan məlumatlar əsasında bu ailəni daim təzyiq altında saxlamışlar. Hətta Savalan müəllim söyləyir ki, Sovet hökuməti 1942–1946-cı illərdə üç dəfə əmlaklarını müsadirə etmiş, onlara olmazın əzabını vermişlər.
Xanlar Kərimovun övladları ali təhsilli olub rəhbər işlərdə çalışsalar da, guya atalarının öz istəyi ilə əsir düşməsi səbəbindən hər zaman qorxu içərisində yaşamış, layiq olduqları daha yüksək vəzifələri tuta bilməmişlər. Oğlu Qiyas Kərimov Bakı Ali Partiya Məktəbini qırmızı diplomla bitirməsinə, Kəlbəcər rayon Komsomol Komi¬tə¬si-nin katibi işləməsinə baxmayaraq haqqı olan hər hansı rayonun birinci və ya ikinci katibi vəzifəsinə irəli çəkilməmiş, çox geridə qalmış Bərdə rayonunun Telman kolxozuna sədr göndərilmişdir. Onun peşəkarlığı sayəsində həmin kolxoz bir neçə ilə rayonun ən qabaqcıl təsərrüfatlarından biri olmuşdur. Eləcə də, Xanlar Kərimovun digər oğlu Xalid Rəsulov da haqsızlığın qurbanı olmuşdur. Belə ki, Xalid Rəsulov nəinki Azərbaycanın hətta, Özbəkistanın pambıq qəhrəmanları ilə aralarında ge¬dən yarışda qalib olmasına baxmayaraq onun haqqı olan Sosialist Əməyi Qəhrəmanı adı ona verilməmişdir. Qeyd edim ki, hər iki qardaş dəfələrlə “SSRİ Xalq Təsər¬rüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalına, “Sosializm yarışının qalibi” və başqa onlarla orden, medal və mükafatlara layiq görülmüşlər.
Mövzu ilə qismən bağlı olduğundan burada Aşıq Hacı Bayramovun 1991-ci ildə Almaniyaya qastrol səfərə gedəndə konsertdən sonra bir nəfərlə olan görüşünü xatırlatmaq istərdim: “Bir nəfər Aşıq Hacıdan haralı olduğunu soruşur. O da Göyçə mahalının Daşkənd kəndindən olduğunu deyir. O adam aşıqdan Daşkənddə yaşayan Kərbəlayı Əmrahı, İsmayıl kişini, Xanları və o cümlədən Rəsullulardan bir neçə adamı soruşur. Aşıq Hacı ondan soruşur ki, bəs siz kimlərdənsiniz, bu adamları niyə soruşursuz? Deyir, elə belə maraqlanıram. Adam onu da əlavə edir ki, indi tələsirəm, sabah gəlib səni qonaq aparacam. Amma o adam səhəri gün gəlmir və növbəti görüş baş tutmur. Aşıq Hacı güman edərək belə deyərdi: O, adam Rəsullulardan ya Məhəmməd idi, ya da Xanlar, bəlkə də Müzəffər idi. Amma o adam daha çox Kərbəlayı Əmrahla maraqlanırdı”.
Müharibədən sonra Türkiyədə qalıb yaşayan, Xanlar Kərimovun bacısı Şəkərin oğlu Niftalı Xəlilov 18 iyul 1959-cu ildə qardaşı Əli Xəlilova yazdığı məktubdan bir hissəni olduğu kimi burada təqdim etməyi də vacib hesab edirəm:
“Ali, yavrum, Koçernin eşi Selmi Elbeyinin küçük kızı deyilmi? Setter kimin kızını aldı, resmini neden göndermedi, yoksa darğınmısınız? Sakının, onu hoş dutun emim yadigarıdı onu sizlerden ayırmam. Letive kimle evlendi, Medoş emimin Haceri kimle evlendi? Hannar daymın, Hüseyin daymın, bizim Karaşın, Balış emimin cocukları kimle evlendi ve kendileri nasıllar, Hannarın ailesi Gülgez ne oldu, Hacının oğlu Süleymen eve geldimi? Mahı neden öldü, derdi neydi, etraflı yaz. Kurban emim dururmu, çocukları nasıllar?”
Daşkənddən müharibəyə gedib-qayıtmayanlardan söz düşəndə Vərqa Kərimov deyərdi ki, Dədəm kəndin başından başlayar bir-bir müharibədən qayıtmayanları sayar, təsbehin daşını çevirərdi. 101 təsbeh bitərdi amma ölənlər bitməzdi. Vərqa müəllimin atası, Xanlar Kərimovun isə qardaşı Hüseyn kişinin məzar daşına 1965-ci ildə yazılan şeir də çox ağrılı, kədərlidir:

Əvvəl gündən oldum mən də bəxtiyar,
Deyirdim, yanımda beş qardaşım var.
Getdi o qardaşlar, hanı o Xanlar?
Ona qismət oldu o qürbət diyar.
Ey fələk, ey həyat, yollarına bax,
Yaranmış nə bilir nələr olacaq.
Ey daş, nişana ver gözdə Vətəni,
Bəlkə qardaş gəlib oxuya səni.


Müharibə Rəsulluların ziyalılarını, görən gözünü, duyan qəlbini yox etdi, desək yanılmarıq. Nəslin azman şairi Həsən Xəyallı əmisioğlanları Hüseyn Kərimova və Xasay Hacıyevə yana-yana ürək ağrısı ilə yazırdı:

…Həsən Xəyallıyam, qopur fəryadım,
Düşəndə yadıma tərlan Sayadım!
Xanlarla qırıldı qolum-qanadım
Qeyri kimsələrdən uzaq kimiyəm.

…Getdi Zülfiqarım, getdi Nəsibim,
Xoş ləhcə Xanlarım, o Məhəmmədim.
Öldü tərlan Sayad, qırıldı belim,
Qəmlər qucağında bir qalan mənəm.


Son olaraq bir maraqlı faktı da oxucuların nəzərinə çatdırmaq istərdim. Vərqa müəllim deyərdi ki, Xanlar əmim doğulan il babam Rəsul vəfat edib. Bu yaxınlarda apardığım tədqiqatların nəticəsi olaraq çap etdirdiyim “Soyumuz, kökümüz, özümüz” adlı kitabda kameral siyahılara, eləcə də Vərqa müəllimin dediyinə əsaslanaraq müəyyən etmişdim ki, Rəsul Hacı Kərim oğlu 40 yaşında vaxtsız vəfat edib. Maraqlıdır ki, 1903-cü ildə doğulan onun oğlu Xanlar Kərimov da 1943-cü ildə 40 yaşında haqqın dərgahına qovuşub.
Ruhun şad, məkanın cənnət olsun, Xanlar baba.

Araz Yaquboğlu

tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!