“Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                       
14-02-2026, 16:26
Rusiya ilə birgə yaşamağa məhkumuq - Makron


Rusiya ilə birgə yaşamağa məhkumuq - Makron

Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə birbaşa əlaqə xətti qurmaq qərarını açıqlayıb.
O, bu açıqlamanı Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı verib.
"Ukrayna məsələsi ilə bağlı danışıqlar Avropanın iştirakı olmadan mümkündür. Lakin bu, sülh gətirməyəcək. Buna görə də Rusiya ilə birbaşa əlaqə xətti qurmaq qərarına gəldik. Biz bu problemin həllində iştirak edəcəyik. Ukraynadakı müharibə bitdikdə isə təhlükəsizlik maraqlarımızı nəzərə alaraq Rusiya Federasiyası ilə birgə yaşama qaydalarını müəyyən etməli olacağıq. Danışıqlar masasına oturub bunu müzakirə etməyə hazır olmalıyıq", - Makron bildirib.
Fransa prezidenti vurğulayıb ki, yeni Avropa təhlükəsizlik arxitekturası ilə bağlı danışıqlar avropalıların özlərinin iştirakı ilə aparılmalıdır.
"Coğrafiyamız dəyişməyəcək. Biz Rusiya ilə eyni yerdə yaşayacağıq və istəmirəm ki, bu danışıqları başqası təşkil etsin", - deyə o söyləyib.
14-02-2026, 16:24
3 ölkə ABŞ-dən xəbərsiz görüşdü


3 ölkə ABŞ-dən xəbərsiz görüşdü

Avstriya paytaxrı Vyanada üçtərəfli görüş keçirilib.
Rusiyanın BMT nümayəndəliyi Rusiya, Çin və İran arasında danışıqların keçirildiyini deyib.
Danışıqlar zamanı tərəflər İranın nüvə proqramının hazırkı vəziyyətini müzakirə ediblər.
Xatırladaq ki. hazırda Oman vasitəçiliyi ilə ABŞ İranla danışıqlar aparır.
14-02-2026, 16:19
Vətəndaşlara 11 min manat "atan" şəxs saxlanılıb


]Vətəndaşlara 11 min manat "atan" şəxs saxlanılıb

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.
14-02-2026, 16:04
Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir


Həmyerlimiz Ermənistanı qarış-qarış gəzir

İrəvanda çəkdiyi video ilə diqqətləri üzərinə çəkən əslən Qərbi Azərbaycandan olan Rövşən Əhmədov sosial şəbəkədə növbəti dəfə paylaşımını edib.
Əslən Amasiya rayonunun Ağbaba kəndindən olan Rövşən Əhmədovun budəfəki paylaşımı Ermənistanın 2-ci ən böyük şəhəri Gümrüdən olub.
O, yayımladığı videoda Gümrü şəhərinin mərkəzi küçələrini avtomobili ilə gəzir və şəhərlə bağlı 35 il əvvəlki xatirələrini bölüşür:
"40 il keçib, amma heç bir dəyişiklik yoxdur. Atamın əlindən tutub, alış-veriş etdiyimiz günlər yadıma düşdü. Ağbaba kəndinin sakinləri artıq 40 ildir ki, öz yurd-yuvalarının həsrətini çəkirlər. Allahın iznilə Ağbabaya qayıdıb gələrik".
Qeyd edək ki, Ağbaba kəndi Qərbi Azərbaycanın Amasiya rayonu ərazisində yerləşir.
14-02-2026, 15:03
Bu ölkələr öz sakinlərinə vətəndaşlıq vermir


Bu ölkələr öz sakinlərinə vətəndaşlıq vermir

Dünyada milyonlarla insan hələ də heç bir dövlətin vətəndaşı hesab olunmur.
2026-cı ilin məlumatına əsasən, dünyada təxminən 14 milyon nəfər vətəndaşlığı olmayan şəxs kimi yaşayır.
Məlumata görə, onların böyük əksəriyyəti miqrantlar və qaçqınlardır. Lakin təxminən 25 faizi öz doğma ölkəsində yaşasa da, müxtəlif səbəblərdən dövlət tərəfindən vətəndaş kimi tanınmır.
2026-cü ilin yanvar ayına olan statistikaya əsasən, vətəndaşlığı olmayan şəxslərin sayına görə ilk 10 ölkə aşağıdakılardır:

Banqladeş — 900 mindən çox

Kot-d’İvuar — 692 min nəfər

Tayland — 479 min nəfər

Latviya — 225 min nəfər

Suriya — təxminən 160 min nəfər (müharibə səbəbindən dəqiq statistika aparmaq çətindir)

Dominikan Respublikası — 134 min nəfər

Küveyt — 92 min nəfər

Estoniya — 78 min nəfər

İraq — 47 min nəfər

Kolumbiya — 25 minədək

Ekspertlərin fikrincə, vətəndaşlığın olmaması şəxslərin təhsil, səhiyyə, məşğulluq və sosial təminat hüquqlarına çıxışını ciddi şəkildə məhdudlaşdırır və bu problem qlobal miqyasda insan hüquqları məsələsi kimi aktuallığını qoruyur.
14-02-2026, 14:50
ABŞ İranla razılaşma üzərində işləyir – Rubio


ABŞ İranla razılaşma üzərində işləyir – Rubio

ABŞ İranla razılaşma üzərində işləyir.
Bu barədə dövlət katibi Marko Rubio Bloomberg-ə verdiyi müsahibədə bildirib.
O qeyib ki, xüsusi elçi Uitkoff və prezidentin kürəkəni Kuşnerin yaxın gələcəkdə bir neçə görüş keçirməsi planlaşdırılır.
"Hər hansı bir irəliləyiş əldə edə biləcəyimizi görəcəyik", - o deyib.
14-02-2026, 14:47
Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib


Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.
Bu barədə bu gün Müdafiə Nazirliyinin 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib.
Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.
14-02-2026, 14:02
Ermənistanda nazir müavini azərbaycanlılarla görüşdü


Ermənistanda nazir müavini azərbaycanlılarla görüşdü

Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində dəyirmi masa ətrafında Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri bir araya gəliblər.
Görüşdə Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan da iştirak edib.
Müzakirələr zamanı 8 avqust 2025-ci il tarixində Vaşinqton sammitində müəyyən edilmiş sülh gündəliyindən irəli gələn məsələlər, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu geniş şəkildə müzakirə olunub.
14-02-2026, 13:58
İlham Əliyev bolqar həmkarı ilə enerji ixracından danışdı


İlham Əliyev bolqar həmkarı ilə enerji ixracından danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.
Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirib.
İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə edib.
O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olunub.
Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.
Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirilib.
14-02-2026, 13:36
19 azərbaycanlı 20 erməni ilə nələri müzakirə edir? - VİDEO


19 azərbaycanlı 20 erməni ilə nələri müzakirə edir? - VİDEO

Hazırda Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan ikitərəfli dəyirmi masanın yekun görüş toplantısı keçirilir.
Görüş çərçivəsində tərəflər regional təhlükəsizlik, humanitar məsələlər və qarşılıqlı etimadın artırılması istiqamətində fikir mübadiləsi aparırlar.
Xatırladaq ki, ötən gün görüş üçün Azərbaycan tərəfdən 19 nəfər- Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İsgəndərli, Fuad Abdullayev, Könül Bədəlova, Zaur Şiriyev, Murad Muradov, Aytən Qəhrəman, Rauf Ağəmirzəyev, Gülbəniz Qənbərova, Nəzrin Əliyeva, Eldar Həmzəli, Sənan Rzayev, Gülşən Axundova, Emin Əliyev, Orxan Babayev, İlyas Hüseynov və Fuad Ağamalıyev quru yolu ilə Ermənistana keçiblər.
Ermənistan tərəfindən isə tədbirdə qeyri-hökumət təşkilatlarının 20 nümayəndə - Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan, Samvel Meliksetyan, Stepan Qriqoryan, Edqar Vardanyan, Robert Gevondyan, Lusine Xaratyan, Nelli Minasyan, David Stepanyan, Ruben Babayan, Eleonora Sarkisyan, Naira Martikyan, Vazgen Karapetyan, Tatev Danielyan, Armen Petrosyan, Alen Əmirxanyan, Nelli Rafaelyan, Jirair Abetyan iştirak edir.
Görüşün videosunu təqdim edirik:

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!