Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
21-07-2024, 09:26
ABŞ nüvə başlıqlarının sayını açıqladı


ABŞ nüvə başlıqlarının sayını açıqladı

2023-cü ilin sentyabr ayına olan məlumata görə, ABŞ 3 min 748 nüvə başlığına malikdir.
Bu ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının saytında dərc olunan məlumatlarda göstərilib.
Qeyd olunub ki, ABŞ-nin nüvə silahı ehtiyatları 1967-ci ildən bəri təxminən 88 faiz ixtisar olunaraq 31 255 nüvə başlığına, Berlin divarının çökdüyü 1989-cu ildə isə daha 83 faiz ixtisar edilərək 22 217 başlığadək azaldılıb.
ABŞ 1994-cü ildən 2023-cü ilə qədər ümumilikdə 12 088 nüvə başlığını, o cümlədən 2020-ci ildən bu yana 405 nüvə başlığını məhv edib. Eyni zamanda, təxminən 2 min döyüş başlığı istifadədən çıxarılıb. Həmçinin 1991-ci il sentyabrın 30-dan bəri qeyri-strateji taktiki nüvə başlıqlarının sayı 90 faizdən çox ixtisar olunub.
21-07-2024, 09:05
Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başladı


Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başladı

Şuşada II Qlobal Media Forumunun ikinci iş gününə start verilib.
İştirakçıları Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi salamlayacaq.
Daha sonra forum işini panellərdə davam etdirəcək.
“TRT World”un aparıcısı və Baş Prodüseri, Gida Fəxrinin (Ghida Fakhry) moderatorluğu ilə keçiriləcək birinci paneldə iştirakçılar “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək” mövzusunda müzakirələr aparacaqlar.
Günün ikinci panelinin mövzusu “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” olacaq. Bu müzakirələrə “Əl-Cəzirə” Araşdırmalar Mərkəzinin nümayəndəsi Ezzedin Abdelmula (Ezzeddine Abdelmoula) moderatorluq edəcək.
Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.
20-07-2024, 22:08
Ermənistanda partlayış - Ölən var


Ermənistanda partlayış - Ölən var

Ermənistanın Qafan bölgəsində partlayış baş verib.
Hadisə Ermənistan Müdafiə Nazirliyinin atış poliqonuna yaxın zavodun ərazisində qeydə alınıb.
İnsident nəticəsində 64 yaşlı mühafizəçi ölüb.
Partlayışın hansı şəraitdə baş verdiyi məlum deyil.
20-07-2024, 21:40
Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var


Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair mənim baxışlarım tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var.
Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdə”.
20-07-2024, 21:23
Forum iştirakçılarının şərəfinə ziyafət verildi


Forum iştirakçılarının şərəfinə ziyafət verildi

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
Qonaqlar Azərbaycan musiqilərinin sədaları altında milli mətbəximizin ləziz təamlarından dadıblar.
Milli mətbuatımızın 149 illiyi münasibətilə təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Forum iyulun 22-dək davam edəcək.
20-07-2024, 20:45
Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük


Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Biz Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük.
Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
Pakistan tərəfindən hər zaman qardaş dəstəyi hiss etdiyimizi xatırladan dövlətimizin başçısı buna görə bir daha minnətdarlığını bildirib. “Bu sahədə (media – red.) səylərimizin birləşdirilməsi çox yaxşı bir fikirdir. Hesab edirəm ki, biz bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyə bilmək üçün birgə media işçi qrupu da yarada bilərik. Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə isə sizin. Bunu təkcə Pakistanla deyil, digər dost ölkələrlə də edə bilərik”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.
20-07-2024, 20:22
Türkiyədə yeni hava limanı fəaliyyətə başlayır


Türkiyədə yeni hava limanı fəaliyyətə başlayır

Türkiyənin cənubunda yerləşən Çukurova Hava Limanının açılış mərasimi avqustun 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.
Yeni hava limanı Türkiyənin iki cənub vilayətinin - Adana və Mersin sakinlərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Çukurova Hava Limanının tutumu ildə 8 milyon sərnişin olacaq.
Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib ki, Mersin vilayətində hava limanının tikintisi “Tik-İşlət-Dövlət” dövlət-özəl tərəfdaşlıq modelinə uyğun həyata keçirilib.
Layihəyə 244,5 milyon avro xərclənib və yerin icarəsindən daxil olacaq ödənişlər 25 il ərzində dövlət xəzinəsinə 297 milyon 100 min avro qazandıracaq.
“Mülki aviasiya sektoru ölkəmiz üçün vacibdir. Türkiyədən 4 saatlıq uçuş zamanı 1,4 milyard əhalisi olan 67 ölkə var. 2053-cü ilə qədər biz aktiv fəaliyyət göstərən hava limanlarının sayını 61-ə çatdırmağı planlaşdırırıq”, -deyə türkiyəli nazir bildirib.
Uraloğlu qeyd edib ki, Çukurova Hava Limanı Türkiyənin ikinci ən böyük yük terminalına sahib olacaq ki, bu da Yaxın Şərq ölkələri ilə ticarətə ciddi töhfə verəcək.
O diqqətə çatdırıb ki, yeni hava limanının açılışından sonra 3 min insan işlə təmin ediləcək.
20-07-2024, 19:56
Bütün milyardlarınıza rəğmən, uğursuz oldunuz - Prezident ​​​​​


Bütün milyardlarınıza rəğmən, uğursuz oldunuz - Prezident ​​​​​

Bir neçə gün əvvəl Britaniyada, Oksfordşirdə bütün liderlər mənə Ermənistan haqqında, sülh sazişi haqqında suallar verirdilər. Sanki Avropa bütün məsələlər həll edilib və Ermənistan-Azərbaycan məsələsi yerdə qalan yeganə problemdir.
Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
Onların bütün söhbətlərdə bu məsələni qaldırmaqlarından təəccübləndiyini bildirən dövlətimizin başçısı deyib: “Mən heç vaxt Avropa və ya digər liderlərlə danışığımda bizə və ya mənə şəxsən aid olmayan heç bir məsələni müzakirə etmirəm. Mən bu görüşlərdə izah etməyə çalışdım ki, biz qeyri-adi bir iş görməmişik. Fərq ondan ibarətdir ki, bütün milyardlarınıza rəğmən, siz uğursuz oldunuz, biz isə bunu bacardıq. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardıq”.
20-07-2024, 15:38
Avropa çempionatının ən yaxşı qolu


Avropa çempionatının ən yaxşı qolu

Almaniyada keçirilmiş futbol üzrə Avropa çempionatının ən yaxşı qolu açıqlanıb.
Qalib azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən müəyyənləşib.
Fanatlar Türkiyə millisinin müdafiəçisi Mərt Müldürün qrup mərhələsinin ilk turunda Gürcüstan millisinin qapısına vurduğu topu turnirin ən yaxşı qolu seçiblər.
Qeyd edək ki, həmin qarşılaşma "ay-ulduzlular"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə yığması 1/4 finalda Niderlanda uduzaraq (1:2) "Avro-2024"də mübarizəni dayandırıb.
20-07-2024, 14:22
Bank kartlarından minlərlə oğurluq edildi


Bank kartlarından minlərlə oğurluq edildi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara bank kartlarının məlumatlarını tanımadıqları şəxslərə verməməkləri ilə bağlı çağırış edib.
DİN-dən daxil olan çağırış mətnində bildirilib ki, bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur.
Qeyd olunub ki, hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc vətəndaşın aldadılmasına yönələn tələlərdir.
"Vətəndaşlar “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır. “Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin” adı adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaqdır.
İyulun 19-da ayrı-ayrı şəxslərin – 16780, 9745, 7550, 3070, 3026, 2807, 1951, 1380, 1320, 1102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki,diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, inandırıcı görünən hər bir təklif yalandır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!