İsrail ordusu onun da öldürüldüyünü açıqladı .....                        68 yaşlı kişi özünü borudan asdı .....                        Qiyamçılar Hələbə daxil oldular .....                        Gürcüstanda etirazçılara xəbərdarlıq edildi .....                        Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - Yeni təyinat .....                        Masazırda evdə uçqun - ölən və yaralananlar var .....                        Gürcüstanda qarşıdurma güclənir - Hərbçilər də etiraza qoşuldu .....                        Milli Məclisin növbəti iclaslarının gündəliyi açıqlandı .....                        4400 Qarabağ ermənisinə Ermənistan vətəndaşlığı verilib .....                       
Tarix : 31-07-2024, 19:16
Bakıdan Fransaya çağırış


Bakıdan Fransaya çağırış

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa Senatının Xarici Müdaxilələrə dair Tədqiqat Komissiyası tərəfindən dərc olunan “Zərərli Xarici Müdaxilələrə qarşı Mübarizə. Bütün millətin yeni soyuq müharibəyə qarşı səfərbərliyi” adlı ilkin Hesabatı şərh edib. A.Abbasov bildirib: “Təəssüf hissi ilə qeyd edirik ki, sözügedən hesabatda Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupu (BTQ) ilə bağlı yer alan iddialar qərəzli, qeyri-obyektiv və əsassızdır. Hesabatda Azərbaycanın “bütün azimutlardan” təhdid edən yeni rəqib dövlət kimi qeyd olunması ölkəmizin beynəlxalq sülh və sabitlik naminə apardığı fəaliyyətləri tamamilə yanlış bir kontekstdə göstərməyə xidmət edir və Fransa ictimaiyyətini bilərəkdən çaşdıraraq Azərbaycanı düşmən obrazında təqdim etməyə, eləcə də BTQ-nin dekolonizasiya istiqamətində dünyada gördüyü böyük işləri məqsədli şəkildə ləkələməyə hesablanıb.
BTQ-nin əsas missiyası kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya ictimaiyyətinə çatdırmaq, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərməkdir. Yaranmasından bir il keçməsinə baxmayaraq, BTQ BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında və dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edib. Bu tədbirlərdə iştirakçılar Fransanın kolonial və neokolonial cinayətlərini ifşa edən məlumatlar təqdim edib, müvafiq petisiyalara start veriblər.
Bildiririk ki, BTQ yalnız müstəmləkəçilik, neokolonializmə qarşı mübarizəni müdafiə edir və heç bir halda Fransa cəmiyyətinin destabilizasiyasını hədəfləmir. Əksinə, Fransa daxili problemlərini başqalarının üzərinə atmaq üçün bəhanələr axtararaq beynəlxalq münasibətləri gərginləşdirməkdə və müstəmləkəçilik siyasətinin törətdiyi ədalətsizliklərdən diqqəti yayındırmaq siyasəti həyata keçirir. Bu siyasət Yeni Kaledoniya, Fransız Polineziyası və Korsika kimi bölgələrdə insan hüquqlarının pozulması, iqtisadi bərabərsizliyin artması və mədəniyyətlərin yox olması ilə nəticələnir. Fransa bu ərazilərdəki xalqların haqlı mübarizəsini görməzdən gələrək, öz kolonial keçmişini ört-basdır etməyə çalışır ki, bu da beynəlxalq öhdəliklərə əməl etməmək deməkdir.
Fransaya qarşı “islamofobiya” mövzusu ilə bağlı fəaliyyət göstərilməsi iddiası ölkəmizin və BTQ-nin öz müstəqil mövqeyini ifadə etməsinə yönəlmiş yeni bir dezinformasiyadır. Bu iddialar BTQ-nin fəaliyyətini dini konteksdə marginallaşdırmaq və “küncə sıxaraq” ənənəvi dini don geydirmək niyyətindən xəbər verir. Bildiririk ki, BTQ-nin fəaliyyətində dinə və ya etnik mənsubiyyətə əsaslanan ayrı-seçkilik yer almır, əksinə, təşkilat bütün xalqların azadlıq və hüquqlarını təmin etmək üçün din, dil, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün müstəmləkə xalqlarının azadlıq mübarizəsini beynəlxalq hüquq çətiri altında dəstəkləyir və əməkdaşlığı təşviq edir.
Biz Fransa hökumətini müstəmləkələrdəki insanların haqlı tələblərini dinləməyə və onlara əməl etməyə, habelə BTQ-nin qaldırdığı müstəmləkələrlə bağlı haqlı iradları qəbul etməyə çağırırıq”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!