İsrail Livana da zərbələr endirib .....                        Zaqatalada faciə: 5 yaşlı uşaq "Kamaz"ın altında qaldı .....                        Qazaxda evə basqın edildi .....                        İranın iki qırıcısı belə məhv edildi .....                        Trampdan İranın danışıqlar təklifinə reaksiya .....                        Azərbaycanda dünya çempionatı keçiriləcək .....                        Netanyahu Xameneiyə sui-qəsdi istisna etmir .....                        Lazım olan hər addımı atmağa hazırıq - Ərdoğan .....                        Belarus vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olundu .....                       
14-04-2025, 16:43
Dövlət Xidmətinin portalı ləğv edilir


Dövlət Xidmətinin portalı ləğv edilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət istiqamətləri üzrə həyata keçirilən elektron xidmətlərin təqdim edildiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) 2025-ci il mayın 1-dən ləğv edilir.
Portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib. Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərdən istifadə etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) daxil olaraq müvafiq bölməyə keçid edə bilərlər.
14-04-2025, 16:30
Ceyhun Bayramov Litva xarici işlər nazirinin müavini ilə görüşdü


Ceyhun Bayramov Litva xarici işlər nazirinin müavini ilə görüşdü

14 aprel 2025-ci il tarixində Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər nazirinin müavini Yulius Praneviçius ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Litva ikitərəfli və çoxtərəfli münasibətləri, regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, humanitar sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu qeyd edilib, bundan irəli gələn məsələlərin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. Çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb. Sülh və normallaşma prosesinin irəlilədilməsinin qarşısında duran çağırışlar, o cümlədən Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam edən ərazi iddiaları, Ermənistanın sürətli silahlanması, habelə keçmiş münaqişədən qalma ATƏT-in Minsk Qrupu və aidiyyəti strukturların mövcudluğu məsələsi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Litva Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Litva tərəfindən isə xarici işlər nazirinin müavini Yulius Praneviçius rəhbərlik edib.
14-04-2025, 16:21
Buraxılış imtahanından sonra şagirdlər məktəbə getmir? - RƏSMİ AÇIQLAMA


Buraxılış imtahanından sonra şagirdlər məktəbə getmir? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda buraxılış imtahanları mərhələli şəkildə davam edir. 11-ci sinif şagirdlərinin martın 2-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb, martın 9-da təşkil olunan imtahanın nəticələrinin isə bu həftə ərzində elan olunması gözlənilir.
9-cu sinif şagirdlərinin də buraxılış imtahanları başlayıb və bu həftəsonu növbəti imtahan keçiriləcək.
Buraxılış imtahanından sonra məktəblərdə davamiyyətin xeyli aşağı düşməsi ilə bağlı məlumatlar yayılıb. Müəllimlər sosial şəbəkələrdə paylaşdıqları statuslarda xüsusislə 9 və 11-ci siniflərdə cəmi 2-3 şagirdin dərsə gəldiyini iddia edirlər. Onların sözlərinə görə, şagirdlər dərslərin artıq əhəmiyyət kəsb etmədiyini düşünərək məktəbə getməməyə üstünlük verirlər.
Təhsil üzrə ekspertlər bu vəziyyəti narahatedici hesab edir. Onların fikrincə, şagirdlərin məktəbdən yayınması təhsil prosesinin keyfiyyətinə mənfi təsir göstərir.
İddialarla əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, buraxılış imtahanından sonra 11-ci sinif şagirdlərinin davamiyyətində nisbətən azalmanın olduğu ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir", - açıqlamada qeyd olunub.
14-04-2025, 16:09
Bulvarda bir nəfər dənizdə batıb


Bulvarda bir nəfər dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Məlumat daxil olandan dərhal sonra Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin iki dalğıc-axtarış qrupu cəlb olunub.
14-04-2025, 16:03
Buraxılış imtahanlarının düzgün cavabları açıqlandı


Buraxılış imtahanlarının düzgün cavabları açıqlandı

Aprelin 13-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
Doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytına yerləşdirilib.
2025-ci il aprelin 13-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 5 həftə ərzində elan olunması nəzərdə tutulur.
14-04-2025, 15:53
Rusiyadan 34 nəfərin öldüyü hücumla bağlı AÇIQLAMA


Rusiyadan 34 nəfərin öldüyü hücumla bağlı AÇIQLAMA

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumı şəhərinə hücum etdiyini təsdiqləyib.
Nazirlik hücumun iki “İsgəndər-M” raketi ilə həyata keçirildiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi zərbənin hədəfi kimi Ukrayna Silahlı Qüvvələrinin operativ-taktiki qrupunun komanda qərargahının iclasının keçirildiyi yeri göstərib. Nazirlik 60-dan çox Ukrayna əsgərinin öldürüldüyünü iddia edib.
Bəyanatda vurğulanır ki, zərbə “Ukrayna Silahlı Qüvvələri tərəfindən xaricdə istehsal olunan elektron müharibə və hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə fəal əks-hücum şəraitində” həyata keçirilib.
Qeyd edək ki, bazar günü Ukrayna hərbçiləri Sumıya iki “İsgəndər-M” raketinin atıldığını bildiriblər.
Hücum nəticəsində ikisi uşaq olmaqla 34 nəfər həlak olub, 100-dən çox mülki şəxs yaralanıb.
Kremlin sözçüsü Dmitri Peskov da Rusiya hərbçilərinin yalnız hərbi və yaxın hərbi obyektlərə zərbələr endirdiyini bildirib.
14-04-2025, 15:42
Ermənistanın yaydığı məlumat YALANDIR - RƏSMİ


Ermənistanın yaydığı məlumat YALANDIR - RƏSMİ

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.
Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür.
Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir", - məlumatda deyilir.
14-04-2025, 15:27
Vaxtilə Yerevandan Qarabağa silahları Vazgen Sarkisyan göndərib - Erməniəsilli şahid


Vaxtilə Yerevandan Qarabağa silahları Vazgen Sarkisyan göndərib - Erməniəsilli şahid

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədlər, o cümlədən hadisə yerinə baxış protokolları, onlara əlavə olunan fotomateriallar, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı 1990-cı illərin əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməniəsilli şəxslərin ifadələri, ekspert rəyləri açıqlanıb.
Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, Xocalıda, Şuşada və Xankəndidə kütləvi iğtişaş faktları ilə bağlı SSRİ Baş prokurorunun böyük köməkçisi, II dərəcəli dövlət ədliyyə müşaviri A.İ.Nikolayev tərəfindən 1988-ci il sentyabrın 19-da Azərbaycan SSR-in Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, ibtidai istintaqın aparılması SSRİ Prokurorluğunun istintaq qrupuna həvalə olunub.
Prosesdə iş üzrə şahid qismində dindirilmiş Artur Abramyan ifadəsi elan olunub. Murad Metrosyanın sürücüsü olmuş A.Abramyan bildirib ki, M.Petrosyan Xankəndi şəhər sovetində deputat otağında Robert Köçəryan görüşüb. R.Köçəryan Xankəndi şəhər sovetinin sədri Maksim Babayanın bir nömrəli adamı olub. DQMV-nin Partiya Komitəsinin sədri Henrik Poqosyan isə bütün erməni milli hərəkatına rəhbərlik edib.
Şahidin sözlərinə görə, Robert Koçəryan, Maksim Babayan və Henrik Poqosyan adları qeyd olunmuş erməni silahlı birləşmələrinə rəhbərlik edən bütün şəxsləri çağıraraq bildiriblər ki, tezliklə DQMV Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-yə birləşdirməli, bütün qüvvələri səfərbər edərək azərbaycanlıları həmin ərazilərdən çıxarmalıdırlar. Üyni zamanda, həmin şəxsləri bu məqsədlə azərbaycanlılara qarşı döyüşməyə çağırıblar. 1991-ci il yanvarın ortalarında o, M.Petrosyanla Xankəndi şəhər sovetinin binasının yaxınlığında olarkən Akop adlı erməniəsilli şəxs onlara yaxınlaşıb, iki gün əvvəl Xankəndi şəhər polis idarəsinin rəisi Yuriy Kavalyova avtomat silahla sui-qəsd etdiklərini, lakin sonuncunun ölmədiyini məruzə edib. O, söhbət zamanı həmin sui-qəsdin Murad Petrosyanın göstərişi ilə Akop, Armen və Samvel tərəfindən həyata keçirildiyini, M.Petrosyanın hər üç şəxsi silahla təchiz etdiyini anlayıb. Yerevan şəhərindən Azərbaycan torpaqlarına silahlar Ermənistanın milli ordusunun baş komandanı Vazgen Sarkisyan tərəfindən göndərilib. Silahlar helikopterlər vasitəsilə Ermənistandan Əsgəran şəhərindən başqa digər böyük şəhərlərə göndərilib, hər rayon üzrə erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslər tərəfindən qəbul edilib, bundan sonra erməni silahlı birləşmələrinin üzvlərinə paylanıb. Erməni silahlı birləşməsinin Aşot və Qaqo adlı üzvləri 1989-cu ilin oktyabr ayının əvvəllərində Şuşa-Xankəndi avtomobil yolundan keçən avtobusu partlatmaq məqsədilə “Zərinbağ” adlanan yerin yaxınlığında yola partlayıcı qurğu quraşdırıb, avtobus gecikdiyinə görə partlayış nəticəsində həmin vaxt yoldan keçən “KAMAZ” markalı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.
14-04-2025, 15:17
Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, Petrosyan paylayardı - Abramyan


Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, Petrosyan paylayardı - Abramyan

Murad Petrosyanın qrupunda “Əfqan” ləqəbli Artur, həmçinin Sasun, Aşot, Samvel və Karo adlı erməni şəxslər də olub.
Bu sözlər iş üzrə şahid qismində dindirilmiş Artur Abramyanın bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində elan olunan ifadəsində yer alıb.
O, Samveldən eşidib ki, Şuşa şəhərinə raketi Topxana meşəsindən sonuncunun özü, Aşot, Karo, Sasun və Artur atıblar. Onların məqsədi Şuşa şəhər əhalisini məhv etmək olub. Azərbaycan ərazilərində olan erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə helikopterlə Azərbaycanın suveren ərazilərinə göndərib. Pulları Xankəndidə Robert Köçəryan qəbul edərək paylayıb. Robert Köçəryan onun yanında Murad Petrosyana dəfələrlə pul verib. M.Petrosyan isə həmin vəsaitləri Azərbaycan torpaqlarında fəaliyyət göstərən erməni silahlı birləşmələrinin üzvlərinə paylayıb. 1989-cu il oktyabrın əvvəllərində M.Petrosyan özünə məxsus qrupun üzvləri olan Akop, Abo, Slavik, Aşot və Qaqo ilə görüşüb, Şuşa şəhərini blokadaya salmaq üçün onların yol üzərindəki körpünü partlatmalı olduqlarını deyib.
1991-ci il iyunun 28-də və 29-da şahid qismində videoçəkilişlə keçirilmiş əlavə dindirmə zamanı Artur Abramyan ilkin ifadəsi ilə oxşar məzmunlu ifadə verib. O, ifadəsində bir daha münaqişə zamanı Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrə maddi yardımın Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan tərəfindən edildiyini, pul vəsaitlərini Xankəndidə Robert Köçəryanın qəbul etdiyini bildirib.
14-04-2025, 14:39
Bakıda motosiklet qaçırıldı


Bakıda motosiklet qaçırıldı

Nizami rayonu Q.Qarayev küçəsində bir nəfərin “Hauji” markalı motosikletinin qaçırılması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı S.Abdullayev müəyyən olunaraq saxlanlılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!