Dani Bolt "Qarabağ"da .....                        Tel-Əviv və Hayfanı tərk edin! - İrandan ÇAĞIRIŞ .....                        Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı .....                        Cüdoçumuz Macarıstanda gümüş medal qazandı .....                        Mahmud Əhmədinejad öldürüldü - İDDİA .....                        Trampdan sərt paylaşım: Xameneinin yerini bilirik! .....                        Sahibə Qafarova həmkarı ilə danışıqlar apardı .....                        Xameneinin yaxın ətrafı “YOXA ÇIXIR” .....                        QHT-lərə xəbərdarlıq edildi .....                       
8-04-2025, 16:15
Bakıda yeni park salınır


Bakıda yeni park salınır

Bakının Nəsimi rayonunda yeni park salınacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, yeni park 28 May küçəsindən "The Ritz-Carlton Baku" otelinə qədər olan 12 ha ərazidə salınacaq.
BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.
Parkın layihə-smeta sənədlərinin 2.45 milyon manata hazırlanacağı proqnozlaşdırılıb.
8-04-2025, 16:06
Bulvarda dənizdən meyit tapıldı


Bulvarda dənizdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
8-04-2025, 15:59
Suqovuşan-Kəlbəcər yolundan yeni görüntülər


Suqovuşan-Kəlbəcər yolundan yeni görüntülər

Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun tikintisini davam etdirir.
Uzunluğu 78 km, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun olaraq inşa olunur.
Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri davam etdirilir.
Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi və qayaların partladılması üsullarından istifadə olunur.
Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi icra olunur. Bu işlərə paralel olaraq, layihə üzrə körpülərin təmiri və lazımi yerlərdə istinad divarının inşası aparılır.
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

8-04-2025, 15:38
Rəşad Nəbiyev İsraildə şirkət rəhbərləri ilə görüşüb


Rəşad Nəbiyev İsraildə şirkət rəhbərləri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbər heyəti ilə görüş keçirib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, görüş zamanı “ICL Group” təmsilçiləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Orta Dəhliz çərçivəsində daşımaların həyata keçirilməsində şirkətin mümkün iştirak perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
“Elbit Systems” nümayəndələri ilə görüşdə isə kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqətə çatdırılıb. Həmçinin ölkəmizdə mükəmməllik və təlim mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirilib.
8-04-2025, 15:10
İran-ABŞ danışıqlarını onlar aparacaq


İran-ABŞ danışıqlarını onlar aparacaq

İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Tehran və Vaşinqton arasında şənbə günü Omanda baş tutacaq dolayı danışıqlarda iştirak edəcəklər.
Bu barədə “Nour News” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Tərəflər arasında birbaşa dialoq istisna olunduğu üçün danışıqlar Omanın xarici işlər naziri Bədr Əl-Busəidinin vasitəçiliyi ilə aparılacaq.
A.Arakçi daha əvvəl bildirmişdi ki, İran və ABŞ rəsmiləri yüksək səviyyəli dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcəklər.
18 oktyabr 2025-ci ildə ABŞ-ın 2018-ci ildəki sazişdən çıxmasından sonra İranın qismən imtina etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) müddəti başa çatır. Üzv ölkələr yeni sənədin olmamasından narahat olduqlarını bildirirlər.
Mart ayında ABŞ prezidenti Donald Tramp İranın ali lideri Xameneiyə məktub göndərərək iki ay ərzində yeni nüvə sazişi bağlamağı təklif edib. O zaman birbaşa danışıqlar aparılmırdı - İran yalnız vasitəçilər vasitəsilə dialoqda israr edir və Omanı vasitəsçi hesab etməyə razıdır. Tehran həmçinin ABŞ-dan sanksiyaların ləğvi də daxil olmaqla, etimad mühiti yaratmasını gözləyir.
8-04-2025, 15:07
Putinin xüsusi nümayəndəsi İrəvana gəlib


Putinin xüsusi nümayəndəsi İrəvana gəlib

Ermənistan Baş nazirin müavini Mher Qriqoryan Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyu qəbul edib.
Görüş zamanı həmsöhbətlər iki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində mövcud və perspektiv əməkdaşlıq proqramlarını müzakirə ediblər.
İki ölkə arasında turist axınının stimullaşdırılmasına yönəlmiş tədbirlər də müzakirə olunub.
Tərəflər tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyib və yeni birgə təşəbbüsləri həyata keçirməyə hazır olduqlarını bildiriblər.
8-04-2025, 14:47
Bakıda orta aylıq əməkhaqqı 1332 manat oldu


Bakıda orta aylıq əməkhaqqı 1332 manat oldu

2025-ci ilin yanvar ayında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2% artaraq 1332,6 manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,8% artaraq 1062,9 manat olub.
8-04-2025, 14:23
Uşaq bağçasında asılmış meyit tapıldı


Uşaq bağçasında asılmış meyit tapıldı

Bakıda intihar hadisəsi baş verib.
Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.
Orada işləyən fəhlə, 1981-ci il təvəllüdlü Cəlal Yusif oğlu Musayev bağçanın qazanxanasında özünü asıb. Onun asılmış meyitini bağçanın kollektivi aşkar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.
8-04-2025, 14:23
Uşaq bağçasında asılmış meyit tapıldı


Uşaq bağçasında asılmış meyit tapıldı

Bakıda intihar hadisəsi baş verib.
Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.
Orada işləyən fəhlə, 1981-ci il təvəllüdlü Cəlal Yusif oğlu Musayev bağçanın qazanxanasında özünü asıb. Onun asılmış meyitini bağçanın kollektivi aşkar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırmalar Sabunçu Rayon Prokurorluğu tərəfindən aparılır.
8-04-2025, 08:01
“Dərbənd Xeyriyyə İctimai Birliyi - 30 il“ adlı kitab çapdan çıxıb


“Dərbənd Xeyriyyə İctimai Birliyi - 30 il“ adlı kitab çapdan çıxıb

2025-ci il 25 fevral tarixində “Dərbənd Xeyriyyə İctimai Birliyi - 30 il“ adlı kitabın II (896 səh.) və III (464 səh.) hissələri nəşr olunmuş və birliyin yaranmasının 30 illik yubileyinə həsr olunmuşdur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabların müəllifi “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Təqdim olunan kitablarda Azərbaycan və Dağıstan xalqları arasındakı əlaqələrin inkişafında “Dərbənd” Xeyriyyə İctimai Birliyinin oynadığı mühüm rol vurğulanır və iki dövlət arasında bütün sahələrdə münasibətlərin daha da möhkəmlənməsi üçün fəaliyyətinə nəzər salınır, həmçinin Azərbaycan Respublikanın ictimai-siyasi həyatında birliyin üzvlərinin yaxından iştirakı və Dərbənd şəhərində həmyerlilərimiz ilə keçirilən müxtəlif tədbirlər barədə KİV-də və mətbuatda dərc edilmiş məlumatlar verilir.

Qeyd edilməlidir ki, birlik 1994-cü ildə Azərbaycan Respublikasının «Dərbənd» Xeyriyyə Cəmiyyəti kimi yaradılmış və fəaliyyət göstərmişdir. Həmin ildə «Dərbənd» Xeyriyyə Cəmiyyətinin ilk sədri Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, Rusiya Peşə təhsili Akademiyasının həqiqi üzvü, iqtisad elmləri namizədi Həmid Ənvər oğlu Zeynalov seçilmişdir və onun yaradılmasının təşəbbüskarları kimi əsli Dərbənddən olan Bakı ziyalıları çıxış etmişlər. Cəmiyyətin ilk təsisçiləri arasında: tanınmış hüquqşünas, 3-cü dərəcəli Dövlət müşaviri, general-mayor Əhməd Şahlar oğlu Ələkbərov, Azərbaycan Respublikasının Veteranlar Şurasının sabiq sədri, sərhəd xidməti general-mayoru Mustafa Cəfər oğlu Nəsirov, yüksək dərəcəli hüquqşünas, polkovnik Əli Mahmud oğlu Əliyev, Azərbaycan Respublika kooperasiya təhsilinin təşkilatçısı, professor Murad Bəylər oğlu Tabasaranski, professor, genetik İ.M.Sadıxov, həmçinin Dərbəndin ən qocaman sakini və Dərbənd şəhər tarixinin böyük bilicisi Səftər Əliyar oğlu Sultanov, dövlət xadimi və kənd təsərrüfat işçisi Əsgər Mirsaleh oğlu Seyidov, kooperasiya istehsalatının veteranı və Respublika zadəganlar iclasının üzvü Rafiq Tagı oğlu Rəhimov idi.
Mövcudluğu dövrdə cəmiyyətin fəalları yubileylərə həsr olunmuş təntənəli tədbirlərin iştirakçısı olmuşlar: onlar dahi Azərbaycan şairi Füzulinin anadan olmasının 500 illik, görkəmli şərqşünas-alim Məhəmməd Mirzə Kazımbəyin anadan olmasının 200 illik, general-leytenant Hüseyn Rəsulbəyovun anadan olmasının 80 illik yubileyləri və s. iştirak etmişlər. «Dərbənd» Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan televiziyasında Dərbənd haqqında silsilə verilişlər verilmişdir: «Dərbəndin generalları», «Qala-qapı Dərbənd», Azərbaycan musiqisinə böyük töhfələr vermiş məşhur Azərbaycan bəstəkarları Asəf Zeynallıya və Hacı Xanməmmədova həsr olunmuş konsertlər və s. nümayiş etdirilmişdir.

“Dərbənd” Xeyriyyə cəmiyyəti 2016-ci il 21 iyul tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “Dərbənd” Xeyriyyə İctimai Birliyi yeni adı ilə qeydiyyata alınmış və ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Arif oğlu Əliyev birliyin sədri seçilmişdir. Hazırda «Dərbənd» Xeyriyyə İctimai Birliyinin üzvləri Azərbaycan Respublikasının siyasi, ictimai və mədəni həyatında aktiv iştirak edir və iki dövlət arasında dostluğun və əməkdaşlığın inkişafı, həmçinin Dərbəndə yaşayan soydaşlarımız ilə əlaqələrin möhkəmləndirilməsi üçün ictimai birliyin irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirilir. Həmçinin, Dərbənd şəhərinin məktəblərində Azərbaycan dilinin dərindən və geniş öyrənilməsinə hərtərəfli köməklik göstərilir. Azərbaycan Respublikası Prezident Aparatının, Milli Məclisin və AMEA-nın nümayəndələrinin iştirakı ilə «Dərbənd» Xeyriyyə İctimai Birliyi Ulu öndər Heydər Əliyevin, görkəmli dövlət xadimi Əziz Əliyevin, görkəmli bəstəkar Asəf Zeynallının və Dərbəndin tanınmış dövlət xadimlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirmişdir. İctimai birlik müntəzəm olaraq görüşlər keçirir və həmyerlilərinin vəziyyəti ilə maraqlanır. İctimai birliyin üzvləri imkan daxilində bir-birinə kömək edir.

Təqdim olunan kitablar ge¬niş oxucu auditoriyasi üçün nəzərdə tutulub, ondan ölkəmizdə fəaliyyət göstərən ictimai birliklər və təşkilatlar vətənpərvərlik ruhunun tərbiyə olunmasında istifadə edə bilərlər.

“Bütöv Azərbaycan”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!