İsrailin silah zavodu yandırıldı .....                        Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir .....                        İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri. .....                        Küçədə namaz qadağan edildi .....                        “Bəsic”in kəşfiyyat rəisi öldürüldü .....                        ABŞ-İsrail kolasiyası İranda müharibə başlatdı - Qalib Rusiya oldu .....                        Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                       
28-12-2025, 00:33
Qərb bölgəsində güclü qar yağır


Qərb bölgəsində güclü qar yağır

Azərbaycanın qərb bölgəsində güclü qar yağıb.
Dağlıq rayonlarda avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Əlverişsiz hava şəraiti səbəbindən Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy və Göygöl-Toğanalı-Kəlbəcər yolunun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti qismən çətinləşib.
28-12-2025, 00:20
Zelenski Trampdan əvvəl onunla görüşdü


Zelenski Trampdan əvvəl onunla görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Kanadada səfərdədir.
O, Kanadanın Baş naziri Mark Karni ilə Halifaks şəhərində görüşüb.
Görüşün əvvəlində Karni Ukrayna liderini salamlayaraq bildirib ki, indi "ədalətli və davamlı sülh üçün şərait və imkanlar var".
“Amma bunun üçün Rusiyanın istəyi lazımdır”, - deyə Karni bildirib. O, əlavə edib ki, Rusiyanın Kiyevə son kütləvi hücumları Ukraynaya davamlı dəstəyin vacibliyini nümayiş etdirir.
Kanadanın Baş naziri həmçinin Ukraynaya 2,5 milyard dollar məbləğində əlavə iqtisadi yardım ayrıldığını açıqlayıb
Zelenski Karniyə dəstəyinə görə təşəkkür edib və Ukraynaya gecə hücumlarının Rusiya prezidenti Vladimir Putinin sülh istəmədiyini göstərdiyini söyləyib.
O, həmçinin sabah ABŞ prezidenti Donald Trampla çox konstruktiv görüş keçirməyi səbirsizliklə gözlədiyini bildirib.
28-12-2025, 00:04
Putindən təhdid dolu açıqlama


Putindən təhdid dolu açıqlama

Kiyev münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.
Bunu Rusiya Prezidenti Vladimir Putin qoşunların birləşmiş qrupunun idarəetmə məntəqəsini ziyarət edərkən deyib.
“Əgər Kiyev münaqişəni sülh yolu ilə həll etmək istəməsə, xüsusi hərbi əməliyyatın məqsədlərinə hərbi yolla nail olacağıq”, – Putin qeyd edib.
27-12-2025, 23:21
Nazarbayev ortaya çıxdı


Nazarbayev ortaya çıxdı

Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.
Görüş Kreml sarayında baş tutub.
27-12-2025, 22:54
Putinə daha bir şəhərin ələ keçirildiyi məruzə edildi


Putinə daha bir şəhərin ələ keçirildiyi məruzə edildi

Rusiya prezidenti Vladimir Putin dekabrın 27-də səhər saatlarında Birləşmiş Qoşun Qruplaşmasının idarəetmə məntəqələrindən birinə baş çəkib.
Kremlin məlumatına görə, Putinə cəbhədəki vəziyyətlə bağlı məruzələr təqdim olunub və həmin məruzələrdə Zaporojye vilayətində yerləşən Qulyaypole şəhərinin, eləcə də Donetsk vilayətindəki Dimitrov şəhərinin Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçdiyi bildirilib.
Ukrayna ordusunun nümayəndəsi Vladislav Voloşin isə bəyan edib ki, əgər Qulyaypolenin Rusiya tərəfindən ələ keçirilməsi faktı təsdiqlənərsə, hüquq-mühafizə orqanları bununla bağlı cinayət işi açacaq.
Ukrayna KİV-lərinin yazdığına görə, artıq araşdırma başlanıb və istintaq 106-cı Ərazi Müdafiə Briqadasının bir batalyonunun müşahidə məntəqəsini tərk etməsi faktını əhatə edir. Məlumata əsasən, hərbçilər mövqeni şəxsi əşyalarını geridə qoyaraq tərk ediblər.
Dekabrın 25-də sosial şəbəkələrdə yayılan videoda Rusiya hərbçiləri 106-cı ayrıca ərazi müdafiə briqadasının 1-ci batalyonuna məxsus komanda-müşahidə məntəqəsini ələ keçirdiklərini iddia edirlər. Kadrlarda tərk edilmiş noutbuklar, mobil telefon və hərbi xəritələr nümayiş etdirilir.
Bundan əvvəl ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu Qulyaypole istiqamətində vəziyyətin son dərəcə ağır olduğunu qeyd edib. İnstitutun qiymətləndirməsinə görə, Rusiya qüvvələri bu istiqamətdə intensiv hücum əməliyyatlarını davam etdirir və şəhəri şimal-şərqdən təcrid etməyə çalışaraq şərqdən hücumlarını gücləndirir.
Xatırladaq ki, Vladimir Putin dekabrın 19-da keçirilən “birbaşa xətt” zamanı “Şərq” qruplaşmasının Zaporojye vilayətində sürətlə irəlilədiyini, Qulyaypoledə döyüşlərin getdiyini bildirmişdi. O, eyni zamanda Xarkov vilayətində Kupyanskın ələ keçirildiyini də iddia etmişdi, lakin bu məlumat sonradan Ukrayna tərəfi tərəfindən təkzib olunmuşdu.
27-12-2025, 21:55
“Arsenal” liderliyini qorudu


“Arsenal” liderliyini qorudu

İngiltərə Premyer Liqasında XVIII turun oyunları keçirilir.
“Mançester Siti” “Nottingem Forest”ə 2:1 hesabı ilə qalib gəlib.
“Arsenal” “Brayton”u (2:1),”Liverpul” isə “Vulverhempton”u (2:1) üstələyib.
“Arsenal” 42 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 40 xalla ikinci pillədə qərarlaşıb.

27-12-2025, 21:35
Putinin 2026-cı il planları - Ukrayna AÇIQLADI


Putinin 2026-cı il planları - Ukrayna AÇIQLADI

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın 2026-cı il üçün əsas hədəflərini açıqlayıb.
Budanov Ukraynanın yerli “Suspilne” nəşrinə verdiyi müsahibəsində bildirib ki, Moskva Donbas və Zaporojye vilayətini tamamilə işğal etmək istəyir.
Kəşfiyyat rəisi bildirib ki, Kremlin məqsədi Rusiya hərbi planlaşdırmasında aydın şəkildə göstərilib. Bu siyahıya Donetsk vilayəti üzərində tam nəzarət, Dnepropetrovsk vilayətində maksimum irəliləyiş, Zaporojye və Xerson vilayətlərində hücum əməliyyatlarının davam etdirilməsi və sərhəd boyunca “bufer” zonalarının genişləndirilməsi daxildir.
"Bunlar onların əsas məqsədləridir. 2026-cı ildə əsas məqsəd Donbas və Zaporojye vilayətidir", - deyə Budanov vurğulayıb.
27-12-2025, 21:16
Məsciddəki partlayışı kim törədib?


Məsciddəki partlayışı kim törədib?

Suriyanın Homs şəhərində məsciddə baş verən partlayışın məsuliyyətini Sarayə Ansar əs-Sünnə adlı silahlı qruplaşma üzərinə götürüb. Partlayış nəticəsində azı 8 nəfər həlak olub, 18 nəfər yaralanıb.
Qruplaşma ideoloji və əməliyyat baxımından İŞİD ilə əlaqəlidir.
“Sarayə Ansar əs-Sünnə” radikal silahlı birlik kimi tanınır və Suriyada fəaliyyət göstərir. Qruplaşma 1 fevral 2025-ci ildə Əbu Ayiş əş-Şami tərəfindən yaradılıb. O, daha əvvəl Heyət Təhrir əş-Şam (HTŞ) sıralarında olub, lakin daha sonra təşkilatı tərk edib. Qrupun say tərkibinin bir neçə yüz döyüşçüdən ibarət olduğu, əsasən Homs və Hama vilayətlərində, eləcə də Dəməşq ətrafında xırda hücrələr şəklində fəaliyyət göstərdiyi bildirilir.
Məlumatda xatırladılır ki, Suriya prezidenti Əhməd əş-Şaraa əvvəllər Əbu Məhəmməd əl-Culanı adı ilə tanınıb və uzun müddət HTŞ-nin lideri olub. Sözügedən qruplaşma vaxtilə Suriyada Əl-Qaidə şəbəkəsinin yerli qolu əsasında formalaşmış, sonradan beynəlxalq terror şəbəkəsi ilə əlaqələrini kəsdiyini bəyan etmişdi.
27-12-2025, 21:04
"Mançester Siti" səfərdə qələbə qazandı


"Mançester Siti" səfərdə qələbə qazandı

İngiltərə Premyer Liqasının 18-ci turunda "Mançester Siti" səfərdə "Nottinqem Forest"in qonağı olub.
Qarşılaşma "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Nottinqem Forest" - "Mançester Siti" - 1:2

Qollar: O.Hatçinson, 54 – T.Reynders, 48, R.Şerki, 83

Bu qələbədən sonra xallarını 40-a çatdıran Xosep Qvardiolanın komandası turnir cədvəlində liderliyə yüksəlib. "Nottinqem Forest" isə 18 xalla 17-ci pillədə qərarlaşıb.
27-12-2025, 20:36
907-ci düzəlişin ləğvinə hazırlıq gedir


907-ci düzəlişin ləğvinə hazırlıq gedir

ABŞ Konqresinin Nümayəndələr Palatasında H.R. 6534 nömrəli qanun layihəsi rəsmi olaraq qeydiyyata alınıb.
Sənədin məqsədi ABŞ qanunvericiliyində Azərbaycana göstərilən yardımlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.
Qanun layihəsi “Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvi haqqında” adlanır və Azadlığı Müdafiə Aktı çərçivəsində tətbiq edilən, məşhur 907-ci düzəlişin (Section 907) ləğvini nəzərdə tutur. Məhz bu maddə uzun illər ərzində ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımı göstərməsini məhdudlaşdırıb.
Sənəddə Konqresin mövqeyi belə əsaslandırılır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ və onun müttəfiqləri üçün etibarlı tərəfdaş kimi çıxış edib, həm sülh, həm də müharibə dövrlərində kritik əməkdaşlıq göstərib. Layihədə həmçinin vurğulanır ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet elan olunmasına sadiqlik nümayiş etdirib və regionda sülh razılaşmasına nail olunub, tərəflərin sərhədləri və ərazi bütövlüyü razılaşdırılıb.
Qanun layihəsinə əsasən, Azadlığı Müdafiə Aktının 907-ci maddəsinin tam şəkildə ləğvi təklif olunur və bununla bağlı qanunun məzmununda texniki dəyişikliklər də nəzərdə tutulur. Sənəd hazırda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərilib və müzakirə mərhələsindədir.
Qeyd edək ki, 907-ci düzəliş 1990-cı illərin əvvəllərindən etibarən ABŞ–Azərbaycan münasibətlərində ən mübahisəli mövzulardan biri olub və müxtəlif administrasiyalar dövründə yalnız müvəqqəti istisnalarla tətbiqi dayandırılıb. Yeni qanun layihəsi qəbul olunacağı təqdirdə, bu məhdudiyyətlərin hüquqi əsasının tam aradan qalxması ilə nəticələnə bilər.
Müşahidəçilər hesab edirlər ki, sənədin Konqres gündəminə çıxarılması ABŞ–Azərbaycan münasibətlərində yeni siyasi mərhələnin və Vaşinqtonun regiondakı geosiyasi yanaşmasının dəyişdiyinə dair mühüm siqnal kimi qiymətləndirilə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!