Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                       
9-09-2025, 16:56
Nepal Prezidentinin istefası xəbəri təkzib edildi - YENİLƏNİB


Nepal Prezidentinin istefası xəbəri təkzib edildi - YENİLƏNİB

Nepal prezidenti Ram Çandra Paudelin ofisi onun istefası ilə bağlı xəbərləri təkzib edib.
Bu barədə Hindistanın "India Today" nəşri məlumat yayıb.

***

16:22

Nepal Prezidenti Ramçandra Paudel ölkədəki kütləvi etirazlar fonunda istefa verib.
Bu barədə məlumatı “India Today” yayıb.
O, 2023-cü ilin martından Nepalın prezidenti olub.
Bu gün bir neçə saat əvvəl ölkənin Baş naziri Şarma Oli də istefa vermişdi.
Qeyd edək ki, bir neçə gün əvvəl Nepalda sosial şəbəkələrə qoyulan qadağalardan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Əsas olaraq gənclərin iştirak etdiyi etirazlar zamanı baş verən qarşıdurmalarda 22 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər isə sentyabrın 9-da ləğv edilib.
Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar R.Paudelin iqamətgahına, eləcə də parlamentin binasına basqın edərək yandırıblar.

9-09-2025, 16:49
Liman şəhərinin Baş planı təsdiqləndi


Liman şəhərinin Baş planı təsdiqləndi

"Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı" təsdiq edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
9-09-2025, 16:43
Millimiz Polşaya uduzdu


[b]Millimiz Polşaya uduzdu[/b]

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.
U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatez” stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.
9-09-2025, 16:35
Nepalda sabiq baş nazirin həyat yoldaşı öldürüldü


Nepalda sabiq baş nazirin həyat yoldaşı öldürüldü

Nepalın sabiq Baş nazirinin həyat yoldaşı etirazçılar tərəfindən öldürülüb.
Keçmiş Baş nazir Jalanat Xanalın həyat yoldaşının içərisində olduğu ev yandırılıb.
Hadisə onların Dalludakı iqamətgahında baş verib.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən ölüb.
9-09-2025, 16:26
Rusiyada təzyiqlər davam edir: azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ


Rusiyada təzyiqlər davam edir: azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ[/size]

Rusiyanın İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatının sədri və iş adamı Asif Məmmədov qarşıdan gələn regional Duma seçkilərində iştirakdan imtina edib.
Bu barədə məlumatı tanınmış teleaparıcı Ruslan Ostaşko özünün “Telegram” kanalında paylaşıb.
Asif Məmmədovun namizədliyi hakim “Vahid Rusiya” partiyasının yerli təşkilatının siyahısına daxil edilmişdi. Lakin bundan dərhal sonra Rusiya mediasında və bir sıra təbliğatçılar arasında ona qarşı kampaniya başlanıb.
İddia edilib ki, Asif Məmmədov “rus dilində sərbəst danışa bilmir” və vaxtilə Azərbaycan prezidentinə təşəkkür məktubu göndərib. Bu arqumentlər əsasında onun İvanovo kimi “təmamilə rus bölgəsində” deputatlığa namizədliyinin “qəbuledilməz” olduğu qeyd edilib.
Rusiya təbliğat maşınının tanınmış simalarından olan Sergey Mardan hətta xəbərdarlıq edib ki, əgər Məmmədovun namizədliyi geri götürülməsə, məsələ federal miqyasda qalxacaq və həm “Vahid Rusiya”nın vilayət rəhbərliyi, həm də qubernator məsuliyyət daşıyacaq. Bu təzyiqlərin fonunda partiya Asif Məmmədovun namizədliyini geri götürdüyünü, bununla da “ictimai narazılığa reaksiya verdiyini” açıqlayıb. İvanovo vilayət seçki komissiyası artıq onun adını rəsmi siyahıdan çıxarıb.
Asif Məmmədov əslən Füzuli rayonundandır. O, 2020-ci ildə vəfat edən tanınmış iş adamı və İvanovo azərbaycanlılarının lideri Sərraf Məmmədovun qardaşıdır. Ailənin digər nümayəndəsi Ruslan Məmmədov hazırda İvanovo Dumasında deputatdır, lakin bu dəfə seçkilərdə iştirak etməyib və yaxın vaxtlarda mandatını itirəcək.
Rusiya mətbuatının yazdığına görə, Asif Məmmədov məhz onun yerini tutmağa hazırlaşırdı, lakin yaranmış rezonans nəticəsində seçkilərdən çəkilməyə məcbur qaldı.
9-09-2025, 16:14
Türkiyə Avropada İlon Maska meydan oxudu


Türkiyə Avropada İlon Maska meydan oxudu

Türkiyənin milli avtomobil markası "Togg" Almaniyanın Münhen şəhərində keçirilən beynəlxalq avtosalonda elektrikli T10F liftbeki və T10X krossoverini təqdim edib.
T10F modelinin uzunluğu İlon Maskın "Tesla" şirkətinin "Model 3" markasından 110 millimetr böyükdür, təkər bazasında isə cəmi 15 millimetr üstünlüyü var.
Avtomobil iki versiyada satışa çıxarılacaq: arxa ötürücülü, 218 at gücünə malik baza modelində batareya həcmi 88,5 kVt/saat təşkil edir və bu, bir dəfə doldurulmada 600 kilometr məsafə qət etməyə imkan verir. İki mühərrikli, 435 at gücündə olan digər versiya isə cəmi 4,1 saniyəyə 100 km/saat sürət yığa bilir.
Salonun dizaynında 12 düymlük rəqəmsal göstərici paneli və sükan arxasından sərnişin qapısına qədər uzanan 29 düymlük multimedia ekranı yer alıb. Avtomobil ikizonalı klimat sistemi, 12 dinamikli audio avadanlığı, simsiz telefon doldurma funksiyası və sürücüyə yardım sistemləri ilə təchiz olunub.
Yeni T10F-in satışına sentyabr ayında Almaniyada başlanacaq.
"Togg"un istehsal zavodu 2023-cü ilin sonunda Türkiyədə işə düşüb. Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb ki, yeddi il ərzində ölkədə bir milyon elektrik avtomobili istehsal ediləcək. 2024-cü ildə daxili bazarda təxminən 30 min T10X krossoveri satılıb.
9-09-2025, 16:07
Ukrayna PUA-ları az qala Putini vuracaqmış


Ukrayna PUA-ları az qala Putini vuracaqmış

Ukraynanın pilotsuz təyyarələri (PUA) ötən gecə Soçiyə hücum etdikdən sonra maraqlı məlumat üzə çıxıb. Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, PUA hücumu nəticəsində bir avtomobilin sürücüsü həlak olub, bir neçə evə ziyan dəyib.
Rusiya mətbuatının məlumatına görə, gecə ərzində üç dəfə həyəcan siqnalı verilib, Soçi hava limanı isə yarım saatdan çox bağlı qalıb.
Şayiələrə görə, Rusiya prezidenti Vladimir Putin həmin vaxt şəhərdə ola bilərdi. Bir gün əvvəl o, Soçidə BRICS-in növbədənkənar iclasında iştirak edib və prezidentin İl-96 təyyarəsi hələ də hava limanındadır.
Vladimir Putinin Boçarov Ruçey iqamətgahı Soçidə yerləşir və o, dron hücumları səbəbindən getdikcə oranı daha az ziyarət edir.
9-09-2025, 15:40
Nəsillərə ən böyük miras


Nəsillərə ən böyük miras

Könül Quliyeva: “Milli dəyərlərin qorunması dövlətçiliyimizin möhkəmlənməsində xüsusi rol oynayır”
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva bildirib ki, Azərbaycan xalqı tarixən milli dəyərlərə sadiq olub, onları qoruyaraq gələcək nəsillərə ötürüb:
“Ulu öndər Heydər Əliyev deyirdi ki, milli dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Məhz bu baxış bu gün də Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bizim ən böyük üstünlüyümüz ondan ibarətdir ki, dövlətimiz möhkəm milli-mənəvi dəyərlər üzərində qurulub”.
Könül Quliyeva qeyd edib ki, milli dəyərlər yalnız xalqın formalaşmasında deyil, dövlətçiliyin inkişafında da xüsusi əhəmiyyət kəsb edir:
“Milli dəyərlər həm bizim kimliyimizi qoruyur, həm də cəmiyyətin sağlam inkişafına təkan verir. Biz ümumbəşəri dəyərləri də paylaşırıq, lakin əsas dayağımız öz milli-mənəvi dəyərlərimizdir. Bu dəyərlərin uşaq və gənc nəslə aşılanması gələcəyimizin möhkəm təminatıdır”.
Onun sözlərinə görə, milli ideologiyanın mühüm tərkib hissəsi olan ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti bu gün Azərbaycan cəmiyyətinin inkişafına xidmət edir:
“Ulu öndərin də qeyd etdiyi kimi, xalqımızın ən böyük sərvəti onun mənəvi-əxlaqi mentalitetidir. Hörmət, qayğı, məhəbbət və ədalət əsrlər boyu formalaşmış dəyərlərdir və bunların qorunması gələcək nəsillərə ən böyük mirasdır”.

Pərvanə Fərhadqızı
8-09-2025, 21:45
Dəhşətli qəzada son anda xilas olan həkim imiş


Dəhşətli qəzada son anda xilas olan həkim imiş

Bakı–Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində “Mercedes” markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub.
Yayılan görüntülərdə qəza zamanı əks yolda hərəkət edən iki avtomobilin son anda faciədən yayındığı görülür.
Həmin avtomobillərdən biri tanınmış pediatr Günay Rəsulovaya məxsus olub.
O, baş verənlərlə bağlı sosial şəbəkədə bunları yazıb:
"Hadisə zamanı sükan arxasında idim. Bacım da yanımda idi. Yaxşı ki, təhlükəsizlik kəmərləri hər ikimizdə bağlı idi. O an düşündüm ki, digər maşınlarla toqquşmadan çıxmalıyam. TIR-ın arxa hissəsinə çırpılmaqdan yayınmaq üçün sağa döndüm, ani əyləcə basdım. Maşının sistemi də kömək etdi. Xoşbəxtlikdən nə maşında, nə bizdə xəsarət oldu. Arxa yolun boş olması da bir şans idi".
8-09-2025, 21:40
Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi


Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi

Fransa Milli Məclisi baş nazir Fransua Bayruya etimadsızlıq göstərib.
Bu barədə BFM TV məlumat yayıb.
Səsvermənin nəticələrinə görə, 364 deputat etimadsızlığın lehinə, 194 nəfər isə Bayrunun vəzifədə qalmasına səs verib. Milli Məclisin sədri Yael Bron-Pive bildirib ki, baş nazir prezidentə istefa ərizəsini təqdim etməlidir.
Bayru səsvermədən əvvəl çıxış edərək sərt iqtisadiyyat tədbirlərini büdcə kəsirini azaltmaq üçün zəruri addım kimi əsaslandırıb. “Bu, prezidentin razılığı ilə istədiyim bir sınaq idi”, - deyə o, deputatlara müraciət edib. Lakin onun çıxışı zamanı bir sıra müxalifət üzvləri etiraz səsləri ilə iclası pozublar.
Baş nazirin təqdim etdiyi 2026-cı il büdcə planında vergilərin artırılması və 44 milyard avroluq xərclərin ixtisarı nəzərdə tutulurdu. Təkliflər arasında pensiya və sosial ödənişlərin azaldılması, varlılardan “həmrəylik ödənişi”nin alınması, həmçinin iki istirahət gününün (Pasxadan sonrakı bazar ertəsinin və 8 may Qələbə Gününün) ləğvi də var idi.
Fransua Bayru bu vəzifəni təxminən 9 ay icra edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!