Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
6-09-2025, 16:36
Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar


Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar

Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb.
Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub.
Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kiloqram) və Ruslan Rüstəmov (65 kiloqram) fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi turniri bürünc medalla başa vurublar.
6-09-2025, 16:18
Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO


Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO

Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində naməlum qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.
Qapılardan birinin açıq olduğunu görən qadın mənzilə daxil olub.
Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.
Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

***

DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binada bloklara daxil olaraq mənzillərə girməyə cəhd göstərən naməlum qadının şəxsiyyəti müəyyən olunub: “1992-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Səidə Kişiyevanın tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək”.

***

Polis əməkdaşları tərəfindən həmin qadın saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

6-09-2025, 15:08
Qurban Qurbanov hücumçu transfer etməmələrinin səbəbini açıqladı


Qurban Qurbanov hücumçu transfer etməmələrinin səbəbini açıqladı

"Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi".
Qurban Qurbanov AzTV-yə müsahibəsində "Qarabağ"ın üzərinə düşənləri yerinə yetirdiyini, qarşı tərəfdəki klubların qeyri-peşəkar davrandığını bildirib.
"Transfer pəncərəsində bəzi keçidlər etdik. Yeni futbolçular cəlb etdik komandamıza. Bəzi transferlər isə alınmadı. Bu, bizim istəyimizlə olmadı. İki futbolçunu daha çox istəyirdik. Biri sırf hücumçu idi, digəri isə sol vinger. Hər iki klubla çox geniş danışıqlar getdi. Hər gün şərtlər dəyişdirilirdi. Bizim tərəfimizdən yox, onlar tərəfindən. Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi. Məncə, biz o məbləğə razı olsaydıq, yenə də yeni bir tələb qoyulacaqdı. Sadəcə olaraq bizə bəlkə də bir az qeyri-peşəkar yanaşdılar. Ona görə də sonda danışıqları dayandırdıq. 3-cü futbolçuda isə işlər bir az qarışıq idi. Sənədləri ilə bağlı problemlər də vardı. İnanın ki, biz sona qədər öz üzərimizə düşəni, hətta artığını etdik", - deyə Qurban Qurbanov vurğulayıb.
6-09-2025, 14:28
Sabah Azərbaycanda təbiət hadisəsi baş verəcək


Sabah Azərbaycanda təbiət hadisəsi baş verəcək

Sabah ilin ikinci və son Ay tutulması baş verəcək.
Bu, tam Ay tutulmasıdır (bəzən "Qanlı Ay" da adlandırılır).
Tam Ay tutulması - Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır. Qanlı rəng Ay üfüqdə olarkən daha "dramatik" görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.
Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, bunu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.
Yarımkölgəli Ay tutulması saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək. Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.
İkinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.
Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.
6-09-2025, 14:17
Beyləqanda kafedə atışma - İki nəfər güllələndi


Beyləqanda kafedə atışma - İki nəfər güllələndi

Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə atışma olub, iki nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Məlumata görə, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün tədbirlər görülür.
6-09-2025, 13:19
Luis Suares 6 oyunluq cəzalandırıldı


Luis Suares 6 oyunluq cəzalandırıldı

ABŞ-nin "İnter Mayami" klubunun və Uruqvay millisinin hücumçusu Luis Suares 6 oyunluq cəzalandırılıb.
Buna səbəb 38 yaşlı futbolçunun Liqalar Kubokunun final matçında məğlubiyyətdən sonra "Sietl Saunders" klubunun əməkdaşlarından birinə tüpürməsi olub.
L.Suares oyundan sonra texniki zonaya yaxınlaşıb və rəqib heyətin üzvlərindən birinə tüpürüb. Daha sonra o, davranışına görə üzr istəyib. Həmçinin baş verən dava nəticəsində "Sietl Saunders"in məşqçisi Stiven Lenhart (5 oyun), o cümlədən "İnter Miami"nin daha iki futbolçusu Tomas Aviles (3 oyun) və Serxio Buskets (2 oyun) də cəzalandırılıb.
Qeyd edək ki, sentyabrın 1-də baş tutan görüş "Sietl Saunders"in 3:0 hesablı qələbəsi ilə nəticələnib.
6-09-2025, 12:31
Gürcüstan seçkiləri müşahidə etməyə beynəlxalq müşahidəçilər dəvət edib


Gürcüstan seçkiləri müşahidə etməyə beynəlxalq müşahidəçilər dəvət edib

Biz ATƏT/DTİHB missiyasını yerli hökumət seçkilərini müşahidə etmək üçün dəvət etmək qərarına gəldik və artıq müvafiq məktub ATƏT/DTİHB-yə göndərilib.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti ATƏT/DTİHB missiyası tərəfindən seçkiləri müşahidə etmək üçün hər cür şərait yaratmağa tam hazırdır.
“Ümid edirik ki, dəfələrlə təhqir və təzyiqlərə baxmayaraq, ATƏT/DTİHB Gürcüstana müşahidə missiyası göndərməkdən çəkinməyəcək”, - deyə Kobaxidze vurğulayıb.
6-09-2025, 12:23
Avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO


Avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO

Bakının Xətai rayonunda avtoxuliqanlıq və narkotik maddələr qəbul edən sürücülər həbs olunublar.
Xətai RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbir keçiriblər. Nəticədə idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü Cavid Vəliyev, nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edən Sadıx Rzayev və avtomobilin konstruksiyasında dəyişiklik edərək sükan arxasında əyləşən daha bir sürücü saxlanılıb.
C.Vəliyev və S.Rzayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük vəsiqəsi müvafiq olaraq 1 və 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunublar. Digər sürücü barəsində isə protokol tərtib edilib və avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb.

6-09-2025, 12:17
Bakıda yağış, bölgələrə leysan və dolu yağacaq - Sabahın havası


Bakıda yağış, bölgələrə leysan və dolu yağacaq - Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayın 6-dan 7-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq
6-09-2025, 11:45
“Hindistan XİN Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı yalanlara davam edir”


“Hindistan XİN Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı yalanlara davam edir”

“Hindistanın Xarici İşlər Nazirliyi mətbuat katibi səviyyəsində yalan danışır”.
Bu haqda Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın guya rəsmi Dehlinin Azərbaycan ŞƏT-ə üzvlüyünü əngəlləmədiyi haqda açıqlamasını Trend-ə şərh edən diplomatik mənbə bildirib.
Xatırladaq ki, Hindistan XİN nümayəndəsi Azərbaycanın ŞƏT-ə üzvlüyünün guya “vaxt məhdudiyyəti səbəbindən” qəbul olunmadığını iddia edib.
Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünü məhz Hindistan bloklayıb bu prosesdə dirijorluğu isə Rusiya edib.
“Azərbaycan və Ermənistanın ŞƏT-ə üzvlüyü məsələsi 4-5 ay idi müzakirə olunurdu və bu müzakirələr boyu Hindistan Azərbaycanın üzvlüyünə qarşı çıxıb. Üzvlüyün əngəllənməsinin məhz Hindistanın təşəbbüsü olduğuna digər üzvlər də şahid olub.
Sadəcə indi Dehli Rusiyanın pərdəarxası iştirakı ilə atdığı bu addımın çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu”na zidd olduğunu, həmçinin, bu prinsiplərdən çıxış edən və ŞƏT-in genişlənməsinə çalışan Çinə qarşı da hörmətsizlik kimi qəbul olunduğunu anladığından, məsuliyyətdən yaxa qurtarmağa çalışır.
Amma Hindistanın Azərbaycanın üzvlüyünü bloklaması nə qədər məhdud və ucuz addım idisə, indi bunu rəsmi şəkildə yalan açıqlamalarla boynundan atmaq cəhdi də bir o qədər məhdud və ucuz gedişdir”, – deyə mənbə bildirib.
Mənbə onu da qeyd edib ki, indiyədək Azərbaycan çoxtərəfli diplomatiya prinsiplərinə sadiq qalaraq Hindistanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamələrin qəbuluna mane olmayıb və bu prinsipi pozmayıb. Amma Dehlinin bu ucuz və düşmənçi mövqeyinə cavab olaraq bundan sonra Hindistanın təqdim etdiyi qətnamələrə eyni yanaşma olmayacaq:
“Əgər Hindistan bütün normaları pozaraq açıq düşmənçilik xəttini istəyirsə, bundan sonra Dehlinin bütün qətnamələri, o cümlədən, 2014-cü ildə BMT BA-da Hindistanın təqdim etdiyi və Azərbaycanın da qoşulduğu Beynəlxalq Yoqa Gününün təsis edilməsinə dair qətnamələr kimi sənədlərin də artıq konsensusla deyil, səsvermə ilə qəbul olunmasına təkid edəcəyik. Eyni yanaşma bütün beynəlxalq platformalarda ortaya qoyulacaq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!