“Üçüncü dünya müharibəsi başlayıb” .....                        Oyunçularım müəyyən qədər təzyiq altında idilər - Ayxan Abbasov .....                        Makron onu baş nazir təyin etdi .....                        "iPhone 17" gəlir: Bakıda yenə “qırğın” olacaq - FOTO .....                        Millimizdən “möcüzə” - Heçə-heçəyə sevindik .....                        İsrailin hücumunda HƏMAS liderinin oğlu ölüb .....                        Nazir mətbuat konfransında huşunu itirdi .....                        İsrail niyə Qətərə hücum edib? .....                        İsrail bu ölkəyə hücum etdi .....                       
10-02-2025, 18:57
"Qalatasaray" polşalı futbolçu ilə anlaşdı


"Qalatasaray" polşalı futbolçu ilə anlaşdı

Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisi Fransanın "Lans" komandasından polşalı yarımmüdafiəçi Pşemıslav Frankovskini icarəyə götürüb. 30 yaşlı oyunçu ilə müqavilənin detalları açıqlanmayıb.
Təcrübəli futbolçu "Qalatasaray"la sözləşmə imzalamaq üçün İstanbula gəlir.
10-02-2025, 18:13
Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin edildi


Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin edildi

Üç şəhərin Regional Mühafizə İdarələrinə yeni rəislər təyin edilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Müvafiq əmrlərlə Tovuz Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi polis polkovnik Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi, polis polkovnik Əfqan Hüseynov isə Mingeçevir Regional Mühafizə İdarəsinə rəis təyin ediliblər.
Hələlik Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.
10-02-2025, 18:05
Xəstə anasını döyüb qətlə yetirən oğul həbsdə öldü


Xəstə anasını döyüb qətlə yetirən oğul həbsdə öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Müəssisədə cəza çəkən məhkum İqor Avşarovun xəstəlikdən öldüyü bildirilir.
İ.Avşarov anasını qətlə yetirdiyinə görə həbsxanada cəza çəkirdi. Sözügedən qətl hadisəsi 2016-cı ildə Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 78 yaşlı Lidiya Avşarovanın üzərində döyülmə üçün xarakterik nişanələr olan meyiti tapılıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı İqor Avşarov tutulub.
Araşdırmalarla müəyyən edilib ki, xeyli vaxtdır yataq xəstəsi olan Lidiya Avşarova oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyirmiş.
Bundan bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İqor Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 11-ci ölüm hadisəsidir.
10-02-2025, 17:38
Şamaxıda evdən avtomat tapıldı - FOTO


Şamaxıda evdən avtomat tapıldı - FOTO

Şamaxı sakininin yaşadığı evdə avtomat aşkar edilib.
Şamaxı RPŞ-nin keçirdiyi tədbirlərlə qanunsuz odlu silah saxlayan əvvəllər məhkum olunmuş 34 yaşlı Çingiz Qədirov saxlanılıb. Onun yaşadığı ünvandan bir ədəd “Kalaşnikov” avtomat, daraq və patronlar aşkar olunub.
Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Ç.Qədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

10-02-2025, 17:35
TƏBİB-dən Gəncədəki ölümlə bağlı AÇIQLAMA


TƏBİB-dən Gəncədəki ölümlə bağlı AÇIQLAMA

Gəncə şəhəri Atatürk prospektində yerləşən yataqxanada yaşayan İ.İsmayılov bağlı qapı arxasında köməksiz vəziyyətdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən xilas edilib, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 10.02.2025-ci il tarixində 14-55 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Z.Məmmədov adına xəstəxanaya 1 nəfər (kişi cinsli) aqonal vəziyyətdə hospitalizasiya olunub.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
10-02-2025, 17:00
Məktəb direktorları ilə görüş keçirilib


Məktəb direktorları ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) ümumi təhsil müəssisələrinin direktorlarından ibarət kuratorlarla görüş keçirilib.
BŞTİ-dən bildirilib ki, görüş ümumi təhsil məktəblərində tədrisin təşkili vəziyyəti və 2024-2025-ci tədris ilinin II yarımilinə həsr olunub.
Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb, məktəb direktorlarına fəaliyyətlərində nəticəyönümlülüyü əsas götürməyi və şagirdləri səriştə əsaslı öyrənməyə təşviq etməyi tövsiyə edib. Müdir müavini 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika, 2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə müəllimlərinin sertifikatlaşdırma prosesinə cəlb edilməsi, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda sertifikatlaşdırma balı və direktorun rəyinin nəzərə alınması barədə məlumat verib.
X.Əhmədzadə təhsildə keyfiyyətin artırılması, tədris prosesinin idarəolunması, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, şagird davranış qaydalarına riayət olunması, valideynlərlə iş, məktəbdaxili qiymətləndirmə, monitorinqlərin təşkili və digər müvafiq məsələlərdən bəhs edib, yeni yanaşmalar, müasir çağırışların tələblərindən irəli gələn zəruri amilləri nəzərə çatdırıb.
BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov “Rəqəmsal məktəb” təhsil platformasının Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq olunması, elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, birinci sinfə elektron qeydiyyat prosesi və dislokasiya, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, effektiv kommunikasiyanın gücləndirilməsi, sosial şəbəkələrlə iş barədə danışıb və müvafiq tövsiyələrini veriblər.
Daha sonra kurator məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.
10-02-2025, 16:56
Həccə uşaqla getmək qadağan olundu


Həccə uşaqla getmək qadağan olundu

Bu ildən Həcc ziyarətində zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcək.
Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bu qərar Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə verilib.
Bundan əlavə, nazirlik Həcc mövsümündə zəvvarların təhlükəsizliyini artırmaq üçün bir sıra yeni tədbirlər tətbiq edib.
Buraya təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə kampaniyaları, zəvvarların müqəddəs yerlərdə hərəkətini tənzimləmək üçün intellektual sistemlərin tətbiqi, Həcc ayinlərinin icrasını asanlaşdırmaq üçün düşərgələrin modernləşdirilməsi və yolların təkmilləşdirilməsi daxildir.
10-02-2025, 16:07
Dörd qadın futbolçunu ildırım vurdu


Dörd qadın futbolçunu ildırım vurdu

Kolumbiyada təbiət hadisəsi ölümlə nəticələnib.
Kajibio şəhərində yerləşən futbol meydanında dördü qadın olmaqla beş nəfəri ildırım vurub. Hadisə nəticəsində 5 nəfər ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya aparılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
İdmançıların hansı futbol komandasında çıxış etdiyi açıqlanmayıb.
10-02-2025, 15:54
Parlament bu tarixdə toplaşır: gündəlikdə 15 məsələ var


Parlament bu tarixdə toplaşır: gündəlikdə 15 məsələ var

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb.
Ffevralın 14-də keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi.

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

5. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuş).

6. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

15. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10-02-2025, 15:38
Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir! - Ərdoğan


Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir! - Ərdoğan

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya 100 milyard dollar təzminat ödəməlidir.
Bu barədə bazar ertəsi Malayziyada olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Netanyahu öz torpaqlarından çıxara bilmədiyi qəzzalılara yer axtarmaq əvəzinə, Qəzzaya vurduğu 100 milyard dollar ziyanı ödəmək üçün vasitələr axtarmalıdır”, - Türkiyə lideri deyib.
Yanvarın 19-dan etibarən İsrail və Fələstinin HƏMAS hərəkatı arasında İsrail həbsxanalarında olan fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsinə dair əldə olunmuş razılaşma çərçivəsində Qəzza zolağında atəşkəs rejimi qüvvədədir.
42 gün ərzində 33 israilli girov və 1000-ə yaxın fələstinli məhbusun azad edilməsini nəzərdə tutan sazişin birinci mərhələsi çərçivəsində artıq beş mübadilə həyata keçirilib. Bu mübadilələr nəticəsində İsrail tərəfi 21 girovu geri qaytarmağa nail olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!