Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
9-10-2025, 14:52
İmişlidə ağır qəza - 1 ölü, 4 yaralı


İmişlidə ağır qəza - 1 ölü, 4 yaralı

İmişlidə minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında ölən və xəsarət alanlar olub.
Hadisə bu gün saat 14 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri yol kənarına aşıb.
Hadisə nəticəsində xəsarət alan 5 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, bir nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
9-10-2025, 14:14
Zakir Həsənov Yaşar Gülərlə görüşdü


Zakir Həsənov Yaşar Gülərlə görüşdü

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ankara şəhərində keçirilən görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub.
Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.
Əlaqələrimizin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib.
İkitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib.

9-10-2025, 13:55
Vəngli kəndinə daha 112 nəfər qayıtdı - FOTO


Vəngli kəndinə daha 112 nəfər qayıtdı - FOTO

Ağdərə rayonunun Vəngli kəndinə daha bir köç mərhələsi gerçəkləşib. Oktyabrın 9-da 28 ailədən ibarət 112 nəfər dogma elinə qayıtdı.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, kənddə bərpa edilən yaşayış evlərinin açarları keçmiş məcburi köçkünlərə təqdim olunub.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinləri təbrik edərək, onlara yeni evlərində rifah, sağlamlıq və xoşbəxt günlər arzulayıb.
M. Əfəndiyev bildirib ki, işğaldan azad olunandan sonra təmir və bərpa işləri aparılan kənddə, sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yaradılıb.
Xatırladaq ki, Vəngli kəndinə bugünədək 188 nəfərdən ibarət 51 ailə köçürülmüşdü. Beləliklə, bu gün gerçəkləşən köçlə birlikdə kəndə ümumilikdə 79 ailə, 300-dən çox sakin qayıdıb.







9-10-2025, 13:49
Paşinyan Brüsseldə Azərbaycanla sülhü müzakirə etdi


Paşinyan Brüsseldə Azərbaycanla sülhü müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən ikinci “Dünya qapıları” beynəlxalq konfransı çərçivəsində Lüksemburqun baş naziri Luk Fridenlə görüşüb.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Tərəflər Ermənistan-Lüksemburq münasibətlərinin gündəliyinin məsələlərini müzakirə edib, ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Ermənistan-Avropa İttifaqı əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmsöhbətlər Ermənistan-Azərbaycan sülh prosesinə də toxunub, regional sabitlik və əməkdaşlığı vurğulayıblar.
9-10-2025, 13:21
Tramp atəşkəsə nail olsa, onu Nobelə namizəd göstərəcəyik - Zelenski


Tramp atəşkəsə nail olsa, onu Nobelə namizəd göstərəcəyik - Zelenski

"Ağ Evin hazırkı rəhbəri Ukraynada atəşkəsi təmin edərsə, biz prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyik".
Bunu oktyabrın 9-da jurnalistlərlə görüşündə Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin atəşkəsdən qorxur, çünki onun üçün atəşkəsdən müharibəyə qayıtmaq çətindir.
"Geniş miqyaslı müharibədən atəşkəsə keçmək, sonra yenidən irimiqyaslı müharibəyə başlamaq onlar üçün asan deyil. İqtisadi cəhətdən çətindir, cəmiyyət baxımından çətindir, sülh baxımından çətindir. Və hələ də əlini sıxan ölkələrə münasibətdə bu, əlbəttə ki, asan deyil", - Zelenski bildirib.
Onun sözlərinə görə, amerikalılar üçün Rusiya prezidentini real danışıqlar aparmağa məcbur etməyin bu qədər çətin olmasının səbəbləri bunlardır və buna görə də Putin hələlik müharibəni seçir.
Zelenski vurğulayıb ki, Rusiyaya təzyiqlər artarsa, müharibə bitə bilər.
Donald Tramp müxtəlif beynəlxalq münaqişələrdə vasitəçilik səylərinə görə Nobel Sülh Mükafatına layiq olduğunu dəfələrlə açıq şəkildə bəyan edib.
Avqust ayında Ağ Ev ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərərək onu “sülhün prezidenti” adlandırıb.
Xatırladaq ki, bu mötəbər mükafata Ermənistan və Azərbaycan da Ağ Ev rəhbərinin namizədliyini irəli sürüb.
9-10-2025, 13:16
Qəzzada döyüşlər dayandırıldı - TƏCİLİ


Qəzzada döyüşlər dayandırıldı - TƏCİLİ

Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib.
Məlumatı Misirin “Al Qahera News” telekanalı yayıb.
İsrail Baş naziri Benyamin Netanyahunun ofisi isə açıqlayıb ki, atəşkəs razılaşması yalnız bu axşam İsrail hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Baş nazirin ofisindən bildirilib ki, sənədin təsdiqi üçün bu gün saat 17:00-da (Bakı vaxtı ilə 20:00) Təhlükəsizlik Kabinetinin iclası keçiriləcək. Kabinetə ölkənin müdafiə, təhlükəsizlik və xarici siyasət məsələlərində qərar qəbul edən əsas nazirlər daxildir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs razılaşması imzalanıb.
Tramp bəyan edib ki, “bütün girovlar çox yaxın zamanda azad ediləcək” və İsrail qüvvələri razılaşdırılmış xəttə qədər geri çəkiləcək.
Qəzza atəşkəsi ABŞ, Qətər, Misir və Türkiyənin birgə diplomatik səylərinin nəticəsi kimi qiymətləndirilir.
9-10-2025, 13:02
Narkotikin təsiri ilə avtobusu sürən şəxs həbs olunub - VİDEO


Narkotikin təsiri ilə avtobusu sürən şəxs həbs olunub - VİDEO

Sumqayıtda narkotik vasitənin təsiri altında sərnişin avtobusu idarə edən sürücü həbs olunub.
DİN-dən verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Sonuncu tədbir nəticəsində şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o, yol polisləri tərəfindən saxlanılaraq tibbi müayinəyə aparılıb.
Müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ş.İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.

9-10-2025, 12:48
Ankarada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir


Ankarada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir

Türkiyənin Ankara şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir.
Bbu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
9-10-2025, 12:45
Tanınmış vəkilin fəaliyyəti dayandırıldı


Tanınmış vəkilin fəaliyyəti dayandırıldı

Tanınmış vəkil Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti ötən gün bu barədə qərar qəbul edib.
Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.
Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. O, həmçinin qətl ittihamı ilə 11 il həbsə məhkum edilən şəxsin 4 il sonra bəraət alması ilə bağlı da gündəmə gəlib.

9-10-2025, 07:41
Qığılcımdan doğulmuşlar


Qığılcımdan doğulmuşlar

"Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında...
"

(R.RZA)

Dünyanın qəribə, bir tərəfdən olduqca mürəkkəb, digər tərəfdən isə ahəngdar, qanunauyğun, rabitəli və demək ki, anlaşılan qaydaları, bu xüsusda da görünən və görünməyən tərəfləri vardır. Andromeda dumanlığından üzübəri, Böyük Süd yolunun açdığı möhtəşəm, ellipsvari trayektoriya ilə süzülüb axmaqla ümumən var olduğu Qalaktikaya yaraşıq verən, habelə Həyatiliyilə kainata meydan oxuyan YERimiz açılmamış gizlinləri ilə yanaşı, Allahın saxladığı istisnalar xaric, həm də konkret fiziki, kimyəvi quruluşa, tərkibə malikdir. Ancaq O, məhz bu nöqtəsindən zəka sahiblərini, düşüncə adamlarını ürəklərə qoru düşən mənəvi amillərilə bir daha düşündürmüş, təfəkkür mərhələlərinin keçid bucaqlarında heyrətləndirmiş, bununla da elmin bütün sahələrini pillə-pillə işıqlandırıb sevindirmişdir.
Düşünün, Dünyamızın Özü möhtəşəm bir Ulduz Partlayışından əmələ gəlmişdir. Enerjinin itməzliyi qanunundan yola çıxaraq anlayırıq ki, hər bir qabarcıq içində milyardlarla qabarcıq daşıyır. Bir könül, ruh insanı ədəbiyyatda bunu "...bir dünyada neçə dünya arzular..." kimi ifadə edib. Fizikada bu, elektrolitik dissosiasiya ilə; Kimyada kimyasal maddələrin içindəki maddələrin depolanması; Coğrafiyada Yer üzərində olan fiziki güc və onun potensialı; Tarixdə gələcəkdəki insan cəmiyyətinin yaranması, inkişafı üçün əsas hərəkətverici qüvvənin başlanğıc səbəbi, fikir məcmusu; Astranomiya və Təbiət elmində "Böyük Partlayış" sayəsində Göy cisimlərinin, kainatın potensial qabiliyyətinin bir növ, təqdimatı kimi ifadə olunur ki, bu da kinematoqrafiyada Ulduz müharibələrinin virtual təsvirlərinə qədər gedib çıxır. Ən gözəl, lakonik təqdimatı isə "Qurani-Kərim" vermişdir. Bu müqəddəs kitaba görə ən ali enerji Allaha məxsusdur. Bütün Yaranmışlarsa özündə Allahdan bir zərrə daşıyırlar.
Təfəkkür, zəka sahibi atomların, proton və neytronların tükənməz sayı qədər zərrənin və zərbənin təsirindən yaranan, necə deyərlər, gün işığına (bəlkə də zülmətə...) keçərək zaman-zaman vahidləşmiş, daşlaşmış bir qor yükü gəzdirir ruhunda. Əlbəttə, bu çağlayan dünyamızın hər bir millimetrlik koordinatında özü kimi də qaynayan bitməz-itməz enerji burulğanı bu kimi kəslərin yaşamlarının mayasında iz salmaya, orada bir təbəddülat yaratmaya bilməz. Bu aydındır. Ancaq məsələnin fəlsəfəsi ondadır ki, milyonlarla zərbənin zərrəsindən bir daha doğulmuş olan o seçilmiş əzabkeş fərd hətta bir əsəri, elmi kəşfi, yaradıcılığının bircə nümunəsi ilə belə minlərin, milyonların o işığa bürünməsinə, bununla da tarixin təkərinin həyat əhəmiyyətli hissəsinə çevrilməsinə vəsilə ola bilir..
...və beləliklə də, o möhtəşəm Ulduz selinin yaratdığı bir Dünya, habelə mabəd olaraq ondan doğulan bir kəhkəşan ulduz misalı, həyatın bitməz şillələrindən Dünya Məktəbi tədrisini keçmiş kimi olan dönməz bir Həqiqət, əqidə sahibi ruhən ondan qidalanan milyon könülə qaranlıqda işıq olması ilə həm də qarşıdakı tarixi epoxanın sarvanına çevrilmiş olur.

Hörmətlərimlə: Gülgəz NUR
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!