Təbrik edirik! .....                        Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                       
6-04-2026, 16:55
Bakı-Quba yolunu sel basıb - Əraziyə texnikalar cəlb olundu


Bakı-Quba yolunu sel basıb - Əraziyə texnikalar cəlb olundu

Bakı–Quba yolunun bir hissəsini sel suları basıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib ki, intensiv yağıntılar nəticəsində Siyəzən və Şabran rayonlarının ərazisində, xüsusilə dağlıq sahələrdə güclü sel axınları formalaşıb və bu axınlar sürətlə düzənlik istiqamətində, Xəzər dənizi istiqamətinə yönəlib.
Qeyd olunub ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yerləşən suötürücü borular və keçid qurğuları bu həcmdə və intensivlikdə sel sularını ötürə bilmədiyi üçün su kütləsi yolun hərəkət hissəsinə dolub.
Nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Bildirilib ki, hazırda vəziyyətin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Əraziyə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunub. Texnikaların köməyi ilə yolun hərəkət hissəsində toplanmış suyun kənarlaşdırılması, axının istiqamətləndirilməsi və yol infrastrukturunun təhlükəsizliyinin bərpası istiqamətində işlər davam etdirilir.
Sürücülərə tövsiyə olunur ki, qeyd olunan istiqamətdə hərəkət edərkən diqqətli olsunlar və mümkün qədər alternativ marşrutlardan istifadə etsinlər.
6-04-2026, 16:31
Övladının dəfnində canlı yayım açan 9 uşaq atası nəzarətə götürüldü


Övladının dəfnində canlı yayım açan 9 uşaq atası nəzarətə götürüldü

Dövlət qurumları Sumqayıtda körpə övladının dəfni zamanı "TikTok"da canlı yayım açan, cənazə ilə canlı yayım açıb sosial şəbəkələrdə yayan ailəni nəzarətə götürüb.
Bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
Onun sözlərinə görə, Sumqayıt şəhərində baş vermiş hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb və diqqətdə saxlanılır:
"Hadisə baş verən ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri tərəfindən yerində baxış keçirilib. Ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb.
Məlumat verilib ki, hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir. Eyni zamanda qeyd olunur ki, baş verən hadisənin dəm qazından zəhərlənmə ehtimalı araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar aparılır.
Əlavə edim ki, aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir.
Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - Teymur Mərdanoğlu vurğulayıb.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb. Beş uşaqdan üçünün müalicəsi hazırda xəstəxana şəraitində davam etdirilir, üçünün vəziyyəti ağırdır.
6-04-2026, 16:29
İranın xüsusi təyinatlıları başsız qaldı


İranın xüsusi təyinatlıları başsız qaldı

İsrail Hərbi Hava Qüvvələrinin ötən gün Tehrana endirdiyi zərbələr zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xüsusi Əməliyyatlar Bölməsinin komandiri Əsgər Baqeri öldürülüb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat verib.
2019-cu ildən bəri İslam İnqilabı Keşikçiləri Korpusunun Xüsusi Əməliyyatlar Bölməsinin (840) komandiri olan Əsgər Baqeri son illərdə bir sıra rəhbər vəzifələr tutub.
"O, çoxsaylı əməliyyatlara rəhbərlik edib və dünyanın hər yerində İsrail və Amerika vətəndaşlarına qarşı hücumlarda iştirak edib. Bakeri həmçinin İsrail dövlətinə qarşı terror hücumlarını, o cümlədən İsrail daxilində, eləcə də Suriya və Livanda həyata keçirilən əməliyyatları planlaşdırıb və idarə edib", - deyə İsrail tərəfinin açıqlamasında deyilir.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Baqerinin rəhbərlik etdiyi 840-cı bölmə Suriya-İsrail sərhədində İsrail Müdafiə Qüvvələrinin qoşunlarına qarşı əməliyyatlar keçirib. Əməliyyatlarda əvvəllər Əsəd ordusunda xidmət etmiş suriyalı döyüşçülər iştirak edib. Baqeri əməliyyatlara müavini Məhəmməd Rza Ənsari ilə birlikdə və 2025-ci ildə Beyrut yaxınlığında öldürülən Qasım Salah əl-Hüseyni ilə birlikdə rəhbərlik edib.
"Baqeri Yaxın Şərqdə agentlərin cəlb edilməsində və İraq və Suriyadakı Amerika hədəflərinə hücumların təşkilində, o cümlədən amerikalıların itkisi ilə nəticələnən əməliyyatlarda birbaşa iştirak edib", - deyə yüksək vəzifəli bir məmur Fox News-a bildirib.
6-04-2026, 16:14
Putin müşavirə çağırdı


Putin müşavirə çağırdı

Rusiya prezienti Vladimir Putin aprelin 7-də Dağıstandakı vəziyyətlə bağlı müşavirə çağırıb.
TASS-ın məlumatına görə, prezident zərərçəkmişlərə yardım göstərilməsi üçün bütün müvafiq qurumlara lazımi göstərişlər verib.
Vladimir Putin fövqəladə hallar naziri Aleksandr Kurenkov və Dağıstan rəhbəri Sergey Melikovə respublikada anomal yağıntılar nəticəsində zərər çəkənlərə lazımi yardım göstərməyi tapşırıb.
Aprelin 7-də keçiriləcək müşavirədə bölgədə yaranmış vəziyyət ətraflı müzakirə olunacaq.
Qeyd edək ki, anomal yağıntılar nəticəsində Dağıstanda yüzlərlə evi su basıb, minlərlə sakin təxliyə olunub.
6-04-2026, 16:02
İcra başçısı müavinini işdən çıxardı - FOTO


İcra başçısı müavinini işdən çıxardı - FOTO

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.
Bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, başçının müavini - Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ü.Əliyeva 2023-cü ilin sentyabrından başçının müavini vəzifəsində çalışırdı. O, əvvəllər müxtəlif illərdə bir neçə məktəbdə müəllim, direktor, daha sonra isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifələrində işləyib.

6-04-2026, 15:56
“Papanin” hospitalında nüfuz alveri - Polkovnikə cinayət işi açıldı


“Papanin” hospitalında nüfuz alveri - Polkovnikə cinayət işi açıldı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib.
Polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur.
Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətində həbs edilməyib, onun barəsində məhkəmə hökmünə qədər alternativ qətimkan tədbiri seçilib.
Onun ittiham edildiyi Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddənin sanksiyasında cərimə və ya 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Cinayət işinin ibtidai istintaqı prokurorluqda aparılıb.
A.Paşayevin bu yaxınlarda “Papanin” hospitalına rəis təyin edilən Vüqar Paşayevin qohumu olduğu deyilir.
6-04-2026, 15:12
Şimal bölgəsində məktəbləri sel basdı - Dərslər təxirə salındı


Şimal bölgəsində məktəbləri sel basdı - Dərslər təxirə salındı

Şimal bölgəsində sel sularının yaratdığı fəsadlar səbəbindən bəzi kənd məktəblərində dərslər təxirə salınıb.
Xaçmazda Hacılar kənd ümumi orta ümumtəhsil məktəbi və Cığatay kənd ibtidai ümumtəhsil məktəblərinin həyətlərini də su basıb. Su təhsil ocaqlarının zirzəmilərinə və bəzi sinif otaqlarına dolub. Hacılar məktəbində 85, Cığatayda isə 25 şagird təhsil alır.
Xaçmazda dərslər təxirə salınan məktəblərin sayı 10-dan çoxdur. Quba, Qusar, Şabran və Siyəzəndə də ümumilikdə 10-a yaxın bu cür məktəb var. Bəzi məktəblərin yerləşdiyi əraziləri su basıb, zirzəmilərə və sinif otaqlarına sel suları dolub. Bir çox təhsil ocağında isə dərslərin təxirə salınmasına səbəb şagirdlərin məktəblərə gedən yollarının sel suları səbəbindən keçilməz olmasıdır.
Hazırda fəsadların aradan qaldırılması üçün əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə bildirilib ki, son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir.
“Bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində tədris prosesinin həyata keçirilməsində qısamüddətli fasilələr yaranıb. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Bu çərçivədə dərslərin sıxlaşdırılmış qrafik üzrə təşkili imkanları dəyərləndirilir”,-deyə açıqlamada qeyd olunub.
6-04-2026, 14:58
Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır


Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır

Bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır.
Bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı əlavə edib ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək.
6-04-2026, 14:37
Gürcüstan-Azərbaycan əlaqələri inamla inkişaf edəcək


Gürcüstan-Azərbaycan əlaqələri inamla inkişaf edəcək

Əminik ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək.
Bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında deyib.
“Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.


6-04-2026, 14:20
Səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək


Səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək

Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək.
Bu sözləri Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Azərbaycan və Gürcüstan hər zaman olduğu kimi, bir yerdədir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!