Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
25-05-2026, 20:20
Əlibala Hacızadə "İtgin gəlin"i harda görüb?

Əlibala Hacızadə

"İtgin gəlin"i

harda görüb?


Xanımının vəfatından 50 gün sonra dünyadan köçən, küçədəki gözəl qızdan “İtkin gəlin” obrazını yaradan yazıçı Əlibala Hacızadə barədə maraqlı faktlar. Yazıçı itkin gəlin obrazının yaranmasından danışarkən, maraqlı əhvalatı xatırlayıb. Bir gün işə gedəndə görür ki, küçədə hərəkət nədənsə tam dayanıb. Həm avtomaşınlar getmir, həm də piyadalar sanki quruyub. Sən demə, qarşıdan o qədər gözəl bir qız gəlirmiş ki, bütün insanlar bir anlıq dayanıb ona mat-məəttəl baxırmışlar: “İstədim onu təsvir edim, amma qələm onun gözəlliyinin qarşısında aciz qaldı. Düzdür, “İtkin gəlin”i təkcə bu obrazla məhdudlaşdırmaq olmaz. Orada yığma obrazlar qalareyası da var”.
Yazıçının qızı Asya xanım: “Yazdığı kitablar çapdan qısa müddət sonra heç tapılmırdı. Bizim özümüzdən də o qədər adam istəyirdi ki…Atam da evdə nə qədər kitab var idisə, hamısının da üstünü yazıb paylayırdı. Yadıma gəlir ki, biz “İtkin gəlin” romanını tərcümə etdirmək istəyirdik. Amma nəşriyyata vermək üçün evdə bircə dənə də olsun kitab tapa bilmədik. Axırda kitabxanadan aldıq, onu da daha geri qaytara bilmədik.
Biz ElmlərAkademiyası şəhərciyində “Xruşşovka” deyilən evlərdə 2 otaglı mənzildə yaşayırdıq, atamın ayrıca kabineti olmayıb, sadə yazı masası olub və əsərlərini orada yazıb. Hərdən zarafata deyərdik ki, görəsən ayrıca kabinetin olsaydı, nələr yazardın-yaradardın... Cavab verərdi ki, “yox, əgər mənim yazı yazmaq üçün əlverişli imkanım olsaydı, bəlkə də o cür əsərləri yaza bilməzdim”.
Atamın heç fəxri adı olmadı. Amma hamısı elə bilirdi ki, o, Xalq yazıçısıdır. Bəzən, televiziyalar da səhv edib, atamın adının yanına “Xalq yazıçısı” yazırdılar.
Anam şəkər xəstəsi idi, dünyasını tez dəyişdi. Atam ondan sonra çox qala bilmədi. Anamın vəfatından 50 gün sonra dünyasını dəyişdi”.
25-05-2026, 20:09
DAHA BİR HESABAT GÜNÜ:


DAHA BİR HESABAT GÜNÜ:

QƏRBİ AZƏRBAYCAN

İCMASINDA GÖRÜŞ


Uzun illər ədəbi yaradıcılığımda rahat yolla yürümədim, qələmə aldığım mövzulara ötəri yanaşmadım. Jurnalistikada bədii düşüncəylə özünüifadəyə meydan açan publisistikaya bağlı olmağımla yanaşı, zərurət kimi qarşıma çıxan tədqiqat axtarışlarına da yol aldım.
1988-ci ildə dədə-baba yurdumuz olan Qərbi Azərbaycandan son nəfərimizə qədər qovulan insanların didərginlik ağrı-acılarını, 1990-cı il Yanvar müsibətlərini göz yaşımla qələmə aldım. Və bu ağrılarla İrəvan ədəbi mühiti, mətbuatı, bu qədim yurdun görkəmli şəxsiyyətləri, tarixi abidələri ilə bağlı illərlə yorulmadan tədqiqatlar apardım. Şükürlər olsun ki, ciddi araşdırmalarımın nəticəsi uğurlu oldu. Xeyli sayda tədqiqat xarakterli publisistik məqalələrlə dövri mətbuatda çıxışlar etdim. İrəvanın ilk anadilli mətbuatı olan “Ləklək” (1914), “Bürhani-həqiqət” (1917) jurnallarını ərəb qrafikasından transliterasiya edərək, genişəhatəli Ön söz və lüğətlə nəşr etdirdim.
Burada mütləqdir xatırladım ki, XX əsr İrəvan ədəbi mühitinin tanınmış ziyalılarından olan “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi babam Məmmədəli Nasirin həyat və yaradıcılıq yolunun ilk tədqiqatçısı olaraq onun simasında ədəbiyyatşünaslıq elmini daha bir ədəbi şəxsiyyətlə zənginləşdirdim. Elmi işimi uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adını aldım.

Bundan sonra M.Nasirin 1912-ci ildən başlamış əsərlərinin böyük bir qismini 10 il ərzində klassik mətbuat səhifələrindən arayıb-axtarıb ərəb qrafikasından latın əlifbasına çevirərək “İrəvanın müqtədir ziyalıları” seriyasından “Seçilmiş əsərləri” ni nəşr etdirdim. “İdrak işığında” publisistik məqalələr toplusunda genişəhatəli mövzularımla yanaşı, İrəvanın ədəbi mühitini əks etdirən tədqiqat xarakterli yazılarım da yer aldı. Beləliklə, bədii, publisistik və elmi yaradıcılığımda İrəvanın ədəbi mühiti, mətbuatı müstəsna əhəmiyyət kəsb etdi...
22 May 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında keçirilən “İrəvan ədəbi mühiti Şəfəq Nasirin yaradıcılığında” adlı tədbirdə bəndənizin uzun illər apardığı tədqiqatlar geniş ictimaiyyətin diqqətinə çatdırıldı. Tədbirin təşəbbüskarı və təşkilatçısı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili hörmətli Əziz müəllim Ələkbərliyə və zəhməti keçən bütün əməkdaşlara təşəkkürümü bildirirəm. Eləcə də ictimaiyyətə təqdim olunan kitablar, ümumən yaradıcılığım haqqında öz fikirlərini bölüşən elm, ədəbiyyat xadimlərinə, tədqiqatçı alimlərə - Auditorlar palatasının sədri prof. Vahid Novruzova, professorlar: Əsgər Zeynalov, Rüstəm Kamal, Abid Tahirli, t.ü.f.d. Cəbi Bəhramov və Nazim Mustafaya minnətdarlığım var...

Təbii ki, kitablarım üzərindən deyilən bütün fikirlər, xoş sözlər elmi, ədəbi yaradıcılığıma olan məsuliyyət hissimi bir qədər də artırdı.
Və sonda: nə qədər ki, qələm əlimdədir, milli, ictimai amalla yazıb-yaradacam. Bir daha tədbirin bütün iştirakçılarına, qələm dostlarıma təşəkkür edirəm.
Hörmətlə: Şəfəq Nasir.
24.05.26.
25-05-2026, 18:08
İTV həyəcanı bitdi

İTV həyəcanı bitdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.
Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
İTV-nin baş direktoru bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib.
İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb. Onlardan biri səsvermə zamanı öz namizədliyini geri çəkib.
Qeyd edək ki, Balakişi Qasımov 2018-ci ildə də Yayım Şurasının üzvlərinin səsverməsi nəticəsində İTV-nin baş direktoru seçilmişdi.
25-05-2026, 15:54
Şəfəq Nasirin kitablarının təqdimatı

Şəfəq Nasirin kitablarının təqdimatı

Qərbi Azərbaycan İcmasında filologiya üzrə fəlsəfə doktoru, publisist-tədqiqatçı, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Şəfəq Nasirin müəllifi olduğu “Ləklək” və “İdrak işığında” kitablarının, “Bürhani-həqiqət” məcmuəsinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli müəllifin uzun illərdir Qərbi Azərbaycan həqiqətlərinin, milli-mənəvi yaddaşımızın və Azərbaycan ədəbi-mədəni irsinin araşdırılması istiqamətində mühüm fəaliyyət göstərdiyini vurğulayıb. O bildirib ki, Şəfəq Nasirin əsərləri yalnız elmi-publisistik mənbə deyil, həm də milli yaddaşın qorunmasına xidmət edən dəyərli mənəvi xəzinədir. Əziz Ələkbərli qeyd edib ki, bu kitablar milli kimliyimizin, tarixi yaddaşımızın və Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra söz Qərbi Azərbaycan İcması Nəzarət Təftiş Komissiyasının və Allahverdi rayon İcmasının sədri, professor Vahid Novruzova verilib. O, öncə müəllifin Allahverdi rayonu ilə əlaqəli ailə bağlarından söz açıb. Eyni zamanda ədibin publisistik yaradıcılığında vətənpərvərlik ruhunun, milli təfəkkürün və ictimai məsuliyyət hissinin əsas xətt təşkil etdiyini bildirib.

Şəfəq Nasir yaradıcılığı haqqında düşüncələrini bölüşən filologiya elmləri doktoru, professor Əsgər Zeynalov Şəfəq Nasirin araşdırmalarında tarixi faktların elmi dəqiqliklə təqdim olunduğunu, müəllifin xüsusilə Qərbi Azərbaycan mövzusuna həssas və prinsipial yanaşdığını qeyd edib.
Tarix üzrə araşdırmaçı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafa isə çıxışında təqdim olunan kitabların milli yaddaşın bərpası və tarixi həqiqətlərin təbliği baxımından mühüm mənbələr olduğunu diqqətə çatdırıb.Bildirib ki, Şəfəq Nasir XX əsr İrəvan mətbuat tarixini araşdıran alim kimi İrəvanda nəşr olunan ilk anadilli satirik mətbuat nümunələrindən biri olan “Lək-lək” jurnalını və dövrün ictimai-siyasi, ədəbi proseslərini işıqlandıran “Bürhani-həqiqət” məcmuəsini əski əlifbadan transliterasiya edərək kitab halında nəşrə hazırlamaqla, İrəvanın maarifçi ziyalılarının həyat və fəaliyyətinin araşdırılması istiqamətində mühüm elmi araşdırmalar aparıb.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Rüstəm Kamal, ədəbiyyatşünas alim Abid Tahirli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan bölməsinin direktoru Cəbi Bəhramov müəllifin publisistikasında bədii düşüncə ilə elmi təhlilin üzvi şəkildə birləşdiyini vurğulayaraq onun ərsəyə gətirdiyi əsərləri mənəvi-intellektual düşüncənin ifadəsi kimi dəyərləndiriblər.
Sonda çıxış edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, prezident təqaüdçüsü, publisist-tədqiqatçı Şəfəq Nasir tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Müəllif qeyd edib ki, təqdim olunan kitabların əsas məqsədi xalqımızın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və Qərbi Azərbaycan həqiqətlərini yaşatmaq, onları gələcək nəsillərə çatdırmaqdır.

Qeyd edək ki, Şəfəq Nasirin yaradıcılığında XX əsrin əvvəllərində İrəvanda fəaliyyət göstərmiş “Molla Nəsrəddin”çi jurnalist Məmmədəli Nasirin həyat və fəaliyyəti də mühüm yer tutur. Müəllif onun müxtəlif mətbuat orqanlarında dərc olunmuş məqalələrini toplayaraq “İrəvanın müqtədir ziyalıları” silsiləsindən “Məmmədəli Nasir” kitabını nəşr etdirib, həmçinin ədibin publisistik və bədii irsinə həsr olunmuş “Məmmədəli Nasir” monoqrafiyasının müəllifi olub.
25-05-2026, 15:32
Ərdəbil hava limanında   uçuşlar bərpa edilir


Ərdəbil hava limanında

uçuşlar bərpa edilir


Təhlükəsizlik qiymətləndirmələrindən sonra, sərnişinlərin əvvəlki kimi hava nəqliyyatından istifadə edə bilməsi üçün əyalət mərkəzi hava limanından uçuşların təşkili üçün zəmin yaradılacaq.
Bunu Ərdəbil Hava Limanlarının baş direktoru Davud Rəzinəjad deyib.
Onun sözlərinə görə, uçuş və təyinat hava limanları ilə aviaşirkətlər arasında lazımi koordinasiyadan sonra Ərdəbil hava limanından uçuşlar yaxın günlərdə bərpa olunacaq.
Qeyd edək ki, 28 fevral İran-Amerika və İsrail müharibəsi başlayandan sonra Ərdəbil hava limanının da fəaliyyəti dayandırılıb.
25-05-2026, 09:45
İsrail itki verdi

İsrail itki verdi

Livanın şiə təşkilatı “Hizbullah” İsrailin Livanda itkilər verdiyini və buna cavab olaraq mülki şəxsləri hədəf aldığını bəyan edib. Bu barədə təşkilatın baş katibi şeyx Naim Qasım tərəfdarlarına televiziya müraciəti zamanı danışıb. Onun çıxışı “Al Mayadeen” telekanalı ilə yayımlanıb.
Naim Qasım bildirib ki, İslam müqavimətinin pilotsuz uçuş aparatları İsrail qüvvələrini daim izləyir və İsrail buna cavab olaraq yaşayış evlərini dağıdır, mülki insanları öldürür.
Şiə liderinin sözlərinə görə, Livanın cənubunda baş verən hadisələr İsrail gücünün zəifləməsinin başlanğıcını göstərir.
Qasım həmçinin İsrailin hücumlarının dayandırılmasına, İsrail qoşunlarının tam çıxarılmasına, əsirlərin azad edilməsinə və məcburi köçkünlərin geri qaytarılmasına çağırış edib.
O, Livan hökumətindən martın 2-də qəbul edilən və “Hizbullah” döyüşçülərini qanunsuz elan edən qərarın ləğvini də tələb edib.
“Silahlı müqavimətin tərksilah edilməsi İsrail layihəsidir. Ondan imtina edin, İsraillə birbaşa danışıqları dayandırın və milli konsensusa qayıdın.”
25-05-2026, 07:06
Qeyri-iş günləri haqda məlumat

Qeyri-iş günləri haqda məlumat

May ayında Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq.
B.az xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə təsadüf edir.
28 May – Müstəqillik Günü Qurban bayramı ilə üst-üstə düşdüyündən mayın 29-u da istirahət günü olacaq.
Eyni zamanda, 30 may şənbə, 31 may isə bazar gününə təsadüf edir.
Ona görə də 27, 28, 29, 30 və 31 may tarixləri iş günü olmayacaq.
23-05-2026, 22:53
Bakıda ənənəvi III Kəlağayı Festivalı keçirilib


Bakıda ənənəvi III Kəlağayı

Festivalı keçirilib


22 may 2026-cı il tarixində Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində ənənəvi III Kəlağayı Festivalı keçirilib.

Festival Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Xətai rayonu üzrə nümayəndəliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə artıq ənənəyə çevrilən festivalın əsas məqsədi Azərbaycan xalq tətbiqi sənətinin nadir incilərindən olan milli kəlağayı sənətinin təbliği, qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Bu il festival ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq milli irsin şəhər mədəniyyəti və şəhərsalma mühiti ilə vəhdətini nümayiş etdirib.

Festival çərçivəsində qədim kəlağayı nümunələri, milli baş geyimləri və zəngin eksponatlardan ibarət sərgi təşkil olunub. Ziyarətçilər həmçinin sənətkar Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənətə aid əl işləri və rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri ilə tanış olublar. Tədbirdə eyni zamanda Qərbi Azərbaycan guşəsində xalçaçılıq, kəlağayı nümunələri və milli şirniyyatlar nümayiş etdirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın layihə rəhbəri olduğu
“SUSMAYAN HƏQİQƏTLƏR:
DEPPORTASİYA, SOYQIRIMI, ETNİK TƏMİZLƏMƏ” mövzusunda təşkil olunmuş sərginin tərkib hissəsi olan Qərbi Azərbaycanlıların geyim mədəniyyətini, kəlağayı ənələrini əks etdirən fotolar, arxiv sənədlərindən ibarət bölməsi Ombudsman Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Şəki kənd İcmasının sədri , şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova tərəfindən təqdim edildi.
Festival iştirakçıları üçün İsmayıllı və Basqal ustalarının istehsal etdiyi müxtəlif çeşidli kəlağayıların sərgisi və satışı təşkil olunub. Bu, iştirakçılara milli sənət nümunələrini yaxından tanımaq və əldə etmək imkanı yaradıb.

Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi anılıb, dövlət himni səsləndirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin ( Ombudsmanın) Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Qarakilsə rayonu Şəki kənd İcmasının sədri , şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova, millət vəkilləri Əli Hüseynli, Vüqar Rəhimzadə, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra tədbir zəngin konsert proqramı ilə davam edib. Festivalın bədii hissəsində aşıq sənəti, muğam, xalq musiqisi, poeziya və milli rəqs nümunələri təqdim olunub. Proqramda aşıqlardan əməkdar mədəniyyət işçisi Zülfiyyə İbadova, Gözəl Kəlbəcərli, Ramin Qarayev, Məhsəti Cabbarova, Rəvanə Lerikli, Xanım Göyçəli, Xəqani Zeynalabdinov, bəstəkar müğənni Arif Mehmandost, Fəridə Mirişova, Leyla Vəlayeva, Səma rəqs qrupu, Zəhraxanım Əzimova və Nənə Qızlar folklor ansamblı çıxış ediblər. Bundan əlavə, Xətai rayonu 316 saylı bağçanın uşaqları təqdim etdiyi rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

III Kəlağayı Festivalının əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin zənginliyinin təbliği və milli sənət nümunələrinin müasir dövrdə yaşadılmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılması olub. Festival bir daha göstərib ki, kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın tarixi yaddaşını, estetik düşüncəsini və mədəni kimliyini özündə yaşadan dəyərli irs nümunəsidir.
23-05-2026, 20:23
Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

Bakıda Özbəkistan Universitetlərinin

III Təhsil Sərgisi keçirilib


Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib . Tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən Milli Məclisin Eım və Təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Özbəkistan və Azərbaycan dost-qardaş dövlətlərdir: "Amma uzun illər həm Çar Rusiyası dövründə, həm də Sovet dönəmində bu əlaqələrin inkişafına süni əngəllər var idi. Hər iki dövlət öz müstəqilliyini əldə etdikdən sonra bu münasibətlər sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafında Azərbaycan və Özbəkistan  əhalisinin, o cümlədən jurnalistlərin də böyük xidməti var".
Milli Məclisin deputatı Ceyhun Məmmədov tədbiri bayram kimi səciyyələndirib: Bu gün həm də bayramdır. Türk dünyası arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr son illər daha da inkişaf edib. Ümumiyyətlə, Azərbaycanla Orta Asiya və Türk dövlətləri arasında əlaqələr yeni mərhələyə daxil olub. Bu, təhsil sahəsində əlaqələrdə də özünü göstərir.  Odur ki, İngla Scoolun təşkilatçılığı ilə keçirilən sərgilərin davamlı olmasını arzu edirik. Hər birimiz bu prosesə töhfə verməliyik".
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov xatırladıb ki, bizim ailəmiz Türk dünyasıdır: "Bunu gündəlik fəaliyyətimizlə də təsdiq edirik. Humanitar sahədə əməkdaşlıq davam edir. Ümid edirəm ki, bu sərgi əlaqələrin daha inkişafına təkan verəcək".
Milli Məclisin deputatı Müşviq Cəfərov bildirib ki, Özbəkistan Azərbaycan təhsil müəssisələrinə xüsusi maraq göstərir:
"Tələbə mübadilələri, qarşılıqlı layihələr də bunu təsdiq edir. Düşünürəm ki, əlaqələrimiz daha da inkişaf edəcək".
İngla İnternational ETC-nin direktoru Aytən Məmmədli bu sərgilərin təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini və artıq ənənə halını aldığını diqqətə çatdırıb.
Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndə iştirak edib.
Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. II sərgi isə bu ilin yanvar ayında keçirilib.
22-05-2026, 20:29
Ürəklərin əbədi sakini

Ürəklərin əbədi sakini

19 noyabr 1993-cü ildə Biləsuvar rayonu, Bəydili kəndində dünyaya göz açan Ruslan Arif oğlu Əlizadə İkinci Qarabağ müharibəsində canını Vətəninə, torpağına fəda etməklə tarix yazıb. Qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna dönən ər oğlumuzun ömür yolu qısa olsa da, könüllərə köç etməklə qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə heç vaxt unudulmaz, millətinə böyük şərəf, qürur olacaqdır. Həmçinin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığına görə medalları onun müharibə meydanında göstərdiyi şücaətə zaman-zaman şahidlik edəcək.
Vətənə sevgi, erməni dığalarına nifrət ruhunda formalaşan Ruslan Əlizadə müstəqil həyata qədəm qoyanda birinci amalı yağı tapdağında qalan Qarabağımızı azad görmək olub. Məhz Vətən qarşısında borcunu ödəmək üçün bu istəklə yola düşüb. Hava Hücumundan Müdafiə Qoşunların tərkibində xidmətə başlayıb. İlk gündən komandirlərin bütün tapşırıqlarına ürəklə girişib. Göstərdiyi cəsarət, hünər həmişə də ona uğur gətirib, əsgərlərin, zabitlərin sevimlisinə çevrilib. Yaxşı, vətənpərvər əsgər kimi ad qazanan Ruslan həm də erməni dığalardan qisa almağa məqam gözləyib. Elə düşməndən alacağı öcə görə orduda qalıb və hərbi qulluğunu davam edib.
Qəlbi Vətən, torpaq sevgisi ilə döyünən Ruslan döyüş meydanında düşmənə qalib gəlməkdən ötrü öz üzəridə daha ciddi çalışıb, qatıldığı ən ağır təlimlərdə döyüş məharətinə görə fərqlənib. Vətən naminə bütün çətinliklərə mərdliklə sinə gələn Ruslan həmişə də deyib ki, müqəddəs yurd yerimiz olan Qarabağımızı azad etmək bizim üzərimizə düşür, yoxsa gələcək nəsillər bizi bağışlamaz. Mən bu yolda canımdan keçməyə hazıram. Bircə qalır Ali Baş Komandanın yağıya əsir düşən Vətən torpaqlarının azadlığı uğrunda döyüş əməliyyatlara başlamaq əmri. Nəyin bahasına olursa-olsun, ta qədimdən xalqımıza məxsus torpaqları tezliklə mənfur erməni dığalarının tapdağından azad etməliyik.
Nəhayət, Ruslanın Vətən, torpaq naminə arzuladığı gün gəlib çatıb. 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsində ön cəbhədə döyüşlərə qatılıb. Hər adımda ölümlə üzləşən, müharibənin ən qızğın və ağır anlarda yağıya sarsıdıcı zərbələr endirib. Çoxlu sayda düşmən yaraqlısını məhv edib, mərdliyi, qəhrəmanlığı əsgər yoldaşlarına da nümunə olub. Hər dəfə azad olunan Vətən torpaqlarının bağrına zəfər bayrağı sancılananda yağıya qarşı daha ürəklə vuruşub və düşmən üzərinə qorxu bilmədən növbəti qələbə əzmi ilə atılıb.
Ruslan Əlizadənin qürur, heyrət doğuran döyüş yolu Tərtər, Xocavənd, Füzuli, Cəbrayıldan keçib. Öndə getməklə iştirak etdiyi bütün əməliyyatlarda verilən tapşırıqları layiqincə yerinə yetirməklə erməni dığaların kabusuna çevrilib. Xocavənddə yaralanıb, amma Vətən, torpaq sevgisi onu yenidən cəbhəyə qaytarıb.
7 oktyabrda Füzuli yolunda gedən ağır ölüm-dirim savaşı qəhrəman Vətən sevdalısı Ruslan üçün sonuncu olub. “Qələbə bizimdir”-deyib düşmənin üstünə şığıyıb və ona ciddi itki verib. Təəssüf ki, qəfil atılan güllə qorxu bilməz igidin ömrünə son qoyub.
Bəli, Vətən müqəddəsdir, onun yolunda şəhid olanlar ölmürlər. Ruslan Əlizadənin həyatı da əbədiyaşardır.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!