Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 894 080, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 120 575, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 617 228 nəfər təşkil edir.
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirlik və oğurluqlarla məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Nəticədə qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən daha 3 nəfər - Xalidə Hüseynova, əvvəllər məhkum olunmuş Fərid Səfərov və Elçin Hacıyev saxlanılaraq məsuliyyətə cəlb edilib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Xalidə Hüseynova paytaxtın Nizami rayonunda 113 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda bir nəfər qadının çantasını oğurlayıb. Həmin vaxt zərərçəkənin çantasında 3 min manata yaxın pul, 15 min manat dəyərində qızıl-zinət və digər şəxsi əşyaları olub.
Xalidə Hüseynova ifadəsində oğurladığı qızılları yaşadığı Ağdaş rayonunda satdığını bildirib.
Baş İdarə əməkdaşları tərəfindən saxlanılan Fərid Səfərovla Elçin Hacıyevin isə Nərimanov və Nəsimi rayonlarında avtobuslarda cibgirliklə məşğul olduqları müəyyən edilib. Onların insanların sıx olduğu vaxtlarda sərnişinlərin cibindən mobil telefonlar, pul və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilib.
Qeyd edək ki, saxlanılan hər 3 şəxsin avtobuslarda törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik və oğurluq edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.
“Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər”, - Mətbuat Xidmətindən bildirilib.
“Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Eldost Bayramın müalicə aldığı xəstəxana dəyişdirilib”.
Bu barədə Bütöv.az-a açıqlamasında həyat yoldaşı Minarə Bayram bildirib.
Onun sözlərinə görə, Xalq artisti koronavirusdan sağaldığı üçün həkimlər onun Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasından köçürülməsinə qərar veriblər:
Bu gün Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Bu barədə “Report”a M.Ələkbərovun vəkili Araz Nurməmmədov məlumat verib.
Vəkil bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib:
“Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində özünü təqsirli bilməyib. Mahir Ələkbərov dindirilən zaman Ramiz Göyüşova hədə-qorxu gəlmədiyini, bu yolla ondan pul tələb etmədiyini deyib”.
A.Nurməmmədovun sözlərinə görə, prosesdə zərərçəkmiş Ramiz Göyüşov da ifadə verib:
“Ramiz Göyüşovun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər oldu. Daha sonra onun istintaqa verdiyi ifadəsi elan edilib”.
Növbəti proses dekabrın 24-də davam etdiriləcək.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.
Bu barədə dekabrın 15-də Avropanın paytaxtında keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində Aİ-nin yüksək səviyyəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.
Avropa Şurasının sədri sabah ilk olaraq Azərbaycanın Prezidenti İlham Əliyevlə, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.
Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" dünən Polşa çempionatının 16-cı turunda səfərdə "Visla"(Plotsk) klubuyla qarşılaşıb və 0:1 hesabıyla uduzub.
Bütöv.az offsideplus.az-a istinadən bildirir ki, oyundan sonra xoşagəlməz hadisə baş verib. Belə ki, polşalı jurnalist Sebastyan Staşevskinin məlumatına görə, "Legiya" azarkeşləri klub avtobusuna hücum ediblər və zərərçəkən futbolçular arasında Mahir Emreli də olub.
Məsələ ilə bağlı 24 yaşlı hücumçunun anası Elnurə Emreliylə əlaqə saxlanılıb. O, hər şeyin qaydasında olduğunu bildirib: "Heç bir problem yoxdur. Hər şey qaydasındadır".
Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramaposanın karonavirus testinin cavabı müsbət olub.
Bütöv.az xəbər verir ki, bu barədə SAR Prezident aparatının rəsmi “Tvitter” səhifəsində məlumat verilib.
"Prezident koronavirus infeksiyası üçün verdiyi testin cavabı müsbət çıxıb. Hazırda Keyptaunda özünü təcrid edib, COVID-19-un yüngül simptomları üçün müalicə alır. Səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti David Mabuseyə təhvil verib”, məlumatda bildirilib.
Prezident yoluxmasını ölkə vətəndaşları üçün “xəbərdarlıq” adlandırıb, onlara peyvənd edilməsinin vacibliyini xatırladıb.
Qeyd edək ki, prezident dekabrın 8-də Qərbi Afrikada səfərdə olub. Prezident və nümayəndə heyətinin səfər zamanı keçdikləri koronavirus testlərinin nəticəsi mənfi olub.
Ermənistanın Baş naziri Nikol Paşinyan Eçmiədzindəki 5 nömrəli məktəbin açılışında iştirak edib.
Bütöv.az erməni KİV-ə istinadən xəbər verir ki, Paşinyanın rayona səfəri zamanı səhər tezdən ərazidə gücləndirilmiş xidmət tədbirləri həyata keçirilib. Belə ki, polislər rayonu gəzərək vətəndaşları səkiləri “təmizləməyə”, maşınları yığışdırmağa məcbur edib. Bu da haqlı olaraq sakinlərin narazılığına səbəb olub.
Bununla yanaşı, əraziyə çox sayda polis qrupları və canlı qüvvə cəlb olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qətərin Ticarət və Sənaye Nazirliyinin müşaviri Sultan bin Rashid Al-Khater ilə görüşüb.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında KOB sahəsində əməkdaşlıq imkanları, agentliyin bu sahədə təcrübə mübadiləsində maraqlı olduğu vurğulanıb, KOB-lar arasında ticarət əlaqələrinin inkişafına və nazirliklə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Son vaxtlar azad edilmiş ərazilərimizdə minaya düşən insanlarla bağlı xəbərləri tez-tez eşidirik.
Bunun səbəbi nədir?! İnsanlarımız nəyi bilmir və nəyi düz etmirlər? Bununla bağlı ANAMA-nın Maarifləndirmə İşləri Şöbəsinin müdiri Ramil Əzizovla söhbət etmişik. O, bir sıra digər vacib suallara da aydınlıq gətirib: Ətrafda minanın olduğundan hansı əlamətlərə əsasən şübhələnə bilərik? Minalar necə miqrasiya edir? İmprovizə olunmuş minalar nədir? Kustar minalar necə düzəldilir?
Bunları bilmək və yaymaq həyatları xilas edə bilər!(Azvision.az)