Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
17-12-2021, 19:32
17-12-2021, 19:28
17-12-2021, 19:12
Son üç ildə minimum əməkhaqqı 2,3 dəfə artıb.


Ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlandı. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək.
Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.
Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.
Bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəiləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.
17-12-2021, 11:30
Sahibə Qafarova özünə köməkçi təyin etdi - FOTO

Milli Məclisdə yeni təyinat olub.

Bütöv.az xəbər verir ki, bununla bağlı spiker Sahibə Qafarova müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elmar Ramiz oğlu Hüseynov Milli Məclis Sədrinin köməkçisi təyin olunub.

Bununla spikerin köməkçilərinin sayı 4-ə çatıb.

17-12-2021, 11:28
İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunub. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi görüşü məmnunluqla xatırlanıb.

Aleksey Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulanıb.

Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın fəaliyyətinə toxunulub, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütöv.az
17-12-2021, 11:21
Ölkədə benzin və dizel satışlarının həcmi AÇIQLANIB - FOTO

Azərbaycanda 2021-ci ilin 11 ayı ərzində 3 milyard 984,4 milyon manat dəyərində neft məhsulları istehsal edilib.

Bütöv.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 14,6 faiz artıb.

Bu dövr ərzində ölkədə 1 milyon 138,9 min ton avtomobil benzini, 2 milyon 238,8 min ton dizel yanacağı istehsal edilib. Avtomobil benzininin istehsalı 6,8 faiz, dizel yanacağının istehsalı isə 19 faiz artıb.



Belə ki, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 60,9 faiz, neft koksunun istehsalı 30,9 faiz, yanacaq mazutunun istehsalı isə 1,5 faiz artıb.
Pərakəndə ticarət dövriyyəsində isə istehlakçılara 2 milyard 279,5 manat dəyərində avtomobil benzini və dizel yanacağı satılıb. Satış həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb.
17-12-2021, 11:14
Belarus Brüsseldəki mövqeyinə görə Azərbaycana təşəkkür etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun belaruslu həmkarı Vladimir Makey ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan və Belarus arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.

Vladimir Makey Şərq Tərəfdaşlığının 6-cı Zirvə görüşü nəticəsində qəbul olunan Birgə Bəyannamədə Belarusla bağlı bəndə dair Azərbaycanın nümayiş etdirdiyi beynəlxalq hüquqa əsaslanan konstruktiv yanaşmaya görə təşəkkürünü ifadə edib.

Nazirlər, həmçinin regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bütöv.az
17-12-2021, 10:53
Hulusi Akardan Azərbaycanla bağlı BƏYANAT: Müdafiə naziri nəyi demək istəyir? – TƏHLİL

Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması istiqamətində atılan addımlar fonunda Türkiyə milli müdafiə naziri Hulusi Akarın verdiyi bəyanat Ankaranın Cənubi Qafqazdakı hərbi iştirakını gücləndirdiyinə dair mühüm mesajları özündə ehtiva edir.

Hulusi Akarın sitatına diqqət çəkməzdən öncə bir neçə məsələyə nəzər yetirmək lazımdır:

1. Bir həftə öncə, dekabrın 10-da Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Qarabağda atəşkəsin pozulması faktlarına dair ortaq açıqlama ilə çıxış etdilər.

Bu zamana qədər isə daha çox Rusiya Müdafiə Nazirliyi informasiya yayımında təşəbbüsü ələ almışdı, hərçənd ki, bunun Türkiyə ilə razılaşdırılıb-razılaşdırılmadığına dair da aydın təsəvvürlər yoxdur.

Səbəb nə olursa-olsun, Türkiyə tərəfi informasiya məkanında tarazlıq yarada bildi və bundan sonra Monitorinq Mərkəzinin açıqlamalarında ağırlıq dərəcəsi bərabər bölüşdürüləcək.

2. Dekabrın 10-da Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Ağcabədiyə gedib. Burada Türkiyənin Missiya Qrup Komandanlığının tərkibində olan Missiyaya Dəstək Komandanlığını ziyarət edib.

Postmüharibə dövründə Azərbaycandakı Türkiyənin Xüsusi Xidmət Komandanlığının konsepsiyası formallıqdan keyfiyyətcə yeni mərhələyə keçib.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığının rəisi vəzifəsinə gətirilib, general Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilib (Təyinatlar bu ilin avqustunda baş tutub).

Keçən müddət ərzində şübhəsiz ki, türk generallar hərbi şəraiti analiz edərək öz ölkələrinin operativ məlumatlandırılmasında əsas mənbə rolunda çıxış edirlər.

Görünən budur ki, Ankaranın Bakı ilə münasibətlərinin strateji müttəfiqlik səviyyəsi, hərbi əməkdaşlığın dərinləşərək ölçüsünü əhəmiyyətli dərəcədə böyütməsi Türkiyənin Cənubi Qafqazdakı prioritetlərini yeni fazaya daxil edir.

Təbii ki, müharibə bitib, ancaq postkonflikt dövrünün özünün də riskləri mövcuddur və mümkün təhlükələrə qarşı Azərbaycanla Türkiyə birgə immunitet formalaşdırır.

Hulusi Akarın verdiyi bəyanat da risklərə qarşı Bakı-Ankara tandeminin müştərək maraqlar kontekstində müdafiə zolağı yaratdığının göstəricisidir.

Akarın sitatına diqqət edək: “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və ölkəmizin hüdudlarından kənarda həm özünün, həm də Şimali Kipr, Liviya, Azərbaycan kimi dost və qardaş ölkələrin təhlükəsizliyini, hüquqlarını, manafeyini qorumaq üçün yay-qış, gecə-gündüz, dağ-dərə bilmədən “Ölsəm şəhid, qalsam qazi” prinsipi ilə mübarizəsini davam etdirir”.

Müdafiə nazirinin açıqlaması Türkiyənin Azərbaycanda hərbi iştirak səviyyəsini qaldırdığının göstəricisidir və onu göstərir ki, Ankara üçün Azərbaycanın təhlükəsizliyi xarici siyasətinin prioritetləri sırasındadır.

Hulusi Akar bir az sadə ifadə etsək, “bundan sonra Azərbaycana hər hansı təhlükə mövcud olsa, qarşısında Türkiyəni görəcək” demək istəyir.

Cənab Akar bu bəyanatını həm də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən danışıqlardan sonra səsləndirdi. Bunun təsadüf, yoxsa məqsədli şəkildə olduğunu aydınlaşdırmaq çətindir, hərçənd ki, başa düşmək çətin deyil ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması heç də hər kəsin marağında deyil.

Bütöv.az
17-12-2021, 10:52
İki rayona yeni prokuror TƏYİNATLARI

Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

Bütöv.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti təsdiqləyib.
17-12-2021, 10:44
Futbol millimiz neytral meydanda oynaya bilər

UEFA Millətlər Liqasında Azərbaycan millisi Belarus yığması ilə səfər görüşünü neytral ölkədə keçirilə bilər.

Bütöv.az xəbər verir ki, bu, Belarusda siyasi vəziyyətin qaydasında olmaması ilə əlaqədardır.

UEFA prezidenti Aleksander Çeferin yaxın vaxtlarda orada UEFA-nın hansısa turnirinin olmayacağını bildirib.

Qeyd edək ki, Avropa İttifaqı İrlandiya aviaşirkəti “Ryanair”ə məxsus təyyarə ilə bağlı insident üzündən bu ölkəyə səfərlər ləğv olunub. UEFA isə qarşılıq olaraq 2021-ci ildə Belarusda heç bir yarışın olmayacağını açıqlayıb. Nəticədə Belarus yığması dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini Tatarıstanın paytaxtı Kazanda qəbul etməli olub.

Xatırladaq ki, millimiz Millətlər Liqasında yeni mövsümə 2022-ci ilin iyunun 2-də start verəcək. Komandamızın rəqibləri C Liqasında Belarusdan başqa, Slovakiya və Qazaxıstan/Moldova komandalarıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!