Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
27-12-2021, 20:12
Azərbaycanda son sutkada 306 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb 560 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 936 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 658 nəfər müalicə olunaraq sağalıb, 8 308 nəfər vəfat edib, aktiv xəstə sayı 10 970 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 482, ötən müddət ərzində isə ümumilikdə 5 824 190 test aparılıb.

Bütöv.az
27-12-2021, 20:07
Polis “Sədərək”də əməliyyat keçirib, 200 min manata yaxın pirotexniki vasitələr götürülüb - FOTO - VİDEO

Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində əməliyyat keçirilib, 200 min manata yaxın pirotexniki vasitələr götürülüb.

Əməliyyat zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin gizli şəkildə satışını təşkil edən paytaxt sakinləri Rakif Mirzəyev, oğlu Aqil Mirzəyev və Sahib Salahlı saxlanılıblar.

Onların ticarət mərkəzində yerləşən obyektlərinə, avtomobillərinə, həmçinin anbar yeri kimi istifadə etdikləri saxlanc yerinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda pirotexniki vasitələr aşkar edilib.

Qeyd edək ki, Rakif Mirzəyev, oğlu Aqil paytaxt ərazisinə bu maddələrin paylanılmasını və satışını təşkil edən əsas şəxslərdən biri olublar. Onlar ifadələrində partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı hər üç şəxs barəsində araşdırmalar aparılır. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Həmin şəxslərdən aşkar olunan pirotexniki vasitələrin qara bazarda satış qiyməti 200 min manata yaxın olub.





Bütöv.az
27-12-2021, 20:02
Dövlət idarəsindən oğurluq olub - ANBAAN VİDEO

Binəqədi Sukanal idarəsindən kombi oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, dekabrın 19-da Binəqədi Sukanal İdarəsindən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət olunaraq bildirilib ki, inzibati binada quraşdırılan dəyəri 4 000 manat olan iki ədəd kombi aparatı naməlum şəxslər tərəfindən oğurlanıb.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elnur Məmmədov və Rövşən Həmidov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, Elnur Məmmədov kombiləri oğurlayandan sonra Rövşən Həmidovu hadisə yerinə çağırıb. Daha sonra kombiləri onun avtomobili ilə Nəsimi rayonunda yerləşən məişət əşyalarının alqı-satqısı bazarına apararaq dəyər-dəyməzinə satıb. Oğurlanan kombilər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Elnur Məmmədovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.



Bütöv.az
27-12-2021, 19:58
Füzuli Musayev “Qızıl Buta” milli mükafatına layiq görülüb - FOTO

Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin təşkilatçılığı ilə 2021-ci ilin yekunlarına dair “Qızıl Buta” Milli mükafatının təqdimetmə mərasimi baş tutub.

Mərkəz tərəfindən 2-15 dekabr tarixlərində respondentlər arasında mükafat qaliblərinin müəyyən edilməsi üçün sorğu keçirilib. Ənənəvi olaraq sorğular anket şəklində, sosial şəbəkələrdə həmçinin mərkəzin koordinatorları tərəfindən aparılıb. Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin sədri Zaur Mirzəzadə sorğularda 11 min respondentin iştirak etdiyini açıqlayıb.

“Qızıl Buta” Milli mükafatı Millət vəkillərinə, rəsmi şəxslərə Kütləvi İnformasiya Vasitələri habelə, idman, mədəniyyət və incəsənət nümayəndələrinə təqdim edilib. İdman sahəsində sağlam gəncliyin yaranmasında və formalaşmasında xidmətlərinə görə Fövqəladə Hallar Nazirliyinin İdman sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev “Qızıl Buta” Milli mükafatı ilə təltif olunub. Polkovnik F.Musayev öz çıxışında ona səs verən bütün respondentlərə, mükafatı təsis və təqdim edən DAİM Mərkəzinə və sədrinə dərin təşəkkürünü bildirib.

Füzuli Musayev Azərbaycan idmanında göstərdiyi peşəkarlıq fəaliyyətinə, idmançıların karate idmanı üzrə beynəlxalq yarışlarında layiqincə təmsil edilməsinə, zəhmətinə, göstərdiyi səy və nəticələrin nailiyyətlərinə görə ölkə rəhbərliyi tərəfindən dəfələrlə layiqincə qiymətləndirilib. O, Prezident İlham Əliyev tərəfindən 2015-ci ildə “Fəxri diplom” və 2021-ci ildə “Tərəqqi medalı” ilə təltif edilib.

Füzuli Musayev hal-hazırda Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi kimi əməkdaşların fiziki hazırlığı və peşəkarlığının artırılması, idmançıların yetişdirilməsi sahəsində fəaliyyətini davam etdirir.



Bütöv.az
27-12-2021, 19:54
Azərbaycanlı döyüşçü Rafael Fiziyev milliyyəti ilə bağlı sualı cavablandırdı - VİDEO

Azərbaycanlı tanınmış MMA döyüşçüsü Rafael Fiziyev UFC jurnalisti Ariel Helvaniyə müsahibə verib.

“Ataman” ləqəbli idmançı milliyyəti haqqında sualı belə cavablandırıb:
“Mən Qazaxıstanda anadan olmuşam və 12 il Qırğızıstanda yaşamışam. Lakin mən əslən azərbaycanlıyam”.

Rafael döyüşlərə çıxarkən başına taxdığı milli papaqla bağlı suala da cavab verib:

“Bu papaq Azərbaycandandır. Bu, bizim tariximizdir, Azərbaycanın milli baş geyimidir”.

Qeyd edək ki, Qırğızıstan vətəndaşı olan Rafael Fiziyev bir müddət əvvəl bu ölkənin bayrağı altında yarışlara qatılmaqdan imtina edib. O, bunu özünə qarşı hiss etdiyi təzyiqlər səbəbindən etdiyini bildirib.

Xatırladaq ki, Rafael bir müddət əvvəl UFC Vegas 44 yarışında yeni zelandiyalı Bred Riddellə qarşılaşıb və qalib gəlib. Texniki nokautla rəqibini məğlub edən Rafael ardıcıl beşinci qələbəsini qazanıb. Sözügedən turnirdə də Fiziyev heç bir ölkənin bayrağı altında vuruşmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:



Bütöv.az
27-12-2021, 19:44
Çavuşoğlu Ermənistanla bağlı yeni xəbəri açıqladı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması prosesi ilə bağlı açıqlamalar verib.

Bütöv.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər arasında ilk toplantı Moskvada baş tutacaq:
“Hər iki tərəf xüsusi nümayəndələri təyin etdi. İlk toplantı Moskvada baş tutacaq. Biz ilk toplantıdan əvvəl birbaşa əlaqənin qurulmasını istəyirik. Qarşılıqlı səfərlər də daxil olmaqla təmas qurularaq, yol xəritəsinin müəyyən edilməsini istəyirik”.
27-12-2021, 19:41
BMT-nin Baş katibi: “Növbəti pandemiyalara hazırlaşmaq lazımdır” - VİDEO

“COVID-19 pandemiyası bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinə hazırlaşmaq lazımdır”.

Bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş öz “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, 27 dekabr dünyada Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günü kimi qeyd olunur.

Sözügedən gün BMT Baş Assambleyası tərəfindən 2020-ci ilin noyabrında elan edib.

BMT baş katib vurğulayıb ki, mövcud səhiyyə sistemindəki böhranı həll edərkən sonrakı pandemiyalara da hazırlaşmaq lazımdır.

“Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə zəruri olan diqqəti və sərmayəni əsirgəməyək” - Antonio Quterreş yazıb.



Bütöv.az

27-12-2021, 19:30
Atası aktyor olmağına qarşı çıxdı, onun üçün bir gecədə yüz min manat yığıldı... - FOTO

Kulis.az dekabrın 25-də dünyasını dəyişən aktyor Məmməd Zeynalov haqqında maraqlı məlumatları təqdim edir.

Məmməd Eldəniz oğlu Zeynalov 1978-ci ildə Bakı şəhərində Xalq artisti Eldəniz Zeynalovun ailəsində dünyaya gəlib. Özündən başqa Elbrus adlı bir qardaşı, Gülbəniz adlı bacısı olub. Atasının birinci xanımından olan Aybəniz adlı bacısı isə Londonda yaşayıb.
Ögey bacısı Məhəmmədi dəfələrlə Londona yanına dəvət etsə də, maddi imkan olmadığından bacısının yanına gedə bilməyib.
Məmməd Zeynalov aktyor olmaq istəyəndə atası Eldəniz Zeynalov bərk əsəbləşib, oğlunun üstünə qışqırıb deyir, get, işinlə məşğul ol, otur yerində. Neynirsən aktyor olmağı. Mən bu sənətdə o qədər əziyyətlər görmüşəm ki, istəmirəm siz də həmin əziyyətləri çəkəsiniz.

Məmməd atası ilə bağlı müsahibələrinin birində deyir:
“Uşaqlıqdan həmişə aktyorluq sənətinə həvəsim olub. Atam deyirdi ki, Məmməddən yaxşı aktyor olacaq. Bu yəqin ki, gendən gəlir. Çünki atamın dayısı Həsənağa Salayev də məşhur aktyor idi. Amma atam mənim aktyor olmağımı istəmirdi, həmişə bizi başqa sahəyə yönəldirdi”.
Ancaq atası dünyasını dəyişəndən sonra Məmməd İncəsənət Universitetinə daxil olur. Vaxtaşırı KVN teatrının tərkibində epizodik rollarla çıxış edir. İncəsənət universitetini bitirəndən sonra vaxtilə atasının işlədiyi Akademik Milli Dram Teatrında “İmzanın hökmü”, “Körpüdən mənzərə” tamaşalarında rollar ifa edir. Atasının dostları Yaşar Nuri, Telman Adıgözəlovla tərəf müqabili olur.

Bir il teatrda ştatdankənar fəaliyyət göstərəndən sonra ailəsini dolandırmaq məcburiyyətində qaldığından teatrdan uzaqlaşıb tikintidə gözətçi kimi işləməyə başlayır. Bir ildən keçir, onu yenidən Azdramaya işə dəvət edirlər. O, isə imtina edib getmir. Məmməd Zeynalov 2014-cü ildən İrəvan Dram Teatrında fəaliyyətini davam etdirir.
Aktyor 2018-ci ildə İrəvan teatrının tərkibində “Sərhədsiz teatr” III Şəki Beynəlxalq teatr festivalında dramaturq Cəfər Cabbarlının “Vəfalı Səriyyə” pyesi əsasında hazırlanan tamaşada aparıcı rollardan birini ifa edir.

Lakin, ömrünün ən gözəl illərində, gənclik çağında Məmməd qəfildən insult keçirir. Bir müddət müalicə olunub sağalandan sonra böyrəklərində problem yaranır. Uzun müddət müalicə alan Məmmədə böyrək donoru lazım olur. Buna maddi gücü çatmayan Məmməd bacısı ilə efirə çıxıb müalicəsi üçün kömək istəyir. Məmmədin müraciətindən sonra onun adına açılmış hesaba bir gecədə yüz min manat vəsait toplanır.
Ailəli olan Məmməd Zeynalov 2017-ci ilin noyabr ayında ata olur. Onun bir oğlu dünyaya gəlir. Məmməd atasına hörmət əlaməti olaraq oğlunun adını Eldəniz qoyur.

Xəstəliyinin ən pis dövrlərində belə nikbin ovqatını itirməyən Məmməd müsahibələrində keçmiş günlərini, atasını xatırlayaraq deyir:
“Balaca vaxtı uşaqlar arasında ən dəcəli mən idim. Buna görə də atam ən çox məni cəzalandırırdı. Hirsləndirəndə məni bloka çıxardardı. Atam kimi aktyor olsam da, heç vaxt onun kimi məşhur ola bilmərəm. Eldəniz, Eldəniz idi. Atam dünyasını dəyişəndən sonra mən doyunca yaşaya bilmədim. Mən hələ o illərdə, uşaqlığımda qalmışam. İndi də aktyorluqla məşğul olmağa xəstəliyim imkan vermir. Hər gün xəstəxanaya gedib gəlirəm. Elə bil ki, işə gedirəm. Xəstəliyimlə bağlı zülm çəkirəm. Sənət heç yadıma düşmür. Ümidim var ki, sağalıb yenə də sənətimlə məşğul olaram. Atamı itirəndən sonra ailədə maddi çətinliklərlə üzləşdik. Eldənizin sağlığında süfrəmizin başında olan insanlar bizi tərk etdilər. Halbuki o bütün sənət yoldaşlarına yaxşı olub. O özü əziyyəti görmüşdü. Mənə xəstəlik imkan vermədi ki, sənətimlə məşğul olum. Akademik Milli Dram teatrında qalsaydım bəlkə də indiyə qədər fəxri adım var idi. Məni səhnədə görənlər deyirdi ki, elə bil Eldənizin cavanlığıdır”.
Böyrək xəstəliyi ilə yanaşı Məmməd Zeynalova ağ ciyər xərçəngi diaqnozu qoyulur. Uzun müddətli müalicələr heç bir nəticə vermir. Aktyor 2021-ci il dekabrın 25-də səhər vaxtı yaşadığı evdə 43 yaşında dünyasını dəyişir.



Bütöv.az
27-12-2021, 19:19
Eldəniz Səlimova hökm oxundu

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə iclası davam etdirilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında deputata 3 il 6 ay müdəttinə hökm oxunub.

Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.

İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bütöv.az
27-12-2021, 18:02
"Elə müharibə iştirakçısı var ki, qapısı bir dəfə də döyülməyib" - Deputat

"Elə müharibə iştirakçısı var ki, qapısı bir dəfə də döyülməyib".

Bütöv.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat təklif edib ki, bir reyestr yaradılsın, şəhid ailələrinin hamısı ora əlavə edilsin.

"Bu işdə növbəlilik olması yaxşı olardı", - deyə deputat bildirib.

R.Nurullayev qeyd edib ki, bir şahid ailəsinə, bir əlilə beş-on dəfə kömək edilir, lakin elə ailə, elə əlil var ki, heç qapısı döyülməyib. “Birincisi, ASAN xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bu tip bütün məlumatlar ASAN xidmətdə emal edilsin və vahid mərkəzdə - Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət Reyestrində birləşdirilsin. İkincisi, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olsun. Elə edək ki, bütün şəhid ailələri və ehtiyacı olan müharibə əlilləri əhatə olunsun. Elə olmasın ki, bir ailə və ya şəxs müxtəlif dövlət orqanlarının köməyindən yararlana bilsin, digərləri isə kənarda qalsın. Onların yüz dəfə də yararlanmaq haqlarıdır, halalları olsun. Amma bu, növbəli şəkildə olmalı, hamını əhatə etməlidir. Elə ailə və müharibə əlili və ya yararlısı var, oturub gözləyir ki, onun qapısı nə zaman döyüləcək. Üçüncüsü, bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin da bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin. Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50% azalda bilərlər”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!