Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
20-06-2022, 04:17
Yaxın günlərin hava proqnozu

Yaxın günlərin hava proqnozu

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Butov.az-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək, iyunun 22-si axşam, həmçinin iyunun 23-də arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 30-34°, Aran rayonlarında 33-38°, dağlıq rayonlarda 20-24° isti olacaq.
20-06-2022, 04:11
Ermənistanda silahlı insident

Ermənistanda silahlı insident - Ölən var
Ermənistanın Araqatsotn bölgəsində silahlı insident törədilib. Bu barədə Ermənistanın "Shamshyan.com" kriminal xronika saytı məlumat yayıb.
Silahlı insident zamanı 7 nəfər yaralanıb. Onlardan biri xəstəxanada ölüb.
Polis əməkdaşları silahlı insidentin Niqavan kənd inzibati ərazisində yerləşən zibilxananın yaxınlığında baş verdiyini bildiriblər. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin dəqiq yerini müəyyənləşdirmək üzərində işləyirlər.

Akif İsmayılov
20-06-2022, 04:06
Avropa İttifaqı İlham Əliyevin sülh bəyanatını DƏSTƏKLƏDİ

Avropa İttifaqı İlham Əliyevin sülh bəyanatını DƏSTƏKLƏDİ
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh səylərini dəstəkləyir.
Bunu təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün "Twitter" hesabında yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin IX Qlobal Bakı Forumunda Ermənistanla müsbət dinamikadan sonra sülhü bərqərar etmək, əməkdaşlıq qurmaq və praktiki işə keçməklə bağlı bəyanatını oxumaqdan məmnun olduğunu bildirib.
Klaar Avropa İttifaqının bu prosesi güclü şəkildə dəstəklədiyini vurğulayıb.
20-06-2022, 03:59
"TƏBRİZİN BAŞ MOLLASI NƏ İSTƏYİR?"

Vidadi Mustafa


"TƏBRİZİN BAŞ MOLLASI NƏ İSTƏYİR?"

Bir neçə gün əvvəl bir qrup Təbriz mollası birgə bəyanat imzalayaraq, Azərbaycan Respublikasında İslam dininin, onun şiə məzhəbinin və ən əsası İran rejiminin əlaltıları olan ekstremist və radikal islamistlərin müdafiəsinə qalxmışdılar. 36 nəfərlik siyahıda Təbrizin baş mollası, yəni Rəhbərin Şərqi Azərbaycanda nümayəndəsi və Təbriz cümə imamı Al Haşımın adı yox idi. Fikirləşdik ki, bu etiraz bəyanatı aşağı səviyyəli dairələrin mövqeyini əks etdirir. Görünür, Al Haşıma həmin bəyanatı imzalamadığı üçün xəbərdarlıq edilib. Odur ki, “səhvini düzəltmək” üçün bu gün, CÜMƏ günü xutbəsində, 18 iyun 2022-ci il tarixində (cümə imamlarının həftəlik icmal və gələn həftə üçün göstərişlərin verilməsi ilə bağlı uzun-uzadı xütbə etdikləri gün) Azərbaycan hökumətindən İslam dininin bu ölkədə qorunması ilə bağlı tələb irəli sürübdür.
Çox qəribədir ki, rejimin İranda və Cənui Azərbaycanda nümayəndələri və əlaltıları öz statusu və səlahiyyətlərinə baxmadan, bir başa Azərbaycan HÖKUMƏTİNDƏN …..tələb edirlər.
Yenidən mollaların Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa cəhd göstərməsi və həmin işə mərkəzin göstərişi ilə Təbriz mollalarının başlamasının səbəbi hələ ki, məlum deyil. Amma bir qədər əvvəl Təbrizin Şiə dünyasının paytaxtı adlandırıldığını nəzərə alsaq, həmin şəhərin Azərbaycan Respublikasına qarşı ideoloji mübarizənin mərkəzi kimi seçildiyini deyə bilərik. Təbriz mollaları onlara göstərilən etimadı doğrultmağa və onların çiyinlərinə yüklənən missiyanı yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirirlər.

Dini amil ideoloji mübarizə üçün çox əlverişli bəhanədir. İran özünü İslam dininin və bu dinin müqəddəslərinin, müqəddəs dəyərlərinin qoruyucusu hesab edir və bundan lazım gəldikdə bəhanə kimi tez-tez istifadə edir. Ən maraqlısı odur ki, İran İslam dinini müsəlman ölkəsi olan Azərbaycanda müsəlmanlardan qorumaq iddiasındadır. Halbu ki, qeyri-müsəlman ölkələrində İslam dini və onun müqəddəs şəxsiyyətləri və dəyərləri açıq şəkildə təhqir olunanda, siyasi mülahizələr səbəbindən ağzına su alıb susur. Ən axırıncı nümunə Hindistanda hakim partiyanın bir neçə üzvünün (rəsmi şəxsin) dünyanın gözü qarşısında İslam dini və Məhəmməd peyğəmbəri təhqir etməsi hadisəsi idi. İranda həmin hadisəyə qarşı heç bir rəsmi bəyanat verilmədi, şəhərlərdə etiraz aksiyaları keçirilmədi. Yəni Hindistanın xətri xoş ollsun deyə, Məhəmməd peyğəmbərin belə müdafiəsinə əhalini küçələrə çıxarmadı.
İndi nə oldu ki, İran Təbriz mollalarını guya Azərbaycanda dini müqəddəslərin lazımınca qorunmadığna etiraz etməyə vadar edir. Əslində isə İran Təbriz mollalarının dili ilə Azərbaycanın milli maraqlarına zərbə vuran, Əsas qanununa əməl etməyən, xarici ölkənin maraqlarına xidmət edən ekstremist, radikal islamistləri və onların başçılarından biri olan öz sadiq nökərini müdafiə edir. İran nəyin müqəddəs, nəyinsə sıradan bir dəyər, daha doğrusu, anti-dəyər olduğunu qəsdən qarışdırır.
Bununla belə, İranın Təbriz mollarının dili ilə Azərbaycandan nə istədiyi hələ ki, tam aydın deyil. Amma tezliklə hər şey ortaya çıxacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!