28-06-2022, 14:26
Bu gün Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun doğum GÜNÜDÜR… Çox hörmətli cənab Nazir!!! Belə bir xoş gündə, Sizin doğum gününüzdə Sizi təbrik edib, gözəl arzular diləmək bir media işçisi kimi bizim borcumuzdur…Bu bir danılmaz faktdır ki, dəfələrlə problemimiz, şikayətimiz olanda ilk Sizə müraciət etmişik. Siz də şikayətlərə dərhal reaksiya verib, bizə dəstək olmusunuz. Cənab Nazir!!! Şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə sağlam uzun ömür, şərəfli və çətin peşənizdə uğurlar arzulayıram. Bəli, Siz olduqca çətin və şərəfli bir xidmətdəsiniz. Bir media əməkdaşı kimi Sizin yüksək intellektual peşəkarlığınızı, ölkəmizə göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Sizə güvənirəm. Sizin qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirəm. Bir sözlə, bu gün təhlükəsizliyimin qorunması üçün Sizə sonsuz minnətdaram. Sizin vicdanlı xidməti fəaliyyətiniz, Dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyi naminə yorulmadan çalışmağınız yüksək hörmətə, alqışa layiqdir. Uca Tanrı Sizi və ümumillikdə Azərbaycan Polisini qorusun!
AYBƏNİZ ABDULOVA,“Azərbaycan Jurnalistlər Birliyi"nin üzvü, jurnalist-araşdırmaçı.
28-06-2022, 14:15
Ermənistan sərhədə muzdluları yerləşdirirErmənistanda çağırışçılar mərhələli şəkildə ön xətdə döyüş növbətçiliyindən azad ediləcək, onları müqaviləli hərbçilər əvəz edəcək. Bunu Ermənistan Baş Qərargahının Səfərbərlik və Təşkilat İdarəsinin rəis müavini Saak Saakyan deyib.
Onun sözlərinə görə, ordu korpuslarından birində ön xəttin mühafizəsi indi demək olar ki, tamamilə müqaviləli əsgərlərə həvalə olunub.
“Müdafiə naziri və Baş Qərargah rəisinin vəzifələrindən biri də çağırışçıların cəbhə xəttində xidmətdən mümkün qədər azad edilməsini təmin etməkdir. Çağırışçılar yalnız döyüş hazırlığı ilə məşğul olacaqlar və zəruri hallarda döyüş növbətçiliyinə cəlb olunacaqlar”, - Saakyan bildirib.