Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
19-06-2022, 18:18
Zəfər Kubokunun qalibi bəlli oldu

Zəfər Kubokunun qalibi bəlli oldu

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda bu gün final oyunu keçirilib. Mayın 4-də - İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na - mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edib. Bu münasibətlə təşkilatçılar və iştirakçı komandaların nümayəndələri saat 10:00-da mərhumun ailə üzvləri ilə birlikdə E.Əşrəfoğlunun Saray qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Final görüşündən öncə Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq oynanılıb. Qarşılaşma jurnalistlərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Ardınca isə "Xocavənd" və "Ağdam" komandaları arasında final oyunu təşkil olunub. Milli Məclisin deputatları bu qarşılaşmada da fəxri qonaq qismində iştirak ediblər.
Bundan başqa Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və "TT Fight Club"un direktoru Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Həlledici oyunda "Xocavəndə" 3:1 hesabı ilə qalib gələn "Ağdam" Zəfər Kubokunun qalibi olub. Matçda hesabı "Xocavənd" futbolçuları açıblar. Fərid Məmmədov fərqlənib. Lakin onların qol sevinci cəmi 1 dəqiqə çəkib. Elvin Rüstəmov tarazlığı bərpa edib. Az sonra isə Mirbağırağa Cəfəri dəqiq zərbə ilə hesabı "Ağdam"ın xeyrinə dəyişib. İkinci hissənin ortalarında növbəti dəfə fərqlənən Cəfəri həm dublunu, həm də yekun nəticəni müəyyənləşdirib.
19-06-2022, 17:53

Güneyli məhbusun anası ictimaiyyətə müraciət edib
Güneyli məhbusun anası ictimaiyyətə müraciət edib

Urmulu məhbusun anası Fəridə Məhəmmədi oğlunun həyatının təhlükədə olduğunu bildirir. Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərindən olan işçi hərəkatının fəalı Valeh Zamaninin anası Fəridə Məhəmmədi ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edərək oğlunun həyatının təhlükədə olduğunu deyib və onun azad olunmasına yardım etmələrini istəyib. O, yaydığı müraciətdə oğlunun kəskin qaraciyər xəstəliyi və hepatitdən əziyyət çəkdiyini, ciddi müalicə və dərmanlardan istifadəyə ehtiyacı olduğunu bildirib.
Fəridə Məhəmmədi Valeh Zamaninin bundan bir müddət öncə cərrahi əməliyyat olunduğu üçün davamlı dərman qəbul etməli və həkim nəzarətində saxlanılmalı olduğunu qeyd edib.
Valeh Zamani 15 iyun tarixində ailəsi ilə qısa müddətli telefon danışıı zamanı mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 240-cı bölməsinə köçürüldüyünü bildirib.
19-06-2022, 17:47
İranın qırıcısı qəzaya uğrayıb

İranın qırıcısı qəzaya uğrayıb

İsfahanda İranın qırıcı təyyərəsi qəzaya uğrayıb. Bu barədə İran ordusunun İsfahan əyalətindəki bölməsinin ictimai əlaqələr şöbəsinin müdiri Rəsul Mötəmidi məlumat verib. Onun sözlərinə görə, hadisə iyunun 18-də, yerli vaxtla səhər saat 10:30-da baş verib. Qəzaya uğrayan F-14 tipli qırıcı təyyarədir.
Rəsul Mötəmidi missiya zamanı döyüş təyyarəsinin mühərrikində texniki nasazlıq yarandığını, pilot və ikinci pilotun paraşütlə yerə endiyini deyib.
Mötəmidi paraşütlə yerə enən pilotların yaralandığını və müalicə üçün xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd edək ki, bundan öncə mayın 24-də İsfahanın Ənarək bölgəsində İran Hava Qüvvələrinə məxsus daha bir F-7 tipli qırıcı qəzaya uğrayıb və onun pilotları mayor Qasım Zamani və leytenant Məhəmmədcavad Bayin ölüb.
Cavidan
19-06-2022, 17:23

BMT-dən xəbərdarlıq
BMT-dən xəbərdarlıq

Onlarla ölkədə etirazlar, qeyri-sabitlik və aclıq başlaya bilər. Bu sözləri BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Besli deyib. O bildirib ki, buna səbəb bütün dünyada ərzağın sürətlə bahalaşmasıdır. Ədis-Əbəbədə çıxışında Besli qeyd edib ki, dünya qorxuducu qıtlıqla üzləşib. O, xüsusilə Rusiya və Ukrayna taxılından asılı olan ölkələrdə vəziyyətin pisləşəcəyindən narahatlığını ifadə edib:
“Hələ Ukrayna krizisindən öncə biz COVİD-19 pandemiyası və yanacağın qiymətinin qalxması ilə üz-üzə qaldıq. O zaman düşünürdük ki, bundan pis ola bilməz. Ancaq Ukraynada başlayan müharibə daha pisi olduğunu üzə çıxardı “.
Quardian”ın məlumatına görə, Ukrayna hər il 400 milyon insanı təmin edən ərzaq məhsulları ixrac edir. Ukrayna dünyadakı günəbaxan yağı istehlakının 42%-ni, qarğıdalının 16%-ni, buğdanın 9%-ni verir.
Beslinin sözlərinə görə, koronavirus, iqlim dəyişikliyi və Ukrayna müharibəsi səbəbindən dünyada aclıq çəkən insanların sayı 650 milyondan 810 milyona qalxıb.

19-06-2022, 17:11
Azərbaycan bu məsələyə müsbət yanaşır

Azərbaycan bu məsələyə müsbət yanaşır
Azərbaycan minatəmizləmə məsələsinə çox mütərəqqi, yaradıcı və müsbət yanaşır. Bunu BMT-nin Ukraynadakı keçmiş rezident əlaqələndiricisi Frensis O Donnell deyib. Onun sözlərinə görə, bu, həqiqətən də, insanları nəsillər boyu narahat edən çox ciddi problemdir.
"Azərbaycan hökumətinin infrastrukturun, yolların, məktəblərin və bir çox obyektlərin yenidən qurulması ilə bağlı sürətli işlər görməsi məni çox heyran etdi. Həm də işlərin həyata keçirildiyi strateji plan heyranedicidir”, - O Donnell bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağı bərpa etmək, onu cənnətə çevirmək, bütün dünyaya örnək etmək barədə dediyi sözləri çox bəyənir.
19-06-2022, 17:05
Azərbaycanda neçə nəfər peyvənd olunub?

Azərbaycanda neçə nəfər peyvənd olunub?

Azərbaycanda son sutkada 1 265 nəfər vaksinasiya olunub.
Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 198, ikinci doza vaksinləri sayı 148-dir.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 802-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 117 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 753 387, birinci doza peyvəndlərin ümumi sayı 5 352 263, ikinci doza vaksinlərin sayı 4 852 231 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 300 756, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 137 olub.
19-06-2022, 17:02
Mask rəvayətə eyham vurdu

İstanbulun fəthi: Mask rəvayətə eyham vurdu

İlon Maskın İstanbulun fəthiylə əlaqədar Tvitterdə paylaşımı böyük marağa səbəb olub. Mask bununla nə demək istəyib? Eyhamı Türkiyənin Milli Müdafiə Universitetinin rektoru, tarixçi Ərhan Afyonçu izah edib. O bildirib ki, Mask məşhur “Unudulub açıq qalan qapı” rəvayətinə istinad edib:
”Rəvayətə görə, guya Ədirnəqapı ilə Əyriqapı arasında piyadalar üçün ayrılmış Kerkoporta (Cambazxana) adlı kiçik qapılardan biri unutqanlıq səbəbindən açıq qalıb və şəhərin qala divarlarının dibində gəzən bir neçə türk əsgəri içəri girib, beləliklə də Konstantinopol fəth edilib.
“Böyük Osmanlı tarixi”nin yazarı Cozef fon Hammerdən roman yazarı, araşdırmaçı Stefan Sveyqə kimi müxtəlif Qərb tarixçi və ədibləri bu barədə yazıblar. Bu məlumat yalnız 15-ci əsrdə Bizansın son imperatoru IX Konstantinin hökmdarlığı zamanında fəaliyyət göstərmiş məşhur tarixçi Dukasın qeydlərində var. Bu rəvayəti dövrün heç bir mötəbər mənbəsi təsdiqləmir. Maskın da istinad etdiyi rəvayətdə səsləndirilən iddialar dövrün türk, eyni zamanda Venesiya taciri, səyyah və diplomatı İosafat Barbaro, fəth zamanı şəhərdə olan Zorzo Dolfinin qeydləri, latın və Bizans mənbələri ilə ziddiyyət təşkil edir. Sözügedən bölgə isə fəthdən sonra atılan lağımlara və top dağıntılarına görə “Top yıxan” məhəlləsi adlanıb. Bu fakt bir daha ordunun döyüşərək şəhərə girdiyini sübut edir”.
Ərhan Afyonçu qeyd edib ki, bu rəvayət sadəcə İstanbulun fəthinin miqyasını kiçiltməyə uğursuz cəhddir.
Qeyd edək ki, “Tesla”nın rəhbəri, məşhir milyarder İlon Mask yatağında uzanan Bizans əsgərinin "Did I lock the gate?” (Darvazanı bağladımmı?) dediyini əks etdirən karikatura paylaşıb. Karikaturanın altından isə “Konstantinopol 1453” şərhi yazılıb. Paylaşım qısa müddətdə gündəm olub.
Xatırladaq ki, Konstantinopol 1453-cü ildə, 6 apreldə başlayan və 53 gün davam edən şiddətli döyüşlərdən sonra, 29 mayda II Sultan Mehmetin rəhbərliyi altında qüdrətli türk ordusu tərəfindən fəth edilib.
19-06-2022, 16:47
Erməni əsgər məhv edildi

Erməni əsgər məhv edildi

Ermənistanın müddətli hərbi qulluqçusu Basarkeçər istiqamətində güllə yarasından ölüb. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, hadisə dünən, günün ikinci yarısında baş verəb.
“Erməni əsgər “düşmənin” (Azərbaycan Ordusu nəzərdə tutulur – red.) cavab atəşi nəticəsində ölüb”, - məlumatda iddia edilib.
Məlumatı erməni mediası yerli icmaya istinadla yayıb: ölən əsgərin nə ad-soyadı, nə də haradan çağırıldığı haqda məlumat var.
Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib və təfərrüatın bir azdan açıqlanacağını bildirib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 17 və 18 iyun gündüz və 19 iyuna keçən gecə Ermənistanın Basarkeçərdə yerləşən bölmələri tərəfindən Kəlbəcər rayonunun atəşə tutulduğu haqda məlumat yayıb.
Onu da vurğulayaq ki, nazir Zakir Həsənov iki gündür Kəlbəcər və Laçın ərazisindədir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!