Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
25-10-2022, 19:21
Prezident bir saat bomba sığınacağında gizləndi


Prezident bir saat bomba sığınacağında gizləndi

Almaniya prezidenti Frank-Valter Ştaynmayer hava hücumu xəbərdarlığı səbəbindən Ukraynanın Çerniqov vilayətinin Koryukovka şəhərində bir saat bomba sığınacağında qalmalı olub. Bu barədə ARD teleradio şirkətinin jurnalisti məlumat yayıb."Hava xəbərdarlığı! Ukraynanın şimalındakı Koryukovkaya çatdıqdan bir neçə dəqiqə sonra prezident Ştaynmayer bomba sığınacağına düşməyə məcbur oldu”, - ARD-nin jurnalisti Mattias Deiss öz tvitter-də yazıb. Daha sonra o əlavə edib ki, Ştaynmayer bomba sığınacağında yerli sakinlər və Koryukovka meri ilə söhbət edib. Almaniya prezidenti Frank-Valter Ştaynmayer bu gün Ukraynaya gəlib. Bu, onun Ukraynaya müharibə başlayandan bəri ilk səfəridir. Qeyd olunur ki, dövlət başçısı Kiyevə qatarla gəlib.
25-10-2022, 19:18
Nazir Rişi Sunaka görə istefa verdi


Nazir Rişi Sunaka görə istefa verdi

Rişi Sunakın Baş nazir vəzifəsinin icrasına başlamasından dərhal sonra Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası naziri Cekob Ris-Moqq istefa verib. Bu barədə "Sky News" telekanalı məlumat yayıb. Daha əvvəl Ris-Moqq hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin hökumət başçısı postu uğrunda mübarizədə keçmiş Baş nazir Boris Consonu dəstəkləyib. Kanalın məlumatına görə, ətraf mühit, ərzaq və kənd inkişafı naziri Ranil Cayavardena, İcmalar Palatasındakı parlament partiyasının təşkilatçısı Vendi Morton da öz vəzifələrini itirəcəklər. Bundan əlavə, ədliyyə naziri Brendon Lyuis istefa verdiyini rəsmən elan edib
25-10-2022, 19:15
Prezident bu qanunu təsdiqlədi


Prezident bu qanunu təsdiqlədi

“Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiq edib. Qanuna əsasən, qeyd olunan əlavə Protokol “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə hazırlanıb. Bu protokola Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilir. 15-ci (üçüncü dövlətə verilmə) maddəyə isə yeni bənd əlavə olunur. Bundan başqa, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulur. Dördüncü Əlavə Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
25-10-2022, 19:11
Yeni avtobus marşrutu açılır - Gediş haqqı 60 qəpik


Yeni avtobus marşrutu açılır - Gediş haqqı 60 qəpik

27 oktyabrdan yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək. Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək. Gediş haqqı 0.60 AZN olacaq. Avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə dayanacaq. E1 xəttinin fəaliyyətə başlaması ilə vətəndaşların rahat, əlavə ödəniş etmədən metronun “Xalqlar Dostluğu” stansiyasından Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişi təmin ediləcək. Bu da öz növbəsində vətəndaşların metronun qeyd olunan istiqamətdə qanunsuz sərnişindaşıma vasitələrindən, eləcə də fərdi avtmobillərdən istifadəsini azaldacaq. Əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması isə xüsusilə şəhərin mərkəzində şəxsi avtomobil ilə hərəkətin azaldılmasına müsbət təsir edəcək.
25-10-2022, 18:35
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
25-10-2022, 18:28
İranın Rusiyaya verəcəyi yeni zərbə dronlarının xüsusiyyətləri


İranın Rusiyaya verəcəyi yeni zərbə dronlarının xüsusiyyətləri

İran Rusiyaya "Meraj-521" adlı yeni kiçik ölçülü kamikadze pilotsuz uçuş təyyarələri (PUA) təhvil verə bilər. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib.
Tehran həmin dronlar-kamikadzeləri bu günlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimləri zamanı təqdim edib. İran mediası bu PUA-ları ilk olaraq ölkənin “Saberin” adlanan xüsusi təyinatlı qüvvələrinə veriləcəyini yazıb.“Merac-521”in uçuş məsafəsi 5 kilometrdir. O, həmçinin çəkisi 0,5 ilə 1 kiloqram arasında olan üç növ döyüş başlığını daşıya bilir. “Meraj-521” kiçik qurğular vasitəsilə havaya buraxılır, operator xüsusi planşet vasitəsilə onu nəzərdə tutulan hədəfə yönəldə bilər. İranın “Merac-521” dronu Amerikanın “AeroVironment” şirkətinin istehsalı olan "Switchblade 300" döyüş PUA-larına oxşayır. Kamikadze pilotsuz uçan aparatı 10 kilometrə qədər məsafədən idarə etmək olar. Döyüş başlığı yüngül zirehli maşınları və şəxsi heyəti məhv etmək üçündür. Dron havaya qalxandan sonra əməliyyat ləğv olunarsa, operator pilotsuz uçan aparatı geri çağırıb onu yenidən hədəfə yönəldə bilər. Yuri İqnat deyib ki, Rusiyanın bu pilotsuz təyyarələri almayacağına dair heç bir şübhə yoxdur. "Əsas sual İranda bu pilotsuz təyyarələrin nə qədər olmasıdır. Qərb dünyasından onları vurmaq üçün effektiv vasitələr tələb olunur", - Yuri İqnat deyib. Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, İranın pilotsuz təyyarələri müharibənin gedişatını dəyişməyə qadir deyil, lakin metodik olaraq ciddi problemlər yaradacaq. Çıxış yolu yalnız bu PUA-ları fiziki cəhətdən məhv etməkdir. Ukrayna Hərbi Hava Qüvvələrinin hesablamalarına görə, İranın Rusiyaya satdığı “Şahed-136” dronlarının 85%-ə qədəri vurulub. Kəfiyyat məlumatlarına görə, Rusiya İrandan aldığı minlərlə “Şahed-136” və “Mohajer-6” sərbə dronları alıb və indi mülki hədəfləri vurmaq üçün onlardan istifadə edir. ABŞ-ın “Vaşinqton Post” qəzeti yazır ki, İran Rusiyaya “Fateh-110” və “Zolfagar” adlı yer-yer ballistik raketlərini də təhvil verməyə hazırlaşır.
25-10-2022, 18:05
XİN Ermənistana təzyiq göstərməyə çağırdı


XİN Ermənistana təzyiq göstərməyə çağırdı

Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. Bu barədə Azərbaycan XİN-dən bildirilib."Ümumilikdə son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır", - deyə rəsmi məlumatda qeyd olunub.
25-10-2022, 00:16
Qubadlının azadlığının ikinci ili


Qubadlının azadlığının ikinci ili

Bu gün - oktyabrın 25-i Qubadlının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin ikinci ildönümüdür. Butov.az xatırladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğalına son qoyulub. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək, Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Həmin gün Qubadlı rayonunun ilk yaşayış məntəqələri - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edilib. Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtarıb. Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün “Twitter” hesabından elan edib. Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
25-10-2022, 00:13
Bakıda qadın qatarın altında qalıb öldü


Bakıda qadın qatarın altında qalıb öldü

Bakıda qadın dəmiryol qatarının altında qalaraq ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
25-10-2022, 00:08
Cüdoçularımız Avropada 8 medal qazandı


Cüdoçularımız Avropada 8 medal qazandı

22-23 oktyabrda Sloveniyanın Slovenc Qradek şəhərində sayca 46-cı Açıq Koroska 2022 turniri keçirilib. Butov.az xəbər verir ki, U-15 və U-18 yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb. Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, idmançılarımız 24-26 oktyabr tarixlərində Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar. Medalçıların siyahısını təqdim edirik:
U-15
-48 kq.
Nuranə Hacızadə gümüş medal
-52 kq.
Vüsalə Hacıyeva qızıl medal
Aytən Verdiyeva gümüş medal
Aysun Məmmədova bürünc medal
U-18
-40 kq.
Məryəm Bayramzadə qızıl medal
-52 kq.
Aytən Verdiyeva qızıl medal
Vüsalə Hacıyeva gümüş medal
-57 kq.
Fidan Qasımova qızıl medal.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!