Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
14-10-2022, 18:26
Səməd Vəkilov yazır: Məmməd Arazın Azərbaycan dünyası

Səməd Vəkilov yazır: Məmməd Arazın Azərbaycan dünyası

Millətin, xalqın tərbiyəsində, onun kultivasiya olunmasında ədəbiyyatın və şairin rolu danılmazdır. Dünyada özünəməxsusluğu bənzərsizliyi ilə tanınan türk millətinin formalaşmasında nəhəng fikir adamı olan Ziya Göyapla bərabər Mehmet Akif Ərsoyun da rolu danılmazdır. Məmməd Araz poeziyası təsir gücü M.A.Ərsoyla müqayisə edilə bilən səviyyədədir. M.Araz poeziyası müdriklik timsalı, vətənpərvərlik nümunəsidir.
Məmməd Arazın şeir çələnginin hər gülü Azərbaycan boyda bir dünyadır. “Azərbaycan dünyam mənim” – deyən şair dünyaya məhz Azərbaycan dünyasından baxır. Onun poetik dünyasının sərhədləri də məhz şimallı-cənublu bütöv Azərbaycanı mənəvi aurası ilə çulğalaşır:
Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.

M.Araz yaradıcılığının əsas qayəsini Azərbaycan idealına sədaqət təşkil edir. O, bütün yaradıcılığı boyu öz idealına sadiq qalır.
“Azərbaycan!” deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər. –

söyləyən şairin vətənə olan sevgisi kor-koranə sevgi deyil. O, öz idealını sevməklə bərabər onun naqisliklərini poetik dillə sərt şəkildə tənqid etməkdən çəkinmir. Şairin bu cəhəti onun özünəməxsusluğunu şərtləndirən əsas amilə çevrilir. M.Araz millətin bütün naqisliklərini sərt şəkildə tənqid etməklə onun milli fəlakətinin səbəblərini göstərir. Xalqı naqisliklərdən xilas etməyə onu islah etməyə çalışır. Onun yaradıcılığının əsas leytmotivini də məhz bu cəhət təşkil edir. M.Araz xalqı sevərək tənqid etmənin bir örnəyidir. O xalqı sevərək ürək ağrısı ilə tənqid edir, ancaq heç vaxt xalqa yuxarıdan aşağı baxmır.

Məmməd Araz milli laqeyidliyə qarşı üsyan edir

Səs ver mənim səsimə sən:
Sənə gələn, səndən ötən nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?

Məmməd Araz yerliçiliyə qarşı üsyan edir
O zamanmı bitdi bizim dilimizin
“sənin”, “mənim” qabarı da?
O zamanmı bitdi bizim dilimizin
“haralısan” damarı da?..

Məmməd Araz laqeydliyi milli fəlakətin bəlası hesab edir
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına yaman dəydi,
Məndən ötdü!…
Məndən ötdü!..


Məmməd Araz şəxsi mənini milli mənindən uca tutanlara etraz edir
“Mən-mən” dedi bir ölkədə nə qədər xan.
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi…

Məmməd Araz yaradıcılığının məhsuldar dövrü sovet dövrünü əhatə edir. M.Araz poetik fikrinin orijinallığı və özünəməxsusluğu yeknəsəkliyin hökm sürdüyü sosialist cəmiyyəti tərəfindən qəbul edilə bilməzdi və qəbul edilmədi də. M.Araz ədəbi mühiti silkələyən birinci şeiri xalq şairi Səməd Vurğunun altmış illik yubileyinə həsr etdiyi “Səməd Vurğunla söhbət” adlanır. S.Vurğuna xüsusi münasibət bəsləyən şair şeir rübabını dilləndirən, onu poyeziyaya gətirən S.Vurğun şeiriyyatına heyranlığını gizlətmir. M.Araz öz məqaləsində qeyd edir ki, o məhz S.Vurğunun “Yenə səni gördüm, Dilican dərəsi” şeirindən təsirlənərək poeziya aləminə gəlmişdir.
“Səməd Vurğunla söhbət” şeirindən sonra M.Araza qarşı təzyiqlər başladı. Nə idi bu şeirdə xoşa gəlməyən və o dövrlə səsləşməyən nəsnə. M.Araz bu şeirdə təkcə şairin şəxsiyyətinə hörmət və məhəbbəti ifadə etmir, eyni zamanda ədəbi mühitin bütün eybəcərliyini üzə çıxardır.
Diqqət etdin, əslində üzdə ədəbi mühitdə hər şeyin rəvan getdiyi fikri cəmiyyətə aşılandığı bir vaxta qəfildən məhz M.Araz poetik düşüncəsi ədəbi mühiti silkələyir, onun intriqaları və riyakarlığını üzə çıxarır. M.Araz böyük cəsarətlə bunu dilə gətirir.

Sənə məchul həqiqətdən sənə deyim:
Səndən sonra səni bir az silkələdik,
Çox aradıq, çox çevirdik, çox ələdik.
Böyüklərin faciəsi böyük olur.
Böyüklərin nöqsanları
Çiyinlərdən çətin enən bir yük olur.
Sağ olsaydın çox nidalı sətrini sən,
Çırpıb yerə, ayaqlardın.


M.Araz tənqid etmənin ən gözəl örnəyini yaradan şair adlandırsaq mübaliğəyə yol vermiş olmarıq. Bəli, M.Arazın sevərək, dəyərləndirərək tənqid etmə üslubu ədəbi tənqidə çox böyük tövhədir. M.Araz sevdiyi şairi tənqid edir, ancaq bu tənqiddə aşağılamaq xor görmək yoxdur. Amma xəbisləri qorxaqları isə onlara layiq şəkildə çox sərt formada tənqid edir.
Sən gəlmədin bu axşama, səsin gəldi,
Səsin əzəl qulağıma həzin gəldi,
Sonra bir az nəfəsinə qüvvət gəldi,
Çox xəbislər elə bildi Səməd gəldi:
Ön sırada titrədilər,
Ön sırada büdrədilər.

Bu şeirdən sonra “Qəribə mülahizələr” adlı məqalədə M.Araz ədəbi mühiti düzgün qiymətləndirməməkdə günahlandırıldı. Sonra M.Araza qarşı təzyiqlər, haqsızlıqlar davam etdi. M.Araz sərt şəkildə tənqid etdiyi xəbisliyin və laqeydliyin qurbanına çevrildi.
Məmməd Araz milli vətənpərvərlik poyeziyasının şah əsəridir. O vətəni sevməyin poetik ifadəsinin ən yüksək bədii inikasını təcəssüm edən şairdir. Məmməd Araz və Azərbaycan adlı məmləkətlə münasibəti doğma ata oğul münasibətinə çevrilir.
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.

deyən şair vətənin oğlu olmağı şəxsi və ictimai həyatın zirvəsi hesab edir.
Şair haqqında yazı yazarkən onun tədqiqatçılarını da xatırlayırlar adətən. M.Araz poyeziyasının ən gözəl tədqiqatçısı onun həyat yoldaşı Gülxanım Fətəli qızıdır desək yanılmarıq. O, illərlə xəstəhal şairin fiziki və mənəvi cəhətdən qayğısını çəkməklə bərabər onun fikirlərini də oxumağı bacarıb. Şairin fiziki baxımdan ifadə edə bilmədiyi nitqini M.Araz təfəkküründən duymaqla Azərbaycan poeziyası qarşısında böyük bir missiyanı həyata keçirmişdir.
Məmməd Araz dünyası Azərbaycan dünyasıdır. Məmməd Arazı sevmək Azərbaycanı sevməkdir.

Səməd Vəkilov
Hüquqşünas, “Hüquq mədəniyyəti” jurnalının baş redaktoru
14-10-2022, 18:18


“Fransa Prezidenti telefonda mənə vəd verdi” – İlham Əliyev
“Fransa Prezidenti telefonda mənə vəd verdi” – İlham Əliyev

Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və ya Aşağı Palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib. Fransanın əvvəlki prezidentləri ilə kifayət qədər sıx ünsiyyət qurmaq imkanının olduğunu xatırladan dövlətimizin başçısı deyib ki, o vaxt münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, balanslaşdırılmış idi. Təəssüf ki, indiki rəhbərlik mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. MDB-dən olan həmkarlarını yaranmış vəziyyət barədə məlumatlandıran Azərbaycan Prezidenti deyib: “Daha sonra Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir”.
14-10-2022, 18:16
Ukrayna 1620 yaşayış məntəqəsini azad edib


Ukrayna 1620 yaşayış məntəqəsini azad edib

Rusiyanın genişmiqyaslı hücumu başlayandan bəri Ukrayna 1620 yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Ukrayna Prezident Administrasiyasından məlumat verilib."Bu gün mühüm bayramdır - Ukraynanın Müdafiəçiləri və Müdafiəçiləri Günüdür... Sizin sayənizdə artıq 1620 yaşayış məntəqəsi rus işğalçılarından azad edilib", - açıqlamada bildirilib. Qeyd olunub ki, o cümlədən, Xerson vilayətində 75 yaşayış məntəqəsindən işğalçılar qovulub.
14-10-2022, 17:35
“Silahlı toqquşmaların səbəbləri bəllidir” – İlham Əliyev


“Silahlı toqquşmaların səbəbləri bəllidir” – İlham Əliyev

Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşının əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində həlak olduğunu və ya ciddi xəsarət aldığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb”. Azərbaycan Prezidenti vurğulayıb ki, silahlı toqquşmalar Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində dayandırılıb.
14-10-2022, 17:33
İlham Əliyev Makronun yalan danışdığını bəyan etdi


İlham Əliyev Makronun yalan danışdığını bəyan etdi

Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildiyini bildirən Azərbaycan Prezidenti deyib: “Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.
14-10-2022, 17:31
Ərdoğan və Paşinyan razılığa gəlib


Ərdoğan və Paşinyan razılığa gəlib

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında görüş keçiriləcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan xüsusi nümayəndələrin görüşləri barədə razılığa gəliblər. Razılığa əsasən, görüşlər Türkiyə və Ermənistan ərazisində keçiriləcək. Bundan öncə tərəflər arasında 4 dəfə görüş olub. Danışıqlarda Türkiyəni Serdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil edir.
14-10-2022, 17:29
Akardan Ukrayna açıqlaması: Türkiyə həlledici rol oynayır


Akardan Ukrayna açıqlaması: Türkiyə həlledici rol oynayır

Ankara Ukrayna böhranının sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək. Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.“Türkiyə hökuməti Ukraynada atəşkəsin əldə olunması və münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək. Hazırda regionda humanitar vəziyyətin ağırlaşması müşahidə olunur. Biz münaqişənin diplomatik həlli istiqamətində təşəbbüslərimizi davam etdiririk”, - nazir vurğulayıb. Akar Ankaranın səyləri nəticəsində İstanbulda taxıl sazişinin əldə olunduğunu və bu günə kimi humanitar dəhliz vasitəsilə Ukrayna limanlarından 7 milyon tondan çox kənd təsərrüfatı məhsulunun ixrac edildiyini xatırladıb. O, həmçinin qeyd edib ki, Türkiyə Ukrayna və Rusiya arasında əsir mübadiləsinin təşkilində həlledici rol oynayır.
14-10-2022, 17:26
AVRO-2025-ə ev sahibliyi etmək istəyən ölkələr


AVRO-2025-ə ev sahibliyi etmək istəyən ölkələr

UEFA 2025-ci ildə qadınlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb. Butov.az xəbər verir ki, turniri keçirmək üçün 7 ölkə müraciət edib. Fransa, Polşa və İsveçrə ilə yanaşı, Danimarka, Finlandiya, Norveç və İsveç Avropa çempionatını birgə təşkil etmək istəyini UEFA-ya rəsmi şəkildə bildirib. Qurum ev sahibi ölkənin adını 2023-cü ilin yanvarında açıqlayacaq.
14-10-2022, 17:22
Ukraynaya işləyən rusiyalı polis saxlanıldı


Ukraynaya işləyən rusiyalı polis saxlanıldı

Belqorod vilayətində bir polis əməkdaşı Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasından məlumatları Ukrayna kəşfiyyatının agentinə ötürməkdə şübhəli bilinir. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Bildirilir ki, adı açıqlanmayan polis Ukrayna kəşfiyyatı üçün işləyirmiş. Onun barəsində “Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə cinayət işi açılıb.
14-10-2022, 17:20
İlham Əliyev Astanada rəsmi qəbulda iştirak edib


İlham Əliyev Astanada rəsmi qəbulda iştirak edib

Oktyabrın 14-də Astanada MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!