UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
29-10-2022, 23:52

Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunub

Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunub

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Milli Məclisin sədri Sahibə Qafarova iştirak ediblər.
“Türkiyə dünyanın bütün bölgələrində sülh və təhlükəsizliyi təşviq etməyə çalışan böyük bir ölkədir. Biz kənd təsərrüfatından tutmuş texnologiyaya qədər bütün sahələrdə mühüm uğurlar əldə etmişik”, - səfir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini oxuyaraq bildirib.
Daha sonra səfir qeyd edib ki, Türkiyə və Azərbaycan beynəlxalq arenada, xüsusilə Qarabağ məsələsində hər zaman bir-birini dəstəkləyir. O, bir daha qardaş Azərbaycanı işğal olunmuş torpaqlarının azad edilməsi münasibətilə təbrik edib.

Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin adından qardaş Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə səmimi təbrik edib və xoş arzularını ifadə edib.
29-10-2022, 20:29
Ərdoğan yerli istehsal avtomobili sınaqdan keçirib


Ərdoğan yerli istehsal avtomobili sınaqdan keçirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "Togg" avtomobilinin istehsal edildiyi şirkətə baş çəkib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, Ərdoğan avtomobilin istehsalında iştirak edən şəxslərlə görüşdən sonra maşını sınaqdan keçirib. Qeyd edilir ki, tezliklə avtomobillərin kütləvi istehsalına başlanılacaq.
29-10-2022, 20:27
Ukraynadan Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya


Ukraynadan Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya verib. Bu barədə nazir özünün "Twitter" hesabında yazıb. XİN başçısı deyib ki, Moskva taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir."Biz xəbərdarlıq etmişdik. İndi Moskva milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən taxıl dəhlizini bloklamaq üçün saxta bəhanədən istifadə edir. Mən bütün dövlətləri Rusiyadan aclıq oyunlarını dayandırmağı və öhdəliklərini yerinə yetirməyi tələb etməyə çağırıram", - Kuleba vurğulayıb. Qeyd edək ki, Rusiya taxıl müqaviləsində iştirakını dayandırdığını bəyan edib.
29-10-2022, 20:25
"Neftçi" növbəti dəfə qələbə qazandı


"Neftçi" növbəti dəfə qələbə qazandı

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində "Neftçi” səfərdə “Zirə” klubu ilə qarşılaşıb. Butov.az xəbər verir, "Ağ-qaralar” rəqibini 3 cavabsız qolla məğlub edib. Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Neftçi” 3-cü pillədə yerini bir qədər də möhkəmlədib. “Zirə” isə 19 xalla 4-cü pillədə qalıb.
“Zirə” – “Neftçi” - 0:3
Qol: Yeqor Boqomolski, 6, Qodsyev Donyo, 75, Emin Mahmudov, 83
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
29-10-2022, 20:21
Rusiya taxıl sazişindən imtina etdi


Rusiya taxıl sazişindən imtina etdi

Rusiya İstanbulda imzalanan taxıl müqaviləsində iştirakını dayandırır. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik Ukraynanı mülki gəmilərə hücum etməkdə ittiham edib."Oktyabrın 29-da Kiyev tərəfindən həyata keçirilən terror aktını nəzərə alaraq, Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır", - nazirlik bildirib. Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə ixracı probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan sənədlərdən biri Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracının mexanizmini müəyyən edib. Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən yaradılmış dördtərəfli koordinasiya mərkəzi silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçiriblər.
29-10-2022, 20:02
Rusiya Ukraynanın 2370 PUA-sını vurub


Rusiya Ukraynanın 2370 PUA-sını vurub

Müharibə başlayandan bəri Rusiya qoşunları Ukraynaya məxsusu 2370 pilotsuz uçuş aparatını məhv edib. Müharibə başlayandan bəri Rusiya qoşunları Ukraynaya məxsusu 2370 pilotsuz uçuş aparatını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib.“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 327 təyyarə, 164 helikopter, 2370 pilotsuz uçuş aparatı, 384 zenit-raket kompleksi, 6162 tank və digər zirehli döyüş maşını, 878 reaktiv yaylım atəşi sistemli, 3536 sahə artilleriya qurğusu və minaatan, həmçinin 6863 ədəd xüsusi təyinatlı hərbi maşın sıradan çıxarılıb”, - nazirliyin məlumatında deyilir.
29-10-2022, 19:51
Azərbaycan avarçəkəni Avropa çempionu oldu


Azərbaycan avarçəkəni Avropa çempionu oldu

İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşib. Avarçəkmə Federasiyasından verilən məlumata görə, Azərbaycanı qitə birinciliyində Diana Dimçenko təmsil edib.“Baku” avarçəkmə klubu adından yarışan Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb. O, bu mərhələdə ən yaxşı nəticəni göstərib. 4000 metr məsafəni 22 dəqiqə, 56.72 saniyəyə qət edən idmançımız finiş xəttinə birinci çatıb. Bununla Diana Dimçenko əsas finala vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi finalda da uğurlu çıxış edib. Dimçenko ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülüb. Qeyd edək ki, Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk Azərbaycan təmsilçisidir. Əlavə olaraq xatırladaq ki, Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında Azərbaycan bayrağı altında gümüş medal qazanıb.
29-10-2022, 18:37
ABŞ Rusiyanın Ermənistanla Azərbaycanı barışdıracağına inanmır


ABŞ Rusiyanın Ermənistanla Azərbaycanı barışdıracağına inanmır

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays rəsmi Vaşinqtonun onilliklər ərzində Ermənistan və Azərbaycanın tərəfdaşı olduğunu vurğulayıb. Butov.az xəbər verir ki, Ned Praysın sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Ermənistan və Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ-dan böyük tərəfdarı yoxdur.“1991-ci ildə Ermənistan və Azərbaycanın müstəqilliyini bərpa etməsi dönüş nöqtəsi oldu. Biz Ermənistan və Azərbaycanla əlaqə saxlayırıq, bunu yalnız bir məqsədlə edirik: zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq. Biz bu ölkələri onlar üçün ən faydalı formatda görüşməyə çağırdıq. Biz problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq”, - deyə o bildirib. Ned Prays bəyan edib ki, Ermənistan və Azərbaycanla bağlı Moskvadan aldadıcı məlumatlar, daha doğrusu, dezinformasiyalar yayılmaqda davam edir. Rusiya Federasiyasının səylərini konkret şərh etməyən ABŞ rəsmisi deyib ki, Ermənistan və Azərbaycan qarşıdakı danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərinə qərar verməlidirlər.“Dünya Rusiyanın qonşularına münasibətini görür”, - deyə o bildirib. Praysın sözlərinə görə, 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü və Ukraynada davam edən qəddar işğalı göstərir ki, Moskva qonşularının suverenliyinə hörmət etmir və çətin ki, etibarlı uzunmüddətli tərəfdaş ola bilər."Bizim yeganə məqsədimiz bu ölkələrə zorakılığa son qoymağa, Ermənistan və Azərbaycan xalqlarının çox istədiyi sabit və hərtərəfli sülhün bərqərar olmasına kömək etməkdir", - o vurğulayıb. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi zəruridir və Rusiya sülh yolu ilə nizamlanmanın tərəfdarıdır. O qeyd edib ki, erməni xalqı və rəhbərliyi hansı varianta ehtiyacı olduğunu seçməlidir, lakin sülhə aparan istənilən variant onlar üçün məqbul olacaq.“Biz heç nəyi məcbur etmək fikrində deyilik və Ermənistana nəyisə diktə etməyəcəyik. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi qərara gəlsə ki, konkret variant seçməlidir, bildiyimə görə, “Vaşinqton variantı” Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur, o zaman Rusiya Federasiyası istənilən seçimə dəstək verəcək”. Qeyd edək ki, oktyabrın 31-də Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev, Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ətrafında müzakirələr aparılacaq.
29-10-2022, 14:08
İlham Əliyevdən Türkiyənin Respublika Günü ilə bağlı paylaşım


İlham Əliyevdən Türkiyənin Respublika Günü ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Butov.az xəbər verir ki, dövlət başçısı Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu foto paylaşıb. Həmin paylaşımı təqdim edirik:

29-10-2022, 14:05
Məsciddə iğtişaş - 1 ölü, 14 yaralı


Məsciddə iğtişaş - 1 ölü, 14 yaralı

İranın Zahedan şəhərində yerləşən Məkki məscidində kütləvi iğtişaşlar baş verib. Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Qeyd edilir ki, naməlum şəxslər mülki əhaliyə və polislərə atəş açıblar. Hadisə nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Həmçinin, bir qrup vətəndaşın yoldan keçən avtomobillərə zərər vurmağa çalışdığı qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!