“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
1-10-2022, 16:04
Tərtərdə minaya düşənlərin vəziyyəti ağırdır


Tərtərdə minaya düşənlərin vəziyyəti ağırdır

Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd edilib ki, hər iki şəxs xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çox saylı qəlpə yaraları diaqnozu ilə daxil olub:"Hazırda hər iki pasiyent əməliyyatdadır. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir".
1-10-2022, 16:02
İranda 16 yaşlı azərbaycanlı qız öldürülüb


İranda 16 yaşlı azərbaycanlı qız öldürülüb

İranda kütləvi etiraz aksiyaları zamanı öldürülən azərbaycanlı qızın kimliyi məlum olub.“Azad İran” teleqramı xəbər verir ki, Sarina İsmayılzadə adlı yeniyetmə qız xüsusi təyinatlı qüvvələr tərəfindən qətlə yetirilib. Hadisə sentyabrın 23-də Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib. Məlumata görə, 16 yaşlı Sarin başından aldığı zərbələr nəticəsində həyatını itirib. Bundan əvvəl 20 yaşlı azərbaycanlı Hədis Nəcəfi Kərəc şəhərindəki aksiyalarda güllənərək öldürülmüşdü.
1-10-2022, 15:56
Minaya düşənlərin ayaqları amputasiya edildi


Minaya düşənlərin ayaqları amputasiya edildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Tərtərdə minaya düşərək xəsarət alan şəxslərlə bağlı məlumat yayıb. ANAMA-dan verilən məlumata görə, 2022-ci 1 oktyabrda Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən ayaqları amputasiya edilib."Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - ANAMA-dan bildirilib.
1-10-2022, 15:54
Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı məlumat yaydı


Prokurorluq Tərtərdə minaya düşənlərlə bağlı məlumat yaydı

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Tərtər rayon prokurorluğundan bildirilib. Aparılmış araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
1-10-2022, 15:52
Bulvarda 2 intihar - Gənc qız öldü


Bulvarda 2 intihar - Gənc qız öldü

Dənizkənarı Milli Parkda 22 yaşlı qız intihar edib. Butov.az-ın məlumatına görə, hadisə dünən axşam saat 23:00 radələrində Dənizkənarı Milli Parkın ərazisində baş verib. Belə ki, Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Kəmalə Qoşqar qızı Babayeva özünü dənizə ataraq öldürüb. Boğularaq ölən qızın hansı səbəbdən həyatına qəsd etməsi hələlik məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Xatırladaq ki, ötən gün daha bir gənc qadın bulvarda özünü dənizə atıb, hamilə qadının həyatını xilas etmək mümkün olub, hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
1-10-2022, 15:50
Tərtərdə iki nəfər minaya düşdü


Tərtərdə iki nəfər minaya düşdü

Tərtər rayon sakinləri minaya düşüblər. Butov.az-ın əldə etdiyi məlumata görə, Tərtər rayonunun Səhləband kənd sakinləri olan 1990-cı il təvəllüdlü Nicat Cabbarov və 1976-ci il təvəllüdlü Rafael Bayramov Üçüncü Sovxoz adlanan ərazidə minaya düşüblər. Minaya düşən şəxslərin qohum olduğu deyilir. Onlar ayaq nahiyyətlərindən xəsarətlər alıblar. Hər iki şəxs Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, minaya düşən sakinləri ərazidə olan çoban aşkar edib.
1-10-2022, 15:48
Laçında tibbi xidmət yenidən təşkil ediləcək


Laçında tibbi xidmət yenidən təşkil ediləcək

İşğaldan azad olunmuş Laçın rayon mərkəzində, Zabux və Sus kəndlərində tibbi xidmət yenidən təşkil ediləcək. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyi və TƏBİB-in rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhəri, Zabux və Sus kəndlərinə səfər edib. Nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və Səhiyyə Nazirliyinin Əsaslı Təmir-Tikinti İdarəsinin rəisi Elşad Hacıyevın iştirakı ilə baş tutan səfərin əsas məqsədi həmin ərazilərdə tibbi xidmətin yenidən təşkil edilməsi istiqamətində mövcud imkanların yerində qiymətləndirilməsindən ibarət olub. Qeyd edək ki, ərazi üzrə fəaliyyət göstərilməsi nəzərdə tutulan tibb müəssisələrinin yeri, tibbi xidmətdən yararlanması nəzərdə tutulan əhali sayı və digər zəruri məlumatlar dəqiqləşdirildikdən sonra tədbirlər planına uyğun olaraq işə başlanılacaqdır.
1-10-2022, 15:46
Sabah hava küləkli olacaq


Sabah hava küləkli olacaq

Azərbaycanda oktyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
1-10-2022, 15:43
İran Türkiyəyə qaz nəqlini dayandırır


İran Türkiyəyə qaz nəqlini dayandırır

İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən magistral boru xətti profilaktika işləri ilə bağlı oktyabrın 2-dən 9-dək bağlanacaq. Bu barədə Türkiyənin BOTAŞ şirkəti bildirib. Şirkətin məlumatına əsasən, həmin boru xətti ilə qaz nəqli 8 gün müddətinə dayandırılacaq. Qeyd edək ki, İran Rusiyadan sonra Türkiyəyə ikinci ən böyük qaz ixracatçısıdır. Bu ilin yeddi ayı ərzində İrandan Türkiyəyə 5,3 milyard kubmetr qaz nəql olunub.
1-10-2022, 15:40
Yarmarkada 120 ton bal satışa çıxarılıb


Yarmarkada 120 ton bal satışa çıxarılıb

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə bal yarmarkası keçirilib. Yarmarkada 120 ton məhsul satışa çıxarılıb. Bunun 100 tonu süzmə bal, 20 tonu isə şan şəkilində olan məhsullardır. İlk dəfədir ki, arıçılıq təsərrüfatları olan bütün rayonlardan məhsul satışa çıxarılıb. Yarmarkada satılan arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Yarmarkada ölkənin bütün bölgələrindən arıçılar iştirak edir. Butov.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, alıcılar rahatlıqla yarmarkadan bal ala bilərlər. Çünki yarmarkaya çıxarılan bütün bal məhsulları laboratoriyadan keçirilib. Yarmarkada Azərbaycanın bütün iqtisadi zonalarından və ilk dəfə olaraq Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasından fermerlər öz məhsullarını satışa çıxarıblar. Satıcılar balın satışından və onlara yaradılan şəraitdən razı qaldıqlarını ifadə ediblər. Alıcılar isə balın keyfiyyətindən və qiymətindən razı olduqlarını söyləyiblər. Qeyd edək ki, yarmarka oktyabrın 20-dək fəaliyyət göstərəcək. Alıcılar hər gün saat 09:00-dan 19:00-dək keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!