Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
22-10-2022, 22:10
Almaniya təyyarəsi təcili Bakıya endi

Almaniya təyyarəsi təcili Bakıya endi
"Lufthansa" aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub. "Airbus A330" təyyarəsi yerli vaxtla saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.
22-10-2022, 22:07
Güləşçimiz dünya çempionatının finalında


Güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında finala yüksəlib. Butov.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda moldovalı Vasili Diakonla qaşılaşıb. Rəqibini minimal fərqlə (4:3) üstələyən Xadjimurad adını finala yazdırıb. Azərbaycan təmsilçisi həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşacaq.
22-10-2022, 22:05
Yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq


Yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Oktyabrın 23-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Giləzi-Xızı, Qaraməryəm-İsmayıllı-Şəki, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
22-10-2022, 22:02
Bakıda 4 “Prius” toqquşdu


Bakıda 4 “Prius” toqquşdu

Bakıda zəncirvari yol qəzası baş verib. Butov.az xəbər verir ki, bu gün paytaxtın Xətai rayonu ərazisində "Toyota Prius" markalı 4 avtomobil bir-birinə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib. Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

22-10-2022, 21:56
Conson namizəd olmaq üçün yetərli səs toplayıb


Conson namizəd olmaq üçün yetərli səs toplayıb

Boris Conson Böyük Britaniyanın Baş naziri postuna namizəd olmaq üçün yetərli sayda dəstəyə malikdir. Bu barədə "The Sunday Times" nəşri Consonun yaxın ətrafına istinadən yazıb. Britaniyanın Baş naziri postuna namizəd olmaq üçün siyasətçilər parlamentin 100 deputatının dəstəyini qazanmalıdır. Qəzet Consonu dəstəkləyən deputatların sayının 100-ə çatdığını bildirib. Conson isə hələlik rəsmi olaraq namizədliyini elan etməyib. Qeyd edək ki, Britaniyanın 44 gün Baş naziri olan Liz Trass dünən istefa verib. Hələlik yalnız İcmalar Palatasının rəhbəri Penni Mordaunt ölkənin son 6 ildə beşinci Baş naziri olmaq üçün namizədliyini irəli sürüb. Consonun dövründə maliyyə naziri vəzifəsini tutan Rişi Sunak da potensial namizədlərdən biridir.
22-10-2022, 21:53
Hindistanda ağır qəza - 15 nəfər öldü


Hindistanda ağır qəza - 15 nəfər öldü

Hindistanın Madhya-Pradeş ştatında sərnişin avtobusu qəzaya uğrayıb. Butov.az xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb. Əksəriyyəti fəhlə olan yaralılar xəstəxanaya çatdırılıb. Qeyd edək ki, Hindistan dünyada yol qəzalarında ölüm hallarının ən yüksək olduğu ölkədir. Qəzaların səbəbi ehtiyatsız idarəetmə, baxımsız yollar və nəqliyyat vasitələrinin köhnə olmasıdır.
22-10-2022, 21:50
Ukraynada 1,5 milyon insan işıqsız qaldı


Ukraynada 1,5 milyon insan işıqsız qaldı

Oktyabrın 22-də Rusiyanın Ukraynanın infrastrukturuna genişmiqyaslı hücumu nəticəsində 7 rayonda 1,5 milyona yaxın abonentin elektrik enerjisi təchizatı dayandırılıb. Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
“Düşmən ölkəmizin müxtəlif bölgələrində enerji obyektlərinə zərbələr endirməkdə davam edir. Mütəxəssislər dərhal zərər görmüş ərazilərdə təmir işlərinə başlayırlar. İşıq olacaq. Qənaət haqqında unutmayın!", - rəsmi məlumatda bildirilib.
22-10-2022, 16:54
Cəmi 370 aktiv koronavirus xəstəsi qalıb


Cəmi 370 aktiv koronavirus xəstəsi qalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 56 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, nəticələri müsbət çıxan iki nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 822 908 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 601 nəfər müalicə olunaraq sağalıb, hazırda 370 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 540, bu günə qədər isə ümumilikdə 7 303 826 test icra olunub.

22-10-2022, 16:52
Mina qurbanlarının sayı 261 nəfərə çatıb


Mina qurbanlarının sayı 261 nəfərə çatıb

Vətən Müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 261 nəfərə çatıb. Bunu Azərbaycanın Fransaya yeni təyin olunmuş səfiri Leyla Abdullayeva twitter hesabında yazıb. Qeyd edək ki, oktyabrın 21-də Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənov mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, ağır xəsarət alan Elsevər Həmidov bu gün dünyasını dəyişib.
22-10-2022, 16:40
Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb


Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb

Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək. Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!