Kanaldan tapılan meyitin kimliyi məlum oldu .....                        COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib .....                        İlham Əliyev Rusiyaya getdi - FOTO .....                        Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                       
26-10-2022, 21:20
Azərbaycan alimləri Türk Tarix Qurumunun XIX Konqresində iştirak ediblər.

Azərbaycan alimləri Türk Tarix Qurumunun XIX Konqresində iştirak ediblər.

Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Türk Tarix Qurumunun XIX Konqresi (03-07 oktyabr 2022-ci il) keçirilib. Dörd ildən bir keçirilən və 38 ölkədən 230 alimin iştirak etdiyi bu mötəbər tədbirdə Azərbaycanın müxtəlif elm və təhsil müəssisələrindən 16 alim iştirak edib. İştirak sayına görə, Türkiyə Cümhuriyyətindən sonra ikinci sırada yer alan Azərbaycan alimləri konqresdə fəal şəkildə iştirak ediblər.

Konqresdə açılış nitqi söyləyən Türk Tarih Kurumu Başkanı Prof. Dr. Birol Çetin qonaqları salamlayaraq, 1931-ci ildə qurumun Mustafa Kamal Atatürkün təşəbbüsü ilə yaranması, fəaliyyəti, dünya elminə verdiyi töhfələr haqqında ətraflı çıxış etdi. Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri və qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım isə öz məruzəsində yeni dünya düzənində baş verən elmi proseslərdən, türk-müsəlman dünyasının bu prosesdə iştirakı, Türk Tarix Qurumunun bu istiqamətdə məqsəd və vəzifələrindən danışdı. Binəli Yıldırım eyni zamanda Azərbaycanın II Qarabağ savaşında möhtəşəm qələbəsini xüsusilə vurğulayaraq, bu qələbədən sonra bölgədə, həmçinin türk dünyasında yeni bir geosiyasi mərhələnin başlandığını və bu mərhələdə elm adamlarının xususi rola malik olduğunu qeyd etdi.

Konqresdə çıxış edən Azərbaycan alimləri – Qafqazşünaslıq İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri tarix elmləri doktoru Nərgiz Əliyeva, AMEA Tarix İnstitutunun şöbə müdiri dosent Allahverdi Əlimirzəyev, AMEA Tarix İnstitutunun dosentləri – İradə Əliyeva, Əzizağa Ələkbərov, Fərəh Hüseyin, Mübariz Ağalarlı, Güntəkin Nəcəfli, Lamiyə Qafar-zadə, Ənvər Məmmədov, Nərminə Əmirbəyova, həmçinin Bilal Dədəyev, Bəhmən Əliyev Elnur Kəlbizadə, Nigar Əsgərova, Arzu Məmmədova Azərbaycan və dünya tarixinin müxtəlif problemləri, tarixin metodologiyası, tarix elminə az tanış olan mənbələr və arxiv sənədləri haqqında öz elmi məruzələrində ətraflı məlumat verdilər.
Yeni Türkiyə Yayınları nəşriyyatının və Türkiyə Yazarları Dərnəyinin qonağı olan bir qrup Azərbaycan alimi, hər iki qardaş ölkənin alimləri arasında elmi mübadilə, nəşriyyat işi və elmi-ədəbi əlaqələrin daha da inkişaf etdirilməsi perspektiflərini müzakirə etdilər.

Tədbir çərçivəsində Azərbaycan alimləri Türkiyə Cümhuriyyətinin Qurucusu Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbri, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin Əsri məzarlığını, öz zənginliyi ilə diqqəti cəlb edən 5 miliyon kitab bazasına malik “Milli Kitabxana”nı və digər yerləri ziyarət etdilər.
26-10-2022, 17:43
Paşinyan ilin sonuna kimi sülh müqaviləsi imzalamaq istəyir


Paşinyan ilin sonuna kimi sülh müqaviləsi imzalamaq istəyir

Rusiya və Azərbaycan liderləri ilə qarşıdakı görüşdə fəal müzakirə edilməli olan çoxlu məsələlər var. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan bu ilin sonuna kimi Azərbaycan ilə sülh müqaviləsini imzalamaq istəyir. Paşinyan Azərbaycan ilə sülh müqaviləsi imzalanmadan əvvəl sərhəddə delimitasiya prosesinin tamamlanmasina ümid etdiyini də söyləyib."Arzu edirəm ki, ilin sonuna qədər sülh sazişi imzalansın. Bu nə dərəcədə realdır, deyə bilmərəm. Amma biz bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik". O qeyd edib ki, mühüm bir hal var və saziş imzalanana qədər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işlər yekunlaşdırılmalıdır. “Nəzərə alsaq ki, Praqada bu prosesin 1991-ci il sərhədləri əsasında aparılacağına dair razılıq əldə olunub, o zaman bu, reallıq ola bilər". Baş nazir deyib ki, Azərbaycanla Qarabağ erməniləri arasında dialoq başlanmalıdır ki, bu da beynəlxalq səviyyədə görünsün: "Bu, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün çox vacib haldır, görünən mexanizmlər olmalıdır”, - Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı "yol xəritəsi"nin qəbulunu gözləyir. "Yaxın vaxtlarda hesabatın müzakirəsi üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyik. Ümid edirəm ki, görüş ən qısa zamanda baş tutacaq". Paşinyanın sözlərinə görə, Ermənistan "KTMT-nin aydın siyasi qiymət verəcəyini və Ermənistanın ərazi bütövlüyünün bərpası ilə bağlı "yol xəritəsi"ni qəbul edəcəyini" gözləyir.
26-10-2022, 17:40
Paşinyan üçtərəfli görüşə razılıq verdi


Paşinyan üçtərəfli görüşə razılıq verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə qatılacağını bildirib. Paşinyan bu barədə "hökumət saatı”nda danışıb. “Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən iştirakımı təsdiqlədim”, - Paşinyan deyib. Xatırladaq ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.
26-10-2022, 17:38
Su kəmərindəki partlayışa görə sığorta ödənişi veriləcək


Su kəmərindəki partlayışa görə sığorta ödənişi veriləcək

Bu gün Bakı şəhərinin Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza səbəbilə meydana gələn su fontanının ətrafa vurduğu zərər sığorta hadisəsi hesab edilir. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirib. Assosiasiya qeyd edir ki, “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış sığortalılar məlum hadisə nəticəsində qeyd edilən sığorta növü üzrə sığortalanmış daşınmaz əmlakları hər hansı zərər görübsə, bununla əlaqədar olaraq öz sığorta şirkətlərinə müraciət edə bilərlər. Bildirilib ki, məlum hadisənin baş verdiyi Bakı şəhəri üçün Daşınmaz əmlak sığortası tarifi 50 manat, təminat məbləği isə 25 min manata qədərdir:“Adı çəkilən sığorta növü 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında”Qanunu ilə tənzimlənir. Qanuna əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir". Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası növü yanğın və ya ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, eyni zamanda qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitələrinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan və yer sürüşməsi kimi hadisələrə təminat verir.
26-10-2022, 17:36
Ev telefonlarının aylıq abunə haqqı artırıldı


Ev telefonlarının aylıq abunə haqqı artırıldı

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib. Bununla bağlı qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib. Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib. Qərar noyabrın 1-dən qüvvəyə minəcək.
26-10-2022, 17:34
Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılır


Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılır

Azərbaycanda İCESCO-nun Regional Ofisi yaradılacaq. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Qeyd edək ki, Saziş 2022-ci ilin mayın 20-də Bakı şəhərində imzalanıb.
26-10-2022, 17:32
Prezident İsraillə bağlı sazişi təsdiqlədi


Prezident İsraillə bağlı sazişi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişi təsdiqləyib. Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər. Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir. Sazişin müddəaları eyni zamanda, Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən, razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir.
26-10-2022, 17:30
Prezidentdən İsa Həbibbəyli ilə bağlı sərəncam


Prezidentdən İsa Həbibbəyli ilə bağlı sərəncam

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, AMEA-nın dünənki ümumi yığıncağında İ.Həbibbəyli AMEA prezidenti seçilib.
26-10-2022, 17:28
“Ukraynanın planlarından məlumatlıyıq” - Putin xəbərdarlıq etdi


“Ukraynanın planlarından məlumatlıyıq” - Putin xəbərdarlıq etdi

“Ukrayna ABŞ-ın xarici siyasətinin alətinə çevrilib və praktiki olaraq suverenliyini itirib”. Bunu Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə bildirib. Onun çıxışı Kremlin rəsmi Telegram kanalında yayımlanıb. Dövlət başçısının fikrincə, ABŞ Ukraynadan Rusiyaya qarşı istifadə edir. “Ölkə faktiki olaraq suverenliyini itirib və birbaşa ABŞ-ın nəzarətindədir, ondan Rusiyaya, Belarusa, bütövlükdə KTMT və MDB-yə qarşı bir zərbə aləti kimi istifadə olunur ”, - Rusiya lideri bildirib. Prezident həmçinin bildirib ki, Ukrayna ərazisi bioloji eksperimentlər üçün sınaq poliqonuna çevrilib. Putinin sözlərinə görə, Rusiya Ukraynanın “çirkli bomba”dan istifadə etmək planlarından xəbərdardır. Rusiya lideri deyib ki, bəzi Qərb ölkələri MDB üzvlərinə şantaj və açıq-aşkar qorxutma taktikalarından istifadə edirlər. Qeyd edək ki, Vladimir Putin bu gün ballistik və qanadlı raketlərin praktiki buraxılışlarına nəzarət təlimində iştirak edib.
26-10-2022, 17:25
Yoldaşı hamilə olan 2 uşaq ataları səfərbərliyə çağırılmayacaq


Yoldaşı hamilə olan 2 uşaq ataları səfərbərliyə çağırılmayacaq

Rusiya Federasiyasının Müdafiə Nazirliyi həyat yoldaşının hamiləliyi 22 həftədən çox olması şərti ilə, iki uşaq atalarının qismən səfərbərlik dövründə hərbi xidmətə çağırışdan azad edilməsinə qərar verib. Bu barədə Dövlət Dumasının Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri Nina Ostanina “Telegram” kanalında açıqlama verib. "Müdafiə nazirinin müavini Nikolay Pankovla indicə telefonla danışdım. Həyat yoldaşı 22 həftəlik hamilə olan iki uşaq atalarının qismən səfərbərlikdən azad edilməsi ilə bağlı Baş Qərargahın direktivinə etdiyimiz dəyişikliklər qəbul edildi", - o yazıb. Ostaninanın sözlərinə görə, Baş Qərargahın direktivinə düzəliş edilib, ona əsasən, “əlil uşaqların ataları ailədəki uşaqların sayından asılı olmayaraq, qismən səfərbərlikdən azad edilir”. Bunun müqabilində bizdən xahiş olundu ki, “Səfərbərlik haqqında” qanuna dəyişikliklərin qəbulu ilə bağlı xüsusi əməliyyat başa çatana qədər israrlı olmayaq, çünki direktiv SVO-nun müddəti bitənə qədər qüvvədədir”, - Ostanina qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!