Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
2-10-2022, 19:15
QHT-lər mina təhlükəsi ilə bağlı bəyanat yaydılar


QHT-lər mina təhlükəsi ilə bağlı bəyanat yaydılar

Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramında çalışan Qeyri-Hökumət Təşkilatları beynəlxalq təşkilatlara son günlər ölkəmizdə baş verən mina hadisələri ilə bağlı bəyanat ünvanlayıb. Butov.az bəyanatın mətnini təqdim edir: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməlləri hələ də davam edir. Son günlər Füzuli, Tərtər və Xocavənd rayonlarında 2 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən mina insidentlərinin baş verməsi də bu əməllərin davamıdır. Biz vətəndaş cəmiyyəti qurumları olaraq son günlər baş verən və mülki vətəndaşlarımızın dünyasını dəyişmələri ilə nəticələnən mina hadisələrindən dolayı böyük narahatçılıq hissi keçiririk. Düşünürük ki, əgər Azərbaycanın bəşəri mina probleminə dünya ictimaiyyəti ciddi yanaşmazsa, beynəlxalq səviyyədə buna hüquqi qiymət verilməzsə, hər ötən gün insanlığa qarşı yönəlmiş bu cinayət daha da dərinləşəcək və daha çox insanın həyatına son qoyacaq. Çox təəssüf ki, baş verən mina hadisələri bu problemin təhlükəsinin ciddiyətini və tərəfimizdən edilən çoxsaylı çağırışların, verilən mesajların və bəyanatların əhəmiyyətini bir daha təsdiq edir. Hazırda erməni təxribatçıları işğaldan azad edilmiş ərazilərimizə gizlin yollarla daxil olur və həmin sahələri minalayırlar. Sentyabrın 12-13 tarixlərində Azərbaycan – Ermənistan sərhəddində baş verən döyüşlərin səbəblərindən biri də bu təxribatla bağlıdır. Yeri gəlmişkən, hərmin ərazilərə baxış keçirlərkən ermənilərin yenidən minlərlə mina basdırdıqları aşkarlanmışdır. Təsadüfi deyil ki, 2020-ci ilin 10 noyabr müqaviləsindən sonra indiyədək əksəriyyəti mülki şəxslər olmaqla 230-dan çox vətəndaşımız mina hadisəsinin qurbanı olmuşdur. Onlar arasında həmin ərazilərdə xidmət aparan sosial-infrastruktur layihələrinin işçiləri və hərbi qulluqçular da vardır. Hazırda dünya ictimaiyyəti Ermənistanın qanunsuz yollarla Azərbaycan ərazilərini yenidən minalanmasına göz yumur və susqunluq nümayiş etdirir. Vətəndaş cəmiyyəti təşkilatları olaraq beynəlxalq təşkilatların, donorların ölkəmizin mina probleminə, təəssüf ki, etinasız yanaşmasının şahidi oluruq. Biz BMT və onun agentliklərinə, beynəlxalq təşkilatlara o cümlədən, donorlara, investorlara müraciət edir və Azərbaycanın qlobal mina probleminin həllinə dəstək olmağa çağırırıq. Beynəlxalq təşkilatlar Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provokativ tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsi, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə çağırırq! Bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmasına etiraz etməli və hüquqi qiymət verməlidirlər”.
2-10-2022, 19:11
Slovakiya Ukrayna üçün silah istehsal edəcək


Slovakiya Ukrayna üçün silah istehsal edəcək

Slovakiya Danimarka, Norveç və Almaniyadan daxil olan pullarla Ukrayna üçün silah istehsal edəcək. Bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Danimarka hökuməti Slovakiya, Norveç və Almaniya ilə birlikdə "Zuzana-2" artilleriya sistemlərinin istehsalı və Ukraynaya verilməsi üçün Slovakiyaya maliyyə yardımı göstərmək niyyəti haqqında birgə bəyanat imzalayıb. Yardımın ümumi məbləği 103,4 milyon dollar təşkil edəcək.
2-10-2022, 19:09
Putin Lavrova xüsusi səlahiyyətlər verdi


Putin Lavrova xüsusi səlahiyyətlər verdi

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə Ukraynanın işğal edilmiş regionlarının Rusiyaya birləşdirilməsi ilə bağlı sazişlərə baxılma prosesi üçün xarici işlər naziri Sergey Lavrov və onun müavini Yevgeni İvanovu özünün nümayəndəsi təyin edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd edək ki, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi sentyabrın 30-da Kremldə Ukraynanın dörd seperatçı bölgəsinin rəhbəri ilə Putin arasında imzalanmış müqavilələri tanıyıb.
2-10-2022, 19:07
Azərbaycan XİN-dən Ermənistana cavab


Azərbaycan XİN-dən Ermənistana cavab

Ermənistan XİN-in 2 oktyabr 2022-ci il tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in hərbi cinayətlərlə bağlı bəyanatına dair şərhində deyilir. "Vurğulayırıq ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır. Belə ki, 17 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan edib. Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib, yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilməyib. 2020-ci oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib. Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi hədədir. 2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 250-dək insan mina qurbanı olub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı isə Ermənistanın bir tərəfdən mina xəritələrini hələ də tam olaraq Azərbaycana verməyərək, digər tərəfdən yeni minalar basdırmaqla Azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin sübutudur. Ermənistan hökuməti bu günədək törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməlli tədbirlər görməyib. Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq. Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik", - deyə məlumatda qeyd olunub.
2-10-2022, 19:02
“Liman işğalçılardan tamamilə təmizlənib” - Zelenski


“Liman işğalçılardan tamamilə təmizlənib” - Zelenski

“Ukrayna hərbçiləri Donetks vilayətinin Liman şəhərini işğalçılardan tamamilə təmizləyib”. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında məlumat paylaşıb.“Saat 12:30-a olan vəziyyətə əsasən, Liman tamamilə təmizlənib”, - deyə dövlət başçısı vurğulayıb. Zelenski şəhərin azad edilməsinə görə Ukrayna hərbçilərinə təşəkkür edib.
2-10-2022, 18:58
Şüvəlanda yanğın başladı


Şüvəlanda yanğın başladı

Şüvəlan qəsəbəsində açıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
2-10-2022, 18:56
COVID Rusiyadan əl çəkmir - Bir gündə 30 min yoluxma


COVID Rusiyadan əl çəkmir - Bir gündə 30 min yoluxma

Rusiyada son sutka ərzində 30 085 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 21 049 027 nəfərə çatıb. Bundan əlavə, son sutkada koronavirusdan 96 nəfər ölüb, 46 992 nəfər isə sağalıb. Hazırkı dövrədək pandemiya qurbanlarının sayı 387 468, sağalanların sayı isə 20 140 608 nəfərə yüksəlib.
2-10-2022, 18:54
ABŞ bu ölkələrin müstəqilliyini tanıdı


ABŞ bu ölkələrin müstəqilliyini tanıdı

ABŞ Kuk adaları və Niuenin müstəqilliyini tanıyıb. Bu barədə ABŞ prezidenti Co Bayden bildirib.“Sakit okean adalarının təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır. ABŞ Sakit okean adası ölkələrindəki proqramlara 810 milyon dollardan çox vəsait ayıracaq. Bu yardımların 330 milyonu iqlim dəyişikliyi ilə bağlı yeni investisiya və proqramlara aiddir. ABŞ bu ölkələrlə hər sahədə əlaqələrini davam etdirəcək. Kuk adaları və Niuenin suverenliyini tanıdığımızı elan etməkdən məmnunam”, - deyə Bayden vurğulayıb.
2-10-2022, 18:52
Gürcüstan-Rusiya sərhədində son durum: 5 gündür ki...


Gürcüstan-Rusiya sərhədində son durum: 5 gündür ki...

Şimali Osetiyada Rusiya və Gürcüstan sərhəd-keçid məntəqəsindən keçmək istəyən şəxslər beş gündür növbə gözləyirlər. Butov.az xəbər verir ki, “Verxniy Lars” keçid məntəqəsində ucsuz-bucaqsız növbə yaranıb. Bəzi sürücülər dövlət nömrə nişanlarını çıxararaq avtomobillərini yolun kənarında qoyub, orakı tərk ediblər. Bundan əlavə, avtomobillərin üzərində onların Gürcüstana keçməsinə kömək təklifləri ilə bağlı elanlar yerləşdirilib. Növbədə, həmçinin Samara vilayətindən olan sürücülük məktəbinin təlim maşını və üzərində “South African National Park” yazısı olan avtomobil də görünüb.
2-10-2022, 18:50
Minaya düşən fəhlənin barmaqları amputasiya edilib


Minaya düşən fəhlənin barmaqları amputasiya edilib

Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlunun vəziyyəti sabitdir. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib. ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!