“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
16-10-2022, 16:20
Bakıda ticarət obyektləri yandı


Bakıda ticarət obyektləri yandı

Bakıda ticarət obyektlərində yanğın olub. Nu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında bir neçə ticarət obyektində yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16-10-2022, 16:18
Gürcülər Kaladzenin istefasını tələb edir


Gürcülər Kaladzenin istefasını tələb edir

Gürcüstanda Tbilisi meri Kaxa Kaladzenin istefası tələbilə mitinq keçiriləcək. Butov.az xəbər verir ki, qonşu ölkənin vətəndaş cəmiyyətinin fəalları bazar ertəsi saat 09:00-dan etibarən paytaxt meriyasının önünə toplaşaraq, Tbilisi meri Kaxa Kaladzenin istefasını tələb edəcəklər. Bu barədə ictimai aktivlər yerli mediaya bildiriblər. Onların sözlərinə görə, etiraz aksiyası Kaxa Kaladze istefa verənə qədər davam edəcək. İctimai fəal Laşa Cancqava bildirib ki, paytaxtın Vake parkında baş verən faciəvi hadisə ilə əlaqədar Tbilisi meri istefa verməlidir.
16-10-2022, 16:17
Türkiyədə zavod yandı


Türkiyədə zavod yandı

Türkiyənin Adana bölgəsində alüminium zavodunda güclü yanğın baş verib. Hadisə Adananın Seyhan bölgəsində qeydə alınıb. Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub.Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır
16-10-2022, 16:15
Azərbaycanda qədim daş kitabə tapıldı


Azərbaycanda qədim daş kitabə tapıldı

Şəki-Zaqatala iqtisadi rayonunun inzibati ərazisindən qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb. Bu barədə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. Onun sözlərinə görə, aparılan tədqiqat zamanı qədim aramey əlifbası ilə yazılmış daş kitabə aşkar edilib: “Bu tapıntının bölgə tarixi üçün maraqlı bir yenilik olduğunu deyə bilərik”. A.Məmmədli yazının tədqiqat mərhələsində olduğunu əsas göstərərək, hələlik başqa məlumatın verilməsinin doğru olmadığını bildirib. Tədqiqatçı yaxında bölgənin tarixini özündə əks etdirən minlərlə eksponatın toplandığı muzeyin, eləcə də yazılı daşın təqdimatı ilə bağlı tədbirin keçiriləcəyini bildirib.
16-10-2022, 16:14
Kəlbəcər, Laçın və Tovuz atəşə tutuldu


Kəlbəcər, Laçın və Tovuz atəşə tutuldu

Kəlbəcər, Laçın və Tovuz istiqamətində ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
16-10-2022, 16:12
Astarada 82 yaşlı kişi çayda boğuldu


Astarada 82 yaşlı kişi çayda boğuldu

Astarada 82 yaşlı kişi çayda boğularaq ölüb. Butov.az xəbər verir ki, Ərçivan qəsəbəsində yerli sakin, 1940-cı il təvəllüdlü Baldadaş Mənsur oğlu Cəfərov balıq ovu zamanı ehtiyatsızlıqdan suya yıxılıb. O, köməksiz vəziyyətdə qaldığından suda boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
16-10-2022, 16:11
Ərdoğan 56 ölkəyə təşəkkür etdi


Ərdoğan 56 ölkəyə təşəkkür etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində kömür mədənində baş vermiş faciə ilə bağlı həmrəyliklərinə görə, Azərbaycan da daxil olmaqla 56 ölkəyə təşəkkür edib. Bu barədə Türkiyə Prezidenti sosial media hesabında yazıb. Xatırladaq ki, oktyabrın 15-də Türkiyənin Bartın yaxınlığındakı kömür mədənində partlayış baş verib. Qəza nəticəsində 41 nəfər həyatını itirib.
16-10-2022, 16:09
Ermənistan rusların qarşını belə alır: 150 min dollar...


Ermənistan rusların qarşını belə alır: 150 min dollar...

Ermənistan vətəndaşlığını almaq üçün yeni tələb açıqlanıb. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, işğalçı dövlətin vətəndaşlığını almaq üçün xaricilər ölkə iqtisadiyyatına 150 min dollar yatırmalıdır. Bundan sonra onlara vətəndaşlıq verilib-verilməyəcəyinə baxılacaq. Məlumatı Ermənistanın Daxili İşlər Nazirliyi təsdiqləyib. Ekspertlər hesab edirlər ki, Nikol Paşinyan hakimiyyəti bu addımla ölkəyə axın edən Rusiya və Belarus vətəndaşlarının qarşını almaq istəyir.
16-10-2022, 16:08
Bu küçələrdə hərəkət məhdudlaşdırılır


Bu küçələrdə hərəkət məhdudlaşdırılır

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin 16-cı və Tofiq Məmmədov küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Belə ki, 17 oktyabr saat 09:00-dan 19 oktyabr saat 20:00–dək həmin küçələrdə təmir işləri aparılacaq. İşlərin aparıldığı müddət ərzində iş aparılan zolaq üzrə (digər hərəkət zolağı açıq qalacaq) nəqliyyat vasitələrinin hərəkətinə hissə-hissə məhdudiyyət tətbiq ediləcək. Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
16-10-2022, 16:06
Sabahın havası - Külək əsəcək


Sabahın havası - Külək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti, Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!