Özündən gen düşmək .....                        Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                       
25-10-2022, 21:45
Yarımçıq albom


Yarımçıq albom
(Şəhid Orxan Rəhimlinin xatirəsinə)
Bir əli ilə tutduğu albomu bərk-bərk sinəsinə basan Könül digər əli ilə otağın qapısını açıb içəri daxil oldu. Küncdən qoyulmuş künclük divana doğru hərəkət edərək elə divanın küncündəcə əyləşdi. Sinəsinə basdığı albomu dizlərinin üzərinə qoyub, dərindən köks ötürdü. Sonra yavaş-yavaş albomu vərəqləməyə başladı.
28.08.2014-cü il. Avqustun qızmar günəşi kimi bu iki gəncin də qəlbi həmin gün sevgidən od tutub yanırdı. Bu gün bəy olan Orxanın da, elə gəlin olan Könülün də həyəcandan əli ayağına dolaşmışdı . Həmin günü yaşadıqları təlaşı, xoşbəxtliyi sözlərlə təsvir etmək mümkün deyildi. Bu gün iki ürək əbədi qovuşacaqdı. Bu gün bir ailənin təməli qoyulacaq, hər kəs onlara xeyir-dua verəcək, gələcək günlərinin xoşbəxt keçməsi üçün dualar edəcəkdilər. Səbirsizlilə oğlan evinin yolunu gözləyən qız evi daha da həyəcanlanırdı. Budur binanın qarşısında qırmızı lentlərlə bəzədilmiş maşınların karvanı da görsəndi. Gəlini aparmağa gələn oğlan evinin xanımları həyətdə bir oynamaq oynayırdı gəl görəsən. Bu sevincə bütün qohumlar qoşulub oğlan evini sevinclə qarşılayırlar. El adətiylə əlində gül dəstəsiylə sevgili cananını aparmağa gələn Orxan gülləri Könülə uzadarkən həyəcandan əlləri əsirdi. Baxışları bir-birinə möhürlənən gənclərin sanki gözləri danışırdı. "Nəhayət ki, qovuşuruq"-deyirdi ürəkləri. Gəlinin belinə qızmızı lenti bağlayıb, ata ocağında çırağın başına fırlatdıqdan sonra vağzalı sədaları altında oğlan evinə təhvil verirlər.
Budur bu şəkil də şadlıq sarayına daxil olarkən çəkilmişdi. Könül albomun digər vərəqlərini çevirərək, yenidən keçmişə səyahət edir. Bu dəfə xəyalları 2015-ci ilin iyul ayına aparır onu. İlk ana olduğu günə. Hüseynini ilk dəfə qucağına aldığı günə. Həmin gün Orxanın sevincinin həddi-hüdudu yox idi. Ata olmuşdu. Özü də oğul atası. Oğul arxadır-dayaqdır. Hər valideynin arzusudur oğul övladına sahib olmaq. Rəhmlilər ailəsində də ilk nəvənin gəlişi toy-bayrama səbəb olmuşdu. İlahi necə gözəl günlər idi. Hüseynin ilk dəfə gülümsəməsi, ilk dişini çıxarması, ilk dəfə yeriməsi, ilk sözləri hər biri o qədər gözəl günlər idi ki.... Hətta yuxusuz gecələri belə gözəl xatirələrə çevrilirdi ailənin yaddaşında.

Könül əlindəki albomun daha bir vərəqini çevirdi. Bu dəfə şəkillər qışda çəkilmişdi. Fevralın 19-u Orxan ikinci dəfə ata olmuşdu. 19 fevral 2017-ci ildə qız atası olan Orxan qızının adını da elə özü Pəri qoymuşdu. Qızlar şirin olur. Daha çox da ataya bağlı olurlar. Odur ki, ataların da qəlbində qızlarına olan sevgisi bambaşqa olur. Rəhimlə Pərinin sevgisi də baxanları qısqandırırdı. Pəri evin ərköyün balası idi. Hər kəs onu əzizləyər, heç kəs xətrinə dəyməzdi. İndi Orxan özünü dünyanın ən xoşbəxti sayırdı. O Könülünə qovuşmuşdu, Könülü isə ona həm oğlan həm də, qız övladı bəxş etmişdi. Bu sevgi evin balaca qəhrəmanları ilə günü-gündən daha da böyüyürdü. Ta ki...
Növbəti vərəqlər boş idi. Könül çevirdiyi boş vərəqlərə baxıb, başını qaldırdı. Qarşısında şəhid yoldaşının guşəsi vardı. Yarımçıq qalan xəyalları, yarımçıq arzuları gözlərindən süzülüb albomun boş vərəqlərinə tökülürdü. Gözləri ilə guşəni nəzərdən keçirən Könülün baxışları bir şəkilə ilişib dayandı. Orxanın məzarının yanında dayanmışdı bu şəkildə. Övladları da yanında idi. Atasının qoxusuna doymayan körpə balaları indi məzarını qucaqlayıb, "ata, gəl, darıxıram axı. Dur gedək evimizə." -deyib, ağlayırdı o gün.
Könül isə müharibənin gətirdiyi bu amansız talelə barışmasa da, onu yaşamağa məcbur idi.

Esmira Günəş
12.09.2022
25-10-2022, 21:08
BƏLKƏ, "XUDAFƏRİN" ŞƏHƏR STANSİYASI?!


“QUMLAQ” STANSİYASI ƏVƏZİNƏ...
BƏLKƏ, "XUDAFƏRİN" ŞƏHƏR STANSİYASI?!

Cəbrayıl rayonunun Qumlaq icra nümayəndəliyinə daxil olan kəndləri bir araya gətirib mikroşəhər salmaq olar. Zəngəzura gedən dəmiryolu xətti üstündə Cəbrayıl rayonu ərazisindəki Qumlaq stansiyasının təməli qoyuldu. Hesab edirəm ki, Qumlaq icra nümayəndəliyinə daxil olan bütün kəndlərin bu əraziyə köçürülməsi və onların bazasında Qumlaq stansiyası əvəzinə XUDAFƏRİN adlı yeni mikroşəhər stansiyasının salınması çox düzgün olardı. Ermənilərin darmadağın etdikləri Xudafərin kəndinin xarabalıqlarını isə gələcək nəsl və turistlər üçün (burada yerləşən Xudafərin körpüləri də daxil) tarixi muzeyə çevirməliyik. Bunun üçün kifayət qədər əsaslar var. Belə ki, ərazi əhəmiyyətli turizm komplekslərinin yaradılmasından ötrü əla şəraitə malik olub, tarixi-mədəni və təbiət abidələri ilə zəngindir.

Qeyd etmək lazımdır ki, Qumlaq icra nümayəndəliyinə daxil olan 5 kənd "Xudafərin" SES və "Qız Qalası" hidroqovşağının inşası səbəbi ilə əlaqədar Araz çayının altında qalacaq. Ona görə də həmin kəndlərin başqa əraziyə (təxminən Diridağ silsiləsinin arxa üzünə, Horadiz-Cəbrayıl-Ağalı dəmiryol xəttinin ətrafına) köçürülməsi zərurəti ortaya çıxır.
Fikrimizcə, ərazidə "XUDAFƏRİN" adlı şəhərin salınması, həm sosial-iqtisadi, həm də siyasi baxımdan faydalı ola bilər. Nəzərə alsaq ki, Qumlaq stansiyası həm tarixi Xudafərin körpülərinə yaxındır, həm də digər tərəfdən Şərqi Zəngəzurun (Azərbaycan Respublikasının ərazisi) Qərbi Zəngəzura (hazırda Ermənistan Respublikasının ərazisi) və Güney Azərbaycana (hazırda İran İslam Respublikasının ərazisi) çıxışı ilkin olaraq burdan başlanır. Şərqi Zəngəzurla Qarabağın orta xəttində belə bir şəhərin salınması iqtisadi cəhətdən də çox əlverişlidir. Bu təklif qəbul olunacağı təqdirdə işğaldan azad edilmiş yaxın bölgələrdə bərpa işləri ilə bağlı yeni yaradılacaq çoxsaylı infrastrukturların, sosial obyektlərin inşasında, enerji və kommunikasiya xətlərinin və kənd təsərrüfatı sahəsində aqrosənaye komplekslərinin yaradılması və inkişaf etdirilməsi üçün kifayət qədər məhsuldar qüvvələrə ehtiyac olacaq. Onların müxtəlif çeşidli əmək sahələrinə cəlb olunması, yaşayış yerləri ilə təmin edilməsi, sosial-məişət şəraitinin yaxşılaşdırılması yeni salınacaq "XUDAFƏRİN" Şəhər-Stansiyasının inkişafına zaman keçdikcə ciddi təsir göstərəcək.

Yuxarıda qeyd edtiyimiz kimi, biz bu inamdayıq ki, ərazinin ekoturizm potensialını da bura əlavə etsək, belə bir şəhərin tikintisi ölkəmizin gələcəyi üçün perspektiv imkanlara yol aça bilər.
Bütün hallarda dövlətimizə bu sahədə apardığı bərpa və quruculuq işlərində uğurlar arzulayırıq!

Sayğılarımla: Yusif DİRİLİ (Mahmudov)
Tarix üzrə fəlsəfə doktoru

25-10-2022, 20:17
Səudiyyə şahzadəsi Baydeni ələ saldı


Səudiyyə şahzadəsi Baydeni ələ saldı

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman qapalı iclasda ABŞ prezidenti Co Baydenin psixi sağlamlığını ələ salıb.
Bu barədə "Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən yazıb. Qəzet bildirib ki, şahzadə keçmiş prezident Donald Trampa üstünlük verdiyini deyib, Baydenin kobud səhvlərini ələ salıb. 79 yaşlı ABŞ prezidenti Co Bayden sağlamlıq problemləri və kobud səhvləri ilə tez-tez gündəmə gəlir.
25-10-2022, 20:16
Müdafiə naziri dəyişmədi - Consonun kadrı vəzifədə qaldı


Müdafiə naziri dəyişmədi - Consonun kadrı vəzifədə qaldı

Ben Uolles yenidən Böyük Britaniyanın müdafiə naziri təyin edilib. Bu barədə Britaniya hökuməti məlumat yayıb. Uolles bundan əvvəl Boris Conson və Liz Trass hökumətlərində də müdafiə naziri vəzifəsində çalışıb. Qeyd edək ki, Britaniyanın yeni Baş naziri Rişi Sunak bu gün vəzifəsinin icrasına başlayıb.
25-10-2022, 20:14
Türkiyə “Dəli” kamikadze PUA-sını təqdim etdi


Türkiyə “Dəli” kamikadze PUA-sını təqdim etdi

Türkiyədə bu gün keçirilən "Saha" müdafiə sənayesi sərgisində "Dəli" adlı pilotsuz uçuş aparatı (PUA) təqdim edilib. Bu barədə "TRT Haber" məlumat yayıb. Əvvəlcə Qarabağda, indi isə Ukraynada davam edən müharibədə aktiv istifadə edilən kamikadze PUA sinfinə aid olan "Dəli" Türkiyənin "Titra" şirkəti tərəfindən istehsal olunub. 1 saatdan artıq havada qalmağı bacaran PUA saatda 180 kilometr sürətlə hədəflərə hücum edərək özünü və hədəfi məhv edə bilir. PUA 80 kilometr məsafəyə kimi hərəkət etmək qabiliyyətinə malikdir. Hazırda kamikadze PUA-nın sınaqları davam edir və ilin sonunadək testlərin başa çatması gözlənilir.
25-10-2022, 20:12
Zakir Həsənov Hulusi Akarla görüşdü


Zakir Həsənov Hulusi Akarla görüşdü

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

25-10-2022, 20:10
Putin müharibə ilə bağlı tapşırıq verdi


Putin müharibə ilə bağlı tapşırıq verdi

Rusiya Ukraynadakı hərbi kampaniya ilə bağlı qərarların qəbulunu sürətləndirməlidir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. O qeyd edib ki, Rusiyada sanksiyalara qarşı mübarizə və müharibənin ehtiyacları kontekstində inzibati prosedurları yeniləmək və təkmilləşdirmək lazımdır. Hökumətin koordinasiya şurasının ilk iclasında çıxış edən Putin hökumət strukturları və regionların koordinasiyasının artırılmasının zəruri olduğunu vurğulayıb.
25-10-2022, 20:08
ABŞ Ukraynaya hava müdafiə sistemləri göndərir


ABŞ Ukraynaya hava müdafiə sistemləri göndərir

ABŞ Ukraynaya "Hawk" hava hücumundan müdafiə sistemlərini göndərməyi planlaşdırır. Məlumatı "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yayıb. Bildirilir ki, sistemlər ABŞ ordusunun silah anbarlarından veriləcək. Silahların prezidentin PDA adlı xüsusi qərarı ilə Ukraynaya göndəriləcəyi qeyd olunur. Bu qərarla silahların ötürülməsi üçün Konqresin icazəsinə ehtiyac duyulmur. Agentlik vurğulayıb ki, yeni göndəriləcək hava hücumundan müdafiə sistemləri Vaşinqtonun yazda Kiyevə tədarük etdiyi "Stinger" zenit sistemlərini əvəz edəcək. "Stinger" ölçüsü və növü baxımından nisbətən kiçik, həm də sadədir. Vyetnam müharibəsi dövründən qalan "Hawk" hava hücumundan müdafiə sistemləri bir neçə dəfə təkmilləşdirilib. Bu sistemlər Rusiyanın pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumlarına qarşı müdafiədə Ukraynaya kömək edəcək. Amerikanın "Raytheon" şirkəti tərəfindən istehsal olunan müdafiə sistemləri 1,5 km-dən 35 km-ə qədər məsafədə və 60 min ilə 18 min metr yüksəklikdə hədəfləri vurmaq üçün nəzərdə tutulub.
25-10-2022, 20:06
Ruslar bu ölkəyə də gedə bilməyəcəklər


Ruslar bu ölkəyə də gedə bilməyəcəklər

Bu gündən Rusiya vətəndaşlarının turistik Şengen vizası ilə Çexiyaya girişinə rəsmi şəkildə qadağa qoyulub. Butov.az xəbər verir ki, rusiyalılar turizm, idman və ya mədəniyyət məqsədi ilə Çexiyanın beynəlxalq hava limanından ölkəyə daxil ola bilməyəcəklər. “Rusiya rejiminin mülki hədəfləri bombaladığı bir şəraitdə biz buna göz yuma bilmərik”, - deyə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib. Onun sözlərinə görə, Çexiya səfərbərlikdən qaçaraq sığınacaq istəyən rusiyalılara da viza verməkdən imtina etməlidir. Lakin ölkə prezidenti Miloş Zeman nazirin fikri ilə razılaşmayıb və həmin şəxslərin respublikanın təhlükəsizliyinə heç bir təhlükə törətmədiyini deyib. Beləliklə, Çex Respublikası sərhədlərini Rusiya vətəndaşlarına bağlayan altıncı ölkə olub. Bundan əvvəl Latviya, Litva, Estoniya, Finlandiya və Polşa da sərhədlərini rusiyalılara bağlayıblar.
25-10-2022, 20:04
“Azərbaycanın müdafiə ehtiyaclarını qarşılaya bilirik” - Hulusi Akar


“Azərbaycanın müdafiə ehtiyaclarını qarşılaya bilirik” - Hulusi Akar

"Bu gün Türkiyə olaraq Azərbaycan, Liviya və Şimali Kipr Türk Respublikası kimi dost və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını qarşılaya bilirik". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Türkiyənin region və dünyada təhlükəsizliyi təmin edən ölkəyə çevrilməsinin əsas səbəblərindən biri milli müdafiə sənayesini inkişaf etdirməsidir:"Ölkəmiz bu sahədə bir çox ilkə imza atıb. Artıq öz silahlarımızı, pilotsuz uçuş aparatlarımızı, helikopter, raket və gəmilərimizi istehsal edən ölkəyik. Ən qısa zamanda öz milli qırıcımız və tankımızı da istehsal edəcəyik". Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!