Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
14-10-2022, 16:24
Türk Dövlətləri Təşkilatı birgə Fond yaradır


Türk Dövlətləri Təşkilatı birgə Fond yaradır

Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçiriləcək sammitində birgə investisiya Fondunun yaradılması təsdiqlənəcək. Bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev bildirib. TDT-nin sammiti noyabrın 11-də Səmərqənddə keçiriləcək."Biz Türk İnvestisiya Fondunun yaradılması üzrə işi başa çatdırdıq, bu məsələ sammitdə təsdiqlənəcək və işə salınacaq. Bu, iqtisadi inteqrasiyamız sahəsində irəliyə doğru böyük addımdır", - Amreyev “Özbəkistan 24” telekanalına müsahibəsində deyib. Baş katib bildirib ki, sammit iştirakçıları həmçinin nəqliyyat dəhlizləri, gömrük prosedurlarının sadələşdirilməsi, güzəştli ticarətlə bağlı bir sıra sənədlər imzalayacaqlar."Biz xidmət və investisiya sektorlarında azad ticarət rejiminin yaradılması üçün səylər göstəririk", - B.Amreyev vurğulayıb. 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adını dəyişdirərək Türk Dövlətləri Təşkilatı edib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daimi, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində təmsil olunur.
14-10-2022, 16:11
Bakıda kütləvi dava - Dostlar bıçaqlandı


Bakıda kütləvi dava - Dostlar bıçaqlandı

Bakının Nərimanov rayonunda kütləvi dava olub. Butov.az xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisə zamanı iki nəfər ağır bədən xəsarətləri alıb. Məlumata görə, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu kütləvi dava zamanı bıçaqlanıb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.
14-10-2022, 15:16
Avropa İttifaqının müşahidəçiləri İrəvanda


Avropa İttifaqının müşahidəçiləri İrəvanda

Avropa İttifaqını təmsil edən müşahidəçilərindən ibarət qrup İrəvana gəlib. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında məlumat paylaşıb."27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Avropa İttifaqının missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti izləmək, Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq", - deyə Klaar əlavə edib.
14-10-2022, 15:14
Məktəblərdə şagirdlərə telefon qadağası qoyuldu


Məktəblərdə şagirdlərə telefon qadağası qoyuldu

Son günlər məktəblərdə baş verən neqativ halların şagirdlər tərəfindən telefonla çəkilərək sosial şəbəkələrdə paylaşılır. Məktəblərdən yayılan görüntülərdən sonra bir sıra ümumtəhsil müəssisələrində şagirdlərin dərsə mobil telefon gətirməsinə qadağa qoyulduğu bildirilir. Buna səbəb olaraq da mobil telefonların tədris prosesinə mane olduğu göstərilir. Bəs mobil telefon tədris prosesinə mane olduğu üçün yoxsa məktəblərdəki xoşagəlməz halların çəkilib yayılmasına səbəb olduğunu üçün qadağan olunur? Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, direktorlar şagirdlərin məktəbə smartfonla girişinə qadağa qoyublar. Əslində belə bir qadağanın heç bir əsası yoxdur. "Bu kimi halların baş verməsindən xəbərdaram. Ümumiyyətlə, valideynlər şagirdlərə mobil telefon vermə kimi ənənələrdən müəyyən qədər uzaq olmalıdır. Bu kimi vasitələr şagirdin həm fikrini yayındırır, həm də internetə çıxışı olduğu üçün müəyyən zərərli informasiyaları görə bilirlər. Bu baxımdan əlbəttə ki, valideynlər diqqətli olmalıdırlar. Bizim həqiqətən direktor problemimiz var. Əlbəttəki, nümunəvi, peşəkar direktorlarda az deyil. Lakin xeyli sayda direktorlar var ki, onlardan bizə də şikayətlər daxil olur. Direktorlar özlərini məktəbin ağası kimi yox, məktəbin bir parçası kimi hiss etməlidir. Şagirdlərə mobil telefonlardan uzaq durma tövsiyyə oluna bilər. Məktəbdə negativ halların qarşısının alınması üçün belə bir qadağa olması doğru deyil. Ümumiyyətlə, məktəbdə negativ hal olmamalıdır. Məktəb təlim və tərbiyə ocağıdır və hər hansı bir xoşagəlməz hadisələr olmamalıdır. Bu cür qadağalar çıxış yolu deyil. Biz şagirdlərə mobil telefonların zərərlərini izah etsək, bəlkə də onlar özləri telefondan istifadən imtina edəcək”, - deyə o bildirib. Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, məktəblərdə telefonun istifadəsi ilə bağlı rəsmi qaydada qadağa mövcud deyil. Məktəb rəhbərliyi tərəfindən təhsil müəssisəsində telefon istifadəsi tənzimlənə bilər.
14-10-2022, 15:09
ABŞ-da atışma: Ölənlərdən biri polisdir


ABŞ-da atışma: Ölənlərdən biri polisdir

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində baş verən atışma zamanı biri polis əməkdaşı olmaqla azı 5 nəfər həlak olub. Bu barədə ABC telekanalı məlumat yayıb. Bildirilib ki, hadisəni törədən şəxs ərazidən qaçaraq gizlənib. Atışma zamanı xəsarət alan azı daha üç nəfərin müalicə üçün xəstəxanaya aparıldığı bildirilir. İnsidentin səbəbi hələ məlum deyil. Faktla əlaqədar araşdırma aparılır.
14-10-2022, 11:23
“Səhhətimi Vətənə qurban vermişəm” deyən Qarabağ qazisi vəfat etdi


“Səhhətimi Vətənə qurban vermişəm” deyən Qarabağ qazisi vəfat etdi

Cəbrayıl rayonundan olan Qarabağ qazisi, 1-ci qrup əlil Nofəl Sərməst oğlu Salahov vəfat edib. Yaxınlarının verdiyi məlumata görə, uzun müddət yataq xəstəsi olan N.Salahov ağır xəstəlikdən əziyyət çəkirdi. Butov.az-ın məlumatına görə, Nofəl Salahov Qarabağ hadisələri başlayandan bir müddət sonra, 1991-ci ilin noyabr ayında Vətənin müdafiəsinə qoşulan məşhur “Şıxov batalyonu”na yazılan ilk könüllülərdən olmuşdu. O, I Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsində, Kərkicahan və Daşaltı əməliyyatlarında, Tərtər və Goranboy ətrafında gedən döyüşlərdə, dogma Cəbrayıl rayonunun qorunmasında fəal şəkildə iştirak etmişdi. 1994-96-cı illərdə - atəşkəs rejimi dövründə Tərtər rayonunun Talış kəndi yaxınlığında gənc əsgərlərə döyüş təlimləri keçmişdi. 1996-cı ildə səhhətindəki ciddi problemlərlə əlaqədar müalicə üçün hospitala göndərilən Nofəl bir müddət sonra dəfələrlə yenidən döyüşən orduya qayıtmağa çalışsa da, buna icazə verilməmişdi. Ağır yataq xəstəsi olduğu vaxtlarda keçmiş döyüş yoldaşları Nofəldən xəbərsiz onun vəziyyəti barədə informasiyanı sosial şəbəkələrdə ictimaləşdirəndə, o bundan xəbər tutub etiraz etmiş və yazmışdı:“1-ci qrup əliləm. Amma heç vaxt öz səhhətimlə bağlı hər hansı dövlət qurumuna müraciət etməmişəm. Heç vaxt da belə fikirdə olmamışam. Döyüş əməliyyatlarında aldığım yaranı və səhhətimdə yaranmış ciddi problemləri Vətənimə və Dövlətimə xidməti borcumun nəticəsi kimi qəbul etmişəm. Eyni əqidə ilə də yaşayacam”. Mərhum qazi bu gün Sulutəpə qəbirastanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!