25-10-2022, 00:04
240 nəfərin olduğu sərnişin gəmisi yanıbİndoneziyanın cənub sahilləri yaxınlığında içərisində 240 nəfərin olduğu sərnişin gəmisi yanıb. Hadisə nəticəsində 14 nəfər həlak olub. "KM Express Cantika 77" gəmisinin göyərtəsində 230 sərnişin və 10 ekipaj üzvü olub. Xilasedicilər 226 nəfəri sağ tapıblar. Hadisənin səbəbləri araşdırılır.
25-10-2022, 00:00
İranlı nazir Rusiyaya PUA verilməsini dandıİran istehsalı pilotsuz uçuş aparatlarının Ukraynada istifadə edilməsi sübuta yetirilərsə, Tehran buna biganə qalmayacaq. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. XİN başçısı qeyd edib ki, Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlıq davam edəcək. "Əgər İranın pilotsuz uçuş aparatlarının Ukraynada insanlara qarşı müharibədə istifadə edildiyi sübut olunarsa, biz buna biganə qalmamalıyıq", - deyə Abdullahian bildirib. Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində İran istehsalı PUA-lardan istifadə etsə də, Tehran israrla bunu təkzib etməyə çalışır.
24-10-2022, 23:58
ABŞ-da məktəbdə atışma - Ölənlər varABŞ-ın Sent-Luis bölgəsində yerləşən orta məktəblərin birində atışma baş verib. Bu barədə "Reuters" Sent-Luis polis komissarı Mayk Maka istinadən məlumat yayıb. Silahlı şəxsin məktəbə hücumu zamanı azı iki nəfər ölüb, altı nəfər yaralanıb. Mak bildirib ki, polislər atəş açan şəxsi zərərsizləşdirib.
24-10-2022, 23:56
Naxçıvanda əsgərimiz həlak olubAzərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib. Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.
24-10-2022, 18:55
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi, “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsinin icrasına başlayır.Layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda,müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə vətəndaşlar arasında 6 maarifləndirmə tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur.Noyabr ayında yekunlaşacaq tədbirlərdə iştirakçılara narkomaniya və zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə vurduğu ziyanlar, qəbul edilən dövlət proqramları və bu istiqamətdə görülən işlər barədə məlumatlar veriləcək, hazırlanmış buklet və kitabçalar paylanacaq.
24-10-2022, 16:58
İdmançılarımız Avropa çempionatını 9 medalla başa vurubAğırlıq qaldırma üzrə Azərbaycan yığması Albaniyanın Dürres şəhərində 20 və 23 yaşadək gənclər arasında keçirilən Avropa birinciliyini 9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumatına görə, sonuncu yarış günündə 20 yaşadək idmançıların mübarizəsində Əli Şükürlü (109 kq) birdən qaldırmada 161 kq-ın öhdəsindən gələrək bürünc medala sahib çıxıb. O, təkanla hərəkətdə 189 kq-ı ram edərək 6-cı yeri tutub. Şükürlü toplam 350 kq (161+189) nəticə ilə yekun sıralamada 4-cü olub.
24-10-2022, 16:56
Sumqayıtda mağaralar aşkarlandıSumqayıtda “Stansiya Sumqayıt” yaşayış massivi adlı ərazidə mağaralar tapılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, hazırda mağaraların aşkar edildiyi "Stansiya Sumqayıt" deyilən ərazidə kəşfiyyat axtarış işləri Dövlət Xidmətinin Şabran Regional İdarəsi tərəfindən davam etdirilir.
24-10-2022, 16:53
Məzuniyyətə gələn əsgər intihar edibCəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib.
Butov.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu yaşadığı evdə özünü asaraq həyatına son qoyub. İntiharın səbəbi hələlik müəyyən deyil. Faktla bağlı araşdırma aparılır.
24-10-2022, 16:51
İranda azərbaycanlı məktəblilər həbs edilibİranın hökumət qüvvələri Binab şəhərində Cənubi azərbaycanlı üç məktəblini həbs ediblər. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Məktəblilər Əşkan Cavidfər, Əli Vəliməhəmmədi və Araz Bədii molla rejiminin təhlükəsizlik orqanları tərəfindən saxlanılıblar. Hələlik məktəblilərin hansı səbəbə görə tutulduğu və harada saxlanıldıqları barədə məlumat verilmir. Xatırladaq ki, İran rejimi ölkədə kütləvi etirazlar başlayandan bir neçə məktəblini güllələyib və çox sayda şagirdi həbs edib.
24-10-2022, 16:49
Ermənistan "Laçın dəhlizi"nə alternativ yolu yanvarda istifadəyə verəcəkLaçın dəhlizinə alternativ çəkilən Xankəndi-Gorus yolunun Ermənistana düşən hissəsinin tikintisi davam etdirilir. “Hraparak” qəzetinin məlumatına görə, tikinti işləri avqustda başlayıb. Bildirilir ki, Qarabağı Ermənistanla birləşdirən yeni yolun tikintisi üç şirkət tərəfindən həyata keçirilir. “İşlərin nəzərdə tutulan müddətdə yekunlaşacağı və yanvar ayından yeni yolun istifadəyə veriləcəyi deyilir”, - məlumatda bildirilib. Qeyd edilib ki, köhnə yoldakı elektrik xətti və internet kabelləri artıq yeni yola köçürülüb.“Qaz kəməri üçün isə böyük vəsait tələb olunur, ona görə bu məsələ hələ də gündəmdədir və qaz təchizatı keçmişdə olduğu kimi köhnə yolla həyata keçirilir”. Ermənilər qaz xəttinin Rusiya sülhməramlılarının nəzarətində olan təzə yola köçürülməməsindən narahatdırlar. Onlar bildirirlər ki, “Fərrux hadisələri” zamanı olduğu kimi Azərbaycan hər an Xankəndiyə verilən qazı dayandıra bilər, qarşıdan isə soyuq qış gözlənilir. Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılmışdı. Yolun ümumi uzunluğu 32 km təşkil edir, bundan 10 km Ermənistan ərazisində yerləşir. Azərbaycan tərəfi yolun öz ərazisinə düşən 22 km-lik hissəsini avqustun sonunda tikib qurtarıb. Ermənistan isə bu məsələdə ləngiyib. Xatırladaq ki, yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçın şəhərindən yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol üç il ərzində hazır olmalıdır. Yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişir. Yeni yol Laçın rayonunun 6 kəndindən keçir… Bu yola Rusiya sülhməramlıları nəzarət edir.