Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
21-10-2022, 15:40
Şənbə günü də yağış, qar yağacaq


Şənbə günü də yağış, qar yağacaq

Azərbaycanda oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13°-dək isti, gündüz 14-16° isti, Bakıda gecə 13°-dək isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-7° isti olacaq.
21-10-2022, 15:37
Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu


Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu

Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edib. Butov.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Qeyd edilib ki, Azərbaycanın bu sənədə qoşulması beynəlxalq yükdaşımalarda imkanlar əldə edəcək. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
21-10-2022, 15:32
Serbiya ilə bağlı saziş qəbul edildi


Serbiya ilə bağlı saziş qəbul edildi

Milli Məclisin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Butov.az xəbər verir ki, layihədə bu sazişin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hərbi qulluqçular və pensiya təminatında onlara bərabər tutulan şəxslərə, onların ailə üzvlərinə, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi pensiya təminatı normaları müəyyən edilmiş digər kateqoriya işçiləri və onların ailə üzvlərinə, həmçinin pensiyanın avtomatlaşdırılmış qaydada təyin edilməsi hallarına şamil olunmadığı əksini tapıb. Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında" 2022-ci il aprelin 7-də saziş imzalanıb. Saziş qeyri-müəyyən müddətə bağlanıb. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
21-10-2022, 15:30
"Dostluq meşəsi"nin sahəsi 20 hektara yaxın olacaq


"Dostluq meşəsi"nin sahəsi 20 hektara yaxın olacaq

Cəbrayıl rayonunda yaradılacaq Azərbaycan-Türkiyə Dostluq Meşəsinin sahəsi 20 hektara yaxın olacaq. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. V.Kərimov qeyd edib ki, meşə “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin ərazisində yaradılacaq:"Ön hissədə 40 hektar ərazidə terraslarda meşəlik salınacaq. Meşə ərazisində yerli ağac, kol tinglərinə üstünlük veriləcək. Lahiyə ümumi 105 hektar ərazini əhatə edir. Onun 20 hektarı isə tinglik və digər yaşıllıqlar olacaq. Bu ilin iyul ayında tikinti və torpaqlama işlərinə start verilib. Layihə 2024-cu ilin birinci yarımilində başa çatdırılacaq və mərkəz fəaliyyətə başlayacaq".
21-10-2022, 15:27
Ermənistan və Gürcüstan razılaşdı


Ermənistan və Gürcüstan razılaşdı

Hərbçilərin sosial müdafiəsi sahəsində əməkdaşlıq çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin Sosial Məsələlər və Psixoloji Təminat Departamentinin nümayəndə heyəti oktyabrın 19-20-də Ermənistanda səfərdə olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı məsələlər müzakirə edilib. Qarşılıqlı maraq doğuran istiqamətlərdə gələcək əməkdaşlığa dair razılaşmalar əldə olunub. Gürcüstan nümayəndə heyəti Hərbi qulluqçuların Sığorta Fondunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də görüşlər keçirib.
21-10-2022, 15:25
Rusiya Ukraynada daha 100 əsgər itirdi


Rusiya Ukraynada daha 100 əsgər itirdi

Son sutka ərzində Ukrayna hərbçiləri daha 100-ə yaxın rus hərbçini məhv edib. Butov.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, fevralın 24-dən düşmənin ümumi döyüş itkiləri təqribən 66 min 750 nəfərdir ki, onlardan 100-ü ötən sutka ərzində məhv edilib. Bundan əlavə, düşmənin digər itkiləri:
2 min 573 tank (son sutkada 6),
5 min 258 zirehli döyüş maşını (gündə 3),
1648 artilleriya sistemi (gündə 2),
372 raket sistemi,
189 hava hücumundan müdafiə sistemi,
269 ​​təyyarə,
243 helikopter,
1325 dron (gündə 14),
329 qanadlı raket,
16 gəmi və qayıq,
4006 ədəd avtomobil texnikası və tanker (gündə 1 ədəd),
47 ədəd xüsusi texnika.
21-10-2022, 15:05
Ermənilər təminat daşıyan texnikamıza atəş açdılar


Ermənilər təminat daşıyan texnikamıza atəş açdılar

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun təminat daşıyan texnikasını atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Zəylik və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bundan əlavə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 ədəd "KamAZ" markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb. Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb.

21-10-2022, 14:49
Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı


Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

Bakıda kütləvi dava olub. Daxili İşlər Nazirliyindən bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri Enur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.
21-10-2022, 14:45
Xarkovda güclü partlayışlar olub


Xarkovda güclü partlayışlar olub

Bu gün səhər saatlarında Ukraynanın Xarkov vilayətində partlayışlar olub. Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib. Onun sözlərinə görə, Xarkovun mərkəzinə zərbələr endirilib, ardınca şəhərdə güclü partlayış səsləri eşidilib. Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
21-10-2022, 14:43
Beynəlxalq məhkəmə Ermənistanın tələbini rədd etdi


Beynəlxalq məhkəmə Ermənistanın tələbini rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbəni rədd edib. Bu barədə Məhkəmənin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məhkəmə Ermənistanın irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri göstərməklə 7 dekabr 2021-ci il tarixli məhkəmə qərarında dəyişiklik edilməsi barədə tələbinə müsbət cavab verməyib. Beynəlxalq Ədalət Məhkəməsi 12 oktyabr 2022-ci il tarixli məcburi qüvvəyə malik olan qərarında belə nəticəyə gəlib ki, 2022-ci ilin sentyabrında tərəflər arasında baş vermiş döyüşlər və erməni hərbçilərin saxlanılması məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişiklik edilməsinə əsas verən vəziyyət yaratmır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!