4-11-2022, 22:54
Vardanyanın yeni "vəzifə"si təsdiqləndiRusiyadan Xankəndi şəhərinə köçən erməni biznesmen Ruben Vardanyan qondarma qurumun "dövlət naziri" vəzifəsinə təyin edilib. Bu barədə erməni mətbuatı məlumat yayıb. Qeyd edək ki, bir müddət əvvəl Arayik Arutyunyan Vardanyana bu "vəzifə"ni təklif etmişdi. İş adamı Vardanyan Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və Skolkovo İdarəetmə məktəbinin ilk rəhbəridir. Bu ilin sentyabr ayında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçmək niyyətində olduğunu açıqlamışdı.
4-11-2022, 22:52
3 qaziyə parlamentdə iş verildi Zəfər Gününün ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə parlamentdə dövlət qulluğuna qəbul edilmiş bir qrup əməkdaşın andiçmə mərasimi keçirilib.
Butov.az xəbər verir ki, qazilər - Nicat İlqar oğlu Abdurrahmanov, İzzət Zakir oğlu Balacayev və Bəşir Nəbi oğlu Hüseynzadə and içiblər. Milli Məclisin sədri Sahibə Qafarova onlara xidməti vəsiqələrini təqdim edərək dövlət qulluğunda gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra parlamentin foyesində yaradılmış “Zəfər Guşəsi”nin açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova qırmızı lenti kəsərək “Zəfər Guşəsi”nin açılışını edib. “Zəfər Guşəsi”nin yuxarı hissəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi öz əksini tapıb. Mərkəzdə Vətən müharibəsində qazanılmış Zəfər münasibəti ilə Milli Məclisdə təsis olunmuş orden və medallar sərgilənib. Guşənin hər iki tərəfində müharibədə şəhid olmuş Vətən övladlarının adları həkk olunub, işğal dövründə dağıdılmış binalar, azad olunmuş ərazilərdə aparılan möhtəşəm quruculuq və bərpa işləri fotoşəkillərdə öz əksini tapıb.
4-11-2022, 22:48
Çin ordusu Tayvan boğazında əməliyyata hazırlaşırÇin Xalq Azadlıq Ordusu Tayvan boğazında mümkün hərbi əməliyyatlara hazırlaşmağa davam edir. Bunu Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tan Kefeyi deyib.“Tayvanın məsələsi Çinin daxili işidir və heç bir xarici müdaxiləyə icazə verilmir. Hazırda Birləşmiş Ştatlar davamlı olaraq vahid Çin prinsipini məhv edir", - o bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bu hərəkətlər Çinin suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur, Tayvan boğazında sülh və sabitliyi təhdid edir:"Çin Xalq Azadlıq Ordusu təlim keçməyə və müharibəyə hazırlaşmağa davam edir".
4-11-2022, 22:46
Baş nazirdən Ələt zonası ilə bağlı qərarTorpaqların dövlət ehtiyacları üçün alınması işlərinin yekunlaşdığını nəzərə alaraq, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşən xüsusi mülkiyyətdə olan 9,9185 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq. Bu barədə Baş nazir Əli Əsədov bu gün müvafiq qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Qərarda qeyd edilən dövlət ehtiyacları üçün alınan torpaq sahəsi ilə birlikdə Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaqların hüdudları daxilində yerləşən dövlət mülkiyyətinə aid torpaq sahələrinin Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Nazirlər Kabinetinə təqdim edəcək.
4-11-2022, 22:44
Saakaşvilinin vəziyyəti pisləşib Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşib. Bu barədə siyasətçinin anası Giuli Alasania bildirib. Məlumata görə, Saakaşvili mart ayından bəri çox çəki itirib və mütəmadi olaraq qızdırması qalxır. O əlavə edib ki, həkimlər çox çalışsalar da, xəstəliyin səbəbini müəyyən edə bilməyiblər. Saakaşvilinin vəziyyəti getdikcə ağırlaşır.
4-11-2022, 22:42
ABŞ-dan Ukraynaya 400 milyon dollarlıq yardımABŞ Ukraynaya növbəti 400 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yeni yardım paketinə Sovet dövründən qalma tanklar, zirehli texnikalar, pilotsuz uçuş aparatları, hərbi gəmilər və digər silahlar daxildir.
4-11-2022, 22:40
Ermənistanda qarşıdurma gözlənilir - ABŞ-dan xəbərdarlıqABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə səfirliyin sosial media hesabında məlumat yayılıb. Qeyd olunub ki, İrəvanda 5 noyabrda keçirilməsi gözlənilən mitinq zamanı qarşıdurmalar ola və gözlənilməz vəziyyət yarana bilər. ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarını mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb: “Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir". Xatırladaq ki, sabah Ermənistan müxalifəti Fransa meydanında mitinq keçirəcək.
4-11-2022, 22:38
Cüdoçumuz “Böyük dəbilqə”nin qalibi olduAzərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb.
Butov.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz final görüşündə ukraynalı idmançı Dilşot Xalmatovu məğlub edib. Digər idmançımız Kəramət Hüseynov (60 kq) isə üçüncü yer uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazanıb.
4-11-2022, 22:36
Naxçıvanın büdcə gəlirləri 100 milyon manat artacaq2023-2026-cı illər üzrə Naxçıvan Muxtar Respublikasının (NMR) büdcə gəlir və xərcləri məlum olub. Bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilib. Məlumata görə, gələn il üçün muxtar respublikanın büdcə gəlirləri 646,4 milyon manat, 2024-cü ildə 661,4 milyon manat, 2025-ci ildə 679,4 milyon manat, 2026-cı il üzrə isə 699,4 milyon manat proqnozlaşdırılıb. Başqa sözlə, 2022-ci ilin təsdiq edilmiş büdcə gəlirləri ilə müqayisədə 2026-cı ildə gəlirlər 15,4% və ya 93,3 milyon manat artıq müəyyən edilib. Qeyd edək ki, icmal büdcədə muxtar respublikanın gəlir və xərcləri eyni həcmdə nəzərdə tutulub.
4-11-2022, 22:33
İranın xarici işlər naziri də Baydenə cavab verdi: “İkiüzlü olmayın!”İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün sosial media hesabından ABŞ naziri Co Baydenin açıqlamalarına reaksiya verib. İranlı nazir Twitter-də yazıb: "İranda baş verən son hadisələrdə zorakılıq və terrorizmi təşviq edən Ağ Ev eyni vaxtda nüvə anlaşması üzərində işləyir", - nazir Əmir Abdullahian deyib. Nazir Baydenə xitabən “İkiüzlü davranışınıza və İŞİD-i dəstəkləməyə son qoyun” deyib. Xatırladaq ki, ABŞ prezidenti Bayden bugünkü açıqlamasında “Narahat olmayın, biz İranı tezliklə azad edəcəyik” söyləməklə Tehran rəsmilərini hiddətləndirib. Co Baydenin sözlərinə cavab verən president Rəisi "İran 43 il əvvəl azadlığını əldə edib və bir daha ABŞ-ın əsarətinə düşmək istəmir. Biz heç vaxt ssizin üçün sağmal inək olmayacağıq!” deyib.