14-11-2022, 20:15
Gəncədə "Mercedes" evə çırpıldıGəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara, daha sonra evə çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, lakin avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
14-11-2022, 20:13
Ukrayna üçün 25 milyon avroluq yardımNiderland Ukrayna ordusuna dəstək üçün 25 milyon avro ayıracaq. Bu barədə Niderlandın xarici işlər naziri Vopke Hoekstra bildirib. "Biz Ukrayna ordusunu dəstəkləmək üçün ərzaq, rasion, ilk yardım ləvazimatları, təcili yardım maşınları və yanacaq daşıyan maşınlar da daxil olmaqla 25 milyon avro ayıracağıq", - XİN rəhbəri NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. O əlavə edib ki, Niderlan da Ukraynaya yardım üçün beynəlxalq fonda əlavə 20 milyon avro ayıracaq.
14-11-2022, 20:11
İstanbuldakı terrorda yaralananların son durumuTürkiyənin səhiyyə naziri Fəxrəddin Koca İstanbulun İstiqlal küçəsində törədilən bombalı hücumda yaralananlarla bağlı açıqlama verib. Koca, 55 nəfərin müalicələrinin başa çatdıqdan sonra evə buraxıldığını bildirib. O, 5-i reanimasiyada olan 26 xəstənin müalicəsinin davam etdiyini qeyd edib. “İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 55-i müalicələri başa çatdıqdan sonra evə buraxılıb. 26 xəstənin müalicəsi davam edir, onlardan 5-i reanimasiya şöbəsindədir. Təəssüf ki, reanimasiyada olan iki xəstəmizin vəziyyəti ağır olaraq qalır”, - nazir vurğulayıb.
14-11-2022, 20:09
Azad olunmuş ərazilərdə daha 349 mina aşkarlandı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə, noyabarın 7-dən 12-dək dövrdə Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 170 piyada əleyhinə mina, 179 tank əleyhinə mina və 357 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 485 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
14-11-2022, 20:06
Azərbaycan çempionatının püşkü atıldıMinifutbol üzrə Azərbaycan çempionatının püşkü atılıb. "Hilton Hotel"də keçirilən tədbirdə I turda üz-üzə gələcək komandalar bəlli olub. Püşkatmaya Azərbaycan Minifutbol Federasiyasının təsisçisi və fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov, futbolçusu Qara Qarayev, "Zirə"nin sükanı arxasında olan Rəşad Sadıqov, paytaxt klubunun müdafiəçisi Ruslan Abışov və Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov da qatılıb.
I turun cütləri:“Aznur” - “Real" Bakı
“Sumqayıt” - “Bakı”
“Xəzər” - “Birbaşa Bakı”
“Qaradağ Lökbatan” - “Füzuli Ərgünəş”
“Dinamo” Gəncə - “Odlar Yurdu”
“Dəyirman” - “Dəmir Yumruq”
“Qarabağ” - “Galaxy” Şuşa
“Veteran” - “Zəngəzur”
Qeyd edək ki, 1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada ölkəni təmsil edəcək.
14-11-2022, 20:03
Zelenski Ukraynanın sülhə hazır olduğunu açıqladı
"Biz ölkəmiz üçün sülhə hazırıq". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Xersona səfəri zamanı deyib. O, sülhə hazır olduğunu bildirib. Qeyd edək ki, bu gün Ukrayna dövlət başçısı işğaldan azad edilən Xersona səfər edib.
14-11-2022, 20:01
Yüklərin Zəngəzurdan daşınması daha ucuz başa gələcəkZəngəzur dəhlizinin açılması Çindən Azərbaycana və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından 2 həftə daha tez çatması deməkdir. Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib. X.Həsənli bildirib ki, bu, vaxta qənaət etməklə yanaşı, qiymətlərə də təsir edəcək: "Sahibkarlar bununla daha çox gəlir əldə edəcək. Gürcüstan limanlarının qiyməti bahadır və alternativi yoxdur. Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa, bu, ikiqat ucuz başa gələcək. Eyni zamanda sərhəd-keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək". Departament müdirinin sözlərinə görə, qlobal logistikada olduğu kimi regional daşınmada da Zəngəzur dəhlizi vaxt və xərc baxımından önəmlidir: "Türkiyədən gələn TIR-lər Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan Asiyaya, eyni zamanda əksinə daha az vaxtda gedəcək və xərc də aşağı olacaq. Zəngəzur dəhlizi eyni zamanda Orta Asiya ölkələrinin gübrə məhsullarının daşınması baxımından da əhəmiyyətlidir".
14-11-2022, 19:59
Aİ İrana qarşı sanksiyaları təsdiqlədiAvropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaları razılaşdırıblar. Bu barədə DPA agentliyi Brüsseldə olan diplomatlara istinadən məlumat yayıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, bu sanksiyalarla Avropa İttifaqı Tehrandakı İran rejiminə birmənalı siqnal göndərir. Berbokun sözlərinə görə, Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahı hazırlayacaqlar.
14-11-2022, 19:57
Miqrasiya Xidmətinin mətbuat katibi işdən çıxdıDövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov işdən çıxıb. Bu barədə o, özü məlumat yayıb. E.Kələntərov fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib. Qeyd edək ki, E.Kələntərov 2020-ci ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb.
14-11-2022, 19:55
Qondarma respublikanın XİN-i ləğv edildiQondarma Luqansk Xalq Respublikasının (LXR) rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik Xarici İşlər Nazirliyini ləğv edib. Bu barədə o, noyabrın 14-də sərəncam imzalayıb. "Luqansk Xalq Respublikasının Xarici İşlər Nazirliyi ləğv edilsin. Ləğv proseduru 2023-cü il iyunun 1-dən gec olmayaraq başa çatdırılsın", - sənəddə deyilir.