14-11-2022, 19:53
Türkiyə ABŞ-ın başsağlığını qəbul etmədi"Bizə verilən mesajı aldıq, mesajın nə olduğunu bilirik. Amerika səfirliyinin başsağlığını qəbul etmirik". Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. “Biz heç kimin düşməni deyilik, heç kimə xəyanət etmirik. Bildirmək istəyirəm ki, bizim xəyanətə dözməyə gücümüz yoxdur. Əməliyyatlar davam edir. Əgər onlar tutulmasaydı, bu gün qaçaqmalçılıq yolu ilə Yunanıstana keçəcəkdilər”, - deyə nazir İstanbulda törədilən terrordan söz açıb. Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Bəzi ekspertlər terror aktının ABŞ-ın sifarişi ilə həyata keçirildiyini iddia edirlər.
14-11-2022, 19:51
Terror törədən qadının kimliyi məlum olduTürkiyənin İstanbul şəhərində terror aktı törədən qadının kimliyi məlum olub. Ötən gün terror törədən şəxsin Suriya əsilli Əhlam Əlbəşir olduğu müəyyən edilib. O, İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq, istintaqa cəlb olunub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
14-11-2022, 08:21
Türkiyə Respublikasının İstanbul şəhərində baş vermiş faciə ilə əlaqədar başsağlığıDəyərli Türkiyə Cümhur başqanı cənab R.T.Ərdoğan bəy!
Əziz Türkiyəli soydaşlarımız!Bu gün İstanbulda çox saylı insan tələfatı və ağır xəsarət alma ilə nəticələnmiş partlayış xəbərini böyük üzüntü ilə qarşıladıq. Bu insanlığa sığmayan vəhşiliyi törədənləri şiddətlə qınayır, xainlərin tezliklə tapılıb cəzalanacağına ümid edirik. Türk dünyasının birliyi və yüksəlişi uğrunda fəaliyyət göstərən ictimai qurum olaraq belə qeyri-insani əməlləri pisləyir, faciə nəticəsində dünyasını dəyişənlərə uca Allahdan rəhmət, ailələrinə səbir, yaralılara şəfa diləyirik.
Qardaş Türkiyəmizin və Türk dünyasının başı sağ olsun!
Azərbaycan dövləti də, xalqı da, Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi də hər zaman Türkiyəmizin yanındadır!
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai birliyinin sədri
F.ü.f.d.Səkinə Bayramova,Həmsədri f.ü.f.d.,dos.Yeganə QəhrəmanovaATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri
Rasafil BayramovBakı şəhəri, 13 noyabr 2022-ci il
14-11-2022, 00:39
İstanbul Prokurorluğundan partlayış açıqlamasıİstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib. Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir. İnsidentin təfərrüatı araşdırılır. Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib, 36 nəfər yaralanıb.