Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
24-11-2022, 18:26
Qırğızıstanla bağlı sənəd təsdiqləndi


Qırğızıstanla bağlı sənəd təsdiqləndi

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il oktyabrın 11-də Bişkek şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Qırğız Respublikasının Sosial Fondu arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiq edilib. Fərmanın 1-ci hissəsində qeyd olunan Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
24-11-2022, 18:24
Putin Semyon Peqovu təltif etdi


Putin Semyon Peqovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin "WarGonzo" layihəsinin müəllifi, ermənipərəst jurnalist Semyon Peqovu mükafatlandırıb. Butov.az xəbər verir ki, Peqov "İgidliyə görə" medalı ilə təltif edilib. Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı dezinformasiyalar yayan Peqov bir müddət əvvəl minaya düşüb.
24-11-2022, 18:22
İranda edam olunanların dəhşətli statistikası


İranda edam olunanların dəhşətli statistikası

İranda cari ilin sentyabr ayınadək 400-dən çox adam edam olunub. Son 5 ildə ilk dəfədir ki, bu ölkədə edam edilənlərin sayı 400 nəfəri ötüb. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk bildirib. Onun sözlərinə görə, İranda 2020-ci ildə 276 nəfər, 2021-ci ildə isə 330 nəfər edam edilib. F.Türk qeyd edib ki, hazırda 85 uşaq edam hökmünün icrasını gözləyir. İl ərzində iki azyaşlı edam edilib.
24-11-2022, 18:14
Ermənistan üçtərəfli bəyanatı pozur – Ceyhun Bayramov


Ermənistan üçtərəfli bəyanatı pozur – Ceyhun Bayramov

"Ermənistanın postmünaqişə dövründə hərəkətləri münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. “Ermənistan üçtərəfli bəyanatın fundamental prinsiplərini pozur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetrilməyib. Avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı minalar aşkar olunub ki, bu minalar 2021-ci ildə istehsal edilib", - XİN başçısı bildirib.
24-11-2022, 18:12
Akar Şoyqu ilə Suriyanı müzakirə etdi


Akar Şoyqu ilə Suriyanı müzakirə etdi

Rusiya və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub. Butov.az xəbər verir ki, telefon söhbəti Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. Müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Suriyanın şimalındakı mövcud vəziyyəti və ərzaq anlaşmasının davam etdirilməsini müzakirə ediblər. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalı və İraqda “Pəncə-Qılınc” əməliyyatını davam etdirir.
24-11-2022, 18:10
Rusiya İrəvanla Bakıya çağırış edib


Rusiya İrəvanla Bakıya çağırış edib

Rusiya Cənubi Qafqazda sülhün bərqərar olması naminə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək və regionda vəziyyətin gərginləşməsinə səbəb ola biləcək təxribat xarakterli ritorikadan çəkinməyə çağırır. Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya silahlı insidentlərin qarşısını almaq üçün hər iki tərəflə həm siyasi səviyyədə, o cümlədən dövlət başçıları, Xarici İşlər Nazirliyi və Rusiya sülhməramlı kontingenti, Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti vasitəsilə müntəzəm əlaqə saxlayır. “Moskva Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarını, o cümlədən 2022-ci il oktyabrın 31-də Soçi sammitinin gücdən və ya hədə-qorxudan istifadə etməmək barədə razılaşmaları çərçivəsində olan müddəaları ciddi şəkildə yerinə yetirmək zərurətindən çıxış edir”, - Zaxarova deyib.
24-11-2022, 18:08
Erməni spiker: “Biz yox, KTMT bizi tərk edir”


Erməni spiker: “Biz yox, KTMT bizi tərk edir”

“Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq. Regionu tərk edən KTMT-nin özüdür. Biz bundan narahatıq”. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Tərəfdaşlarımızdan KTMT-nin Cənubi Qafqazı tərk etmək qərarına gəlib-gəlmədiklərini soruşmaq lazımdır. Əgər belədirsə, o zaman bunu yüksək səslə bəyan etmək lazımdır”, - deyə erməni spiker bildirib. Qeyd edək ki, ötən gün Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti iclası keçirilib. Bu iclas Ermənistan üçün vacib olsa da, İrəvan müzakirələr sonunda istədiyini ala bilməyib. Nəticədə baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib. Erməni hökumət rəhbəri belə bir sənədi imzalamağa hazır olmadığını deyib.
24-11-2022, 18:05
Jurnalistlər üçün onlayn təlimlər keçiriləcək


Jurnalistlər üçün onlayn təlimlər keçiriləcək

Jurnalistlər üçün “Eduaz.com” platforması üzərindən onlayn təlimlər təşkil ediləcək. Bu haqda Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi çərçivəsində yaxın gələcəkdə Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, “EDUAZ co” MMC-nin və Anadolu Agentliyinin birgə əməkdaşlığı ilə “Eduaz.com” platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil ediləcəyi barədə məlumat verilib. Layihə ilə bağlı təqdimatla çıxış edən “EDUAZ co” MMC şirkətinin layihə meneceri Lalə Həsənova bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə yeni tendensiyaların öyrənilməsi məqsədilə medianın istifadəsinə veriləcək onlayn təlim platforması daha geniş auditoriyanı əhatə edəcək, vaxta qənaət edilməsinə şərait yaradacaq, məkan və zamandan asılı olmayaraq təlimlərdən faydalanma və rahat funksionallıqdan istifadə imkanı təqdim edəcəkdir. Təlimlərin sonunda onlayn sertifikatların təqdim edilməsini nəzərdə tutan layihə təkcə media nümayəndələri üçün deyil, eyni zamanda tələbələr, müəllimlər və biznes subyektləri üçün də müxtəlif mövzuların öyrənilməsi, şəxsi inkişafın təmin edilməsi sahəsində operativ və çoxməzmunlu platformaya çevriləcək, öyrənmə və inkişaf imkanlarını artırmaq istiqamətində effektiv yerli resurs olacaq. Daha sonra platformada təşkil edilən kurslar barədə məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
24-11-2022, 18:02
Fransa Rusiya XİN nümayəndələrinə viza vermədi


Fransa Rusiya XİN nümayəndələrinə viza vermədi

Fransa Parisdə YUNESKO tədbirində iştirak üçün Rusiya XİN-in nümayəndələrinə viza verməyib. Bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb. Nümayəndə heyəti parisdə YUNESKO-nun Kommunikasiyaların inkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının 33-cü sessiyasında iştirak etmək üçün Parisə yollanmaq istəyib.
24-11-2022, 18:00
Qarabağda 268 nəfər minaya düşüb


Qarabağda 268 nəfər minaya düşüb

2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, onlardan 3 nəfər jurnalist daxil olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!