İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
1-12-2022, 14:01
Azərbaycana qar yağdı


Azərbaycana qar yağdı

Azərbaycanın bəzi bölgələrinə qar yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, dekabrın 1-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Lənkəran-Astarada intensiv xarakterli olub. Qar örtüyünün hündürlüyü Altıağacda 9 sm, Şahdağda 3 sm, Qrız, Xaltan, Qusar, Qaxda 2 sm, Qobustan, Quba, Şəki, Göygöldə 1 sm olub. Düşən yağıntının miqdarı Lənkəranda 26.0 mm, Lerikdə 25.0 mm, Astarada 19.0 mm, Göytəpədə 11.0 mm, Qəbələdə 10.0 mm, Şahbuz, Yardımlı, Neftçala, Beyləqan, Oğuzda 9.0 mm, Ağdərə, Şəki, İmişli, Salyan, Biləsuvarda 8.0 mm, Göyçayda 7.0 mm, Culfa, Ağdamda 6.0 mm, Şahdağ, Zərdab, Kürdəmir, Şərur, Şəmkir, Zaqatala, Şabran, Altıağac, Qobustan, Mingəçevir, Qax, Xaltan, Xaçmaz, Sədərək, Daşkəsən, Naxçıvan, Yevlax, Sabirabad, Cəfərxan, Şirvan, Hacıqabul, Bərdə, Göygöl, Ceyrançöl, Quba, Balakən,Qusar, Ağstafa, Qrız, Naftalanda 5.0 mm-dək. Bakıda və Abşeron yarımadasında: Bakıda 8.0 mm, Maştağada 6.0 mm, Binədə 5.0 mm, Pirallahıda 4.0 mm, Sumqayıtda 3.0 mm-dək olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin bu gün də davam edəcəyi, dekabrın 2-də yağıntılarda qısamüddətə fasilə olacağı gözlənilir.
1-12-2022, 13:58
Rusiyada uçuş qadağasının vaxtı uzadıldı


Rusiyada uçuş qadağasının vaxtı uzadıldı

Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb. “Rosaviasiya” 11 aeroportda uçuşlara məhdudiyyət rejimini dekabrın 9-dək uzadıb. Uçuş məhdudiyyətləri Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında tətbiq olunur. Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar olaraq 2022-ci il fevralın 24-dən ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.
1-12-2022, 13:56
İranda polis atəş açdı - 6 yaşlı qız gözünü itirdi


İranda polis atəş açdı - 6 yaşlı qız gözünü itirdi

İranda daha bir azyaşlı hərbi-polis qüvvələrinin hədəfinə tuş gəlib. 6 yaşlı Beyta Kiyani İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində bir gözünü itirib. Qeyd edək ki, bu ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı etiraz aksiyaları bürüyüb. Nümayişlər iki aydan çoxdur ki, davam edir. Davam edən aksiyalarda yüzlərlə insan öldürülüb.
1-12-2022, 13:55
UEFA "Qarabağ"a ödəniş etdi


UEFA "Qarabağ"a ödəniş etdi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. Qitə futbol qurumu avrokuboklarda çıxış edən klublar üçün koronavirus pandemiyası ilə əlaqədar maliyyə vəsaitinin ayrılması proqramı çərçivəsində 2021/2022 mövsümündə Konfrans Liqasında iştirak etmiş Ağdam klubuna 139 000 avro maliyyə vəsaiti ödəyib. Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
1-12-2022, 13:53
Pensiyaçıya "kömək etdi" - 540 manatını oğurladı


Pensiyaçıya "kömək etdi" - 540 manatını oğurladı

Bu ilin noyabr ayında 2 nəfər Şirvan şəhər sakini Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədiklərini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra onlara təqaüd kartlarında pul olmadığını, kartlarında olan pulları isə ələ keçirdiyini bildiriblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Cavidan Məlikov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı onun zərərçəkənələrin ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib. Faktla bağlı C.Məlikov barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır. Polis əməkdaşları C.Məlikovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.
1-12-2022, 13:51
“Bu qətnamə Fransanın imicinə xələl gətirir” – Senatordan özəl açıqlama


“Bu qətnamə Fransanın imicinə xələl gətirir” – Senatordan özəl açıqlama

Ötən gün Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya Azərbaycana qarşı təxribat xarakterli qətnamə qəbul edib. Qətnaməyə 256 deputat lehinə səs verib, əleyhinə səs verən olmayıb. Qeyd edək ki, qondarma qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur. Sözügedən sənəddə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətliam və digər qanunsuz əməlləri diqqətdən kənarda saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan "işğalçı" kimi təqdim olunub. Bundan əvvəl Fransa Senatı da Azərbaycan əleyhinə qətnamə qəbul edib. Səsvermə zamanı yalnız bir nəfər - Fransa Senatının üzvü Natali Qule saxta qətnamənin əleyhinə səs verib. Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini, habelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule açıqlamasında bildirib ki, aşağı palatada qəbul olunan qətnamə eyni məkirli siyasətin nəticəsidir. “Eyni pislik yenə də davam edir. Bu, sırf erməni lobbisinin xoşuna gəlmək üçün edilən addımdır. Qanuni qüvvəyə malik olmayan eyni prosesdir. Bu qətnamənin Fransanın imicinə xələl gətirməkdən başqa heç bir hüquqi və ya məcburi təsiri yoxdur. Mən Azərbaycan xalqına bildirirəm ki, bu, effektiv deyil və onu ciddi sənəd hesab etməyin. Bu, həmçinin Fransa hökumətinin mövqeyini ifadə etmir. Beynəlxalq əlaqələr parlamentin səlahiyyətlərində deyil. Odur ki, bunu döyüş meydanlarında qazana bilmədiklərini boş qərarlarla qazanmağa çalışan ermənilərin ümidsiz cəhdi kimi qəbul edin. Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq”, - deyə Natali Qule vurğulayıb.
1-12-2022, 13:48
Azərbaycan XİN-dən Fransa parlamentinə etiraz


Azərbaycan XİN-dən Fransa parlamentinə etiraz

Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır: "Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir. Xüsusilə qeyd edək ki, qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq qətnaməni dəstəkləməsi, bu qətnamənin də arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransa hökumətinin dayandığını növbəti dəfə göstərir. Fransa, 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyib, beləliklə də münaqişənin həllinə çalışmayıb. Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası aparması və ittihamlar səsləndirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür. Fransa tərəfindən atılan digər təxribat xarakterli addımlar, o cümlədən bu ölkənin Senatı tərəfindən daha əvvəl qəbul edilmiş qətnamə kimi, bu qətnaməni də qətiyyətlə rədd edirik".
1-12-2022, 13:46
Dünya çempionatının formatı dəyişir


Dünya çempionatının formatı dəyişir

Dünya çempionatının qrup mərhələsində penaltilər seriyası tətbiq oluna bilər. Yeni qaydanın 2026-cı ildən işə salınması nəzərdən keçirilir. Belə ki, DÇ-2026-dan başlayaraq turnirdə 48 komanda iştirak edəcək. Onlar 3 komandadan ibarət 16 qrupa bölünəcək. İlk iki yeri tutan komanda play-offa yüksələcək. 3-lük qruplarda daha sərt nəticələr olacağı üçün FIFA qrup mərhələsində penaltilər seriyasının tətbiqi ideyası üzərində düşünür. Bu, xalların və cədvəllərdəki digər göstəricilərin bərabərliyi şansını azaltmalıdır. Penaltilər seriyasında qalib gələn komanda bonus xalları da alacaq. Qrupda 3 komandanın yer alacağı formatla bağlı FIFA-da narahatlıq yaradan yeganə amil bütün komandaların oyunlarının eyni vaxtda keçirilməsinin mümkünsüzlüyüdür. Bu, sonuncu dəfə görüşən komandaların hər iki tərəfi qane edən nəticə üçün oynamağa razılaşmasına gətirib çıxara bilər. Hesab olunur ki, penaltilər seriyası belə razılaşmaların mümkünlüyü riskini azaltmağa kömək edəcək. Bundan əlavə, mümkün pozuntu riskini daha da azaltmaq üçün penalti seriyasının matçların başlamasından əvvəl keçirilməsi variantı da müzakirə olunur.
1-12-2022, 13:43
Azərbaycana qarşı qətnamə Parisin rəsmi mövqeyi deyil - Fransa XİN


Azərbaycana qarşı qətnamə Parisin rəsmi mövqeyi deyil - Fransa XİN

Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi xəttini əks etdirmir. Bu barədə Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. "Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib", - açıqlamada deyilir. Bildirilib ki, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. Diqqətə çatdırılıb ki, Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyi hədəfləyir. Qeyd edək ki, ötən gün Fransa parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə qətnamə qəbul edib.
1-12-2022, 13:41
Kömür mədənində partlayış - 9 nəfər öldü


Kömür mədənində partlayış - 9 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətinin Orakazi bölgəsində kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində mədəndə çökmə olub. Hadisə zamanı 9 işçi həyatını itirib, daha 4 nəfər isə yaralanıb. Orakazi bölgəsinin qubernatoru Adnan Fərid həyatını itirən və yaralananların Şanqla bölgəsindən olduğunu bildirib. İlkin araşdırmalara əsasən, partlayışın şaxtada yığılan qazdan baş verdiyi ehtimal edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!