4-12-2022, 14:20
Pakistanda silahlı münaqişə Pakistanın Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimalında yerləşən Noşera bölgəsində patrul xidməti həyata keçirən polislər atəşə tutulub. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, hadisə zamanı üç polis əməkdaşı öldürülüb. Rəsmilər hücum edənlərin kim olduğu barədə məlumat verməyib. "Təhrik-e-Taliban Pakistan" terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
4-12-2022, 14:13
İranda Çinin baş konsulluğu açılacaqİranın Bəndər-Abbas şəhərində Çinin baş konsulluğu açılacaq. Bu barədə "Mehr" agentliyi məlumat yayıb. Bildirilir ki, Bəndər-Abbasda Çin baş konsulluğunun yaradılması üçün ilkin şərtlər yerinə yetirilib. Rəsmilər konsulluğun açılmasının əlaqələrin yaxşılaşdırılmasını sürətləndirəcəyinə ümid etdiklərini bildiriblər.
4-12-2022, 14:09
Tacikistanla Qırğızıstan arasında gərginlikQırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında toqquşma olub. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat yayıb. Bildirilib ki, Somoniye (Tacikistan) kəndindən Dahma kəndinə keçərkən qırğızların ünvanına təhqiramiz ifadələr işlətməyə başlayan Tacikistan vətəndaşları ilə Qırğızıstan sakinləri arasında dava düşüb. Tərəfləri ayırmaq üçün üç dəfə havaya xəbərdarlıq atəşi açılıb.
4-12-2022, 14:05
"Kızılelma" pilotsuz döyüş təyyarəsi səmadaTürkiyənin "Baykar" şirkətinin istehsal etdiyi "Kızılelma" pilotsuz döyüş təyyarəsi ilk dəfə uçuş-enmə zolağından havaya qalxıb. Bu barədə “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar məlumat yayıb. Hazırda sınaq prosesi davam edən "Kızılelma"nın ilk uçuşunun 2023-cü ildə reallaşacağı açıqlanıb. Qeyd edək ki, 14.7 metr uzunluğunda olan pilotsuz qırıcı 1500 kiloqrama qədər silah və raketlər daşıya bilir.
4-12-2022, 13:55
Nazirlər hərbi sazişə imza atdılar Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minsk şəhərində belaruslu həmkarı Viktor Xrenin ilə görüşüb. Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. Danışıqlar zamanı nazirlər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Nazirlər, həmçinin hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsinə dair saziş protokolunu imzalayıblar. “Belarus Respublikası bizim etibarlı tərəfdaşımız olub və olaraq qalır. Bu, kollektiv Qərbin misli görünməmiş təzyiqləri və ölkələrimizə qarşı elan edilməmiş müharibə şəraitində bu gün xüsusilə vacibdir”, - rusiyalı nazir həmkarı ilə danışıqlar zamanı bildirib.
4-12-2022, 09:56
Odlar Yurdu universiteti tələbələri "narkomaniya və zərərli vərdişlərə" yox deyir! Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən keçirilən maarifləndirici tədbirdə layihə rəhbəri Vidadi Fətullayev, vətəndaşların sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlardan, narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadlarından danışıb.O, narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə işinə cəmiyyətimizin bütün üzvlərinin qatılmasının zəruriliyini vurğulayıb və gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun (NMDK) məsul əməkdaşı Vasif Quliyev, narkomaniyaya qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində İşçi Qrup tərəfindən görülən işlər barədə danışıb, slaydlarla narkotik və psixotrop maddələr, onların səbəb olduğu xəstəliklər barədə ətraflı məlumatlar verib, 802 və 102 qaynar xətlərinin bu istiqamətdə əhəmiyyətini qeyd edib və tələbələrin bu mövzuda səsləndirdikləri sualları cavablandırıb.
Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən iştirakçılar, Prezident İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin onlar üçün bir şüar olduğunu vurğulayıblar və tədbirin təşkilinə dəstək göstərən bütün qurumlara minnətdarlıqlarını çatdırıblar.
Butov.az