Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
9-12-2022, 17:08
Qriqoryandan sülh müqaviləsiylə bağlı açıqlama


Qriqoryandan sülh müqaviləsiylə bağlı açıqlama

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında imzalanması ehtimal olunan sülh müqaviləsi ilə bağlı yeni məlumatlar açıqlayıb. Qriqoryan bu barədə Ermənistan parlamentinin iclasında danışıb. “Azərbaycanla sülh müqaviləsinin sadəcə 1 maddəsi razılaşdırılıb. Bu, Vyana Konvensiyasına uyğun olaraq, ölkələr arasında diplomatik əlaqələrin qurulması ilə bağlıdır. Başqa məsələlərdə dəqiq razılaşma yoxdur”, - deyə Qriqoryan bildirib. Onun sözlərinə görə, sülh müqaviləsinin mətni indiyə qədər 3 dəfə redaktə olunub: “Hazırda müqavilənin üzərində Ermənistan tərəfi işləyir”.
9-12-2022, 17:06
Baş nazir ərzaq bahalaşmasından danışdı


Baş nazir ərzaq bahalaşmasından danışdı

Cari ilin ötən dövründə Azərbaycanda ikirəqəmli inflyasiya əsasən, ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir: “Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub". Baş nazir vurğulayıb ki, yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur: "Cənab Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bir sözlə qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22 % təşkil etmiş və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli olub (13,8 %)”.
9-12-2022, 17:02
Zelenski ölkə böhranından danışdı


Zelenski ölkə böhranından danışdı

“13 milyondan tondan artıq kənd təsərrüfatı məhsulunu 40-dan çox ölkəyə çatdırmışıq”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə keçirilən “TRT World Forum” tədbirinə ünvanlandığı müraciətində deyib. “Bizim cəsur əsgərlərimizin Rusiyaya ilə müharibədəki gücü, eləcə də diplomatiyamızın gücü sayəsində Qara dənizdəki üç limandan ixracatı bərpa etməyi bacardıq. Burada Türkiyə və BMT ilə birgə fəaliyyətimizlə aclıq böhranının qarşısını aldıq”, - deyə Zelenski bildirib. O, fəaliyyətin Afrika ölkələri tərəfindən hiss olunduğunu xüsusi vurğulayıb.
9-12-2022, 16:54
Ukrayna xalqı Qərbin qurbanına çevrilib - Putin


Ukrayna xalqı Qərbin qurbanına çevrilib - Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, hazırda çoxqütblü dünyanın inkişafında dəyişikliklər baş verir. Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclasının iştirakçılarına video müraciətində deyib. "Bu gün yeni kəskin çağırışlar yaranır, geosiyasi dəyişikliklər baş verir. Gözümüzün qarşısında həqiqətən çoxqütblü dünya nizamının konturları yaranır: Asiya, Afrika, Latın Amerikasında yeni inkişaf mərkəzləri formalaşır. Tarixin bu obyektiv proseslərinə müqavimət göstərmək sadəcə mümkün deyil”, - Putin qeyd edib. Rusiya prezidenti Ukrayna ilə aparılan müharibəyə də toxunub. Deyib ki, Qərb bütün vasitələrlə öz dominantlığını qorumağa çalışır, Ukrayna xalqı isə bu istəklərin qurbanına çevrilir. "Biz Ukraynada bu cür hərəkətlərin ağır nəticələrini görürük. Bir neçə ildir ki, Qərb həyasızcasına Ukraynanın resurslarını mənimsədi və istismar etdi, bu ölkəni faktiki olaraq müstəmləkəyə çevirdi. İndi də Ukraynanı silah və sursatla təmin etməklə, muzdlular göndərərək, onu intihar yoluna sövq edir”. Rusiya lideri bildirib ki, alternativ inkişaf modellərini saxlamaq üçün Qərb qeyri-qanuni sanksiyalar tətbiq edir, “rəngli inqilablar” texnologiyalarından istifadə edir və hərbi münaqişələri qızışdırır. Putin ŞƏT və MDB çərçivəsində daimi məlumat mübadiləsinin və hərbi-texniki əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib. O, həmçinin birgə sülhməramlı missiyaların müstəsna əhəmiyyətini qeyd edib.
9-12-2022, 16:50
Rusiya İran istehsalı yeni PUA-lar alıb


Rusiya İran istehsalı yeni PUA-lar alıb

Rusiya İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) yeni partiyasını alıb. Bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. İddia olunur ki, Rusiya bir neçə yüz “Shahed-131” və “Shahed-136” pilotsuz uçan aparatlarından ibarət əvvəlki ehtiyatını tükəndirib və çox güman ki, indi əlavə PUA-lar alıb. Kəşfiyyat qeyd edir ki, 2022-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 17 pilotsuz uçan aparatın, o cümlədən 14 “Sahed-136”nın vurulması barədə məlumat verib.
9-12-2022, 16:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.
9-12-2022, 16:44
Ölkədə ərzaqla bağlı problem mövcud deyil - Əli Əsədov


Azərbaycanda ərzaqla bağlı problem mövcud deyil - Əli Əsədov

“Dünyada yaşanan qlobal ərzaq problemlərinə baxmayaraq, Azərbaycanda ərzaqla bağlı hər hansı problem mövcud deyil”. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. “Dünyada ərzaq böhranı hər kəsə məlumdur. Amma ölkədə ərzaq təminatı ilə bağlı problem yoxdur və olmayacaq. Bunun üçün dövlət tərəfindən müəyyən proqramlar hazırlanıb”. Baş nazir qeyd edib ki, ərzaq qiymətinin artımının qarşısını almaq üçün zəruri işlər görülür və görüləcək. “Bunun üçün əhalinin real gəliri, alıcılıq qabiliyyəti nəzərə alınır”, - baş nazir vurğulayıb.
9-12-2022, 16:41
“Sosial müavinətlər haqqında” qanun yeniləndi


“Sosial müavinətlər haqqında” qanun yeniləndi

Milli Məclis “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib. Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət alacaqlar. Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
9-12-2022, 16:38
“Yaşayış minimumu haqqında” qanun layihəsi müzakirə olundu


“Yaşayış minimumu haqqında” qanun layihəsi müzakirə olundu

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunub. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Layihəyə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən ediləcək.
9-12-2022, 16:35
Yeni ilin dövlət büdcəsi müəyyən olundu


Yeni ilin dövlət büdcəsi müəyyən olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib. Belə ki, qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq, 30 milyard 773 milyon 978 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təşkil edirdi. Eyni zamanda dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat nəzərdə tutulurdu.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!