Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
11-12-2022, 15:56
Yeni ilə hazırlaşarkən öldü


Yeni ilə hazırlaşarkən öldü

Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş. Həmin vaxt o, pəncərədən yıxılıb. Yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.
11-12-2022, 15:43
Rusiya XİN-dən Gürcüstana mesaj


Rusiya XİN-dən Gürcüstana mesaj

"Bir daha vurğulamaq istəyirəm ki, Rusiya tərəfi lazımi ilkin şərtlər formalaşarsa, Gürcüstan ilə birbaşa aviareysləri bərpa etmək barədə qərar qəbul edə bilər. Biz qarşı tərəfin mövqeyini gözləyirik". Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. O bildirib ki, Rusiya tərəfi buna hazırdır, lakin Gürcüstan bu məsələdə gözləmə mövqeyində dayanıb: “Birbaşa uçuşların bərpası və Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması məsələsində aydın mövqeyimiz var. Lazımi ilkin şərtlər formalaşarsa, biz bununla bağlı qərarların qəbuluna hazırıq. Təəssüf ki, Tbilisinin mövqeyi isə aydın deyil. Hətta Gürcüstan Rusiyaya qarşı daha radikal mövqe nümayiş etdirir".
11-12-2022, 15:39
Avropa İttifaqının Ukraynaya yeni yardım planı təsdiqləndi


Avropa İttifaqının Ukraynaya yeni yardım planı təsdiqləndi

Avropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib. Sənəd qəbul olunması üçün gələn həftə Avropa Parlamentinə göndəriləcək. Bu barədə qurumun saytında məlumat yer alıb. Şura Aİ-nin 2023-cü ildə Ukraynaya kredit şəklində 18 milyard avro maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib. Kreditin 10 illik güzəşt müddəti olacaq.
11-12-2022, 15:29
Məğlub olan Ronaldo göz yaşlarına boğuldu


Məğlub olan Ronaldo göz yaşlarına boğuldu

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya millisinin Mərakeşə məğlub olmasından sonra Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo göz yaşlarına boğulub. Futbolçunun ağlaması fotolara yansıyıb. Qeyd edək ki, Mərakeş rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Portuqaliya millisi heç vaxt dünya çempionu olmayıb. Kriştianu Ronaldo karyerasının əvvəlindən beş dünya çempionatında iştirak edib, turnirlərin pley-off mərhələsində qol vurmayıb. Futbolçu bugünkü görüşün start heyətində də yer almayıb.
11-12-2022, 15:26
Mərakeşdən Ukraynaya ilk hərbi yardım


Mərakeşdən Ukraynaya ilk hərbi yardım

Mərakeş Ukraynaya hərbi yardım göstərən ilk Afrika ölkəsi olacaq. Bu barədə Fransanın “Le journal de l” qəzeti yazıb. Qeyd olunub ki, Mərakeş Ukraynaya T-72 tanklarının ehtiyat hissələrini vermək niyyətindədir. Beləliklə, Mərakeş Kiyevi silahla dəstəkləyən Afrika ölkələrindən birincisi olacaq. Həmçinin bildirilib ki, ABŞ-ın tövsiyəsi ilə Ukraynaya tanklar üçün ehtiyat hissələri Kiyevə göndəriləcək.
11-12-2022, 15:19
Toyda bıçaqlanma ölümlə nəticələndi


Toyda bıçaqlanma ölümlə nəticələndi

Goranboyda toy məclisində bıçaqlanma olub. Hadisə rayonun Faxralı kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Elman Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yarası tikilib, lakin vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.
11-12-2022, 15:12
Təxribat nəticəsinsə monitorinq baş tutmadı


Təxribat nəticəsinsə monitorinq baş tutmadı

Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb. Bu barədə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib. “Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Qolasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan iştirak edirdirlər. Əvvəlki müzakirələr nəticəsində səfərimizin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyətimiz üçün şərait yaradılmamışdı”, - qurum rəsmisi deyib. Məsim Məmmədov qeyd edib ki, onların getdikləri ikinci obyektin giriş qapısında da böyük bir kütlə toplaşıb: “Biz baxanda gördük ki, eyni şəxslər həmin obyektlərdən başqa bizim hərəkət etdiyimiz istiqamətdə yolu yenidən kəsmişlər. Rusiya sülhməramlı qüvvələrin nümayəndələri, rəhbərlik, komandanlıq onlarla danışığa girməklərinə baxmayaraq, nəticə əldə edilmədi. Hesab edirik ki, bu, iki tərəflin təşkil etdiyi təxribatdır”.
11-12-2022, 15:01
Konqres anti-Azərbaycan düzəlişlərini qəbul etmədi


Konqres anti-Azərbaycan düzəlişlərini qəbul etmədi

ABŞ Konqresinin Nümayəndələr Palatası 2023-cü maliyyə ili üçün ölkənin müdafiə büdcəsi layihəsində ermənipərəst konqresmenlərin təklif etdiyi anti-Azərbaycan düzəlişlərini qəbul etməyib. Konqresin 350 üzvü 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyətləri Aktının (NDAA) lehinə səs verib. Erməniyönlü konqresmenlər sənədin əleyhinə səs veriblər: Demokratlar Adam Sciff, Frank Palon, Cudi Çu və respublikaçı Qus Bilirakis. Demokrat konqresmenlər Robert Menendez və Aleks Padilla tərəfindən ölkənin 2023-cü maliyyə ili müdafiə büdcəsi təklifinə iki düzəliş, Jackie Speier, Frank Pallon, Adam Schiff və Tony Cardenas tərəfindən beş düzəliş təklif edilmişdi. 682 və 724 saylı düzəlişlər ABŞ-ın Azərbaycana yardımını qadağan etməyi nəzərdə tuturdu.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!