Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
12-12-2022, 18:31
İran XİN-dən Ukrayna münaqişəsi ilə bağlı açıqlama


İran XİN-dən Ukrayna münaqişəsi ilə bağlı açıqlama

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanani deyib ki, Moskva və Tehran arasında müdafiə sahəsində əməkdaşlıq heç bir üçüncü dövlətə, xüsusən də Kiyevə qarşı yönəlməyib. O, bunu bazar ertəsi mətbuat konfransında bildirib. Kananinin sözlərinə görə, Tehran Ukrayna münaqişəsinin tərəfi deyil və hərbi əməliyyatlarda iştirak etmir: “İran və Rusiya arasındakı əməkdaşlıq müxtəlif sahələrdə ortaq maraqlara əsaslanır və iki ölkənin müdafiə sahəsində əməkdaşlığı hər hansı üçüncü ölkə əleyhinə deyil". "Bu böhranın həlli siyasi dialoqdur, sülhü bərqərar etmək və müharibəni dayandırmaq lazımdır. Biz dəfələrlə demişik ki, bu münaqişə tərəflərinin heç birinə nə silah, nə də hərbi yardım göstərmirik", - iranlı diplomat əlavə edib. Kanani deyib ki, İrana qarşı iddialar siyasi motivlidir və müharibənin bir tərəfinə silah göndərən ölkələr tərəfindən irəli sürülür. Qərb ölkələri isə bildirir ki, İran hazırda Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya pilotsuz təyyarələr verir. Moskva və Tehran bu cür ittihamları dəfələrlə rədd edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib ki, Tehran Rusiya Federasiyasını pilotsuz təyyarələrlə təmin edib, lakin bnu, Ukraynada xüsusi əməliyyatın başlamasına bir neçə ay qalmış baş verib. İranın xarici işlər naziri Rusiyaya raketlərin tədarükü ilə bağlı məlumatı “tamamilə yalan” adlandırıb. Avropa İttifaqı Tehrana qarşı sanksiyalar tətbiq edib. İran da cavab olaraq Avropa Birliyinə qarşı sanksiyalarını genişləndirib.
12-12-2022, 18:25
Ərdoğan Türkiyənin iqtisadi inkişafından danışdı


Ərdoğan Türkiyənin iqtisadi inkişafından danışdı

“Qara dənizdə kəşf etdiyimiz 540 milyard kubmetr qazla yeni dövrü başlatdıq”. Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib. “Daxildəki neft istehsalımızı gələn il 100 min barelə çatdırmağı hədəfləyirik. Qara dənizdə kəşf etdiyimiz 540 milyard kubmetr qazla yeni dövrü başlatdıq. Heç kimin köməyinə ehtiyac duymadan kəşfiyyat-axtarış işlərini özümüz gördük”, - Ərdoğan deyib. O, bundan sonra da ölkənin iqtisadi inkişafı üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
12-12-2022, 18:23
Enerji infrastrukturunun 50 faizi məhv edilib - Zelenski


Enerji infrastrukturunun 50 faizi məhv edilib - Zelenski

Rusiyanın raket zərbələri nəticəsində ölkənin enerji infrastrukturunun 50 faizi məhv edilib. Bu barədə Prezident Vladimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə telefon söhbətində deyib. Ukraynanın dövlət başçısı, həmçinin ölkənin enerji sisteminin bərpası istiqamətində ABŞ-ın yardımını xüsusilə vurğulayaraq bu sahədə əməkdaşlığın dərinləşəcəyinə ümidini ifadə edib. O, eyni zamanda Cozef Baydeni Ukraynanın hava hücumundan müdafiə sisteminin formalaşmasına yardım göstərməyə çağırıb. Qeyd edək ki, Cozef Bayden bir müddət öncə Ukrayna prezidenti ilə telefon danışığında ABŞ-ın Kiyevə iqtisadi və humanitar yardım göstərmək, həmçinin ona təhlükəsizlik sahəsində kömək etmək öhdəliyini bir daha təsdiqləyib.
12-12-2022, 18:19
Paşinyan bu ölkələrin bir-birinə ehtiyacını vurğuladı


Paşinyan bu ölkələrin bir-birinə ehtiyacını vurğuladı

Bütün region dövlətləri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycan təhlükəsizlik, suverenlik və müstəqilliyin təmini baxımından bir-birinə lazımdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 12-də İrəvandakı çıxışı zamanı deyib. O, Cənubi Qafqazda Ermənistan-Gürcüstan-Azərbaycan formatında müzakirələrə başlamaq ideyasını xatırladıb. "Mən həmişə bu ideyanı dəstəkləmişəm. Lakin platformadan ilk növbədə regionda nifrət sözünün kökünü kəsmək üçün istifadə etməliyik. Ölkələrin liderləri nifrətin qızışdırılmasının qarşısını almaq üçün əməkdaşlığa razı olduqlarını rəsmən bəyan etməlidirlər”, - Baş nazir deyib. Paşinyan sonda Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərini çox vacib adlandırıb.
12-12-2022, 17:56
Ərdoğan müdafiə sənayesi uğurlarından danışdı


Ərdoğan müdafiə sənayesi uğurlarından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin müdafiə sənayesi sahəsində uğurlarından danışıb. Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib. O bildirib ki, Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib: "Bu sahədə 20 il kimi qısa bir müddətə böyük uğur hekayəsi yazdıq. Müdafiə proyektlərimizin büdcəsini 5.5 milyard dollardan tenderləri davam edən layihələrlə birlikdə 75 milyard ABŞ dollarına çatdırmışıq", - Türkiyə prezidenti deyib. “Türkiyənin yerli və milli elektrikli avtomobili olan “TOGG” ilə millətimizin 60 illik arzusunu gerçəkləşdiririk. Cümhuriyyətimizin 99-cu ildönümü münasibətilə bu avtomobilin istehsalına başladıq”, - deyə Ərdoğan əlavə edib.
12-12-2022, 17:47
50 yaşlı kişinin 17 yaşlı qızla evlənməsi faktı araşdırıldı


50 yaşlı kişinin 17 yaşlı qızla evlənməsi faktı araşdırıldı

Gədəbəy rayonunda 17 yaşlı qızın 50 yaşlı kişiyə ərə verildiyi iddia edilib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Lakin qızın 17 yox, 23 yaşında olduğu məlum olub. Gənc qız 50 yaşlı Elfaq Şəkərbəyli ilə ailə həyatı qurub. E.Şəkərbəyli dörd dəfə evlənib-boşanıb. Bu, onun beşinci evliliyidir. Hazırda nişanlandığı 23 yaşlı qızla oğlunun nişanında tanış olub. Belə ki, kişi oğlunun nişanında gəlinin bacısını görüb, bəyənib. Daha sonra oğlu ilə nişanlısı ayrılsa da, kişi ilə 23 yaşlı qızla evlənməyə qərar verib. E.Şəkərbəyli iş adamıdır. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, yeniyetmənin nikaha daxil olması barədə Gədəbəy Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb: “Yayılan görüntülərdə qızın 17 yaşı olduğu qeyd edilib. Bütün bunlara baxmayaraq, araşdırma aparılır”. Qeyd edək ki, gənc qızla ailə quran 50 yaşlı şəxs Gədəbəyin Əmiraslanlı (keçmiş Şəkərbəyli) kəndinin sakinidir.
12-12-2022, 17:29
Paşinyanın regionda sülhün bərqərar olmasıyla bağlı təklifi


Paşinyanın regionda sülhün bərqərar olmasıyla bağlı təklifi

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmununu və keyfiyyətini dəyişmək lazımdır. Paşinyanın sözlərinə görə, regionda sülhün bərqərar olması üçün sadə, lakin vacib şeylərdən başlamaq lazımdır. Baş nazir həm rəsmi, həm də gündəlik səviyyədə söylənilən yumşaq nitqi tərəflər arasında atmosferin yaxşılaşdırılması üçün mühüm element hesab edir. Paşinyan Ermənistanda və ya Azərbaycanda siyasi opponentləri incitmək üçün müvafiq olaraq kimlərinsə “türk”, “erməni” adlandırılması praktikasına son qoyulmasının vacibliyini bəyan edib. Baş nazir qeyd edib ki, Ermənistanda onun özünü də çox vaxt “türk” adlandırırlar. Ancaq o, bunu özünə təhqir kimi qəbul etmir, buna baxmayaraq, sülhə nail olmaq istəyi varsa, bu çirkin əmələ son qoyulmalı olduğunu nəzərə alır. Paşinyan əmindir ki, etnik qrupların adları heç vaxt təhqir olmamalıdır. Paşinyan bu kontekstdə Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakı ilə regional dialoq formatı təklif edib və bunun regional əməkdaşlığa töhfə verə biləcəyini qeyd edib. "İdeya yeni deyil və mən həmişə onu dəstəkləmişəm. Amma mən mühüm, fundamental düstur təklif etmişəm - Ermənistan-Gürcüstan-Azərbaycan platformasından yalnız və yalnız bizim regionda "nifrət nitqi"ni istisna etmək üçün istifadə edilməlidir", - o deyib.
12-12-2022, 17:24
Etiraza qarşı hərbi texnika cəlb olundu


Etiraza qarşı hərbi texnika cəlb olundu

Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları əraziyə hərbi texnika cəlb ediblər. Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.
12-12-2022, 17:21
Heydər Əliyevin anım günündən görüntülər


Heydər Əliyevin anım günündən görüntülər

Dekabrın 12-si Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günüdür. Anım günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyur, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildirirlər. Dövlət rəsmiləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, sıravi vətəndaşlar da Fəxri xiyabana axın edərək Ulu Öndərin məzarını ziyarət edir, xatirəsini anır, ruhuna dualar oxuyurlar. Anım günündən görüntüləri təqdim edirik.




12-12-2022, 17:16
Bu tarixdə yerə asteroid yaxınlaşacaq


Bu tarixdə yerə asteroid yaxınlaşacaq

Dekabrın 15-də diametri təxminən 82 metr olan asteroid Yerin yanından keçəcək. Bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb. 2015 RN35 asteroidi dekabrın 15-də 686.000 km məsafədə Yerə ən yaxın yaxınlaşmasını həyata keçirəcək. Məlumatına görə, asteroidin sürəti saatda 21 276 km-dir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!