Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
18-12-2022, 16:19
İordaniyada toqquşma - Ölən və yaralananlar var


İordaniyada toqquşma - Ölən və yaralananlar var

İordaniyanın Əl-Hüseyniyə şəhərində yanacağın qiymətinin qalxmasına etiraz edən sakinlər və polis əməkdaşları arasında toqquşma baş verib. İğtişaş zamanı silahlı təxribatçıların açdığı atəş nəticəsində bir polis zabiti həlak olub, daha iki qanun keşikçisi yaralanıb. Məlumata görə, əraziyə cəlb olunan əlavə polis qüvvələri iğtişaşda iştirak edən 44 nəfəri saxlayıb. İordaniya Kralı II Abdulla dövlət telekanalında çıxış edərək bildirib ki, “dövlətə qarşı silah qaldıranlar ağır şəkildə cəzalandırılacaqlar”. Qeyd edək ki, İordaniyada yanacağın qiymətinin iki dəfəyə yaxın qalxmasına görə sürücülər və mağaza sahibləri bir həftədir tətil edirlər.
18-12-2022, 16:16
İlham Əliyev Səudiyyə nümayəndə heyətini qəbul etdi


İlham Əliyev Səudiyyə nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin yüksək səviyyədə olması qeyd edildi, həm Azərbaycan Prezidenti, həm də Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdinin səyləri nəticəsində əlaqələrimizin daha da möhkəmləndiyi vurğulandı. Dövlətimizin başçısı bundan əvvəl Xalid bin Əbdüləziz Əl-Falihlə görüşünü məmnunluqla xatırlayaraq Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçəcəyinə əminliyini bildirdi. Əməkdaşlığımızın gündəliyinin daha da genişləndiyini deyən Prezident İlham Əliyev sabah keçiriləcək Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı biznes forumunun əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı əsaslar yaratdığını dedi və biznes sahəsində əməkdaşlığın, o cümlədən investisiya və energetika sahələrində əlaqələrin genişləndirilməsi üçün hər iki tərəfin qarşılıqlı maraq göstərdiyini bildirdi, bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihəni əməkdaşlığın faydalı nümunəsi kimi qiymətləndirdi. Prezident İlham Əliyev alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olduğunu dedi. Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanı Krallığından nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza nəzərdə tutulan səfərini, orada aparılan yenidənqurma işlərinə göstərdikləri marağı və Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrinin ölkəmizə investisiya qoymaq istəklərini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ilə keçirilən görüşdən şərəf hissi duyduqlarını bildirən Xalid bin Əbdüləziz Əl-Falih əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi tapşırıq və tövsiyələrə görə minnətdarlığnı bildirdi. Qonaq İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud və Vəliəhdi Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını və son dövrlərdə ölkəmizin əldə etdiyi böyük uğurlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi. Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana OPEK+ çərçivəsində əməkdaşlıq və Səudiyyə Ərəbistanının bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsində verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Qonaq qeyd etdi ki, ölkəsi Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi məsələsindəki haqlı mövqeyini hər zaman dəstəkləyib. Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük bərpa və yenidənqurma işlərinin Səudiyyə Ərəbistanı Krallığında hələ də böyük sevinclə izlənildiyini vurğuladı. Səudiyyə Ərəbistanının Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edən qonaq dedi: “Biz çox şadıq və ümid edirik ki, yenidənqurma və bərpa işləri vasitəsilə sizin sülh mərhələsinə keçidiniz uğurlu olacaq”. Qonaq bunun bölgəyə firavanlıq gətirəcəyinə ümidvar olduğunu bildirdi. Xalid bin Əbdüləziz Əl-Falih ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsinin əhəmiyyətini vurğuladı. Qonaq Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın həyata keçirdiyi layihələrin, bu baxımdan dünən Rumıniyada imzalanan Sazişin əhəmiyyətinə toxundu. Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmi vurğulandı, ölkəmizdə bərpaolunan enerji generasiya layihələrində Səudiyyə Ərəbistanı Krallığından olan şirkətlərin iştirakı müzakirə edildi. Qeyd edildi ki, Səudiyyə Ərəbistanı Krallığı bu istiqamətdə, həmçinin kənd təsərrüfatında və digər sahələrdə yeni layihələrə investisiya qoymaqda maraqlıdır. Görüşdə Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondunun və Dövlət İnvestisiya Fondunun ölkəmizdəki layihələri maliyyələşdirməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Sonda xatirə şəkli çəkdirildi.


18-12-2022, 16:12
Xankəndi yolunda baş verən aksiyayla bağlı son durum


Xankəndi yolunda baş verən aksiyayla bağlı son durum

Artıq yeddi gündür ki, ekologiya üzrə ixtisaslaşmış Qeyri-Hökumət təşkilatları, ictimai fəallar və könüllülər Şuşa-Xankəndi yolunda ekoloji cinayətlər əleyhinə aksiya keçirirlər. Hava şəraitinin soyuq olmasına baxmayaraq, dinc aksiya hələ də davam edir. Getdikcə aksiya iştirakçılarının sayı artır və ölkənin bütün bölgələrindən Laçın yoluna axın müşahidə edilir. İlk gündən aksiyanın iştirakçılarından olan QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə etirazlarla bağlı son durum barədə məlumat verib. Onun sözlərinə görə, hazırda aksiya yüksək səviyyədə davam edir: “Artıq bir həftədir aksiya davam edir. Biz ikinci dəfədir ki, aksiyaya qoşuluruq. Dünən axşamdan buradayıq, könüllülər, QHT nümayəndələri aksiyaya qoşulub. Bu gün Rusiya sülhməramlılarına məxsus humanitar yönümlü yük maşınları əks istiqamətdə maneəsiz hərəkət edib. Aksiya yüksək səviyyədə keçirilir, tələblərimiz olduğu kimi qalır. Əsas tələblər Azərbaycan nümayəndə heyətinin monitorinq aparmasına icazə verilməsi, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında yerləşən sərvətlərimizə dəyən ziyanın öyrənilməsidir. Aksiyanın əsas şüarları isə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”dır. Bu kimi şüarlar üç dildə - Azərbaycan, rus, ingilis dillərində səslənir, plakatlar da qaldırılır. Aksiya iştirakçılarının təhlükəsizliyi yüksək səviyyədə təmin edilir. Eyni zamanda gecə boyu Azərbaycanın milli musiqiləri səslənib, humanitar mesajlar verilib”. QHT rəhbəri vurğulayıb ki, aksiyanın davam etdirilməsində məqsəd sülhməramlıların xidmət etdiyi ərazilərdə faydalı qazıntı yataqlarımızın qanunsuz istismarının dayandırılmasıdır: "Tələb edirik ki, müvafiq dövlət qurumları, o cümlədən QHT-lər ekoloji məsələlərlə bağlı monitorinq keçirsinlər. Təəssüf ki, bu günə qədər ərazilərimizdə monitorinqlərin keçirilməsinə şərait yaradılmayıb. Aidiyyəti qurumlarımız bununla bağlı yol xəritəsi hazırlayaraq sülhməramlıların nümayəndələrinə təqdim edib. Tələblərimiz hələ də yerinə yetirilməyib". Aksiya iştirakçısı onu da qeyd edib ki, sülhməramlıların əsas vəzifəsi təhlükəsizliyi təmin etmək olduğu halda, onlar yalnız ermənilərin mənafeyini qoruyurlar: "Sülhməramlılar xarici ölkə vətəndaşlarının buraya keçməsinə şərait yaradıblar. İşğaldan azad olunmuş ərazilərimizdə təbii sərvətlərin danışmasına göz yumublar. Bu səbəbdən biz mübarizəmizi sona qədər davam etdirəcəyik”. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
18-12-2022, 16:09
ABŞ-da polis idarələrindən maraqlı kampaniya


ABŞ-da polis idarələrindən maraqlı kampaniya

ABŞ-ın New-York ştatının Broklyn şəhərində yerli polis idarələri maraqlı kampaniya başladıb. Fərdlərin kütləvi silah almasının qarşısını almaq üçün qeyri-adi addım atılıb. Belə ki, əgər kimsə könüllü şəkildə silahını polisə təslim edərsə, 500 dollar mükafat alacaq. Üstəlik, silahın dəyəri də sahibinə geri veriləcək. İlkin mərhələdə silahlarını təhvil verənlərə 500 dollardan əlavə mobil tabletlər də hədiyyə edilib.
18-12-2022, 16:06
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 8-11 dərəcə isti olacaq. Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi axşama doğru bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
18-12-2022, 16:01
Kəskin hava şəraiti Moskvanı iflic vəziyyətinə saldı


Kəskin hava şəraiti Moskvanı iflic vəziyyətinə saldı

Dekabrın 18-də Moskva hava limanlarında 49 reys gecikib, güclü duman səbəbindən 12 reys isə ləğv olunub. Gediş-gəliş cədvəlində dəyişiklik paytaxtın üç hava limanında müşahidə edilir. Məlumata görə, Vnukovoda 11 reys gecikir, 8 reys isə ertələnib. Domodedovoda 28 reys gecikib, ikisi ləğv edilib. Həmçinin Şeremetyevoda 10 reys gecikib, ikisi ləğv olunub. Davam edən qar yağışı səbəbindən şəhərin hava limanlarında da gecikmələr müşahidə olunur.
18-12-2022, 15:29
Azərbaycandan Litvaya etiraz


Azərbaycandan Litvaya etiraz

Azərbaycanın uzun illər geniş tərəfdaşlıq münasibətlərinə malik olduğu və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə xüsusi önəm vərən və daim bu prinsiplərdən çıxış edən Pribaltika ölkəsi olan Litvanın belə bir bəyanatla çıxış etməsi təəccüb və təəssüf doğurur. Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib. O bildirib ki, bu bəyanat eyni zamanda, Litva Respublikasının Prezidenti Gitanas Nausedanın cari ilin may ayında Azərbaycana səfəri zamanı aparılmış müxtəlif istiqamətli müzakirələr kontekstində anlaşılmazlıq yaradır. Ayxan Hacızadə deyib: “Litva tərəfinə xatırladırıq ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” deyilən ərazi vahidi mövcud deyil. Litva artıq “Pribaltika” ölkəsi adlandırılmadığı kimi, Azərbaycanın Qarabağ İqtisadi rayonunun Sovet İttifaqı zamanı formalaşdırılmış keçmiş adlarla adlandırılması qəbuledilməzdir. Litva Xarici İşlər Nazirliyinin qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına, Laçın yolundan həm hərbi təxribatlar, minaların Azərbaycan ərazisinə ötürülməsi, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına etiraz bildirməsi əvəzinə məsələyə qərəzli və birtərəfli yanaşma tətbiq etməsi narahatlıq doğurur. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının dinc və haqlı etirazına hörmətlə yanaşılmalıdır. Bölgədə humanitar vəziyyət barədə iddialara gəldikdə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazırdır və bu məsələdə üçüncü tərəfin müdaxiləsinə ehtiyac yoxdur”.
18-12-2022, 15:26
Zədələnən enerji obyektlərinin bir qismi bərpa olunub - Zelenski


Zədələnən enerji obyektlərinin bir qismi bərpa olunub - Zelenski

Ukrayna hakimiyyəti Rusiya ordusunun zərbələri nəticəsində zədələnən enerji obyektlərinin bəzilərini bərpa edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb. Zelenski bildirib ki, hazırda 6 milyon ukraynalı yenidən elektrik enerjisinə çıxış əldə edib. O vurğulayıb ki, Ukraynanın bir çox bölgələrində hələ də istilik və su təchizatı ilə bağlı problemlər var. “Bu gün əsas məsələ enerjidir. Gün ərzində demək olar ki, 6 milyon ukraynalı elektrik enerjisini əldə edə bilib, təmir işləri fasiləsiz olaraq davam edir”, - deyə Zelenski qeyd edib. Su və istilik təchizatında problemlərin olduğu bölgələr arasında Vinnitsa, Kiyev, Lvov, Dnepropetrovsk, Jitomir və digər vilayətlər var. Qeyd edək ki, oktyabrın əvvəlindən Rusiya ordusu Ukraynanın infrastrukturuna kütləvi zərbələr endirir.
18-12-2022, 15:21
Serbiya Kosovada yeni barikadalar qurdu


Serbiya Kosovada yeni barikadalar qurdu

Serblər Kosovonun şimalındakı Zveçan bələdiyyəsində yeni barrikadalar qurub. Bu barədə Kosovo polisi məlumat yayıb. Polis bildirib ki, serblər ölkənin şimalında vətəndaşların hərəkət azadlığına mane olur. Təhlükəsizlik qüvvələri bütün vətəndaşların və ölkənin təhlükəsizliyini təmin etməyə davam etdiyini açıqlayıb. "Ölkənin şimalında barrikadalar qurulandan bəri təhlükəsizlik vəziyyəti eyni olaraq qalır", - rəsmi məlumatda deyilir. Açıqlamada, həmçinin barrikadaların qurulması nəticəsində hərəkət azadlığının pozulduğu vurğulanıb.
18-12-2022, 15:16
Serbiya Kosovada yeni barikadalar qurdu


Serbiya Kosovada yeni barikadalar qurdu

Serblər Kosovonun şimalındakı Zveçan bələdiyyəsində yeni barrikadalar qurub. Bu barədə Kosovo polisi məlumat yayıb. Polis bildirib ki, serblər ölkənin şimalında vətəndaşların hərəkət azadlığına mane olur. Təhlükəsizlik qüvvələri bütün vətəndaşların və ölkənin təhlükəsizliyini təmin etməyə davam etdiyini açıqlayıb. "Ölkənin şimalında barrikadalar qurulandan bəri təhlükəsizlik vəziyyəti eyni olaraq qalır", - rəsmi məlumatda deyilir. Açıqlamada, həmçinin barrikadaların qurulması nəticəsində hərəkət azadlığının pozulduğu vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!