20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
21-12-2022, 16:59
Putinin mesajı Çin liderinə çatdırıldı


Putinin mesajı Çin liderinə çatdırıldı

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Çində səfərdədir. Medvedev Rusiya prezidenti Vladimir Putinin müraciətini Çin sədri Si Cinpinə çatdırıb. Qeyd olunur ki, Putinin verdiyi mesaj Rusiya və Çin arasında görünməmiş dialoq səviyyəsindən bəhs edir. Çin sədri Si Cinpin çərşənbə günü, dekabrın 21-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşüb, danışıqlar Pekindəki dövlət iqamətgahında aparılıb. Təhlükəsizlik Şurasının sədr müavini Çin lideri ilə Ukraynadakı vəziyyəti və “Vahid Rusiya” partiyasının Çin Kommunist Partiyası ilə əməkdaşlığını müzakirə edib. Medvedyevin Çin Kommunist Partiyasının dəvəti ilə Pekinə səfər etdiyi qeyd olunur.
21-12-2022, 16:37
Zelenski ABŞ-da səfərdədir


Zelenski ABŞ-da səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da səfərdədir. Onun amerikalı həmkarı Co Baydenlə görüşü və Konqresdə çıxışı planlaşdırılır. Bu barədə Zelenski tviter səhifəsində məlumat paylaşıb. "Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün ABŞ-a getdim. Xüsusilə, ABŞ Prezidenti Co Baydenlə Ukrayna və ABŞ arasında əməkdaşlığı müzakirə edəcəyik. Mən də Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”, - deyə prezident yazıb. Bundan əlavə, Ukrayna lideri ABŞ Konqresinin iki palatasının birgə iclasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
21-12-2022, 16:34
Ermənistanın keçmiş prezidenti məhkəməyə cəlb olundu


Ermənistanın keçmiş prezidenti məhkəməyə cəlb olundu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və qızları - Anuşla Satenik Antikorrupsiya Məhkəməsinə çağırılıb. Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib. S.Sarkisyan və qızları qanunsuz əmlak əldə etmək iddiası ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar. Onların məhkəməyə çağırılması tələbini Baş Prokurorluq irəli sürüb. Məhkəmə prosesi yanvarın 19-da baş tutacaq.
21-12-2022, 16:31
İran rejimə qarşı çıxan mollaların fəaliyyətinə icazə verilmir


İran rejimə qarşı çıxan mollaların fəaliyyətinə icazə verilmir

İranda müxalif fikirli din xadimi Molla Vahid Heruabadi həbs edilib. Bu barədə onun həyat yoldaşı twitter səhifəsində məlumat yayıb. O bildirib ki, 3 il 6 ay həbs cəzasına məhkum edilən və Evin həbsxanasına göndərilən din xadiminə həmçinin molla qiyafəsi geyinmək qadağan edilib. Türkiyədə yaşayan, İran üzrə Güney Azərbaycan əsilli ekspert Arif Kəskin də twitter səhifəsində bu praktikanın İranda geniş yayıldığını qeyd edib. "İranda rejimə qarşı fəaliyyət göstərən mollaların, mollalıq etməsinə icazə verilmir. Onlardan bəzilərinə hətta molla qiyafəsi geyinmək də yasaqlanır", - deyə Kəskin yazıb.

21-12-2022, 16:26
BMT atəşkəs üzrə bəyanatın öhdəliklərini yerinə yetirməyə çağırdı


BMT atəşkəs üzrə bəyanatın öhdəliklərini yerinə yetirməyə çağırdı

BMT baş katibinin köməkçisi Miroslav Yença Bakı və İrəvanı 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişi üzrə üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməyə çağırıb. Miroslav Yença bu barədə BMT Təhlükəsizlik Şurasının dünənki iclasında bildirib. “Tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatına və sonradan razılaşdırılmış bəyanatlara uyğun olaraq öz öhdəliklərini tam şəkildə yerinə yetirməlidirlər”, - deyə O, Bakı və İrəvanı “çox gec olmadan” davamlı sülh həllinə nail olmaq üçün diplomatik səylərini ikiqat artırmağa çağırıb. Miroslav Yença deyib ki, BMT Ermənistan tərəfinin Qarabağın dağlıq hissəsindəki mineral ehtiyatlardan qanunsuz istifadə etdiyinə dair iddiaları yoxlaya və təsdiq edə bilməz. BMT baş katibinin köməkçisi xatırladıb ki, Azərbaycan bundan əvvəl Laçın dəhlizində etirazların “mineral sərvətlərdən qeyri-qanuni istifadəyə və bunun ətraf mühit üçün fəsadlarına” qarşı yönəldiyini bildirib. "Nə Laçın dəhlizində, nə də Rusiya sülhməramlılarının məsuliyyət zonasında olmayan BMT bu iddiaları və ittihamları yoxlaya və təsdiq edə bilməz", - Yença deyib. O, həmçinin İrəvan və Bakını “çox gec olmadan” davamlı sülh həllinə nail olmaq üçün diplomatik səylərini ikiqat artırmağa çağırıb. Baş katibin köməkçisi beynəlxalq ictimaiyyəti Bakı ilə İrəvan arasında nəticələrinin bütün Cənubi Qafqaza təsir edə biləcəyi münaqişənin yenidən başlanmasının qarşısını almağa çağırıb. Xatırladaq ki, azərbaycanlı ekofəallar və QHT nümayəndələri dekabrın 12-dən Laçın yolunda Qarabağın dağlıq hissəsindəki qızıl və mis yataqlarının qanunsuz istismarına etiraz edirlər.
21-12-2022, 16:20
Avropa Məhkəməsinə yeni şikayət məktubu təqdim edildi


Avropa Məhkəməsinə yeni şikayət məktubu təqdim edildi

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni dövlətlərarası şikayət təqdim edib. Şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim olunub. Qeyd edək ki, 1992-ci il Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilmişdi. Bu ilin may-avqust aylarında Zabux kəndində 30 ilə yaxın azərbaycanlı evində qalan erməni ailələri əmlakları yandıraraq tərk ediblər. Bütövlükdə, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb. Artıq yeni mərhələdir. Laçın daxil olmaqla ərazilərimizin işğalı nəticəsində dəymiş ziyana görə işğalçıdan beynəlxalq hüquq prinsiplərinə uyğun təzminatın tələb edilməsi prosesi başlayır. Dəymiş ziyan isə yüz milyard dollarla ifadə olunur.
21-12-2022, 16:17
ABŞ da Sakaaşviliyə yardım göstərilməsi üçün çağırış etdi


ABŞ Sakaaşviliyə yardım göstərilməsi üçün çağırış etdi

ABŞ administrasiyası Gürcüstan hakimiyyətini həbsdə olan keçmiş prezident Mixeil Saakaşviliyə bütün lazımi tibbi və psixoloji yardım göstərməyə çağırır. Bu barədə çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib. “Cənab Saakaşviliyə ədalətli davranmaq, o cümlədən dövlət müdafiəçisinə (keçmiş prezident) müstəqil tibbi ekspertlər tərəfindən tövsiyə olunan bütün zəruri tibbi və psixoloji yardımı göstərmək Gürcüstan hökumətinin məsuliyyətidir. Gürcüstan rəsmiləri onun hüquqlarının müdafiə olunmasını, ona lazım olan bütün yardımları almasını təmin etməlidirlər”, - ABŞ-ın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.
21-12-2022, 16:12
Türkiyədə yanğın - Ölən və yaralananlar var


Türkiyədə yanğın - Ölən və yaralananlar var

Qara dənizdə üzən yük gəmisində yanğın baş verib. Türkiyənin Sinop bölgəsində baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılar xəstəxanalara aparılıb, onlardan 3-nün vəziyyəti ağırdır. Bildirilir ki, gəminin kapitanı itkin düşüb. Onun öldürüldüyü güman edilir. Hadisənin təfərrüatları araşdırılır. Gəmidə baş verən yanğının söndürülməsi davam edir.
21-12-2022, 00:33
Putinin Ukraynaya səfəri təsdiqləndi


Putinin Ukraynaya səfəri təsdiqləndi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Ukraynadakı müharibə zonasına (NVO) səfəri ilə bağlı məlumatı təsdiqləyib. Bu barədə o, “Rossiyskaya qazeta”ya bildirib. Bundan əvvəl Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev Putinin Telegram kanalında “xüsusi əməliyyat zonası”na səfər etdiyini açıqlamışdı. Demişdi ki, Putin “xüsusi hərbi əməliyyat”da iştirak edən qoşunların Birləşmiş Qərargahına baş çəkib. Orada Rusiya Federasiyasının Prezidenti qərargahın işi ilə tanış olub, komandirlərlə ayrı-ayrılıqda görüşlər keçirib, onların məruzələrini dinləyib. “Əgər o, cümə günü olduğu qərargahı nəzərdə tutursa, bəli”, - Kreml sözçüsü bildirib. Noyabrda Peskov demişdi ki, Rusiya prezidenti Vladimir Putin “vaxtında” Donbasa səfər edəcək, lakin onun hələlik konkret planları yoxdur.
21-12-2022, 00:30
“Neftçi” yarımfinalda


“Neftçi” yarımfinalda

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son oyunu keçirilib. “Bakcell Arena”da təşkil olunan görüşdə “Neftçi” klubu “Zirə”ni qəbul edib. Matç "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda yarımfinala yüksəlib. “Neftçi” yarımfinalda “Turan Tovuz”la üz-üzə gələcək. Bu raundun digər cütündə “Qəbələ” və “Səbail” komandaları görüşəcəklər. Yarımfinal matçları 2023-cü ilin aprelin 19-u və 27-də baş tutacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!