Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
22-12-2022, 18:33
Belarus prezidenti İlham Əliyevi təbrik etdi


Belarus prezidenti İlham Əliyevi təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sevindirici haldır ki, Sizin iyirmi il bundan əvvəl müdrikcəsinə söylədiyiniz “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” sözləriniz gerçəyə çevrildi. Mən bilirəm ki, Azərbaycan xalqı dövlətin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir. Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb. Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
22-12-2022, 18:30
Rusiya XİN-dən Paşinyanın tənqidi fikirlərinə rədd cavabı


Rusiya XİN-dən Paşinyanın tənqidi fikirlərinə rədd cavabı

Rusiyan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağdakı sülhməramlılarla bağlı tənqidi fikirlərinə münasibət bildirib. Zaxarova bu cür ittihamların qəbuledilməz olduğunu bəyan edib. "Mən bütün bunların əksini deyə bilərəm. Rusiya sülhməramlıları stabilliyi təmin etməkdən ötrü işlər görür. Onlar bu istiqamətdə fəaliyyət göstərir. Əgər kimsə, bunu yadından çıxarıbsa, mən yadına sala bilərəm. Ona görə də bizim sülhməramlılarımıza qarşı bu cür fikirlər qəbuledilməzdir", - deyə XİN rəsmisi söyləyib. Qeyd edək ki, Paşinyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin öhdəliklərini tam olaraq yerinə yetirmədiyini açıqlamışdı.
22-12-2022, 18:26
Peskov ABŞ-Ukrayna liderlərinin görüşünə münasibət bildirdi


Peskov ABŞ-Ukrayna liderlərinin görüşünə münasibət bildirdi

"Təəssüf ki, sülh üçün çağırışlar yox idi". Bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenlə Ukrayna lideri Volodimir Zelenskinin Vaşinqtonda keçirilən görüşünü şərh edərkən deyib. "Təəssüf ki, sülh üçün çağırışlar yox idi. Biz ABŞ və Ukrayna tərəfindən Rusiyanın narahatlığını dinləməyə hazır olmaq barədə heç bir söz eşitmədik", - Peskov bildirib. Sözçü həmçinin Dmitri Roqozinin Donetskdə yaralanmasından danışıb. O qeyd edib ki, Vladimir Putin ona tezliklə sağalmağı arzu edib və ölənlərə başsağlığı mesajı çatdırılıb. "Bütün risklərə baxmayaraq, Rusiya rəsmiləri Donetskə və Luqanska gedib-gəlməyə davam edəcəklər", - deyə Kreml sözçüsü əlavə edib. Peskov ABŞ-ın Ukraynaya "Patriot"lar verməsinə də münasibət bildirib: "Digər silahlar kimi, onlar da legitim hədəf halına gələcək". Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri xaricə ilk dəfə səfər edərək ABŞ-a getmiş, ölkə başçısı Co Baydenlə görüşmüşdü.
22-12-2022, 18:22
Azərbaycan millisi FİFA reytinqində irəlilədi


Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb. Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub. Bir pillə irəliləyən Türkiyə seçməsi 1465 xalla 44-cü yeri tutub. 2022-ci ilin son reytinqində siyahıya 1840 xalla Braziliya başçılıq edir. Aktivində 1838 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823 xalla üçüncüdür.
22-12-2022, 18:19
Peskovdan Paşinyanın narazılığına cavab gəldi


Peskovdan Paşinyanın narazılığına cavab gəldi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı tənqidi fikirlərinə münasibət bildirib. Peskov ölkəsinin imzalanan müvafiq sənədlərə uyğun şəkildə fəaliyyət göstərdiyini deyib. O qeyd edib ki, Rusiya Ermənistanla rus sülhməramlıların fəaliyyətini müzakirə etməyə davam edəcək. "Sülhməramlılar ərazidə qayda-qanunu təmin etmək məqsədilə əlindən gələni edir", - deyə sözçü bildirib. Qeyd edək ki, Paşinyan sülhməramlıların öhdəliklərini tam olaraq yerinə yetirmədiyini söyləmişdi.
22-12-2022, 18:16
Ərdoğan əməkhaqqının artırılmasıyla bağlı qərar verdi


Ərdoğan əməkhaqqının artırılmasıyla bağlı qərar verdi

Türkiyədə minimum əməkhaqqının artırılmasına qərar verilib. Bu barədə qərarı Prezident Rəcəb Tayyib Ərdoğan elan edib. Belə ki, ölkədə minimum əməkhaqqı artırılaraq yeni məbləğ 8 500 lirə (774.35 manat) həcmində müəyyən olunub. Qeyd edək ki, Türkiyədə sonuncu dəfə bu ilin yanvarında minimum əməkhaqqı məbləği 50.5 faiz artırılaraq 2825.90 lirədən 4253.40 lirəyə çatdırılmışdı.
22-12-2022, 18:13
Tokayevdən azərbaycanlı həmkarına təbrik məktubu


Tokayevdən azərbaycanlı həmkarına təbrik məktubu

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Güclü və gündən-günə firavanlaşan dövlət qurulması, əhalinin rifahının və ölkənin beynəlxalq arenada nüfuzunun artmasının təmin edilməsində Azərbaycanın sanballı uğurları Sizin Vətənin mənafelərinə sədaqətli xidmətinizin, uzaqgörən siyasətinizin və dövlət başçısı vəzifəsində şəksiz liderliyinizin əyani sübutudur. Qazaxıstanda Sizi etibarlı dost və Qazaxıstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə səmimi yanaşan görkəmli siyasi xadim kimi tanıyırlar. Əminəm ki, birgə səylərimiz sayəsində biz strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi daha da möhkəmləndirərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə yüksəltməyə nail olacağıq. Hörmətli İlham Heydər oğlu, Sizə qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm".
22-12-2022, 18:10
Dağıstan rəhbərindən İlham Əliyevə təbrik məktubu


Dağıstan rəhbərindən İlham Əliyevə təbrik məktubu

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizi bütün dünyada görkəmli siyasi lider və diplomat, müdrik, uzaqgörən və vətənpərvər dövlət xadimi kimi tanıyırlar. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirərək ölkə həyatının bütün sahələrində dərin dəyişikliklər aparmış, ictimai sabitliyi, respublikanın qarşıdakı illər üçün dinamik və mütərəqqi inkişafını təmin etmisiniz. Fəxr edirəm ki, Dağıstanın rəhbəri qismində ilk xarici səfərimi məhz qardaş Azərbaycan Respublikasına etmişəm. Biz xalqlarımız arasında yaranmış çoxəsrlik dostluğu həqiqətən yüksək qiymətləndiririk. Səmimi-qəlbdən inanırıq ki, ortaq səylərimiz Dağıstan və Azərbaycan xalqları arasında dialoqun daha da genişlənməsinə və qarşılıqlı hörmətin artmasına şərait yaradacaq. Rəsul Həmzətovun Bakını xatırlayaraq yazdığı şeirlərində olduğu kimi, qoy Xəzərin möhtəşəm dalğaları bizim əbədi qardaşlığımızdan danışsın. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq arzulayır, Yeni ildə ən xoş diləklərimi çatdırıram".
22-12-2022, 18:08
Zaxarova Zelenski haqqında ağır ifadələr işlətdi


Zaxarova Zelenski haqqında ağır ifadələr işlətdi

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna prezidentini təhqir edib. Zaxarova bu gün keçirdiyi brifinqdə prezident Volodimir Zelenski haqqında ağır ifadə işlədib. "O Qərbin təkcə ...-si deyil, həm də ölkəmizə qarşı istifadə etdiyi alətdir", - deyə sözçü söyləyib. Zaxarova iddia edib ki, hazırda Ukrayna daxilində ağır iqtisadi vəziyyətə görə Zelenski hakimiyyətinə qarşı böyük narazılıq yaranıb. ABŞ-ın Ukraynanı silahlandırması mövzusuna da toxunan mətbuat katibi həm silah tədarükü həyata keçirməkdən, həm də dinc sakinlərin qorunmasından eyni vaxtda danışmağın düzgün olmadığını deyib: "Bu, absurd səslənir".
22-12-2022, 18:05
Mədəniyyət naziri vəzifədən azad olundu


Mədəniyyət naziri vəzifədən azad olundu

Mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Anar Kərimov Azərbaycan Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!