Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
22-12-2022, 16:18
Rusiya və İrandan sanksiyalara qarşı addım


Rusiya və İrandan sanksiyalara qarşı addım

Rusiya və İran 3000 kilometr uzunluğunda yeni ticarət dəhlizi yaratmağa başlayıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Şərqi Avropadan Hind okeanına qədər uzanan dəhlizin məqsədi iki ölkənin Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaqdır. Rusiya və İran daxili ticarət dəhlizi yaratmaq üçün 25 milyard dollara qədər investisiya yatıracaq.
22-12-2022, 16:17
Zelenski amerikalı həmkarı ilə görüşdü


Zelenski amerikalı həmkarı ilə görüşdü

Vaşinqtonda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşüb. Bu barədə ABŞ mətbuatı məlumat yayəb. Görüşdən öncə o, özünün sosial media hesablarında məlumat yayıb. “Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün bu gün Vaşinqtondayam", - deyə Zelenski bildirib. Müharibənin başlamasından sonra ilk dəfə ölkəni tərk edən Zelenski sözlərinə belə davam edib: "Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq”. Qeyd edək ki, Zelenski ABŞ-a məxsus təyyarə ilə Vaşinqtona səfər edib.




22-12-2022, 16:10
“Bayraktar” alan ölkələrin sayı artmaqdadır


“Bayraktar” alan ölkələrin sayı artmaqdadır

Albaniya Türkiyədən üç ədəd "Bayraktar TB2" pilotsuz uçan aparatı (PUA) alıb. Bu barədə Albaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Albaniya baş naziri Edi Rama PUA-ların silahlı və döyüşə hazır olacağını deyib. Dronlar, həmçinin ölkə ərazisində narkotiklə mübarizə, yanğınlar, daşqınlar və terror fəaliyyətinə nəzarət etmək üçün istifadə olunacaq. Məlumata görə, Türkiyə 30 alban hərbçisinə dronlarla bağlı təlim keçəcək. PUA-lar paytaxt Tiranadan 80 kilometr cənubda yerləşən Kukova aviabazasından fəaliyyət göstərəcəklər. Bununla da, "Bayraktar TB2" PUA-larının satıldığı ölkələrin sayı 27-yə çatıb. Albaniya Polşadan sonra bu PUA-lara sahib olan ikinci NATO ölkəsidir.
22-12-2022, 16:01
Şoyqudan hərbiçilərin çoxalmasıyla bağlı təklif - Putin razılaşdı


Şoyqudan hərbiçilərin çoxalmasıyla bağlı təklif - Putin razılaşdı

Rusiya müdafiə naziri Sergey Şoyqu ölkənin silahlı qüvvələrinin sayının 30%-dən çox artırılmasını təklif edib. O, silahlı qüvvələrin 1,15 milyon nəfərdən 1,5 milyona qədər artırılmasının lazım olduğunu bildirib. Şoyqunun sözlərinə görə, hərbçilərdən 695 000-i məcburi hərbi xidmət keçən çağırışçılardan fərqli olaraq peşəkar müqaviləli əsgərlər olmalıdır. Nazir, həmçinin hərbi xidmət yaş həddinin artırılmasını təklif edib. Müdafiə Nazirliyində keçirilən toplantıda çıxış edən Rusiya Prezidenti Vladimir Putin Şoyqunun təklifləri ilə razılaşdığını vurğulayıb. Qeyd edək ki, ABŞ və Qərbdən olan hərbi analitiklər Ukraynada 10 ay ərzində on minlərlə rus əsgərinin öldüyünü bildirir.
22-12-2022, 15:54
Üçtərəfli görüşün yekun sənədi imzalandı


Üçtərəfli görüşün yekun sənədi imzalandı

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Kayseridə keçirilən üçtərəfli görüşün nəticələrinə dair yekun sənəd imzalayıblar. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazir Akar 1918-ci ildə Osmanlı-Azərbaycan-Gürcüstan arasında imzalanmış tarixi müqavilənin surətini hədiyyə olaraq həmkarlarına təqdim edib.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!