Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
15-12-2022, 16:17
Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası baş tutdu


Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası baş tutdu

Dekabrın 15-də Tbilisidə Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər. Baş nazir Ə.Əsədov açılış nitqində qeyd etdi ki, bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Vurğulandı ki, bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edildi. Regionlararası əməkdaşlıqdan danışan Ə.Əsədov dedi: “Son zamanlar ölkələrimizin ayrı-ayrı şəhər və rayonları arasında təmaslar daha da intensivləşmişdir ki, bu da təbii olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin hərtərəfli inkişafına çox müsbət təsir göstərir”. Diqqətə çatdırıldı ki, ötən dövrdə və cari illərdə iki ölkənin bir sıra şəhər və rayonları, o cümlədən Bakı və Tbilisi arasında qardaşlaşma haqqında sazişlər imzalanıb. Bu müsbət tendensiya nəzərə alınaraq Azərbaycan-Gürcüstan regionlararası forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü. Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artdığı qeyd edildi, hər iki ölkənin böyük potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı. Tərəflər investisiya əməkdaşlığının artırılmasının vacibliyini vurğuladılar. Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirildi. Bildirildi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir. Vurğulandı ki, ənənəvi olaraq yükdaşımaların davamlı şəkildə artdığı nəqliyyat və tranzit sahəsinə böyük diqqət yetirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edildi. “Dəmir yolunun tam gücü ilə işə salınması ölkələrimizin daha da çiçəklənməsinə və iqtisadi tərəqqisinə xidmət edəcək”, - deyə Azərbaycanın Baş naziri bildirdi. Həmçinin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) aktuallığı vurğulandı, bu marşruta əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırıldı. Bu kontekstdə Ə.Əsədov Zəngəzur dəhlizinin Orta Dəhlizin bir hissəsi kimi əhəmiyyətini vurğuladı. "Bu dəhliz regional nəqliyyat kommunikasiyalarının və bağlantılarının şaxələndirilməsini təmin edəcək", - deyə Azərbaycanın Baş naziri əlavə etdi. Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olundu. İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunu imzaladılar. Müvafiq dövlət strukturlarının rəhbərləri kənd təsərrüfatı, ekologiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzaladılar.

15-12-2022, 16:10
Rusiya XİN-dən Laçın yolundakı vəziyyətlə bağlı açıqlama


Rusiya XİN-dən Laçın yolundakı vəziyyətlə bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Laçın yolundakı vəziyyətlə bağlı açıqlama verib. Zaxarova deyib: “Biz Laçın dəhlizinin bağlanmasından narahatıq, buna tərəflər arasında filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqları səbəb olub. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlər ərzində vəziyyətin deeskalasiyası üçün fəal iş aparır”. Zaxarova deyib ki, Rusiya çox yaxın gələcəkdə nəqliyyat əlaqələrinin bərpasına ümid edir.
15-12-2022, 16:07
Əli Əsədov gürcüstanlı həmkarı ilə görüşüb


Əli Əsədov gürcüstanlı həmkarı ilə görüşüb

Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib. Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçiriləcək 9-cu iclasının əhəmiyyəti vurğulanıb. Ə.Əsədovun rəsmi səfərinin və Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Görüşdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.
15-12-2022, 16:04
İmtahandan kəsilən müəllim şagirdə dərs deməməlidir - Əmrullayev


İmtahandan kəsilən müəllim şagirdə dərs deməməlidir - Əmrullayev

Beş ilin sonunda bizi nə gözləyir, onun üzərində
işləyirik. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən sualları cavablandırarkən deyib. “Biz demirik ki, nəticə göstərə bilməyən müəllimləri günahkar hesab edib, kənarlaşdıracağıq. Həmin müəllimlər işləyəcək, amma dərs deməyəcək. Məqsəd budur ki, aşağı nəticə göstərən müəllim uşağa dərs deməsin”, - nazir çıxışında bildirib.
15-12-2022, 15:59
Nazirdən özəl sektorda çalışan müəllimlərlə bağlı açıqlama


Nazirdən özəl sektorda çalışan müəllimlərlə bağlı açıqlama

Özəl sektorda çalışan müəllimlər sertifikasiya imtahanlarına cəlb edilməyəcək və bu məsələ hələ nəzərdə tutulmur. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib. Nazir, həmçinin yaşlı müəllimlərin nəticələrinə də toxunub. “Elə müəllimlər var ki, 65 yaşı var, amma sertifikasiya imtahanında yüksək nəticə toplayıb. Təbii ki, həmin şəxslərin sistemdə saxlanmasının tərəfdarıyam”,- o bildirib.
15-12-2022, 15:56
Mina partlamasından xəsarət alanların adları məlum olub


Mina partlamasından xəsarət alanların adları məlum olub

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub. Hadisə zamanı mülki şəxslər - Qusar rayon sakinləri - 1969-cu il təvəllüdlü Pənahov Rodik Şəmsəddin oğlu, 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu, 1970-ci il təvəllüdlü Balakişiyev Tofiq Hacımirzə oğlu və Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Allahverdiyev Siyasət Ziyadxan oğlu yaralanıb. Qəlpə yarası alan həmin şəxslər xəstəxanaya yerləşdirilib, müalicələri davam etdirilir. Həkimlər onların vəziyyətlərini orta-ağır kimi qiymətləndirir. Mina partlayışında xəsarət alan mülki şəxslər ərazidə telekommunikasiya işlərinlə məşğul olurlarmış. Hadisə zamanı Azərbaycan Ordusunun üç hərbçisi yaralanıb. Bunlar Biləsuvar rayon sakini, 2004-cü il təvəllüdlü İbişli Qabil Ədalət oğlu, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Axundov Rıza Yüsif oğlu və Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Şirinov Murad İsa oğludur. Hərbi qulluqçular hospitala yerləşdiriliblər. Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb. Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.
15-12-2022, 15:52
“Vəzifəyə gələn öz dostunu, qohumunu yanına gətirir” -  Deputat


“Vəzifəyə gələn öz dostunu, qohumunu yanına gətirir” - Deputat

Təhsildə olan problemləri kökündən həll etmək lazımdır. Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Ceyhun Məmmədov deyib: "Problemin olmasından çoxları məsuliyyət daşıyır. Həmin müəllimləri kimlər işə qəbul edib, onlar necə məzun olublar? Bu suallara cavab verilməlidir. Fənnini bilməyən müəllimlər niyə gəlib dərs deməlidir? Eyni zamanda bu gün sertifikasiyadan keçməyən müəllimlər var. Digər tərəfdən təhsildə tanışlıq məsələsini də aradan qaldırmalıyıq". "Bu gün vəzifəyə gələn öz dostunu, qohumunu yanına gətirir. Gətirilən adam da öz tanışını gətirir. Bu proses uzun olaraq davam edir. Bunun qarşısını almaq lazımıdır. Burada yaşlı müəllimləri də nəzərə almaq lazımdır. Təkcə bilik yox, şəxsi keyfiyyətlər də nəzərə alınmalıdır”, - deputat çıxışında vurğulayıb.
15-12-2022, 15:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 16-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
15-12-2022, 15:44
İdmançımız Almaniyada qətlə yetirildi


İdmançımız Almaniyada qətlə yetirildi

Almaniyada azərbaycanlı idmançı Vüqar Baxşıyev qətlə yetirilib. Bu barədə “MMA Azerbaijan” səhifəsi məlumat yayıb. Bildirilib ki, MMA döyüşçüsü Vüqar Baxşıyev Frankfurtda 40 yaşlı şəxs tərəfindən güllələnərək öldürülüb. Qeyd edək ki, V.Baxşıyev “İnetgra Figtihing Championship” təşkilatının çempionu olub. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

15-12-2022, 15:38
Laçın yolunda baş verən aksiyayla bağlı son durum


Laçın yolunda baş verən aksiyayla bağlı son durum

Azərbaycanın ictimai fəalları və Qeyri-Hökumət Təşkilatları nümayəndələrinin Xankəndi-Laçın yolunda ekoloji terror əleyhinə keçirdikləri etiraz aksiyası davam edir. Bu gün artıq aksiyanın 4-cü günüdür. Aksiya iştirakçılarından olan jurnalist Mürtəza Bünyadlı son durumu paylaşıb. Onun sözlərinə görə, aksiya sivil qaydada davam edir:"Xankəndi-Laçın yolunda ekoloji terror əleyhinə keçirilən davamlı aksiyaya dünəndən qatılmışam. İnsanlar buraya davamlı olaraq gəlirlər. Daha çox gəlmək istəyənlər var. Dünən aksiya ərazisində bir neçə yüz insan olub. Bütün gecə boyu iştirakçılar şüarlar səsləndirib, mahnılar ifa edib. Ötən gün ərzində aksiylarda heç bir insident yaşanmayıb. İştirakçılar öz tələblərini, şüarlarını sivil qaydada irəli sürməklə məşğuldurdular. Burada "Azərbaycan xalqı oyaqdır, sərvətinə dayaqdır!", "Ekoloji terrora yox deyirik!" kimi şüarlar səsləndirilir. Bu gün səhər saat 8-də 4-cü günün aksiyası Azərbaycan Respublikasının Himni səsləndirilməklə başlayıb. Tam sülh şəratində hansısa təxribata yol vermədən, kobud rəftar nümayiş etdirmədən aksiya iştirakçılar öz xidmətlərini göstərməkdədir. İnsanlar bir-birilə mehribandırlar. Respublikanın müxtəlif ərazilərindən könüllülər gəlib aksiya iştirakçılarına xidmət edirlər. Kimi çay paylayır, kimi təmizlik işlərinə baxır. Onu da qeyd edim ki, aksiyada yaşlılar da, cavanlar da, yəni bütün təbəqədən insanlar iştirak edir. Dünəndən qazilərimiz, veteranlarımız aksiya iştirakçılarına qoşulublar. Burada tibb məntəqəsi də quraşdırılıb. Ancaq səhhəti ilə bağlı ciddi problem yaşayanlar yoxdur. Bəzən baş ağrısı, təzyiqlə bağlı şikayətlərlə məntəqəyə müraciət olunur. Onlara da dərhal tibbi müdaxilə edilir. Burada sadə insanlar da bir-birinin qayğısına qalırlar". Ermənilər iddia edirlər ki, Laçın yolunun bağlanması səbəbilə Qarabağdakı mülki şəxslər, xüsusilə də, xəstələr ərazidən çıxa bilmir. Mürtəza Bünyadlı ermənilərin iddiası ilə bağlı belə deyib:"Ermənilərin Laçın yolundakı hərəkətini təmin etmək Rusiya sülhməramlılarının səlahiyyətindədir. Onlar özləri erməniləri buraxmırlar. Məsələn, dünən sülhməramlıların özlərinin humanitar maşınları gəlib. Aksiya iştirakçıları heç bir mane yaratmadılar. Bizim məqsədimiz hər hansı insanın gedişinə, yaxud xəstənin ərazidən çıxarılmasına mane olmaqdan ibarət deyil. Biz ekoloji terrora yox deyirik. Belə olan halda necə humanitar fəlakət yarada bilərik? Humanizmdə həmişə öndə olmuşuq. Bir sözlə, ermənilərin, xüsusilə də xəstələrin ərazidən çıxarılmasına sülhməramlılar nəzarət etməlidir. Burada heç kəs onlara bir söz deyə bilməz. Yəni məsələnin aksiya iştirakçılarına heç bir aidiyyatı yoxdur. Bizim ilk gündən əsas tələblərimiz məlumdur. Biz həm də Rusiya sülhməramlılarının öz üzərinə düşən missiyanı həyata keçirib təhlükəsizliyi təmin etməsini və sülh sazişinin imzalanmasına zəmin yaratmasını istəyirik. Onlar aksiya iştirakçılarının tələblərinə cavab verməməklə süni gərginliyi artırmaqda maraqlı olduqlarını göstərirlər. Məhz bu da onların sülh yaratmaqda yox, vəziyyəti uzatmaqda maraqlı olduqlarını göstərir".




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!