13-12-2022, 22:47
Etirazçılar yenidən ərazidə gecələməyə qərar verdilərŞuşa-Xankəndi yolunda etiraz aksiyasının iştirakçıları yenidən ərazidə gecələməyə qərar veriblər. Hava şəraitinin soyuq olmasına baxmayaraq, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir. Onlar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
13-12-2022, 22:44
Ceyhun Bayramov bu ölkələrin XİN başçıları ilə görüşdüCeyhun Bayramov Türkmənistanın Avaza
şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin iclasında iştirak edib. Bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, iclasda dekabrın 14-də baş tutacaq Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşündə müxtəlif sahələr üzrə, o cümlədən energetika, ticarət, gömrük, nəqliyyat, təhsil və mədəniyyət sahələri üzrə qəbul olunacaq sənədlər, həmçinin Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov dekabrın 14-də keçiriləcək Azərbaycan-Türkiyə-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün ölkələrimiz arasında üçtərəfli dialoqun inkişafında mühüm rol oynayacağını bildirib. Üç dövlət arasında beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafı məmnunluqla qeyd edilib. Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının bölgənin nəqliyyat və tranzit potensialından tam istifadə olunmasına, eyni zamanda Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə töhfə verəcəyinə dair inam ifadə edilib. Bu xüsusda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyi amilinin aktuallığının artmasının ölkələrimiz arasında bu sahədə səylərin gücləndirilməsinin vacibliyinə dəlalət etdiyi bildirilib. Nazir həmçinin Azərbaycan tərəfindən 30 illik işğalın nəticələrinin aradan qaldırılması, habelə öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz geri qayıdışının təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Bu xüsusda, mina təhlükəsinin regionda aparılan bərpa və quruculuq işlərinə, o cümlədən sülh gündəliyinin irəli aparılmasına ciddi əngəl törətdiyi bildirilib. Daha sonra digər ölkələrin xarici işlər nazirləri çıxış edərək üçtərəfli tərəfdaşlığın perspektivləri barədə danışıblar.
13-12-2022, 22:26
Yeni Zenlandiyada siqaretlə bağlı qanun qəbul edildiYeni Zelandiya dünyada ilk olaraq gələcək nəsil üçün siqaret çəkməyi qadağan edən qanun qəbul edib. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, ölkədə 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulanlara tütün satılmayacaq. "Minlərlə insan daha uzun yaşayacaq, sağlamlaşacaq və səhiyyə sistemi 5 milyard dollar yaxşılaşacaq, çünki siqaretin səbəb olduğu xəstəlikləri, məsələn: çoxsaylı xərçəng növləri, infarkt, insult, amputasiyaları müalicə etmək məcburiyyətində qalmayacaq", - açıqlamada qeyd olunub.
13-12-2022, 22:24
Zelenski Mişellə danışdıAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Zelenski twitter səhifəsində yazıb. “Sülh formulunun implementasiyasında Avropa İttifaqı və üzvlərinin rolu barədə müzakirələr apardıq. 18 milyard avroluq yeni maliyyə proqramına görə minnətdarlığımı çatdırdım. 9-cu sanksiya paketinin (Rusiyaya qarşı sanksiyalar nəzərdə tutulur) sürətli şəkildə təsdiqlənməsini məsləhət gördüm. Ukraynanın Avropa İttifaqına doğru atılan addımları da koordinasiya etdik”, - deyə Zelenski bildirib. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir.
13-12-2022, 22:20
Daha bir qrup hərbi qulluqçunun evlə təmin olunması qərarı təsdiqləndiAzərbaycan Respublikası Prezidentinin «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Bu barədə Maliyyə Nazirliyindən (MN) bildirilib. Fərmana əsasən, Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur. Komissiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iclası açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim xüsusi diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəratinin yaxşılaşdırılması, mənzillə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Bu tədbirlərin həyata keçirilməsi üçün hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır. Ötən müddət ərzində Silahlı Qüvvələrin yüzlərlə hərbi qulluqçu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunub. Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında hazırda mənzil növbəsində olan 478 nəfər hərbi qulluqçunun Bakı şəhərində və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunması barədə qərarlar qəbul edilib. Qeyd olunub ki, onlardan 20 nəfəri şəhid olmuş hərbi qulluqçuların ailələridir. Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının həyata keçirilməsi sayəsində bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 2 min 686 nəfər hərbi qulluqçu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə 26 şəhid olmuş hərbi qulluqçu ailəsi mənzillərlə təmin olunub. İclasda, həmçinin, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 942 nəfər hərbi qulluqçu mənzil növbəsinə alınıb və beləliklə, mənzil növbəsində duran hərbi qulluqçuların ümumi sayı 2 min 302 nəfərə çatıb.
13-12-2022, 22:11
Quba sakininin evinə qumbara atan şəxs tutulduTanışının evinə qumbara atan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Belə ki, Quba rayon sakini N.Məmmədova DİN-in "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədi ilə onun evinə ataraq həmin yerdən uzaqlaşıb. Bu zaman heç bir partlayış hadisəsi baş verməyib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini Orxan Ağalı saxlanılıb. Hazırda faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.
13-12-2022, 22:08
Sülhməramlılar aksiya keçirilən ərazidə kazarmalar quraşdırırRusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Laçın yolunda keçirdiyi aksiya 2 gündür ki, davam edir. Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə modul tipli kazarmalar quraşdırmağa başlayıb. Bildirək ki, ötən gün başlayan aksiyaya qoşulanlar ekoloji terror, yataqların qanunsuz istismarının əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər. Lakin rusiyalı general hələ də aksiya yerinə gəlməyib. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.
13-12-2022, 22:04
Rus qoşunları il sonuna qədər Ukraynadan çıxarılmayacaq - Peskov“Rusiya qoşunlarının ilin sonuna qədər Ukraynadan çıxarılması mümkün deyil”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.“Ukrayna tərəfi bütün bu müddət ərzində yaranmış reallıqları nəzərə almalıdır. Bu reallıqlar Rusiyanın yeni subyektlərinin olduğunu göstərir. Onlar referendumlar nəticəsində ortaya çıxdı”, - Peskov vurğulayıb. Bundan əlavə, o, Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi Ukraynada sülh üçün üç addımı “döyüş əməliyyatlarının davam etdirilməsi üçün üç addım” adlandırıb.
13-12-2022, 21:50
Quba sakininin evinə qumbara atıldıDekabrın 12-də Quba sakini olan qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub. Quba RPŞ tərəfindən tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb. Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
13-12-2022, 17:27
İsrail parlamentinə yeni sədr təyin edildiİsraildə Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının üzvü Yariv Levin 25-ci çağırış Knessetin sədri seçilib. İsrail televiziyasının xüsusi parlament kanalı sessiyanı canlı yayımlayıb. Parlamentin 120 deputatından 64-ü Levinin sədr seçilməsinə səs verib.