Zurabişvili gecəni prezident sarayında qalacaq .....                        Qəzada həlak olanların cənazəsi Bakıya gətirildi .....                        Narinin işində qərar: atası, qardaşı və əmisinə ömürlük həbs .....                        Goranboyda ağır qəza - 6 nəfər yaralandı .....                        Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində yenilik .....                        Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi .....                        Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alanları ziyarət etdi .....                        Putin Tokayevə də zəng etdi - Təyyarə qəzasına görə... .....                        Milli Qəhrəmanın oğlunun toyudur .....                       
4-12-2022, 09:56
"Odlar Yurdu" "narkomaniya və zərərli vərdişlərə" yox deyir!

Odlar Yurdu universiteti tələbələri "narkomaniya və zərərli vərdişlərə" yox deyir!

Odlar Yurdu Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən keçirilən maarifləndirici tədbirdə layihə rəhbəri Vidadi Fətullayev, vətəndaşların sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlardan, narkotik vasitələr və zərərli vərdişlərin insan sağlığı və cəmiyyətimiz üçün fəsadlarından danışıb.O, narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə işinə cəmiyyətimizin bütün üzvlərinin qatılmasının zəruriliyini vurğulayıb və gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun (NMDK) məsul əməkdaşı Vasif Quliyev, narkomaniyaya qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində İşçi Qrup tərəfindən görülən işlər barədə danışıb, slaydlarla narkotik və psixotrop maddələr, onların səbəb olduğu xəstəliklər barədə ətraflı məlumatlar verib, 802 və 102 qaynar xətlərinin bu istiqamətdə əhəmiyyətini qeyd edib və tələbələrin bu mövzuda səsləndirdikləri sualları cavablandırıb.
Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən iştirakçılar, Prezident İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin onlar üçün bir şüar olduğunu vurğulayıblar və tədbirin təşkilinə dəstək göstərən bütün qurumlara minnətdarlıqlarını çatdırıblar.

Butov.az
3-12-2022, 19:10
BMT rəhbərindən dünyaya çağırış

BMT rəhbərindən dünyaya çağırış

BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar müraciət ünvanlayıb. Butov.az-ın xəbərinə görə müraciətdə deyilir: “Bu il Beynəlxalq Əlilliyi olan Şəxslər Günü əlçatan və ədalətli dünyanın qurulmasında innovasiyaların roluna həsr olunub. Dünyamız əlilliyi olan insanlara qeyri-mütənasib şəkildə təsir edən böhranlar şəlaləsi ilə üzləşir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kimi kənarda qoymamaq üçün dəyişikliyə aparan həllərə ehtiyacımız var. Bu, əlilliyi olan insanlar üçün və onlarla birlikdə strategiyaların işlənib hazırlanması məqsədilə dövlət və ictimai sektorlar arasında daha geniş əməkdaşlığı tələb edir. Bu əməkdaşlığın təməl daşı bütün müxtəlifliyi ilə əlilliyi olan şəxslərin fəal iştirakı və onların qərarların qəbulu ilə bağlı hər prosesə daxil edilməsi olmalıdır. İnnovasiya və texnologiya inklüzivlik üçün güclü vasitə ola bilər. Onlar məlumat, təhsil və ömür boyu öyrənmə imkanlarına çıxışı genişləndirə bilərlər. Bu vasitələr həmçinin əlilliyi olan şəxslərin bərabər əsaslarla əmək fəaliyyətində və bütövlükdə cəmiyyətdə iştirakı üçün yeni imkanlar aça bilərlər. Lakin texnologiyanın potensialından tam faydalanmaq üçün biz rəqəmsal uçurumu aradan qaldırmalı və rəqəmsal məkanda insan hüquqlarını qorumalıyıq. Əlilliyi olan Şəxslər üçün BMT-nin İnklüzivlik Strategiyası bu sahədə irəliləyişi və təşkilatın çalışdığı bütün istiqamətlərdə əlçatanlığı təmin etmək üçün konkret yol xəritəsi təqdim edir. Baş qərargahda və çalışdığımız bütün ölkələrdə rəqəmsal əlçatanlığı qiymətləndirir, maneələri aradan qaldırır və təşviq edirik, əlilliyi olan şəxslərin inklüziyası ilə bağlı nümunə göstəririk. Gəlin belə bir gündə və hər gün hamıya əlçatan və ədalətli dünya qurmaq üçün innovativ həllər tapmaq yolunda birlikdə çalışaq”.
3-12-2022, 16:06

3-12-2022, 16:02
İranda insident - Deputatların ofisinə hücum edildi

İranda insident - Deputatların ofisinə hücum edildi

İranın Qorqan şəhərində iki deputatın ofisinə hücum olunub. Bunu Qorqan şəhər deputatı Qulamrza Müntəziri deyib. O bildirib ki, hücum edənlər ofisə bir neçə “Molotov kokteyli” atıblar, giriş bannerini yandırıblar. Cinayət işi açılıb, araşdırma aparılır.
3-12-2022, 15:59
Komissiyanın tərkibi genişləndirildi

Komissiyanın tərkibi genişləndirildi

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Komissiyanın tərkibinə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri əlavə edilib.
3-12-2022, 15:48
Ukraynalı prezidentdən mükafatlandırma

Ukraynalı prezidentdən mükafatlandırma

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-dən bəri Rusiyanın əsirliyindən azad edilən 1331 ukraynalı əsgər və polisi dövlət ordeni ilə təltif edib. Bu barədə Ukrayna Prezidenti telegram kanalında paylaşım edib. Mükafatlandırma mərasimində çıxış edən Zelenski Rusiya əsirliyində saxlanılan ukraynalıların ekstradisiyası üçün səy göstərən hər kəsə təşəkkür edib: “Fevralın 24-dən indiyə qədər 1331 ukraynalı rus əsarətindən azad edilib. Amma biz hər kəsi, əsir düşən hər kəsi ekstradisiya etməliyik”.

3-12-2022, 15:44
PKK üzvü Türkiyəyə göndərildi

PKK üzvü Türkiyəyə göndərildi

İsveç PKK üzvü olan şəxsi Türkiyəyə ekstradisiya edib. İsveç hökuməti barəsində 6 il 10 ay həbs cəzası çıxarılmış Mahmut Tatı Türkiyəyə təhvil verib. Tat 2015-ci ildə İsveçə gedərək sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Bir müddət əvvəl İsveçdə həbs olunan Tat Mölndaldakı təcridxanada saxlanılıb. Buradan isə o, təyyarə ilə Türkiyəyə göndərilib.
3-12-2022, 15:41
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Azərbaycanda dekabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Bakıda gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 777 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
3-12-2022, 15:39
Azərbaycanlı gəncin edam olunmasına qərar verildi

Azərbaycanlı gəncin edam olunmasına qərar verildi

İran rejimi güneyli fəal barədə edam hökmü çıxarıb. İran məhkəməsi əslən Cənubi Azərbaycanın Bostanabad bölgəsindən olan Milad Əşrəfi Atbatanın edam olunmasına qərar verib. Məlumata görə, məhkəmə sistemi ötən ilin iyun ayında İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin zabiti Mənsur Rəsulinin oğurlanması və ondan məcburi kəşfiyyat məlumatlarının alınmasında ittiham olunan dörd nəfər barədə edam hökmü çıxarıb. Milad Əşrəfi Atbatan, Həsən Orduxanzadə, Şahin İmani Mahmudabad və Mənuçöhr Şəhbəndi adlı şəxslər İsrailin xüsusi xidmət orqanı Mossadla əməkdaşlıqda günahlandırılıblar.
3-12-2022, 15:35
30 nəfər azyaşlı ukraynalı Azərbaycanda

30 nəfər azyaşlı ukraynalı Azərbaycanda

Ukraynadakı müharibədən əziyyət çəkmiş 30 nəfər ukraynalı uşaq və gənc reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn həmin uşaq və gənclər Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdiriləcək. Mərkəzdə uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək. Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Reabilitasiya müddəti ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, muzeylərə ekskursiyalar da təşkil olunacaq.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!