6-01-2023, 00:29
Peskov Podolyakın bəyanatına münasibət bildirdiRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın bəyanatına münasibət bildirib. Peskov Podolyakın atəşkəs barədə açıqlamasının Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini ifadə etdiyinə şübhə ilə yanaşdığını deyib. "Podolyakın Ukrayna prezidentinin fikrini ifadə edib-etmədiyini mühakimə etmək bizim üçün çətindir", - Putinin mətbuat katibi deyib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq. Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.
6-01-2023, 00:27
BMT-nin baş katibi Putinin atəşkəslə bağlı addımını alqışladıBMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında əldə edilən müvəqqəti atəşkəsi alqışlayır. Bunu baş katibin sözçüsü Stefan Dujarrik deyib. "Tərəflərin bu dövrdə hörmət göstərməsi və düşmənçiliyi dayandırması ehtimalı baş katib tərəfindən müsbət qarşılanır", - BMT rəsmisi bildirib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:24
Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar olmayacaq - Ukrayna rəsmisiUkrayna Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar aparmayacaq. İşğalçı dövlət ölkəmizin ərazisini tərk etməlidir. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov deyib. "Gəlin praktik dildə danışaq. Onlar bu barışığı kimə təklif edirlər? Özlərinə? Sadə həll yolu var: çamadanlarını götürüb Rusiyaya getsinlər. Onlarla heç bir danışıqlar aparılmır”, - deyə Danilov bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.
6-01-2023, 00:21
Podolyak Putinin atəşkəs elanını “ikiüzlülük” adlandırdıUkrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb. Bu barədə Podolyak "Twitter" hesabında yazıb. O qeyd edib ki, Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür. "Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. Rusiya Federasiyası işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra müvəqqəti barışıq başlayacaq. İkiüzlülüyü özünüzə saxlayın...", - deyə Podolyak vurğulayıb. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:18
Ukraynada atəşkəs elan edildiRusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs elan edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:15
Xersona vurulan ağır zərbələr bir ailənin məhvinə səbəb olduRusiya ordusu Ukraynanın Xerson vilayətinə aviazərbələr endirib. Mərmilər vilayətin Berislav şəhərinə düşüb. Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko bildirib ki, mərmilərdən biri yaşayış binasına dəyib, nəticədə evdə olan ata, ana və onların 12 yaşlı oğlu həlak olub. “Rusiya səhər “Milad atəşkəsi” haqqında danışır, lakin günortaya qədər bütün ailəni öldürür. Ata, ana və onların 12 yaşlı oğlunun günahı nədir? Onlar sadəcə ukraynalıdır”, - Kiril Timoşenko qeyd edib.
6-01-2023, 00:13
Ərdoğan Zelenski bəzi məsələləri müzakirə etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizindəki inkişaflar müzakirə edilib. Ərdoğan Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün köməklik və vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduqlarını bildirib. Əsirlərin dəyişdirilməsi ilə bağlı işlərinin davam etdiyini vurğulayan Türkiyə lideri Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfələr verə biləcəyini vurğulayıb.