Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
24-03-2023, 21:44
İlham Əliyev misirli həmkarıyla telefon danışığı aparıb


İlham Əliyev misirli həmkarıyla telefon danışığı aparıb

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə məkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb. Telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti də öz növbəsində Əbdülfəttah Əs-Sisini və Misir xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib. Dövlətimizin başçısı da Azərbaycanın Misirlə dostluğu və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, Misir dövlətinə və xalqına çiçəklənmə və inkişaf arzulayıb.
24-03-2023, 11:33
Portuqaliyalı futbolçu dünya rekorduna imza atdı


Portuqaliyalı futbolçu dünya rekorduna imza atdı

Portuqaliyalı futbolçu Kriştiano Ronaldu milli komandanın heyətində ən çox oyun keçirmək üzrə dünya rekorduna imza atıb. Martın 23-də o, AVRO-2024-ün seçmə mərhələsində Lixtenşteynlə matçda Portuqaliya yığmasının heyətində çıxış edib. Bu oyun Portuqaliya millisində 38 yaşlı hücumçunun 197-ci oyunu olub. Milli komandanın heyətində meydana çıxma sayına görə, Ronaldu Küveyt yığmasında 196 oyun keçirən Bədr əl-Mutavanın rekordunu qırıb. Qeyd edək ki, Lixtenşteynlə Lissabonda keçirilən görüş 4:0 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb.
24-03-2023, 11:30
ABŞ SEPAH-ın Suriyadakı mövqelərinə aviazərbələr endirdi


ABŞ SEPAH-ın Suriyadakı mövqelərinə aviazərbələr endirdi

ABŞ ordusu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı mövqelərinə aviazərbələr endirib. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. “Prezident Baydenin göstərişi ilə mən ABŞ Mərkəzi Komandanlığının qüvvələrinə bu gecə Suriyanın şərqində SEPAH ilə əlaqəli qrupların istifadə etdiyi obyektlərə yüksək dəqiqlikli aviazərbələr endirmək icazəsi verdim”, – ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib. Hücumun İranın ABŞ bazasına endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyi bildirilir. Martın 23-də Suriyanın şimal-şərqindəki Həsaka vilayətində yerləşən koalisiya qüvvələrinin bazasındakı texniki xidmət obyektinə pilotsuz uçuş aparatları ilə hücum edilib. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz uçuş aparatları İran mənşəlidir. Hücum nəticəsində 1 əsgər ölüb, daha 6 nəfər yaralanıb.
24-03-2023, 11:27
Səudiyyə XİN başçısı iranlı həmkarıyla razılığa gəldi


Səudiyyə XİN başçısı iranlı həmkarıyla razılığa gəldi

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığı aparıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Çinin vasitəçiliyi ilə Ər-Riyad ilə Tehran arasında münasibətlərin normala dönməsi alqışlanıb. İki ölkənin xarici işlər nazirləri ilk fürsətdə bir-biri ilə görüşmək və səfirlik və konsulluqların yenidən açılması üçün hazırlıq görmək barədə razılığa gəliblər.
24-03-2023, 11:25
SEPAH komandanı Ermənistan və Azərbaycan sərhədlərinə səfər edib


SEPAH komandanı Ermənistan və Azərbaycan sərhədlərinə səfər edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Sərdar Məhəmməd Pakpur Ermənistan və Azərbaycan sərhədlərinə səfər edib. Bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, general sərhəddə hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının səviyyəsini və mənəvi-psixoloji vəziyyətini qiymətləndirib. "Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik", - SEPAH generalı deyib.
24-03-2023, 11:21
Ukraynanın daha müasir təyyarələrə ehtiyacı var - Zelenski


Ukraynanın daha müasir təyyarələrə ehtiyacı var - Zelenski

Ukrayna MiQ-lərin tədarükünə görə tərəfdaşlarına minnətdardır, lakin daha müasir təyyarələrə də ehtiyac var. Bunu Avropa İttifaqı liderlərinə videomüraciətində Ukrayna prezidenti Volodimir Zelenski bildirib. O, Ukraynaya MiQ döyüş təyyarələri verdiyi üçün Polşa və Slovakiyaya təşəkkür edib. Zelenski bildirib ki, bugünkü çatdırılma Ukrayna səmasının qorunmasını əhəmiyyətli dərəcədə gücləndirəcək. Lakin o, Ukraynanın daha müasir təyyarələrə ehtiyacı olduğunu da vurğulayıb və bu barədə tərəfdaşlarla danışıqlar apardığını qeyd edib. Xatırladaq ki, bu gün Slovakiya Ukraynaya 4 ədəd MiQ-29 döyüş təyyarəsi verib.
23-03-2023, 23:16
Kahramanmaraşda 12 mindən çox insan zəlzələnin qurbanı olub


Kahramanmaraşda 12 mindən çox insan zəlzələnin qurbanı olub

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ nəticəsində 12 307 nəfər həyatını itirib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. O, Kahramanmaraşda tikilən yaşayış binasının təməlini qoyub. Mərasimdə MHP sədri Dövlət Baxçalı da iştirak edib. Ərdoğan qeyd edib ki, zəlzələ bölgəsində 107 mindən çox mənzilə tikiləcək.
23-03-2023, 23:13
Finlandiyanın NATO-ya üzvlüyü Türkiyə parlamentində təsdiq edildi


Finlandiyanın NATO-ya üzvlüyü Türkiyə parlamentində təsdiq edildi

Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilib. Bu barədə "TRT Haber" məlumat yayıb. Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Protokol Türkiyə Böyük Millət Məclisinin plenar iclasına təqdim edilib. Türkiyə parlamentinin sədri Mustafa Şentop protokolun təsdiq edildiyini bildirən qanun layihəsini imzalayıb. Təklif Milli Məclisin Xarici Əlaqələr Komitəsinə göndərilib. Qərar Xarici Əlaqələr Komitəsində də qəbul edilib.
23-03-2023, 23:10
Ermənistan üçtərəfli bəyanata əməl etmir - Ayxan Hacızadə


Ermənistan üçtərəfli bəyanata əməl etmir - Ayxan Hacızadə

"Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən Üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri N.Paşinyan tərəfindən 23 mart tarixində səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavabında bildirib. "Ermənistanın həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir", - Ayxan Hacızadə vurğulayıb.
23-03-2023, 21:50
Ayxan Hacızadə Paşinyanın əsassız iddialrına cavab verdi


Ayxan Hacızadə Paşinyanın əsassız iddialrına cavab verdi

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri N.Paşinyan tərəfindən 23 mart tarixində səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavab verib. XİN-dən verilən xəbərə görə, 23 mart 2023-cü il tarixində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı Azərbaycana qarşı növbəti əsassız iddialar səsləndirib. Bu iddiaları necə şərh edərdiniz? sualına cavabda Ayxan Hacızadə bildirib: "Tərəfimizdən müfəssəl şəkildə cavablandırılmasına baxmayaraq, Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixində verilmiş bəyanatını inadkarcasına təkrarlayan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız iddialarını pisləyir və rədd edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hədə olan və Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını göstərir. Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin. Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən Üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur. Ermənistanın həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir. Azərbaycanlıları Ermənistanın indiki ərazisindəki tarixi torpaqlarından zorla qovan, Azərbaycanda yüzlərlə etnik xalqın sülh və əmin-amanlıq şəraitində yaşamasını həzm etməyən və bununla bağlı uydurma fikirlər səsləndirən Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir. Əgər Ermənistan həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!